Məhkəmə qərarları › İş №2(103)-6723/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6723/2025

30.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6723/2025 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Rəhimova Səfura Baloğlan qızına qarşı “evə köçürülmə” ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi, Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı iddiaçı2 və onun nümayəndəsi və vəkili vəkil1, Iddiaçı iddiaçı3, Cavabdeh Rəhimova Səfura Baloğlan qızı və onun nümayəndəsi və vəkili vəkil3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Rəhimova Səfura Baloğlan qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Bakı şəhəri Sağan Bələdiyyəsi ilə iddiaçı2 arasında bağlanmış ##.##.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında ** nömrəli müqaviləyə əsasən iddiaçı2 bağçılıq təsərrüfatı məqsədi ilə Şağan qəsəbəsindən 300 kv.m torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir.

2. Bakı şəhəri Sağan Bələdiyyəsi ilə Rəhimova Səfura Baloğlan qızı arasında bağlanmış ##.##.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında ** nömrəli müqaviləyə əsasən Rəhimova Səfura Baloğlan qızına bağçılıq və ev tikmək məqsədi ilə Şağan qəsəbəsindən 300 kv.m torpaq sahəsi 57 il müddətinə icarəyə verilmişdir.

3. Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2014-cü il tarixli qətnaməsindən görünür ki, Xəzər rayon Icra Hakimiyyətinin iddiaçı2 qarşı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, ərazsisində cavabdeh iddiaçı2 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi qət olunmuşdur.

4. Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı2 illər öncə Şağan qəsəbəsi, yeni yaşayış massivində müvafiq sənədlər əsasında torpaq sahəsi almış və həmin ünvanda 1 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Təqribən 10 ilə yaxın həmin ünvanda ailə üzvləri (özü, yoldaşı və 3 uşağı) ilə birlikdə yaşamışdır. Sonradan ailədaxili söhbətlərin yaranmasına səbəb ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə X.iddiaçı2 həyat yoldaşı Cavabdeh işləmək qərarına gəlməsi olmuşdur. Bu da ailə başçısı iddiaçı2 tərəfindən birmənalı qarşılanmadığından, Cavabdeh azyaşlı qızı ilə birlikdə evi tərk etməsi ilə nəticələnmişdir. Müşahidələr zamanı həmin ünvanda olan işıq və qaz sayğaclarının iddiaçı2 adına qeydiyyatdan keçməsi müşahidə edilmişdir.

5. Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı2 təqribən 2019-cu ildən Şağan qəsəbəsi, yeni yaşayış massivində yerləşən evindən çıxmış və bu günə qədər qeyd olunan ünvanda müntəzəm olaraq yaşamamışdır. iddiaçı1 və iddiaçı3 anaları Cavabdeh ilə birlikdə təqribən 2023-cü ilə qədər həmin ünvanda yaşamışlar. Son dövrlərdə yuxarıda adları qeyd olunan iddiaçılar həmin ünvana qayıtmağa cəhd göstərsələr də, onların həmin ünvana qayıtmasına cavabdeh Cavabdeh tərəfindən icazə verilməmişdir.

6. iddiaçı2 və Cavabdeh Baloğan qızı keçmiş ər-arvaddır. iddiaçı2 və oğul övladları mənzilə köçürülməni tələb edirlər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

7. Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 cavabdeh Rəhimova Səfura Baloğlan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı iddiaçı2 məhkəmə iclasında göstərdi ki, sözügedən evi 2007-ci ildə uşaqları ilə birgə tikib. Təxminən 2009-2010-cu ildən orada yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra cavabdeh onları evə buraxmır. Iddianın təmin olunmasını xahiş etdi.

9. Iddiaçı iddiaçı1 məhkəmə iclasında göstərdi ki, o Qarabağ qazisidir. Ona dövlət tərəfindən 2023-cü ilin dekabr ayında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 1, C bloku, *** saylı 1 otaqlı mənzil verilib. Mübahisəli evi atası ilə birgə tikiblər. Özü evin tikintisinə 40000 manat xərcləmişdi. Hal-hazırda bu evdə yaşayış yoxdur. Anası qapını bağlayıb, öz bacısıgilə gedib və orada yaşayır. Anası üçün Qaradağ rayonunda ev tikib. Iddianın təmin olunmasını xahiş etdi.

10. Iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında göstərdi ki, münahisəli evin sənədi yoxdur. Həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə var. Cavabdeh iddiaçıları həmin evə buraxmır. Iddiaçıların başqa yaşayış yeri yoxdur. Ramal Bayıl qəsəbəsində öz evində yaşayır. Amal dənizdə işləyir. Cavabdeh 2018-ci ildən evdən çıxıb getmişdi. Hal-hazırda bu evdə heç kim yaşamır. Iddianın təmin olunmasını xahiş etdi.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə hakim Əkrəm Qəhrəmanov) iddianın qismən təmin edilməsi, iddiaçı2 və iddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı3 Cavabdeh oğlu olduğu üçün onun ailə üzvü hesab olunur və onlar arasında başqa razılaşma olmadığı üçün iddiaçı3 sözügedən evdən Cavabdeh ilə bərabər istifadə etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir.

13. Iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il məktubundan görünür ki, iddiaçı1 Bakı şəhəri Qaradağ Rayon Icra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamı əsasında ikinci qrup Qarabağ müharibəsi əlili kimi 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınmış və Agentlik tərəfindən ##.##.2023-cü il tarixində Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 1 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin olunmuşdur.

14. Məhkəmədə müəyyən olundu ki, iddiaçı1 mənzil ilə təmin olunmuşdur. Məhkəmə iddiaçı1 faktiki yaşayış yerinin olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı1 evə köçürülmə tələbi əsassızdır və rədd olunmalıdır. 15.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.2, 30.4-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16.Qətnamədən cavabdeh Rəhimova Səfura Baloğlan qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmişdir. Çünki qeyd edilən iş materiallarına əlavə edilmiş, ##.##.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında ** nömrəli müqavilədən görünür ki, Rəhimova Səfura Baloğlan qızına bağçılıq və ev tikmək məqsədi ilə Şağan qəsəbəsindən 300 kv.m torpaq sahəsi 57 il müddətinə icarəyə verilmişdir. Bundan başqa, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın, həmin əmlakın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması halının mövcudluğu zəruri оlsa da, iş üzrə sübutlarla Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsindən 300 kv.m torpaq sahəsinin və evinin ümumi gəlirlər hesabına əldə olunması təsdiq оlunmamışdır. Məhkəmənin qətnaməsi əsasızdır, belə ki, qətnamədən də görünür ki, həmin torpaq sahəsi və üzərindəki tikili birgə nikahda əldə edilməmiş iddiaçı2 həmin tikilinin tikintisində iştirak etməsi, buna hər hansı pul vəsaiti sərf etməsi barədə sübut təqdim etməmişdir, deməli iddiaçının bu tələblə bağlı ümmumiyyətlə subyektiv hüquqları yoxdur. Həmin torpaq sahəsində yerləşən evin iddiaçı ilə cavabdehin birgə vəsaitləri hesabına tikilməsi ilə bağlı isə heç bir mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən iddaçıların məhkəmə iclasında verdiyi ifadədən də görünür ki, onların mənzilə köçürülmələrini tələb etməkdə heç də mənzilə etiyaclarının olması yox “iki qadın qisminin indiki zamanda evdə tək və yanlarında kişi olmadan yaşamalarının düzğün olmadığını Allaha şükür dünya” hesab etmələrindən qaynaqlanma, yaşamağa yerinin olmamasını bildirməmişdir. Belə olan halda onların mənzilə köçürülmələrinin hansı hüquqi əsasdan yaranması sual doğurur. Bundan başqa, məhkəmə qətnaməsində qeyd olunur ki, Iş materiallarına əlavə olunmuş Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı2 təqribən 2019-cu ildən Şağan qəsəbəsi, yeni yaşayış massivində yerləşən evindən çıxmış və bu günə qədər qeyd olunan ünvanda müntəzəm olaraq yaşamamışdır. Eləcə də məhkəmə qətnamə qəbul edərkən onların eyni evdə yaşamalarının tərəflərə hansı təsirinin olasını nəzərə almamışdır. Buna baxmayaraq məhkəmə iddaçıların mövqeyindən çıxış edərək işdə olan sübutlardan birini digərindən üstün tutmuş, cavabdeh tərəfindən təqdim edilmiş və münasibətlərin yaranma tarixinə görə daha yaxın olan sübutlara ümumiyyətlə qiymət verməmişdir. Işdə olan ##.##.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçılardan iddiaçı3 Cəlal oğlu cavabdehə qarşı törətdiyi xırda xuliqanlıq əməlinə görə onun barəsində IXM 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qeyd edilmişdir. Həmçinin iddiaçılardan iddiaçı3 daim evdə dava-dalaş salması, şüşə və qapıları sındırması, anasına xəsarətlər yetirməsi, onu vurması da nəzərə alınmamışdır. Həmçinin işdə olan ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh iddiaçılardan iddiaçı3 Cəlal oğlu tərəfindən mütəmadi olaraq döyülməsi barədə Xəzər rayon 1ci PŞ-nə müraciət etmiş, aparılan araşdırma zamanı cavabdehin üzərində xəsarətlər aşkar olunduğundan ekspertiza təyin olunmuş və ## #### 2025-ci il tarixli *** saylı MTE-nin rəyində cavabdehin bədənində son bazunun qançırı, sol dirsəyin sıyrığı aşkar edilmiş və dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Bununla bağlı araşdırma davam etməkdədir. Qeyd edilən qərarlar və rəy məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə bunları görməzdən gəlmiş və hər hansı qiymət verməmiş, qətnamə qəbul edərkən ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi məhkəmə sübutlar arasında fərq qoymaqla düzgün qətnamə qəbul etməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, 2014-cü ildə baxılmış mülki işin materialları ilə o da tanış olmuşdur. Iddiaçı özü də bildirib ki, 2009-cu ildə ölkəyə qayıdıb. Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyəti həmin mülki işdə heç bir sənəd təqdim etməyib ki, həqiqətən tikinti barədə kim müraciət edib. 2014-cü ildə artıq həmin ev mövcud olub. Icra Hakimiyyətinin 2025-ci ildə verilmiş arayışında da evin 1 mərtəbli 2 otaqlı ev olduğu qeyd edilir. Icra Hakimiyyətinin evlə bağlı məlumatı yoxdur. Bundan əlavə hazırda mübahisəli evə iddiaçılar yaşayır, faktiki olaraq qarşı tərəfin zorakılıqları nəticəsində həmin evdə yaşamaq hüququndan məhrum olan Cavabdehdır. Ev əvvəllər 1 mərtəbə olub. Sonradan 2-ci mərtəbə də tikilib. Sonradan olan tikinti işlərində də iddiaçı iddiaçı2 iştirak etməyib. O qayıdanda artıq ev tikilib, başa çatmış olub. 2007-ci ildə müqavilə Cavabdeh ilə bağlanılıb. Qarşı tərəflə olan müqavilə necə bağlanılıb, məlumatı yoxdur. Həmin müqavilə saxtalaşdırılıb.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, oğlu iddiaçı3 onun üzərinə bıçaq çəkib, vurublar. Onun evdən çıxmağını istəyiblər. O, öz evində yaşamaq hüququndan məhrum edilmişdir. Əziyyətlə atasının ona verdiyi evi satıb, ev tikmişdir, uşaqlarını tək böyütmüşdür. Onun iddiaçılarla bir evdə yaşamağı mümkün deyil. Qardaş və bacısının evində qalır, öz evinə gedə bilmir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyətinə sorğu ünvanlamışdılar ki, nəyə görə 2014-cü ildə iddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilib. Sorğuya cavab məktubunda qeyd edilmişdir ki, tikinti işləri iddiaçı2 tərəfindən aparıldığı üçün ona qarşı iddia qaldırılıb. Bundan əlavə qeyd etmək istəyir ki, Cavabdeh adına verilmiş müqavilə saxtalaşdırılmışdır. 2007-ci il tarixli sənədin arxasına Cavabdeh 2013-cü il tarixdə aldığı şəxsiyyət vəsiqəsinin surəti tikilib. Sənədin saxtalaşdırılması ilə bağlı cinayət faktı olduğundan həmin xüsusatın araşdırılması üçün xüsusi qərardad qəbul edərək Bakı şəhər Xəzər rayon prokurorluğuna göndərilməsini xahiş edir.

22. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, 2020-ci ildə Cavabdeh onun adına olan sənədi saxtalaşdırıb. Həmin gündən vergi ödəyən kimi onun adı bələdiyyənin komputerinə salınıb. Bələdiyyəyə getdi və sənədlərini tələb etdi, şəxsiyyət vəsiqəsini sistemdə yoxladılar və müəyyən edildi ki, ** nömrəli qərar onun (iddiaçının) adınadır. Həmin sənədləri təqdim etmişdir. Onun 2007-ci ildə aldığı şəxsiyyət vəsiqəsinin surəti də həmin sənədin üzərindədir. Hazırda mübahisəli evdə yaşayır.

23. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh iddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlmməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq normaları:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddianın təmin edilən hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı tərəf apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işin faktiki halları ondan ibarətidir ki, iddiaçı iddiaçı2 cavabdeh Rəhimova Səfura Baloğlan qızı ilə 1996-cı ildə qeyri rəsmi, 2001-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, Bərdə Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş, daha sonra 2010-cu il tarixdə tərəflər yenidən nikaha daxil olmuş, onlar arasındakı ikinci nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4215/2024 nörməli, ##.##.2024cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Digər iddiaçılar iddiaçı1 (##.##.1996-cı il təvəllüdlü) və iddiaçı3 (##.##.2000-ci il təvəllüdlü) tərəflərin birgə nikahından olan övladlarıdır.

32. Iddiaçı iddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinin özü tərəfindən tikildiyini, övladı iddiaçı1 tərəfindən də evin tikintisinə 40000 manatdan çox vəsait sərf edildiyini bildirmiş, nikah müddətində övladları olan digər iddiaçılar və keçmiş həyat yoldaşı olan cavabdehlə bu evdə yaşadıqlarını, lakin münasibətləri pisləşdikdən sonra cavabdehin iddiaçıları evə buraxmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

33. Birinci instansiya məhkəməsi iddiaçılar iddiaçı2 və iddiaçı3 mübahisəli evə köçürülmə barədə iddiasını təmin etmişdir.

34. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh dəlillərində Rəhimova Səfura Baloğlan qızına bağçılıq və ev tikmək məqsədi ilə Şağan qəsəbəsindən 300 kv.m torpaq sahəsi 57 il müddətinə icarəyə verilməsi haqqında onunla Bakı şəhəri Şağan bələdiyyəsi arasında bağlanmış ##.##.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında ** nömrəli müqaviləyə istinad etmiş və məhkəmənin cavabdehlə iddiaçılar arasında münasibətlərin gərgin olmasına, iddiaçıların onu döyməsi və işdə olan cinayət işinin başlanması haqqında qərarların nəzərə alınmamasını bildirmişdir.

35. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, sorğu əsasında əldə edilmiş iddiaçı Xəzər Rayon Icra Hakimiyyətinin cavabdeh iddiaçı2 qarşı özbaşına tikilinin sökülməsi və ərazinin boşaldılması tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3294/2014 nörməli mülki iş materialları araşdırılarkən müəyyən edildi ki, Bakı şəhəri Şağan bələdiyyəsi ilə iddiaçı2 arasında bağlanmış ##.##.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında ** nömrəli müqavilə olmuşdur. X4 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarış da əlavə edilmişdir.

36. Həmin iş üzrə iddiaçı Xəzər Rayon Icra Hakimiyyəti də iddia ərizəsində həmin müqaviləyə istinad edərək Şağan qəsəbəsi ərazisində 300 kv.m olan torpaq sahəsinin həmin müqavilə əsasında 10 il müddətində iddiaçı2 icarəyə verildiyini bildirmişdir.

37. Həmin mülki iş materiallarına mübahisə predmeti olan ünvan üzrə işıq sayğacının 2011ci ildə quraşdırılması, qaz sayğacının 2012-ci il tarixdə quraşdırılması və abonent olaraq X1 qeyd olunması müəyyən olunur. Xəzər rayon Şağan Bələdiyyəsinin arayışa əsasən iddiaçı2 torpaq sahəsinə görə 2014-cü il tarixə qədər icarə haqqı borcu yoxdur. Xəzərə rayon məhkəməsinin 01 oktyabrı 2014-cü il tarixli iclas protokolundan müəyyən olunur ki, cavabdeh iddiaçı2 izahatında qeyd etmişdir ki, 1 mərtəbəli evdir, 3 otaq və 1 mətbəxdir. Ailəsi ilə orada yaşayır.

38. Rəhimova Səfura Baloğlan qızı ilə bağlanmış eyni tarixli müqaviləyə əsasən isə həmin torpaq sahəsi 57 il müddətinə bağçılıq və ev tikmək məqsədi ilə icarəyə verilmişdir.

39. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iddiaçı iddiaçı1 izahatında bildirdi ki, 2021-ci ildə kiçik qardaşını torpaq pulunu ödəməsi üçün bələdiyyəyə göndərəndə o vaxt ona bir nəfərin adını qeyd etmək lazım olduğunu, o da anasının adına keçirilməsini xahiş etdiyini bildirmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sağan Bələdiyyəsi ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında ** nömrəli müqavilə ilkin olaraq 10 il müddətinə iddiaçı2 arasında bağlanmış, daha sonra isə 57 il müddətinə cavabdeh Cavabdeh ilə bağlanmışdır. 41.Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ## #### 2026-cı il tarixli məktubunda qeyd olunur ki, X1 Sağan Bələdiyyəsi tərəfindən istifadəyə verilmiş 300 kv.m torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli, ** nömrəli icarə müqaviləsi arxivdə aşkar edilmişdir. 42.Kollegiya qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, daha sonra 2010-cu il tarixdə tərəflər yenidən nikaha daxil olmuşlar. 43.Mübahisə predmeti olan ev ilkin olaraq 1 mərtəbəli, 3 otaq və 1 mətbəxdən ibarət olsa da iddiaçı X1 ##.##.2026-cı il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, 2015-ci ildə evin üstünü açdırdı, yenidən artırma etdi, xərci təxmini 20000 manat idi. Hazırda mübahisə predmeti olan ev 2 mərtəbəlidir.

44. Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı2 illər öncə Şağan qəsəbəsi, yeni yaşayış massivində müvafiq sənədlər əsasında torpaq sahəsi almış və həmin ünvanda 1 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Təqribən 10 ilə yaxın həmin ünvanda ailə üzvləri (özü, yoldaşı və 3 uşağı) ilə birlikdə yaşamışdır. Sonradan ailədaxili söhbətlərin yaranmasına səbəb ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə X.iddiaçı2 həyat yoldaşı Cavabdeh işləmək qərarına gəlməsi olmuşdur. Bu da ailə başçısı iddiaçı2 tərəfindən birmənalı qarşılanmadığından, Cavabdeh azyaşlı qızı ilə birlikdə evi tərk etməsi ilə nəticələnmişdir. Müşahidələr zamanı həmin ünvanda olan işıq və qaz sayğaclarının iddiaçı2 adına qeydiyyatdan keçməsi müşahidə edilmişdir.

45. Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı2 təqribən 2019-cu ildən Şağan qəsəbəsi, yeni yaşayış massivində yerləşən evindən çıxmış və bu günə qədər qeyd olunan ünvanda müntəzəm olaraq yaşamamışdır. iddiaçı1 və iddiaçı3 anaları Cavabdeh ilə birlikdə təqribən 2023-cü ilə qədər həmin ünvanda yaşamışlar. Son dövrlərdə yuxarıda adları qeyd olunan iddiaçılar həmin ünvana qayıtmağa cəhd göstərsələr də, onların həmin ünvana qayıtmasına cavabdehCavabdeh tərəfindən icazə verilməmişdir. 46.Mülki Məcəlləyə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. 47.Kollegiya qeyd edir ki, iddiaçı iddiaçı2 mübahisə predmeti olan evə köçürülməsi barədə tələbi yuxarıda şərh edilənlərə əsasən əsaslıdır. 48.O cümlədən, iddiaçı3 Cavabdeh oğlu olduğu üçün onun ailə üzvü hesab olunur və iddiaçı3 sözügedən evdən Cavabdeh ilə bərabər istifadə etmək hüququna malikdir. 49.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

50. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 51.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Rəhimova Səfura Baloğlan qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Nigar Nəbizadə Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar