Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6714/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1, “Unibank" Kommersiya Bankı ASC-yə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“hərracın yekunlarının etibarsız hesab edilməsi”) hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1, “Unibank" Kommersiya Bankı ASC-yə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-191/2023 saylı işi üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 59/05 saylı, xx.xx.2021-ci il tarixli Protokolun etibarsız hesab edilməsi, bağ evi və torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən verilmiş ********** nömrəli Çıxarışın ləğv edilməsi və bu barədə DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsini tərəfindən müvafiq qeydiyyatın aparılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə dair “Unibank" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 59/06 saylı, xx.xx.2021-ci il tarixli protokolun etibarsız hesab edilməsi, torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRXdən verilmiş ********** nömrəli Çıxarışın ləğv edilməsi və bu barədə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən müvafiq qeydiyyatın aparılması barədə iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-191/2023 saylı işi üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 2.Qətnamədə Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarı; F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3; “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 337, 339.6, 346.1, 354.2, 415.2, 416.1, 416.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, özünün də təsdiq etdiyi kimi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsi və onun üzərində yerləşən 835 saylı bağ evi onun mülkiyyətində olmuş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi isə X8 deyil, X10 mülkiyyətində olmuşdur. X1 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və həmin əmlak üzərində olmayan hüquqlarının bərpa və ya müdafiəsini tələb edə bilməz. Belə ki, mülki hüquqda subyektiv hüquq dedikdə, insanın müəyyən bir şəkildə hərəkət etmək hüquq qabiliyyəti başa düşülür. Bu hüquq digər şəxslərdən müəyyən hərəkətləri (və ya hərəkətlərdən çəkinməyi) tələb etmək imkanı ilə təmin edilir. X6 Anaxanım Süleyman qızı ilə rəsmi nikahda olmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. X8 isə X10 əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. X10 əmlakına hansısa hissədə payı olduğu, bununla əlaqədar da həmin hüqunun müdafiəsini tələb etmək imkanı olduğu sübut edilməmişdir. İddiaçının tələbi:"xxxx" Kommersiya Bankı ASC tərəfindən hərraca dair komissiya haqqınınödənilməməsi və Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraatın dayandırılması bərədə qərar qəbul etməsi və bu barədə "xxxx" MMC-yə məktub göndərməsinə baxmayaraq, əmlakların hərracdan satılması ilə əsaslandırır. İş materiallarında olan hesabdan çıxarışdan da məlum olduğu kimi, "xxxx" Kommersiya Bankı ASC tərəfindən hərraca dair komisiyya haqqı olaraq 3442.5 manat ödəniş edilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraat xx.xx.2021-ci il tarixdə dayandırılmış, hərrac hərəkətlərinin dayandırılması barədə məktub həmin tarixdə "xxxx" MMC-yə göndərilmişvə "xxxx" MMC tərəfindən həmin tarixdə də qəbul edilmişdir. Hərrac da xx.xx.2021-ci il tarixdə baş tutmuş, bu barədə həmin tarixli protokol tərtib edilmişdir. İddiaçı tələbini"xxxx" MMC-nin icra sənədi üzrə icraatın dayandırıldığını bildiyi halda hərracı keçirməsiilə əsaslandırsa da, göründüyü kimi hərracdan əmlakların satılması və icra sənədi üzrə icraatın dayandırılması eyni tarixdə olmuşdur və dayandırmanın hərracdan əvvəl və ya sonra olması, o cümlədən "xxxx" MMC-nin hərrac hərəkətlərinin dayandırılması barədə məktubu hərracdan əvvəl və ya sonra alması iş materialları ilə müəyyən edilə bilmir. Yəni iddiaçı "xxxx" MMC-nin hərrac hərəkətlərini dayandırmalı olduğunu bildiyi halda bu hərəkətləri etməsini sübut edə bilməmişdir. Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, borclu X8 tərəfindən icra hərəkətlərindən şikayət verildiyi və icraata qəbul edildiyi üçün hərrac hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. Aydındır ki, X8 həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinin hərracdan satılmasına dair icraişi barədə məlumatlı olmuşdur. Həmçinin həmin əmlakların hərracdan satılması barədə bildirişi də imza edərək almışdır. Belə olan halda onun keçən müddət ərzində barəsində olan qətnamənin icra vəziyyəti ilə maraqlanmaması, ona məxsus əmlakların hərracdan satılmış olmasından məlumatlı olmaması ağlabatan deyil. İddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlıtələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilə bilməməlidir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki : Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X18 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür; - "xxxx" MMC tərəfindən Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən, Binəqədi Rayon İcra Şöbəsinin 17/68 № 40714-4 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş 1) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 0.1076 ha torpaq sahəsi və üzərində 835 saylı bağ evi 2) Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 1) 114750 manat və 2) 306000 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7,43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur;- Hərracın yekunları barədə 59/05 və 59/06 nömrəli, xx.xx.2021-ci il tarixli protokollara əsasən, "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evini 114750 manata, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsini isə 306000 manata açıq hərracdan əldə etmişdir; - Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərara əsasən, X10 xx.xx.2020-ci ildə vəfat etməsi səbəbindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1638/2015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat borclu X14 aid hissədə dayandırılmışdır; - Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən, borclu X8 tərəfindən icra hərəkətlərindən şikayət verildiyi və icraata qəbul edildiyi üçün hərrac hərəkətlərinin dayandırılması xahiş olunmuşdur; - "xxxx" MMC tərəfindən verilmiş vəkil sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Binəqədi Rayon İcra Şöbəsinin dayandırma məktubu xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuşdur; - xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərnamələrə əsasən, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli hərracların keçirilmə vaxtı və yeri barədə məktublar göndərilmiş, X8 xx.xx.2021-ci il tarixli hərraca dair bildirişi xəbərnaməyə imza atmaqla almış, xx.xx.2021-ci il tarixli hərraca dair bildiriş ünvan bağlı olduğundan İddiaçı çatmamışdır. X18 adına olan bildirişlər isə “Əliyev” soyadları şəxs tərəfindən imza atılmaqla götürülmüşdür ;- “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 251 və 258 saylı çıxarışlarına əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir;- Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərinə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi, həmçinin Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evi "xxxx" Kommersiya Bankı ASC-nin tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır;- "xxxx" MMC tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, tələbkar “Unibank “Açıq Səhmdar Cəmiyyəti (etibarnamə əsasında nümayəndəsi X17) xx.xx.2021-ci il tarixdə hərrac təşkilatına gələrək X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində, 0.1076 ha torpaq sahəsi və üzərində yerləşən 835 saylı bağ evinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olan qiyməti 114750 manat olmaqla təklifi tələb etmişdir və təklif məktubu bankın əməkdaşına təqdim olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (etibarnamə əsasında nümayəndəsi X17) xx.xx.2021-ci il tarixində təklifə cavab məktubunu təqdim edərək protokolun tərtib olunmasını tələb etmişdir. Hərrac təşkilatı protokolu xx.xx.2021-ci il tarixində hazırlamışdır. Müvafiq olaraq bank tərəfindən xidmət haqqı ödəndikdən sonra protokol banka təqdim olunmuşdur;-xx.xx.2021-ci il tarixli hesabdan çıxarışa əsasən, "xxxx" Kommersiya Bankı ASC X18 və X5 məxsus əmlakların hərracdan alışına dair 3442.5 manat komissiya haqqı ödəmişdir(iş.səh.13,14-15,18,21,24,25- 26,27,31-33, 41,99). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-191/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2; Mülki Prosessual Məcəlləsinin 77,88, 217.3, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsini ötdüyünə istinad etdiyi müddətin hansı tarixdən başlaması və hansı tarixdə bitməsini əsaslandırmayıb. Məhkəmənin nəzərdə tutduğu bir illik müddətin ötürülməsi təsdiq edilmir. 1 illik müddət ötürülmədiyi halda iddia tələbi qətnamədə qeyd edilən əsaslarla rədd edilə bilməz. Məhkəmənin qətnaməni əsaslandırarkən istinad etdiyi digər hal isə ondan ibarətdir ki, “hərracdan əmlakların satılması və icra sənədi üzrə icraatın dayandırılması eyni tarixdə olmuşdur və dayandırmanın hərracdan əvvəl və ya sonra olması, o cümlədən "xxxx" MMC-nin hərrac hərəkətlərinin dayandırılması barədə məktubu hərracdan əvvəl və ya sonra alması iş materialları ilə müəyyən edilə bilmir. Yəni o, "xxxx" MMC-nin hərrac hərəkətlərini dayandırmalı olduğunu bildiyi halda bu hərəkətləri etməsini sübut edə bilməmişdir”. Lakin, mülki iş materiallarından görünür ki, məhkəmənin istinad etdiyi 3442,5 manat ödəniş qəbzinin hansı təyinat üzrə, nə zaman ödənilməsi təsdiq edilmir. Məhkəmənin istinad etdiyi dəlil natamam araşdırılmışdır. Halbuki, xx.xx.2021-ci il tarixli məktubun həmin tarixdə Banka çatması və onun səhəri günü dövlət rüsumu ödənilərək alqısatqı müqaviləsinin bağlanması ağlabatan hesab edilməməlidir. Məhkəmə tərəfindən iddia tələbində qeyd edilən halların hər biri tam, hərtərəfli və şübhədənkənar sübutlarla təsdiq edilməlidir. Birinci instansiya məhkəməsi mülki iş üzrə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, işin faktiki hallarına hüquqi qiymət vermədən qətnamə qəbul edib. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini əsassız hesab etdiyini, qarşı tərəfin apellyasiya şikayəti verərək süni sürətdə işi uzatmağa çalışdığını, hazırkı mübahisə üzrə iddiaçı qismində İddiaçı çıxış etdiyini, lakin hərracın dayandırılması haqqında qərarın Əliyev Elçinə münasibətdə qəbul edildiyini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə də göründüyü kimi İddiaçı heç bir subyektiv hüququnun olmadığını, birinci hərracın 8 iyul , 2-ci hərracın 28 iyulda keçirildiyini, banka isə 3 avqustda təklif məktubunun gəldiyini, 4 avqustda bankın təklifə cavab verdiyini və protokolu imzaladığını qeyd etmiş, həmin hərracın dayandırılması ilə bağlı qərarın isə protokol imzalandıqdan sonra hərrac təşkilatına daxil olduğunu, qarşı tərəfin nümayəndəsinin də bu halı birinci instansiya məhkəməsində təsdiq etdiyini bildirmişdir. Qarşı tərəfin digər arqumentinin də hərrac protokolu imzalandığı tarixdə pulun köçürülməməsi ilə bağlı məsələ olduğunu və buna münasibətdə isə “İpoteka haqqında” Qanunun 42.5-ci maddənin tələblərinə əsasən hərrac keçirildiyi gün tərəflər protokol imzaladıqlarını, həmin qanunun 42.6-ci maddədə isə 7 təqvim günü ərzində pul ödənilməzsə hərrac baş tutmamış hesab olunduğunu bildirmiş və Banka da təklif məktubu ünvanlandığını, bankın təklifə cavab verdiyini sonradan ipotekaya xitam verilməməsi üçün bir ay müddətində də o pul köçürüldüyünü qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. 6.İddiaçının nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə məlumatla müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3, 28, 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbi üzrə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması və onlara münasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu əks etdirməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının, məsuliyyət həddindən kənar səbəblərdən öncə, öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməli, onun hansı hüquqlarının pozulmasını təsbit etməlidir. 10.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319, 415, 416-cı maddələrinə əsasən : 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; 416.1 Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 11.“İpoteka haqqında” Qanun aşağıdakı maddələri nəzərə alınmalıdır: 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər; 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 12.Beləliklə, iddiaçı, öz ehtimal etdikləri hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayəti, əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir. 13.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-191/2023 saylı işi üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.