Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6719/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli №19-07510 əmrlə işdən azad olunmağını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan Bərdə rayon Elektrik şəbəkəsində satış sahəsində nəzarətçi mühəndis vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdən Bərdə rayon elektrik şəbəkəsində nəzarətçi vəzifəsində işləmiş, həmin idarədə nəzarətçi ilə bərabər, həm də işıq pulunun yığımı ilə məşğul olmuşdur. Öz işini layiqincə yerinə yetirmiş, planı vaxtlı-vaxtında ödəmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixdə müdiriyyət ona öz razılığı ilə işdən çıxmağı barədə ərizə yazmasını istəmişdir. O, müdiriyyətin tələbini yerinə yetirməli olmuş, fikirləşmişdir ki, onlardan nə desən gözləmək olar. Ona görə də ondan tələb edilən ərizəni yazmalı olmuşdur. Elə həmin günün sabahı xx.xx.2019-cu il tarixdə heç bir müddət gözləmədən onu işdən azad etmişlər. Onun xx.xx.2019-cu il tarixdə yazdığı ərizə öz iradəsinin ifadəsi olmamış, həmin ərizəni məcburiyyət və təzyiq nəticəsində yazmışdır. Ona görə də hesab edir ki, onun hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2019-cu il tarixli №19-07510 əmrlə işdən azad olunmağını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan Bərdə rayon Elektrik şəbəkəsində satış sahəsində nəzarətçi mühəndis vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(006)-2771/2020 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(006)- 2771/2020 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə əsaslanaraq, hesab etmişdir ki, həmin məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq-hesab vaxtında ödənilmişdir. Məhkəmə nəticəyə gələrkən əsassız olaraq hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinə əməl edildiyi qeyd edilsə də, həmin halları təsdiq edən sənədlər cavabdehdən tələb edilmədən, əslində qeyd olunan maddənin tələblərinin pozulduğu nəzərə alınmamışdır. İddiaçının işəgötürən təşkilatın rəhbərliyi tərəfindən təzyiq qarşısında işdən çıxarılmağı barədə ərizə vermək məcburiyyətində qaldığı aydın görünsə də, buna əhəmiyyət verilməmişdir. Onun heç bir xəbəri olmadan töhmət və şiddətli töhmət barədə sonradan tərtib olunmuş əmrlər tərtib edilmişdir. Birinci insansiya məhkəməsi həmin sənədlərin təqdim edilməsini tələb etməməklə AR MPM-nin 69.1-ci maddəsinin tələblərini pozmuşdur. İşdən çıxarılmağı haqqında ərizə verəndən az sonra xx.xx.2019-cu il tarixdə ərizədən imtina etməyi nəzərə alınmadan cavabdeh tərəfindən əsassız olaraq işdən çıxarılmışdır. Ona verilmiş töhmət və şiddətli töhmətlərdən xəbəri olmamış və iki aylıq müavinəti almamışdır. Birinci instansiya məhkəməsi isə cavabdehdən həmin faktları təsdiq edən sənədlər tələb etmədən məsələyə birtərəfli yanaşaraq iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan “xxxxxxxx” ASC-nin № 17-05567, xx.xx.2017-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Mərkəzi Aran RETSİ-nin X1 Enerji Satış sahəsində 02 ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuş, əmək haqqı 520 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxx” ASC-nin № 19-07150, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı Mərkəzi Aran RETSİ-nin X1 Enerji Satış sahəsi üzrə nəzarətçi mühəndisi işləməsi ilə bağlı əmək müqaviləsinə onun öz xahişi ilə xx.xx.2019cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2019xx.xx.2019-cu il üçün istifadə olunmamış məzuniyyət günləri üçün 3 təqvim günü) ödənilməsi təmin edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx xxxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinin tələbinə əməl edilmiş və iddiaçı son haqq-hesabı və iki aylıq işdən çıxma müavinətini almışdır. Bu baxımdan, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, iddiaçı işdən çıxma barədə ərizəni cavabdeh təşkilatın rəhbərliyinin təzyiqi altında yazdığını qeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı ona verilmiş töhmət və şiddətli töhmətlərdən xəbərdar olmadığını apelyasiya şikayətində dəlil kimi qeyd etsə də, kollegiya izah edir ki, hazırki iddianın predmeti işə bərpa olduğundan, məhkəmə həmin məsələyə məhz bu kontekstdən hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının işdən azad edilməsinin əsası onun işdə yol verdiyi nöqsanlar olmamışdır. O, öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən onun işlədiyi müddətdə barəsində hər hansı intizam tənbeh tədbirinin tətbiq edilməsi, həmçinin ona verilməli olan iki aylıq işdən çıxmaqla bağlı müavinəti almaması hazırkı mübahisəli məsələnin həllinə təsir göstərmir. Bundan başqa, iddiaçı apellyasiya şikayətinin dəlillərindən biri kimi işdən çıxmaqla bağlı ərizəsindən imtina etməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə ərizə verməsinə, lakin həmin ərizəsinin nəzərə alınmadığına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının işdən çıxmaqla bağlı ərizəsində onun işdən çıxmaq istədiyi tarix dəqiq göstərildiyindən və xəbərdarlıq müddəti nəzərdə tutulmadığından onun bu dəlili əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü bəndinə görə isə Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Göründüyü kimi, işdən çıxmaqla bağlı ərizənin geri götürülməsi yalnız o halda mümkündür ki, işçi işdən çıxmaqla bağlı ərizəsində işə götürəni bir ay əvvəlcədən işdən çıxması ilə bağlı xəbərdar etmiş olsun. Hazırkı işdə iddiaçının işdən azad edilməsi ilə bağlı ərizəsində belə xəbərdarlıq müddəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(006)-2771/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6719/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6719/2020
01.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver