Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6704/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzil tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi və qanunsuz hərəkətlərə son qoyulması və ünvan 1 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)- 876/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş, 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilinİddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Qiyabi qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, işə müstəna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən ərazi aidiyyatı ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. İş materiallarından 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilədən müəyyən olunur ki, “satıcı” Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 13-ci mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzili 24 ay ərzində “alıcı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. “Alıcı” İddiaçı həmin mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları olmaqla cəmi 81200 ABŞ dollarını əvvəlcədən Azərbaycan Respublikası Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 yanvar 2009-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 2 saylı binanın 13-ci mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı 51 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdehnə borcu yoxdur. Göründüyü kimi, mübahisəli mənzil Bakı şəhəri Xətai rayonu ərazisində yerləşdiyindən, iddiaçı həmin mənzillə bağlı sahiblik hüquqlarının pozulması ilə bağlı iddia qaldıraraq, mənzilin ona təhvil verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci il daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər Kollegiya hesab edir ki, mülki iş aidiyyat qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, buda iş üzrə tərəflərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv edilməli, mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 39, 384.0.4, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 saylı qiyabi qətnaməsi ləğv edilsin. Mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6704/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6704/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver