Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6705/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5228/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5228/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 5228/2024 nömrəli qərardadından şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5228/2024 nömrəli qərardadına əsasən, İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5228/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5228/2024 nömrəli qərardadı İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il saat 16:58-də yerləşdirilmişdir. Deməli, həmin qərardaddan şikayətin verilməsinin son müddəti xx.xx.2024-cü il təşkil etməlidir. Lakin, iddiaçı hazırki şikayət ərizəsi ilə 30 oktyabr 2024-cü il tarixdə, yəni 17 gün gecikdirilməklə məhkəməyə öz elektron kabineti vasitəsilə müraciət etmişdir. Bununla da qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Şikayətin verilməsi üçün prosessual müddət ötürülmüşdür. Aydın, anlaşılan imperativ hüquq normasının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada şərh edilməsi yolverilməzdir. Məhkəmə nəzərə alır ki, İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinin aktiv istifadəçisidir və əvvəllər də eyni məzmunlu iddia ərizələri üzrə müvafiq şikayət vermiş, lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə aktları prosessual iştirakçıların “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi andan rəsmi şəkildə təqdim edilmiş hesab edilir və bununla prosessual müddətin axımı başlayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)5228/2024 nömrəli qərardadında iddiaçıya sadə və aydın şəkildə etməli olduğu prosessual hərəkətlər məhkəmə tərəfindən izah edilmişdir. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5228/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 5228/2024 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Baki şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5228/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 5228/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması ilə bağlı qərar çıxarılmışdır. Məhkəmə tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən 10 gün müddətində verilir. İddiaçıya qərardad poçt vasitəsi ilə göndərilməmişdir. O, qərardadla xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə tanış olmuş, qərardadın xx.xx.2024-cü il tarixdə yerləşdirilməsi ilə bağlı iddiaçı heç bir məlumat almamışdır. Buna görə də qərardaddan şikayət vermə müddəti faktiki bağıldığı gündən hesablanmalıdır. Əgər qərardadın elektronla tanış olma müddətinə baxılsa bir daha bəlli olur ki, tanış olduğu gündən müddət ötürülmədən şikayət verilmişdir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 5228/2024 nömrəli qərardadının ləğv olunması və iddia tələbinin məhkəmə baxışına çıxarılmasına dair qərardadın qəbul edilməsi xahiş olunur. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5228/2024 saylı qərardadına əsasən, şikayət təmin edilməmiş, İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı "birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5228/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5228/2024 nömrəli qərardadı İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, iddiaçı həmin qərardaddan 30 oktyabr 2024-cü il tarixdə, yəni 17 gün gecikdirilməklə məhkəməyə öz elektron kabineti vasitəsilə şikayətini təqdim etmiş, bununlada qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, şikayətə prosessual müddətin bərpa olunmasına dair vəsatətini və müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını əlavə etməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İddiaçı şikayətində xx.xx.2024-cü il tarixdə elektron kabinetinə yerləşdirilən qərardadla xx.xx.2024-cü il tarixdə tanış olduğundan həmin məhkəmə aktından şikayət verilməsi müddətinin də tanış olduğu vaxtdan hesablanmalı olmasını qeyd etsə də, kollegiya bir daha iddiaçıya izah edir ki, yuxarıda istinad olunan prosessual normaların tələblərinə əsasən, elektron kabinet vasitəsilə rəsmi qaydada təqdim edilən məhkəmə aktından şikayət verilməsi üçün müddətlərin hesablanması, həmin ünvan sahibinin özünə uyğun vaxtda məhkəmə aktı ilə tanış olduğu andan deyil, aktın elektron kabinetə yerləşdirildiyi vaxtdan hesablanır. İstinad olunanlara əsasən kollegiya iddiaçının mübahisələndirdiyi qərardaddan şikayət vermək üçün müddəti ötürməsini, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə sübutlarını və müddətin bərpa edilməsinə dair vəsatətini məhkəməyə təqdim etməməsini nəzərə alıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5228/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6705/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6705/2024
04.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver