Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6720/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 (Cavabdeh3) qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 (Cavabdeh3) qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 (Cavabdeh3) müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001K**********31 saylı kredit razılaşması üzrə 88084 ABŞ Dolları məbləğində kredit borcunun, 29664.45 ABŞ Dolları məbləğində faiz borcunun və 55779.69 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 173528.14 ABŞ dolları borcun, 001KK**********01 saylı kredit razılaşması üzrə 4999.5 ABŞ Dolları məbləğində kredit borcunun, 1050.11 ABŞ Dolları məbləğində faiz borcunun və 3035 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 9084.61 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 30000 ABŞ Dolları məbləğində kredit borcunun, 8301.91 ABŞ Dolları məbləğində faiz borcunun və 15070 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 53371.91 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 20000 ABŞ Dolları məbləğində kredit borcunun, 4366.66 ABŞ Dolları məbləğində faiz borcunun və 7240 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 31606.66 ABŞ Dolları borcun, 001R********** saylı kredit üzrə 20000 ABŞ Dolları məbləğində kredit borcunun, 2333.33 ABŞ Dolları məbləğində faiz borcunun və 3600 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 25933.33 ABŞ dolları borcun, ümumilikdə 293254.65 (iki yüz doxsan üç min iki yüz əlli dörd dollar, altmış beş sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 293254.65 (iki yüz doxsan üç min iki yüz əlli dörd dollar, altmış beş sent) ABŞ Dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, X4 (Cavabdeh3) ümumi qaydada tutulması, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 001K**********31 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.5% olmaqla 36 ay müddətinə, 90000 (doxsan min) ABŞ dolları məbləğində aktiv kredit xətti açılmış və həmin kredit xətti limiti daxilində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 001K**********31S saylı sazişlə razılaşmaya dəyişiklik və əlavə edilmiş, yeni ödəniş planı verilmişdir.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 001K**********31S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.4-cü bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1916 ABŞ Dolları ödəmiş, onun 88084 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.6-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1 /30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 389 gün üçün hesablanmış faiz borcu 29664.45 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının həmin razılaşma üzrə müəyyən edilmiş müvafiq faiz dərəcəsində cərimə ödəməlidir.xx.xx.2018-ci il tarixə 389 gün üçün hesablanmış cərimə 55779.69 ABŞ Dolları təşkil edir. Bundan başqa kredit xətt müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə xx.xx.2015-ci il tarixdə bağladığı 001KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə, razılaşma ilə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2016-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 0.5 ABŞ dolları qaytarmış və onun iddiaçıya 4999.5 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.1 və 2.3-cü bəndinə görə nəzərdə tutulan faizləri banka ödəməmiş və xx.xx.2018-ci il tarixə 618 gün üçün onun 1050.11 ABŞ Dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 3.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 2.7-ci bənddə nəzərdə tutulan kredit qalığı məbləği üzrə cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 618 gün üçün hesablanmış cərimə 3035 ABŞ Dolları təşkil edir. Həmçinin kredit xətt müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 029***- ******* saylı Bank qarantiyası verilməsi haqqında müqavilə əsasında Prinsipalın Benefısiar - “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 307 günlük 90000 (doxsan min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə görə, Prinsipal Benefısiar qarşısında öhdəliklərini icra etmədikdə Prinsipalın Benefısiara faktiki borcu həcmində, lakin verilən bank qarantiyasının mətnində göstərilmiş məbləğdən artıq olmayan həcmdə Qarant Benefısiar qarşısında məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə görə Qarant bank qarantiyası üzrə Benefısiara sonuncunun tələbi əsasında ödəniş etdikdə Benefısiara ödənilmiş məbləğdən və onun 1 (bir) % -i miqdarında hesablanan və Prinsipal tərəfindən Qaranta ödənilməli komisyon haqqı məbləğindən ibarət kredit aylıq 1.6667%-lə Prinsipala 24 (iyirmi dörd) ay müddətinə ödəniş tarixində verilmiş hesab olunur. Benefısiar “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xx.xx.2016-cı il tarixli tələblə banka müraciət edərək Prinsipal - Cavabdeh2 öhdəliklərini pozduğunu və bankdan 90000 (doxsan min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmişdir. Bank tərəfindən Benefisiarın tələb verilməsi haqqında xx.xx.2016-ci il tarixli bildiriş Prinsipal - Cavabdeh2 xx.xx.2016-cı il tarixdə verilmiş, sonuncu banka müraciət edərək bu tələbin əsassız olduğunu və araşdırılmasını tələb etmişdir. Daha sonra Benefısiar “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xx.xx.2016-cı il tarixli tələbi üzrə bankdan 30000 (otuz min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmiş və Prinsipalı 60000 (altmış min) ABŞ dolları öhdəlikdən azad edildiyini bildirmişdir. Bank tərəfindən Benefısiarın yuxarıdakı tələbi verilməsi haqqında xx.xx.2016-ci il tarixli bildiriş Prinsipal - Cavabdeh2 həmin tarixdə verilmiş, xx.xx.2016cı il tarixli məktubla isə bank qarantiyası üzrə Benefısiarın tələbi əsasında qarant tərəfindən ödəniş edilməsi haqqında məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, qarantiya müqaviləsinin şərtlərinə görə Benefısiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair xx.xx.2016-cı il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 30000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.1-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 400 gün üçün hesablanmış faiz borcu 8301.91 ABŞ Dolları təşkil edir. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-cı bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 400 gün üçün hesablanmış cərimə 15070 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətt müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 029***-******* saylı Bank qarantiyası verilməsi haqqında müqavilə əsasında Prinsipalın Benefısiar - “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 322 günlük 45000 (qırx beş min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə görə Prinsipal Benefısiar qarşısında öhdəliklərini icra etmədikdə Prinsipalın Benefısiara faktiki borcu həcmində lakin verilən bank qarantiyasının mətnində göstərilmiş məbləğdən artıq olmayan həcmdə Qarant Benefısiar qarşısında məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə görə Qarant bank qarantiyası üzrə Benefısiara sonuncunun tələbi əsasında ödəniş etdikdə, Benefısiara ödənilmiş məbləğdən ibarət kredit aylıq 1.6667%-lə Prinsipala 24 (iyirmi dörd) ay müddətinə ödəniş tarixində verilmiş hesab olunur. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli razılaşmaya görə, xx.xx.2016-cı il tarixli 029002- ******* saylı Bank qarantiyası verilməsi haqqında müqaviləyə əlavə və dəyişikliklər edilmiş, Benefısiar və Prinsipal arasında bağlanılmış müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 504 günlük 40000 (qırx min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. Benefısiar“AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.Şİ” xx.xx.2016-cı il tarixli tələblə banka müraciət edərək Prinsipal - Cavabdeh2 öhdəliklərini pozduğunu və bankdan 20000 (iyirmi min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmişdir. Bank tərəfindən Benefisiarın yuxarıdakı tələbi verilməsi haqqında xx.xx.2016-ci il tarixli bildiriş Prinsipal - Cavabdeh2 həmin tarixdə verilmişdir. Həmçinin qeyd edilmişdir ki, Bank qarantiyası verilməsi haqqında müqaviləsinin şərtlərinə görə Benefisiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair xx.xx.2016-cı il tarixli 001R163454867 saylı ödəniş planı tərəflər arasında imzalamışdır. Cavabdeh2 Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 20000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.1-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin - 1/30 hissəsi kimi hesablanır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin şərtlərinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 362 gün üçün hesablanmış cərimə 4366.66 ABŞ Dolları təşkil edir. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-cı bəndinə əsasən Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 362 gün üçün hesablanmış cərimə borcu 7240 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətt müqaviləsi çərçivəsində bağlanılmış həmin Bank qarantiyası verilməsi haqqında müqavilə üzrə Benefisiar “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xx.xx.2017-ci il tarixli tələblə banka müraciət edərək Prinsipal - Cavabdeh2 öhdəliklərini pozduğunu və bankdan 20000 (iyirmi min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmişdir. Bank tərəfindən xx.xx.2017-ci il tarixdə Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi ilə əlaqədar bankın qərarı poçt vasitəsi ilə göndərilmiş, həmin qərar xx.xx.2017-ci il tarixdə alınmışdır. Qərarda Benefısiarın tələbi qarant tərəfindən ödəniş edilməsi haqqında məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, qarantiya müqaviləsinin şərtlərinə görə Benefısiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair xx.xx.2017-ci il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır. Cavabdeh2 Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 20000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.1-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 180 gün üçün hesablanmış faiz borcu 2333.33 ABŞ Dolları təşkil edir. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 180 gün üçün hesablanmış cərimə 3600 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və X13 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 Bank ilə bağladığı xx.xx.2011-ci il tarixli, 01M000001225 saylı ipoteka müqaviləsi (Bakı şəhəri notariusu E.S.Zeynalov tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 42 №-li reyestr kitabının 3991 №-li vərəqində qeydiyyata alınmış və MA 0327186№-li çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2017-cı tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)-6315/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 001K**********31 saylı kredit razılaşması üzrə 88084 ABŞ dolları məbləğində kredit borcunun, 29664.45 ABŞ dolları məbləğində faiz borcu və 5000 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 122748.45 ABŞ dolları borcun, 001KK**********01 saylı kredit razılaşması üzrə 4999.5 ABŞ dolları məbləğində kredit borcunun, 1050.11 ABŞ Dolları məbləğində faiz borcunun və 300 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 6349.61 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 30000 ABŞ dolları məbləğində kredit borcunun, 8301.91 ABŞ dolları məbləğində faiz borcunun və 1500 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 39801.91 ABŞ dolları borcunun, 001R********** saylı kredit üzrə 20000 ABŞ dolları məbləğində kredit borcunun, 4366.66 ABŞ dolları məbləğində faiz borcunun və 700 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 25066,66 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 20000 ABŞ dolları məbləğində kredit borcu, 2333.33 ABŞ dolları məbləğində faiz borcun və 300 ABŞ dolları məbləğində cərimə borcun, cəmi 22633.33 ABŞ dolları borcun, ümumilikdə 216599.96 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 170.000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait hesabına cəmi 216599.96 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq, İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzə üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh2 tutularaq İddiaçı QSCyə ödənilməsi, iş üzrə 300 manat daşınmaz əmlakın qiymətləndirilməsinə çəkilən xərcin “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı QSC apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 6315/2019 saylı qətnaməsinin qismən -ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasının təmin edilməməsi və iddia tələbinin zaminlər Cavabdeh1 və X8 dair təmin olunmayan hissələrində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixində bağlanmış 01L000002622 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2011-ci il tarixdə Cavabdeh1 və xx.xx.2014-cü il tarixdə X11 ilə Bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Hazırki iş üzrə kredit razılaşmaları Cavabdeh1 və X5 zamin durduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla, sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Zaminlik müqavilələrinin zaminin hüquq və vəzifələrini nəzərdə tutan 3-cü maddəsində kredit məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşdə olan xx.xx.2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan 01M000001225 saylı, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “kredit razılaşması” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə Cavabdeh2 məxsus Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanında mərtəbəsi zirzəmi, 206.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 129.598 manat müəyən edilmişdir. İşdə olan Seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanında mərtəbəsi zirzəmi, 206.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin X3 arasında bağlanmış 01S000004620 saylı, xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında tam məsuliyyət daşıyır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin X14 arasında bağlanmış 01S000010342 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “kredit razılaşması” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında tam məsuliyyət daşıyır. İş materiallarında olan 001K**********31 saylı kredit razılaşmasından görünür ki, xx.xx.2011-ci il tarixli, 01L000002622 saylı kredit müqaviləsi üzrə iddiaçı bank tərəfindən kredit alan cavabdehə aylıq faiz dərəcəsi 1.5% olmaqla 36 ay müddətinə, 90000 (doxsan min) ABŞ dolları məbləğində aktiv kredit xətti açılmış və həmin kredit xətti limiti daxilində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 001K**********31S saylı sazişdən görünür ki xx.xx.2014-cü il tarixli 001K**********31 saylı kredit razılaşması üzrə ilk ödəmə tarixindən sonra kredit alan Cavabdeh2 kreditin qalığını və kredit qalığı üzrə aylıq faiz dərəcəsi 1.5 % olmaqla hesablanan faizləri banka 36 ay ərzində hər təqvim ayının 23- cü günündə annuitet qaydasında banka ödəyir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 001K**********31S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 001K**********31 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq, yəni xx xxxxxx 2018-ci il tarixədək banka ödəməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli, 001KK**********01 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən kredit alana - Cavabdeh2 aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə, razılaşma ilə müəyyən olunmuş kredit kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 029***-******* saylı Bank qarantiyası verilməsi haqqında müqavilədən görünür ki, Prinsipalın- Cavabdeh2 Benefısiar - “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal- Cavabdeh2 tərəfindən yerinə yetirilməsini təmin etmək üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 307 günlük 90000 (doxsan min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli Bank qarantiyası üzrə Benefısiarın tələb verməsi haqqında bildirişdən görünür ki, xx.xx.2015-ci il tarixli 029***-******* saylı ödəniş qarantiyası üzrə Benefısiar “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 90.000 ABŞ dolları ödəniş etməklə bağlı yazılı tələb göndərmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarantiya üzrə ödəniş edib ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini Cavabdeh2 tələb etmək hüququndan istifadə edəcəkdir. İşdə olan xx.xx.2016-cı il tarixli Bank qarantiyası üzrə Benefısiarın tələb verməsi haqqında bildirişdən görünür ki, xx.xx.2015-ci il tarixli 029***-******* saylı ödəniş qarantiyası üzrə Benefısiar “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 90.000 ABŞ dolları ödəniş etməklə bağlı yazılı tələbə dəyişlik edilərək, tələb məbləği 30.000 ABŞ dollarına salınmış, 60.000 ABŞ dollarının ödənişindən imtina edilmişdir. Həmin kreditə dair xx.xx.2016-cı il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır. İşdə olan xx.xx.2016-cı il tarixli 001R**********S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq, banka ödəməlidir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 001R**********S saylı sazişlə kreditin qaytarılmasının son müddəti xx xxxx 2018-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 029***-******* saylı Bank qarantiyası verilməsi haqqında müqavilədən görünür ki, Prinsipalın Benefısiar - “AKC MOBİLYA ORMAN ÜRÜNLƏRİ TURİZM İNŞ.İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 322 günlük 45000 (qırx beş min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli 029***-******* saylı Bank qarantiyası verilməsi haqqında müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında razılaşmadan görünür ki, Benefısiar və Prinsipal arasında bağlanılmış müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 504 günlük 40000 (qırx min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, Bank tərəfindən Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi əsasında qarant tərəfindən 20.000 ABŞ dolları ödəniş edilməsi haqqında məlumat verilmişdir. Ödəniş planına əsasən kreditin qaytarılmasının son müddəti xx xxxxxx 2018-ci il tarixi müəyyən edilmişdir. Həmçinin iş materiallarında müəyyən olunur ki, bank tərəfindən xx.xx.2017-ci il tarixdə Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi ilə əlaqədar bankın qərarı poçt vasitəsi ilə göndərilmiş, həmin qərar xx.xx.2017-ci il tarixdə alınmışdır. Qərarda Benefısiarın tələbi qarant tərəfindən ödəniş edilməsi haqqında məlumat verilmişdir. Qarantiya müqaviləsinin şərtlərinə görə Benefısiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair xx.xx.2017-ci il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır. Ödəniş planına əsasən kreditin qaytarılmasının son müddəti xx xxxx 2019-cu il tarixi müəyyən edilmişdir. İşdə olan Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, Bank tərəfindən Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi əsasında qarant tərəfindən 20.000 ABŞ dolları ödəniş edilməsi haqqında məlumat verilmişdir. Ödəniş planına əsasən kreditin qaytarılmasının son müddəti xx xxxx 2019-cu il tarixi müəyyən edilmişdir. İşdə olan 10672 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 001K**********31 saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə 88084 ABŞ Dolları məbləğində kredit borcu, 29664.45 ABŞ Dolları məbləğində faiz borcu və 55779.69 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 173528.14 ABŞ dolları borcu vardır. İşdə olan 10671 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə bağladığı 001KK**********01 saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə 4999.5 ABŞ Dolları məbləğində kredit borcu, 1050.11 ABŞ Dolları məbləğində faiz borcu və 3035 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 9084.61 ABŞ dolları borcu vardır. İşdə olan 10675 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 30000 ABŞ Dolları məbləğində kredit borcu, 8301.91 ABŞ Dolları məbləğində faiz borcu və 15070 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 53371.91 ABŞ dolları borcu vardır. İşdə olan 10673 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 20000 ABŞ Dolları məbləğində kredit borcu, 2333.33 ABŞ Dolları məbləğində faiz borcu və 3600 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 25933.33 ABŞ dolları borcu vardır. İşdə olan 10674 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 20000 ABŞ Dolları məbləğində kredit borcu, 4366.66 ABŞ Dolları məbləğində faiz borcu və 7240 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 31606.66 ABŞ dolları borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 188/AB/19 nömrəli, qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanında mərtəbəsi zirzəmi, 206.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixə ilkin satış qiyməti 170 000 (yüz yetmiş min) manat təşkil edir. Həmin rəyə əlavə edilmiş hesab fakturadan görünür ki, əmlakın qiymətləndirilməsi barədə çəkilən xərcin əvəzi 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 kredit borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ipteka predmetinə - Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanında mərtəbəsi zirzəmi, 206.5 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı X12 ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin qeydə alınması xahiş edilmiş və ipoteka predmetinə dair bildiriş həmin tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, İddiaçı QSC tərəfindən kredit borcunun ödənilməsi barədə Cavabdeh2 xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. İlk növbədə kollegiya qeyd edir ki, apellyator birinci instansiya məhkəməsinin həll etdiyi yalnız iki məsələdən narazı qalmış və həmin məsələləri mübahisələndirmişdir: 1.İpoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o, satıldıqdan sonra bir ay ərzində əmlakın boşaldılmasının təmin edilməməsi;
2. İddia tələbinin zaminlər Cavabdeh1 və X8 dair təmin olunmayan hissəsi. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o, satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasına dair iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. İş materiallarından da mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ipoteka predmetinin satıldıqdan sonra onun boşaldılmasını tələb etməsi hüququ tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərindən irəli gəlir. Belə ki, həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə isə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, əmlakın (əşyanın) satılması ona aid mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnun əldə edənə keçməsini nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasını tələb etməsi hüququ tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən irəli gəldiyindən, qanuni və əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddiaçının belə bir tələb irəli sürmək hüququnun olmaması əsası ilə həmin tələbi təmin etməməkdə haqlı olmamışdır. Bunlarla yanaşı, kollegiya qeyd edir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasının hər-hansı səbəblərdən ləngidilməsi, ipoteka institutunu öhdəliyin icrasının təmini üsulu kimi əhəmiyyətsiz etmiş olardı. Bu cür ləngitmə yalnız qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla mümkündür. Belə ki, İpoteka haqqında AR Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi ipoteka predmeti satıldıqdan sonra onun bir ay müddətində boşaldılması hissəsində əsaslıdır. Apellyasiya şikayətində qeyd olunan ikinci dəlili iddia tələbinin zaminlər Cavabdeh1 və X8 dair təmin olunmayan hissəsinin ləğv edilməsinin əsassız olması, ona görə də qətnamənin həmin hissədə də ləğv edilməsi və iddianın təmin edilməsidir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq, zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Hazırkı işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1 və X2 xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlasalar da, həmin müqavilələrdə kreditin əsas borcluya hansı faiz dərəcəsi ilə verilməsi öz əksini tapmamışdır. Başqa sözlə, tərəflər zaminlik müqaviləsinin mühüm şərtlərindən biri olan, kreditin faiz dərəcəsəsi barədə razılığa gəlməmişlər. Həmin müqavilələr bağlandıqdan sonra əsas borclu ilə Bank arasında bir neçə kredit müqaviləsi bağlanmış, sonradan müxtəlif tarixlərdə bu kredit müqavilələrinin şərtlərinin dəyişdirilməsi ilə bağlı tərəflər arasında çoxsaylı sazişlər imzalanmışdır. Lakin nə həmin kredit müqavilələri, nə də bu müqavilələrinin şərtlərinin dəyişdirilməsi ilə bağlı sazişlər imzalanarkən zaminlərin bununla bağlı razılığı olmamışdır. Konstitusiya məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyindən çıxış edərək, Mülki Məcəllənin 477-ci maddəsinə əsaslanaraq və işin müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və X13 arasında bağlanmış zaminlik müqavilələrinə yuxarıda qeyd olunmuş tələblərə cavab vermədiyindən, onlara xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən də, həmin müqavilələrə istinad edilməklə cavabdehlərdən öhdəliklərinin icrasının tələb edilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehlər Cavabdeh1 və X9 münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın təmin edilməsinə dair dəlilləri əsassızdır və təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasına dair hissədə iddia təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
QƏT ETDİ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 6315/2019 saylı qətnaməsi qismən - ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlak boşaldılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin və qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Həsənov
Hakimlər: Məmməd Məmmədov
Şeyda Məhərrəmova