Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6739/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın, qərarın etibarsız hesab edilməsi və tərəflərin müqavilədən əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-409/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 834 saylı torpaq sahəsi üzrə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 834B saylı torpaq sahəsi üzrə alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* №-li çıxarışın etibarsız hesab edilməsi və tərəflərin müqavilədən əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümyəndəliyinin xx xxxx 1998-ci il tarixli qərarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə X3 verilmiş **********37 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş RX seriyalı, ******* №-li çıxarışın etibarsız hesab edilməsi və tərəflərin müqavilədən əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1991-ci il tarixli, 293 №-li qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Maştağa qəsəbəsi üzrə LRİHN-nin xx xxxx 1992-ci il tarixli 43 №-li çıxarışına əsasən Bakı şəhər İcra Hakimiyyətinin baş planına uyğun olaraq ona (Maştağa qəsəbəsi Məktəb küçəsi ev 113 ünvanında qeydiyyatdadır) fərdi yaşayış evi tikintisi üçün sahəsi 0,12 ha olan 834 №-li həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, ümumiyyətlə tanımadığı X2 əvəzinə etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 ona məxsus torpaq sahəsinin 0,03 hektarını, sənədləri saxtalaşdırmaqla Cavabdeh1 5000 manata, 06 hektarını isə Cavabdeh3 5000 manata satmışdır. Halhazırda həmin mübahisəli torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin inşası aparılır. Mübahisəli torpaq sahəsinin onun tərəfindən hər hansı alqı-satqısından söhbət gedə bilməz və X5 dünyasını dəyişsə də, cavabdeh və onun ailə üzvləri bu məsələni çox yaxşı bilərək onun fərqinə varırlar. Belə ki, Cavabdeh1 oğlu, hazırda mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikintisini aparan Aminlə söhbət əsnasında sonuncu ona şəxsən bildirmişdir ki, “əgər məhkəmə bizim alqı-satqını etibarsız hesab edərsə mən Sizinlə hesablaşacağam”. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ildən 1995-ci ilə qədər fəal iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, **********85 №-li məlumatında göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi 834 nömrəli ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarından xx xxxx 1998-ci i tarixli 07 №-li çıxarışa əsasən xx xxxxxxx 2017-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bununla əlaqədar olaraq X1 Yeganə Tahir qızının Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinə cavab məktubunda göstərilmişdir: “Sizin qəsəbə nümayəndəliyinə ünvanladığınız xx xxxxxx 2018-ci il tarixli 423 saylı ərizənizə cavab olaraq bildirilir ki, mərhum ananız X2 adına torpaq sahəsinin olub-olmaması, qeydiyyatdan keçibkeçməməsi haqqında Maştağa qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur”. Pozulmuş hüququnun bərpası üçün Maştağa qəsəbəsi üzrə LRİHN-nin qərarı ilə ona ayrılmış torpaq sahəsinə dair saxta yollarla bağlanmış əqdin etibarsız sayılmasını istəyir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-409/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 24 saylı Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 4Ə/30 reyestr nömrəli notariat işinin surətindən görünür ki, X5 (ƏN-İ seriyalı, 630915 №-li xx xxxxxx 2017-ci il tarixli etibarnamə əsasında adından Cavabdeh2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li xx xxxxxxx 2017- ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massində yerləşən sahəsi 0,12 ha olan 834 saylı torpaq sahəsinin 0,06 ha hissəsini AN-İ seriyalı ******* №-li xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5000 manata Cavabdeh3, 0,03 ha hissəsini isə AN-İ seriyalı ******* №-li xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5000 manata Cavabdeh1 satmışdır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №li xx xxxx 2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massində yerləşən sahəsi 0,03 ha olan 834B saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 790 nömrəli reyestr kitabının 74835 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massində yerləşən sahəsi 0,12 ha olan 834 saylı torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından xx xxxx 1998-ci il tarixli 07 №-li çıxarışına əsasən xx xxxxxxx 2017ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 24 saylı DNKnın xx xxxxxx 2017-ci il tarixli 4Ə-378 reyestr nömrəli və xx xxxxxx 2018-ci il tarixli 4Ə-30 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən sözügedən torpaq sahələrinin 0,06 ha və 0,03 ha hissələri özgəninkiləşdirilmişdir. Hazırda sözügedən torpaq sahəsinin 0,03 ha hissəsi X2 mülkiyyətindədir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(82)-337/2019 №-li qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 (üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh3) qarşı torpaq sahəsinə dair reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Müzakirə edilən mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddianı irəli sürməkdə haqlı deyil; cavabdehlər iddiaya cavab verməli olan şəxs deyillər. Lakin işə baxmış Rayon Məhkəməsi iddianı qeyd edilən əsaslar ilə deyil, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmaması əsası ilə təmin etməmişdir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; çünki iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 4Ə/30 reyestr nömrəli notariat işinin surətindən görünür ki, X5 (ƏN-İ seriyalı, 630915 №-li xx xxxxxx 2017-ci il tarixli etibarnamə əsasında adından Cavabdeh2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li xx xxxxxxx 2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massində yerləşən sahəsi 0,12 ha olan 834 saylı torpaq sahəsinin 0,06 ha hissəsini AN-İ seriyalı, ******* №-li xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5000 manata Cavabdeh3, 0,03 ha hissəsini isə AN-İ seriyalı ******* №-li xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5000 manata Cavabdeh1 satmışdır. Göründüyü kimi, iddiaçı X2 vəfat etdiyini bildirsə də, hazırki iddianı onun hüquqi varislərinə qarşı irəli sürə bilərdi. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən vəiddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya həmçinin iddiaçıya izah edir ki, o, X2 vərəsələrini müəyyən edərək onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edildiyindən və apellyasiya şikayətinin dəlilləri həmçinin qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-409/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarilxi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 24 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın, qərarın etibarsız hesab edilməsi və tərəflərin müqavilədən əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6739/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6739/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver