Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6712/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10) cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızına və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilməs) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1667/23 saylı iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı2, 1/16 hissəsi X6, 1/2 hissəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. xx.xx.1989-cu il tarixli müqaviləyə əsasən X16 həmin ünvanda yerləşən və özünə məxsus ½ hissədə olan payını İddiaçı1 satmış, İddiaçı1 əmlaka dair xx.xx.1989-cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Cavabdeh1 İddiaçı1 qardaşı X4 həyat yoldaşı, Cavabdeh2 isə onun qardaşının qızıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X13 ilə Hüseynova (Qəhrəmanova) Rəna Qara qızı arasında nikah pozulduqdan sonra, elə həmin ildən etibarən cavabdehlər mübahisəli evi tərk etmişlər.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızına və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarının itirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissədə X8, 1/2 hissədə X9 məxsusdur. Hər ikisinin adına ½ hissədə qeydiyyat barədə çıxarış verilmişdir. Mənzildən istifadə hüququnun itirilməsini xahiş etdikləri şəxslər - X2 Tərlan İsa oğlunun keçmiş həyat yoldaşı, Cavabdeh2 İsa qızı isə X7 qızıdır. X3 İsmayıl İsa oğlunun qardaşıdır. X13 cavabdeh X14 ilə 11 iyun 1993-cü ildə nikahlarını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar və həmin nikahdan xx.xx.1996-cı ildə qızları Cavabdeh2 İsa qızı anadan olmuşdur. X13 ailə quran vaxt yaşamağa mənzilləri olmadığı üçün müvəqqəti olaraq həyətdə olan ayrıca bir otaqlı mənzildə yaşamışlar. Onlar mənzildə yaşadığı vaxt onlarla ailə üzvü olmamış, ümumi təsərrüfat aparmamışlar. X13 ilə həyat yoldaşı yola getmədiyindən aralarında tez-tez mübahisələr olurdu və cavabdeh X1 Lalə Tərlan qızını da apararaq atası evinə gedirdi. Bir neçə ay atası evində qalandan sonra qardaşı onu geri gətirirdi. Cavabdeh X14 2012-ci ilin əvvəllərində qızı Laləni də özü ilə apararaq mənzildən getmiş, X13 çox çalışsa da, onu geri gətirə bilməmişdir. X14 bir neçə aydan sonra gələrək özünə məxsus əmlakını da mənzildən aparmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X13 ilə X14 arasında xx.xx.1993-cü il tarixdə bağlanmış nigah qeydi pozulmuş, nigah pozulduqdan sonra qızları Cavabdeh2 anasının yanında saxlanmışdır. Bildirirlər ki, X14 və Cavabdeh2 2013-cü ilin yayından sonrakı 9 ildən artıq müddətdə Bakı şəhəri Nizami Rayonu, A.Manafov küçəsində yerləşən mənzildə yaşamamışlar, mənzillə əlaqə saxlamamışlar, mənzilə gəlibgetməmişlər və harada yaşadıqları məlum deyil. Cavabdehlərin xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmaları xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus mənzil üzərində istədikləri formada sərəncam verməyə mane olur.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1667/23 saylı iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia təmin edilərək, cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızının və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarından, iddiaçıların ailə üzvləri hesab edilmədiyindən və onlarla iddiaçılar arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızının və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüquqları itirilməlidir.
6. Məhkəmə öz mövqeyini hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
a. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Hüseynova Rəna Qara qızı 1993-cü ildə, Cavabdeh2 isə 1996-cı ildə mübahisəli ev olan Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi 23 saylı evə pasport qeydiyyatına düşmüşdür. Bu faktı qətnamədə İddiaçı1 özü də izahatında təsdiq etmişdir. Belə olan halda mübahisəyə 2009cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri tətbiq edilməli idi. Belə ki, həmin maddəyə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Belə ki, cavabdehlər mübahisəli mənzilə İddiaçı1 oğlunun razılığı ilə qeydiyyata düşərək yaşamışlar. Lakin hakim qətnamənin 5-ci səhifəsinin 7-ci abzasında səhv olaraq qeyd edir ki, guya cavabdehlərdən Hüseynova Rəna mübahisəli mənzilə 2002-ci ildə, Cavabdeh2 isə 2003-cü ildə qeydiyyata düşmüşdür. Bununla da hakim iddiaçıya kömək etmək məqsədilə mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin müddəalarını tətbiq etmişdir.
a. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
12. 13-cü maddənin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. 29-cu maddənin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. 152.1-ci maddəyə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. 157.4-cü maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. 228.1-ci maddəyə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın;
18. 228.2-ci maddəyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir;
19. Mülki Prosessual Məcəllə:
20. 14.2-ci maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 77.1-ci maddəyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
22. 217.2-ci maddəyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;
23. 217.4-cü maddəyə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
24. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı:
“2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən iddianın ona qarşı təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da yalnız həmin hissədə, yəni Cavabdeh2 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
30. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı2, 1/16 hissəsi X6, 1/2 hissəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. xx.xx.1989-cu il tarixli müqaviləyə əsasən X16 həmin ünvanda yerləşən və özünə məxsus ½ hissədə olan payını İddiaçı1 satmış, sonuncu əmlaka dair xx.xx.1989-cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Cavabdeh1 İddiaçı1 qardaşı X4 həyat yoldaşı, Cavabdeh2 isə onun qardaşının qızıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X13 ilə Hüseynova (Qəhrəmanova) Rəna Qara qızı arasında nikah pozulmuş və bundan sonra, elə həmin ildən etibarən cavabdehlər mübahisəli evi tərk etmişlər. Hazırda cavabdehlərin iddiaçıların mülkiyyətindəki evdə qeydiyyatda olmaları onların mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında digər mülkiyyətçi X10 iddia tələbinə etiraz etməmişdir.
31. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 xx.xx.2002-ci il tarixdən və Cavabdeh2 xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
32. Birinci instansiya məhkəməsi iddianı əsaslı saymış və bu zaman aşağıdakıları nəzərə almışdır.
33. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar ilə cavabdehlər arasında mübahisəli mənzillə bağlı yaranmış hüquq münasibətləri 2002-ci ildən sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir;
34. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
35. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı).
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
37. Bundan başqa Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
38. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin cavabdeh iddiaçıların ailə üzvü olmadığından o, qanunverilik tərəfindən müəyyənləşdirilən ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) dairəsinə daxil deyil. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçılar ilə cavabdeh arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh 2013-cü ildən orada yaşamır. X13 ilə Cavabdeh1 arasında olan nikah pozulduqdan cavabdehlər, o cümlədən Cavabdeh2 mübahisəli evi tərk etmişlər. Bundan sonra isə tərəflər arasında mübahisəli əmlakla bağlı mübahisə olmamış, cavabdeh evə köçürülmə və s. tələblə məhkəmədə iddia qaldırmamışdır. Belə ki, iddiaçılar mübahisəli fərdi yaşayış evinin mülkiyyətçiləridir, Cavabdeh2 isə onların ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun mübahisəli mənzilə istifadə hüququ saxlanıla bilməz.
39. Məhkəmə eyni zamanda yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd etmişdir ki, cavabdehin hal-hazırda iddiaçılara məxsus evdə qeydiyyatda olması hər hansı hüquqi əsasa söykənməməklə, iddiaçıların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdə pasport qeydiyyatında olmaları onların həmin yaşayış sahəsindən istifadə hüququna malik olmasının göstəricisi kimi qəbul olunmamalıdır. Bununla yanaşı, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçılara mülkiyyətlərindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, cavabdeh mübahisəli mənzildə yaşamadığından, o, iddiaçıların ailə üzvləri hesab edilmədiyindən və onunla iddiaçılar arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından onun Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüququ itirilməlidir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
42. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün müəyyən edilməməsi və bu baxımdan mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının yanlış tətbiq olunması barədədir. Apelyator göstərir ki, o, mübahisəli evdə 1996-cı ildən qeydiyyatda olsa da, məhkəmə səhvən onun 2003-cü ildən qeydiyyatda olması barədə yanlış nəticəyə gəlmiş və bununla da mübahisəli hüquq münasibətinin yaranma tarixini düzgün müəyyən etməmişdir ki, bu da nəticə etibarilə maddi hüquq mormasının da yanlış tətbiqinə səbəb olmuşdur.
43. Məhkəmə kollegiyası apelyatorun göstərilən bu dəlillə bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq onu əsassız sayır və qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işdə Cavabdeh2 mübahisəli evə qeydiyyatı ilə bağlı yeganə mötəbər sübut işin 58-ci vərəqində olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubudur. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi həmin məktubda məhkəmənin sorğusuna əsasən Cavabdeh2 mübahisəli evdə xx.xx.2003-cü ildən qeydiyyatda olduğunu göstərmişdir. İş materiallarında bunu təkzib edən hər hansı digər sübut yoxdur.
44. Digər tərəfdən, qanunvericilikdə qeydiyyatın daşınmaz əmlaka hüquq əmələ gətirməsi nəzərdə tutulmayıb. Cavabdeh mübahisəli evdə qeydiyyatda qalsa da, işin müəyyən edilmiş hallarından göründüyü kimi o, artıq 10 ildir ki, həmin evdə faktiki olaraq yaşamır.
45. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.