Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6723/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (“X3 Elektrik Şəbəkəsi” MMC) qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2483/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (“X3 Elektrik Şəbəkəsi” MMC) qarşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. xx xxxxxx 2009-cu il tarixdə Cəmiyyətin binasında keçirilən iclas zamanı heç bir səbəb olmadan direktor ona əmək müqaviləsinə xitam verilməsinin və onun işdən azad edilməsini bildirmişdir. xx xxxxxx 2009-cu il tarixdə əmrin surəti ona təqdim olunarkən ona məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2008-ci il tarixdə xitam verilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 211-Ş saylı xx xxxxxx 2008-ci il tarixli əmr tam qanunsuz və əsassızdır. Cəmiyyətlə onun arasında bağlanmış 07 saylı əmək müqaviləsinin 9.2-ci bəndinə əsasən işə götürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən İşçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işə götürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinin 9.2 və 9.3-cü bəndlərin tələbləri pozularaq əmək müqaviləsinin xitam olunmasına dair mənə hər hansı bir formada xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işə götürən tərəfindən işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı araşdırılmalıdır. O, 45 ildən çoxdur ki, energetika sahəsində çalışır, SSSR-nin fəxri energetik medalı ilə təltif olunmuş, “QOELQO” 70 illiyi münasibəti ilə energetika sahəsində müsbət fəaliyyətinə görə döş nişanı ilə mükafatlandırılmışdır. Lakin Cəmiyyətin rəhbərliyi qeyd edilənləri nəzərə almayaraq öz fərziyyə xarakterli ideyaları əsasında qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2483/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını; cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 07 nömrəli əmək müqaviləsindən (kontrakt) görünür ki, “işəgötürən” “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC bu müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını həyata keçirmək üçün “işçi” İddiaçı haqqı ödənilməklə xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi 6 ay müddətinə texniki təhlükəsizlik, istehsala nəzarət və əməyin mühafizəsi qrupuna texniki istismar üzrə aparıcı mühəndis vəzifəsinə işə qəbul edir, “işçi” isə həmin funksiyaları vicdanla yerinə yetirməyi öhdəsinə götürür. “İşəgötürən” işçiyə hər ay 252 manat məbləğində əmək haqqı ödəyir . İşdə olan “xxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx.xx.2008-ci il tarixli, 211-Ş nömrəli əmrinin surətindən görünür ki, Qafarov X1 Tİ üzrə aparıcı mühəndisinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2008-ci il tarixdən xitam verilməsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi işləyib istifadə etmədiyi 13 təqvim günü məzuniyyətin pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, “xxxxxxxxxx” ASC-nin Prezidenti E.Pirverdiyevin xx xxxx 2009-cu il tarixli əmri ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ləğv edilərək cəmiyyətin xidmət sahəsi “X3 Elektrik Şəbəkəsi” MMC-nin xidmət sahəsinə aid edilmiş və onun əmlakı “X3 Elektrik Şəbəkəsi” MMC-nin tərkibinə verilmişdir Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından aydın olur ki, iddiaçının əmək müqaviləsinin müddəti xx xxxx 2008ci il tarixində bitmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onun əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli əmrlə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlardan əlavə kollegiya hesab edir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 10 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin mübahisə olunmayan və iddiaçının özünündə bildirdiyi kimi xx.xx.2009-cu il tarixdə əmək kitabçasını almışdır. Bu səbəblə kollegiya hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmiş və müddətin bərpası haqqında iddiaçı tərəfindən müvafiq vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X4 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2483/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6723/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6723/2020
23.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver