Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6741/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlunun sədrliyi və məruzəsi, İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 916/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının abonent koduna təbii qazdan qeyri-qanuni istifadəyə görə əsassız olaraq hesablanmış 972 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehapelyasiya şikayəti verərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qoşmasına əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, yuxarıda qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu (qəbz № 524578998) xx xxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 7 saylı Cavabdeh şöbəsinə ödənilmişdir. Halbuki Cavabdeh apelyasiya şikayəti dövlət rüsumunun ödənilməsindən 1 il 3 ay keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuş və qeydiyyatdan keçmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apelyasiya şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərildiyindən apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi həmin dövlət rüsumuna dair qəbzin həqiqiliyini (doğruluğunu), məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu olmasını aydınlaşdırmamışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 916/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6741/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6741/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver