Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6748/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi eyni zamanda vəkili Vəkil, Cavabdehn nümayəndəsi eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(006)-3121/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2009-cu il tarixdən əmək müqaviləsinə əsasən Azərbaycan Dövlət Neft Akademiyasının «Fiziki və analitik kimya» kafedrasının nəzdində «Ekoloji kataliz» ETL-ya mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdən əmək müqaviləsi müddətinə həmin ETL-da kiçik etmi işçi vəziyəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdən əmək müqaviləsi müddətinə həmin ETL-da etmi işçi vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdən «Azərbaycan Dövlət Neft Akademiyasının» adı dəyişdirilərək «Cavabdeh» adlandırılmış, xx.xx.2016-cı il tarixdən «Fiziki kimyəvi analiz metodları» METL, «Metalkompleks kataliz», «Ekoloji kataliz», «Doymamış karbohidrogenlərin heteroatomlu törəmələri», «Polifunksional xassələrə malik perspektiv materiallar», «Kimya texnologiyasının mühəndis əsasları» elmi-tədqiqat laboratoriyaları «Kimya-texnologiya fakültəsi»nin nəzdinə verilmiş və «Kimya-texnologiya fakültəsinin nəzdində elmi tədqiqat laboratoriyası» adlandırılmış, xx.xx.2016-cı il tarixdən Kimya-texnologiya fakültəsinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat laboratoriyası «Yeni kimyəvi materiallar və texnologiyalar» ETL adlandırılmış, xx.xx.2022-ci il tarixdən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. «YKMT» elmi tədqiqat laboratoriyasının elmi içisi İddiaçı tərəfindən ADNSU-nun rektoru, professor Mustafa Babanlıya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2010-cu ildən «Fiziki və analitik kimya» kafedrasının nəzdində «Ekoloji kataliz» elmi tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda Universitetin sabiq doktorantıdır. Elmi işini bitirmişdir, ilkin müzakirədən keçmişdir.Müxtəlif konfrans iştirak etmişdir. Bu illər ərzində 19 elmi əsərləri beynəlxalq və yerli jurnallarda dərc olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda 3 ay keçmişdir, İELTS sertifikatı var. xx.xx.2021-ci il «YKMT» ETL-nın bağlanması ilə əlaqədar işçilərin kafedralara yerləşdirilməsi ilə əlaqədar olan siyahıda onun adı «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında ilkin qərarı ilə yerləşdirilsə də, 5 gün sonra adı siyahıdan çıxarılmışdır. Onun digər işçilər kimi ADNSU-da ixtisasına uyğun kafedrada fəaliyyətinə davam etməsinə şəraitin yaradılması xahiş etmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh rektoru professor Mustafa Babanlıya ünvanlanmış ərizənin surətindən görünür ki, Universitetdə fəaliyyət göstərən «YKMT» laboratoriyasının bağlanmağı və yaranmış vəziyyətlə əlaqədar olaraq ədalətinə və gənc kadrlara hər zaman göstərdiyi qayğı və etdiyi köməklərə qüvənərək onu ixtisasına uyğun davam etməsinə və ADNSU-ya yararlı kadr olmasına şəraitin yaratmasını xahiş etmişdir.
4. «YKMT» elmi tədqiqat laboratoriyasının elmi işçisi İddiaçı tərəfindən ADNSU-nun rektoru professor Mustafa Babanlıya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 2010-cu ildən etibarən «Fiziki kimya» kafedrasının nəzdində «Ekoloji kataliz» elmi tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda Universitetin sınaq doktorantıdır. Elmi işini bitirmişdir. Bu illər ərzində 19 elmi əsərləri beynəlxalq və yerli jurnallarda dərc edilmişdir. Müxtəlif konfrans və təlimlərdə iştirak etmişdir. xx.xx.2020-ci il Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsində layihə rəhbəri olmuşdur. X19 Development Program in the X15 for the 2022-2023 proqramında iştirak etmək üçün sənədlərini təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda 3 ay Qazmaye xromotoqraflarının iş prinsipini öyrənmişdir. xx.xx.2021-ci il onlara YKMT elmi tədqiqat laboratoriyasının bağlanması və işçi heyətinin müvafiq kafedralara yerləşdirilməsi haqqında şifahi məlumat verildi. Laboratoriyanın digər əməkdaşların müvafiq kafedralarda işlə təmin olunasına baxmayaraq, ilkin siyahıda adı Neft kimya texnologiyası və Sənaye ekologiyası kafedrasında olsa da, hələ də işlə təmin olunmamışdır. Universitetdə yaranan xoş, ədalətli abu-hava həm tələbələrin, həm də müəllim, elmi işçi heyyətinin rəhbətini qazanmışdır. M.Babanlının rəhbərliyi altında çalışmaq gənc elmi işçilər və məhz onun üçün stimul yaradır ki, Universitetin elm-təhsil sistemində layiqli mütəxəssis kimi fəaliyyət göstərə bilmədiyi üçün şəxsi-professional inkişafın üzərində daim çalışır. Qeyd etdiklərini nəzərə alaraq elmi və müəllimlik fəaliyyətini doğma ADNSU-da ixtisasına kafedralardan birində davam etməsinə təstək olmasını və müvafiq köməklik göstərməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 08-32 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş tutmuş Elmi Şuranın qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilmiş və yeni kimyəvi materiallar və texnologiyalar elmi tədqiqat laboratoriyası bağlanmışdır. Bu səbəbdən də İddiaçı tutduğu elmi işçi vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir. Nəzərinə çatdırırlar ki, İddiaçı sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxalınlmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Xəbərdarlıq müddəti ərzində ixtisasına (peşəsinə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə İddiaçı əlavə məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırki xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında bir dəfəlik ödəniş edilməklə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilə bilər. Bu xəbərdarlıq xx.xx.2022-ci il tarixdə qüvvəyə minəcək.
6. Afət Quliyeva, Turanxanım İskəndərova, Səbinə Yusubova, Kəmalə Ağayeva, Mahirə Əliyeva və Mehriban Mikayılova tərəfindən Cavabdeh rektoruna yazılmış ərizənin surətindən görünür ki, onlar «YKMT» elmi tədqiqat laboratoriyasının keçmiş əməkdaşları yazıb bildirmək istəyirlər ki, xx.xx.2021-ci il tarixdə onların laboratoriyanın bağlanması və işçilərin müxtəlif kafedralara yerləşməsi ilə bağlı məlumat gəlmişdir. Siyahıda İddiaçı adı «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında baş laborant vəzifəsində səslənmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04-61 nömrəli əmrin surətindən görünür ki, KTFnin nəzdində «Yeni kimyəvi materiallar ıə texnologiyalar» ETL-nın bağlanması ilə əlaqədar və 1 ştat vahidi etmi işçi ştatının ixtisar olunmasını nəzərə alaraq 5 nəfərdən komisiyanın yaradılması əmr edilmişdir.
8. Cavabdeh Həmkarlar İttifaqı Komitəsi tərəfindən Cavabdeh rektoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ADNSU-nun Həmkarlar İttifaqına ştatların ixtisarı ilə bağlı məsələ HİK-nin Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli iclasında müzakirə edilərək qərar qəbul edilmişdir.
9. Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 04-61 nömrəli əmri ilə yaradılmış Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının protokolun surətindən görünür ki, İddiaçı əmək müqaviləsi ləğv edilməzdən əvvəl 9 təqvim həftəsi müddətində rəsmi xəbərdarlığın elan edilməsi qərara alınmışdır.
10. Cavabdeh elmi işlər üzrə prorektor Lətafət Qardaşova, tədris-metodiki şöbənin müdiri Lətifə Məmmədova, baş hüquqşünas Nümayəndə və baş mühasib v.m.i.e.Vidadi Mİrzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdehndə elmi işçi vəzifəsində çalışan İddiaçı ixtisar olunması ilə əlaqədar yazılı xəbərdarlıq təqdim olunmuş, İddiaçı xəbərdarlığı qəbul etmiş, lakin hər hansı imza atmayacağını bildirmişdir.
11. Cavabdeh 04-383 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin görünür ki, ADNSU-da elmi işçi vəzifəsində çalışan İddiaçı işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar, AR ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə 2022-ci il 14 aprel tarixdən xitam verilməsi, AR ƏM-nin 77ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməsi və son haqq-hesabın edilməsi baş mühasib v.m.i.e.V.Mirzəyevə tapşırılması əmr edilmişdir. Əsas: Rektorun xx.xx.2022-ci il tarixli, 08- 32 nömrəli xəbərdarlığı, xx.xx.2022-ci il tarixli, 06-37 nömrəli akt, HİK-in xx.xx.2022-ci il tarixli, 13 nömrəli məktubu, HİK-in xx.xx.2022-ci il tarixli qərarı, ADNSU üzrə verilmiş 04- 61 nömrəli, xx.xx.2022-ci il tarixli əmr və ixtisar komissiyasının protokolu.
12. Bakı 4 saylı mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/4- 1084 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdehn nümayəndəsi X10 xx.xx.2022-ci il tarixdə, 14.00-15.00 saatlarında «işdən çıxarma barədə əmrin ləğvi və digər işə keçirilmə tələbinə dair» əmək mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər.Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
13. «Bakı sağlamlıq» klinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli epikrizindən görünür ki, İddiaçı son kliniki diaqnoz: əsas xəstəlik – O20.0-abort təhlükəsi. Diaqnoz qeydi: düşük təhlükəsi. EKM. Əsas xəstəliyin ağırlaşması- O04.9- Ağırlaşmasız tam və ya dəqiqləşdirilməmiş abort.
14. Azərbaycan Dövlət Neft Akademiyası nəzdindəki «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutunun 1995-ci ildə qeydə alınmış nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutu (ETİ) Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il 129 saylı qərarına əsasən xalq təsərrüfatında böyük əhəmiyyətli elmi-tədqiqat işlərinin aparılması və xalq təsərrüfatında tətbiq edilməsi üçün təşkil edilib və sərbəst fəaliyyət göstərmək hüququna malikdir.
15. Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, aşağıda adları çəkilən əməkdaşlar Cavabdeh nəzdində fəaliyyət göstərən «Neftin, qazın geotexnoloji problemləri və kimya» X11 göstərilən tarixlərdən işlə təmin olunmuşlar: 1. X2 – xx.xx.2021; 2. X6 qızı – xx.xx.2021; 3. X5 – xx.xx.2021; 4. X4 – xx.xx.2021; 5. X16 – xx.xx.2021; 6. X14 – xx.xx.2021.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, 04-383 saylı əmrin ləğv edilməsi, məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra edilən günədək hər ay müvafiq əmək haqqı ödənilməklə Universitetin «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 ildən çox bir müddətdə Azərbaycan Neft və Sənaye Universitetində çalışmışdır. 2012-2016-cı illərdə «Fizika və analitik kimya» (hazırki «Kimya və qeyri-üzvi maddələrin texnologiyası») kafedrasının doktorantı olmuşdur. 2012-ci il tarixdən «Fizika və analitik kimya» kafedrasının «Fiziki kimya» ixtisası üzrə «NaX əsaslı seolit modifikasiyaları və onların iştirakı ilə C2- C3 doymuş biratomlu spirtlərin çevrilməsi» adlı dissertasiya mövzusunun elmi tədqiqat işlərini apararaq artıq yekunlaşdırmışdır. 13 ildir ki, ADNSU da çalışdığı müddət ərzində dissertasiya işinin mövzusunda 19 elmi əsər, o cümlədən 8 məqalə çap olunmuşdur. İxtisas üzrə fəlsəfə doktorluğu minimum imtahanlarını müvəfəqqiyyətlə vermişdir. İELTS üzrə sertifikatı var. İngilis dilində kimya fənni üzrə dərs deyə bilən yeganə mütəxəssislərdən biridir. Lakin bu göstəriciləri ADNSU rəhbərliyi tərəfindən qiymətləndirilməmişdir. 2021-ci ilin sentyabr ayında «Yeni kimyəvi materiallar və texnologiyalar» laboratoriyasının bağlanacağı və əməkdaşların müvafiq işlərlə təmin ediləcəyi bildirilmişdir.Həmçinin bildirilmişdir ki, əməkdaşlar Universitetin daxilindəki kafedralarda işlə təmin olunacaqdır. Lakin bir müddət sonra qeyri-rəsmi olaraq iddiaçıya Universitetlə əlaqəsi olmayan bir instituta işə keçməsi təklif edilmişdir. Halbuki işlədiyi laboratoriyanın 21 işçisinin demək olar ki, hamısı Universitetdə işlə təmin olunmuşdu. Laboratoriyanın əməkdaşları da yazdıqları ərizədə iddiaçının «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında baş laborant vəzifəsinə keçiriləcəyinə söz verildiyi təsdiq edilmişdir. Lakin sonradan səbəbini bilmədiyi halda iddiaçını hansısa əlaqəsi olmayan bir instituta keçməsini təkid etməyə başlamışlar. Belə ki, xx.xx.2022-ci il tarixli, 08-32 saylı məktubla Cavabdeh tərəfindən iddiaçıya «Xəbərdarlıq» göndərilərək Cavabdeh xx.xx.2021- ci il tarixdə baş tutmuş Elmi Şurasının qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilməsi və yeni kimyəvi materiallar və texnologiyalar elmi tədqiqat laboratoriyasının bağlanması bildirilmişdir. Həmin xəbərdarlıqda göstərilmişdir ki, «bu xəbərdarlığı aldığınız gündə 9 təqvim həftəsindən sonra «Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir». Universitetin kadrlar şöbəsinə hamilə olması barədə şifahi məlumat versə də, bu hal nəzərə almadan iddiaçının işdən azad edilməsinə qərar verilmişdir. İddiaçı dəfələrlə Universitetin rəhbərliyinə yazılı şəkildə müraciət edərək görüşmək və ya onun işinə təkrar baxılaraq Universitetdə işlə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixli, 383 saylı əmrlə xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. İşdən azad edilməsinə dair əm rvə əmək kitabçası xx.xx.2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim etdikdən sonra o, Universitet arasında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə «mediasiya prosesinin tətbiq edilməsi barədə təklif» məktubu göndərmişdir. Təklif məktubu xx.xx.2022-ci il tarixdə tərəfə çatdırıldıqdan sonra sənədlər Bakı 4 saylı Mediasiya Təşkilatının X1 icraatına verilmişdir. Keçirlən mediasiya görüşlərində barışıqlar bağlı razılıq əldə edilə bilmədiyi üçün MŞB/4- 1084 saylı, xx.xx.2022-ci il tarixli arayış xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Tərəflər arasında barışıq əldə edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndində deyilir: «işçilərin sayı və ya ştatları ixtisar edildikdə». Cavabdehin əmri Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Belə ki, xəbərdarlıq barədə bildiriş iddiaçıya təqdim edildiyi gün o, hamilə olduğunu bəyan etsə də, buna məhəl qoymayan işəgötürən laboratoriyanın bağlanmasını əsas gətirərək onun işdən azad ediləcəyini qəti şəkildə bildirmişlər. Cavabdehin qanunsuz əməli nəticəsində 2022-ci ilin aprel ayından əmək haqqı almır. On üç ilə yaxın bir müddətdə Universitetdə çalışır. Yuxarıda qeyd etdiyi kimi ingilis dilində kimya fənni üzrə dərs tədris edə bilən az mütəxəssislərdəndir. Heç bir əsas olmadan Universitet rəhbərliyinn gənc kadrlara qarşı bu cür aqressiv münasibəti başa düşülən deyil.
18. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı iddia həcminin artırılması barədə ərizə məhkəməyə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi yazılan zaman səhhətində olan problemlərlə bağlı olaraq «Bakı Sağlamlıq» mərkəzində stasionar müalicədə idi. Belə ki, işdən çıxarılmasına dair cavabdeh təşkilatla olan mübahisələri nəticəsində hamiləliyi ilə bağlı olaraq problemlər yaranmışdır. Odur ki, müayinə və müalicə üçün həkimə müraciət etməli olmuşdur. Lakin keçirtdiyi əsəb və stres nəticəsində uşğını itirmişdir. Buna səbəb olan cavabdeh təşkilatı Cavabdeh məsul şəxsləridir. Hamilə olduğunu bildikləri halda iddiaçını işdən çıxarmaları tamamilə qanunsuz və əsassızdır. Belə ki, fəaliyyəti dayandırılan laboratoriyanın 21 əməkdaşından yalnız onun işdən çıxarılması, digər 20 nəfərin işlə təmin edilməsi iddiaçıya qarşı olan açıq haqsızlığın göstəricisidir. Cavabdeh əməkdaşlarının iddiaçıya qarşı olan bu haqsız münasibəti onun səhhətinə pis təsir etmiş və buna görə keçirtdiyi stres və əsəbin nəticəsində övladını itirmişdir. Bu mənəvi zərərin əvəzi cavabdeh təşkilat tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 04-383 saylı əmrin ləğv edilməsi, cavabdeh təşkilatdan mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulması, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra edilən günədək hər ay müvafiq əmək haqqı ödənilməklə Universitetin «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(006)- 3121/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ADNSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» X11 və başqa elmi tədqiqat laboratoriyada ixtisasına uyğun iş təklif edilmiş, lakin iddiaçı bu təkliflərdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində ona hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. İddiaçı ADNSU-nun kadrlar şöbəsinə hamilə olması barədə şifahi məlumat verməsini, lakin bu hal nəzərə alınmamasını iddia etsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır. (şahid ifadəsi, kimə şifahi məlumat vermişsə onun izahatı və s.) Belə ki, qeyd olunan hamiləlik ilə bağlı müraciət şifahi olmamaqla, yazılı tərtib edilməli və kadrlar şöbəsinə rəsmi məlumat verilməliydi. (işə götürəni məlumatlandırmaq vəzifəsi işçiyə məxsus olduğundan) Lakin İddiaçı bunun yazılı olmasını və rəsmi məlumat verməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – onun Universitetin «Neft kimya texnologiyası və sənaye ekologiyası» kafedrasında işlə təmin olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 10.000 manat tutulması hissəsi üzrə qeyd etmişdir ki, tələb digər ilkin tələblərlə (əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) bağlı olduğundan və onun hüquqi nəticəsini daşımalı olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə, 12-ci, 68-ci, 70-ci, 77-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008ci il tarixli qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin tam ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir.
23. Apelyasiya şikayətində göstərilmişdir ki, labaratoriyanın ləğv edilməsi işçilərin say və ya ştatlarının ixtisarı kimi qiymətləndirilməməlidir. Belə ki, labaratoriya Universitet işçilərinin elmi tədqiqatlar aparması üçün yaradılmışdı. O, həmin universitetin dissertantı, elmi işçisi olmuşdur. 2012-ci il tarixindən “Fizika və analitik kimya” kafedrasının “Fiziki kimya” ixtisası üzrə dissertasiya işi yazır. Universitet rəhbərliyi qanunsuz olaraq ixtisası olmayan başqa bir İnstituta keçməyini təkid edir. Məhkəmə işin bu halını tam araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesində Universitetin ona başqa iş təklif etməsi faktı öz təsdiqini tapmamışdır. Qətnamənin 30-cu abzasında məhkəmə bu faktın öz təsdiqini tapdığını bildirir. Lakin buna dair heç bir rəsmi sənəd iş materiallarında yoxdur. Yuxarıda da qeyd etdiyi kimi əvvəlcə işçilərin Universitetin başqa kafedralarında işlə təmin olunacağı bildirilmişdir. Buna dair ərizə də iş materiallarına əlavə edilmişdir. Lakin ona hansısa bir institutda işlə təmin ediləcəyinə dair hər hansı bir rəsmi sənəd iş materiallarında yoxdur. Bu olada bilməzdi. Çünki həmin İnstitut ayrıca bir hüquqi şəxsdir. Universitet hansı əsasla ona həmin institutda iş təklif edə bilərdi. Məhkəmə qətnaməsinin 32-ci abzasında hamilə olması barədə Universitetin kadrlar şöbəsinə şifahi məlumat verməməsinin öz təsdiqini tapmadığını bildirir. Məhkəmə qərəzli olaraq bu nəticəyə gəlmişdir. Necə olur ki, Məhkəmə Universitetin şifahi formada ona başqa iş təklif etməsinə inanır lakin onun şifahi formada hamilə olması barədə məlumat verməsinə inanmır. Göründüyü kimi qərəzli və əsassız qətnamə qəbul olunmuşdur. Nəyə görə hamilə olduğu barədə məlumatı kadrlar şöbəsinə bildirməməli idi. Bu sualı təəssüf ki, məhkəmə özünə verməmişdir. Məhkəməyə təqdim edilən ərizədə 6 nəfər şəxs onun Universitetin “Neft kimya texnologiyalası və sənaye ekologiyası” kafedrasında işlə təmin olunacağına dair Universitet rəhbərliyinin əvvəlcədən söz verməsi faktı təsdiqlənmişdir. Məhkəmə bu sübuta heç bir qiymət verməmişdir. İşdən qanunsuz olaraq çıxarılması zamanı hamilə olmuş və bu barədə şifahi şəkildə kadrlar şöbəsinə məlumat vermişdir. Kadrlar şöbəsi bu faktı bu gün təsdiqləyə bilməzlər, çünki Universitet rəhbərliyi onları da dərhal işdən azad edə bilər. Təqdim etdiyi xəstəlik barədə arayışdan da həmin dövrdə hamilə olduğu görsənir. Lakin məhkəmə həmin sənədə də qiymət verməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh tərəf apellyasiya şikayətinə etiraz təqdim edərək, apelyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, apelyasiya şikayətində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı onun ixtisasına uyğun olan və elmi işini rahat şəkildə apara biləcəyi “Neftin, qazın geotexnoloji problemləri və kimya” X11 vəzifə təklif edilmişdir. Sözü gedən elmi tədqiqat institutu Cavabdeh nəzdində fəaliyyət göstərir və bunu təsdiq edən ETİ-nin nizamnaməsi məhkəməyə təqdim olunmuşdur. İddiaçıya məhz ADNSU daxilində kafedrada işlə təmin olunacağı kimi vəd verilməmişdir. Bu artıq iddiaçının geniş təxəyyülünün məhsuludur. İddiaçı şikayətində qeyd edir ki, “Universitetin ona başqa iş təklif etməsi faktı öz təsdiqini tapmamışdır”. Qeyd edilməlidir ki, işəgötürən olaraq bağlanmış laboratoriyada çalışan bütün işçiləri işlə təmin etmişlər. Yalnız, iddiaçı ona edilən təklifdən nümayəşkəranə şəkildə imtina etmişdir. Onunla təkrar aparılmış söhbət zamanı da iddiaçı xüsusi inadkarlıq göstərərək daha əvvəl aldığı əmək haqqından az olmayaraq əmək haqqı almaqla ixtisasına uyğun olaraq “Neftin, qazın geotexnoloji problemləri və kimya” X11 işləmək istəməmiş, əksinə ona tədris yükünün verilməsini və ingilis dilində tədris aparmasına icazə verilməsini tələb etmişdir. Daha sonra, iddiaçı apelyasiya şikayətində qeyd edir ki, məhkəmə onun hamilə olması barədə kadrlar şöbəsinə şifahi məlumat verməsini sübut kimi qəbul etməməklə qərəzli olduğunu göstərmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı nə yazılı, nə də şifahi şəkildə hamilə olması barədə ADNSU-ya məlumat verməmişdir.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, Universitetdə çalışır. Lakin işdən əsassız olaraq çıxarılmışdır, belə ki, hamilə olması barədə cavabdehə məlumat verilsə də bu nəzərə alınmamışdır. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməlidir.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində cavabdehin iddiaçıya işlə bağlı rəsmi təklif edib-etməməsi məsələsinə münasibət bildirilməmişdir. Həmçinin təklif edilən digər institutun rəhbərliyi ayrıdır. Həmin institut bu universitetin nəznində deyil. İşə birinci instansiya məhkəməsində baxılması zamanı epikrizdəki səhvə aydınlıq gətirilib. İddiaçı işdən ayrılma ilə bağlı əsəb keçirdiyi üçün xəstəxanaya düşüb, uşaq doğulmayıb. İddiaçı 13 apreldə işdən çıxarılıb. İddiaçı işdən çıxarılanda uşaq 14 günlük idi. İddiaçı universitetin tərkibində olan ixtisasına uyğun fakültələrin birində mütəxəssis, laborant vəzifəsində işləyə bilər. İddiaçıya əvvəlcədən hansı vəzifəyə söz vermişdilərsə həmin vəzifədə də işlə təmin oluna bilər. Hesab edir ki, iddia tələbi təmin edilməlidir.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddiaçının işlədiyi laboratoriya Elmi Şuranın qərarına əsasən bağlanmış, işçilər işlə təmin olunmuş, lakin İddiaçı ona təklif olunan, işlədiyi universitetin nəznində fəaliyyət göstərən Neftin, qazın geotexnoloji problemləri və Kimya elmi tədqiatı institutunda işləməkdən imtina etmişdir. Bu iş ona bir neçə təklif edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı bu məsələ araşdırılmış, məhkəməyə institutun Nizamnaməsi təklif edilmiş, onun yaradılması ilə bağlı Nazirlər Kabinetinin qərarı təqdim edilmişdir. Həmin instututun universitetin nəznində olması ilə bağlı kifayət qədər sübut təqdim edilmişdir. İddiaçıya söz verilməyib ki, universitetin kafedrasında işlə təmin olunacaq. İddiaçı tərəf bununla bağlı hər hansı yazılı sübut təqdim edə bilməz. Ola bilər ki, işçilər arasında əməkdaşlıq sahəsində müəyyən mübahisələr olub. Universitet olaraq iddiaçını ixtisasına uyğun iş təklif edilmişdir. Bundan başqa iddiaçı universitetə hamilə olması ilə bağlı heç bir məlumat verməmişdir. Qeyd olunanlara əsasən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən maddi hüquq normaları:
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
29. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
32. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.
33. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasnə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq əmək stajı on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftə qabaq işçiyə rəsmi xəbərdar edilməlidir.
Apelyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir.
38. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh «Yeni kimyəvi materiallar və texnologiyalar» laboratoriyasının elmi işçi vəzifəsində işləmiş və Universitetin xx.xx.2021-ci il tarixdə baş tutmuş Elmi Şurasının qərarına əsasən müvafiq struktur dəyişikliklər həyata keçirilmiş və iddiaçının çalışdığı laboratoriyası bağlanmışdır. Laboratoriyada çalışan əməkdaşlar işlə təmin edilmiş, lakin iddiaçı ona təklif edilən və ixtisasına uyğun olan işlə razılaşmamış, ixtisasına uyğun olmayan işə keçirilməsini tələb etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar xitam verilməsinə razılıq verilməsi üçün Həmkarlar İttifaqına müraciət olunmuş və bu müraciətə müsbət cavab verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ilə ADNSU-da elmi işçi vəzifəsində çalışan İddiaçı işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad olunmuşdur.
39. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində ona hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
40. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı, ADNSU-nun kadrlar şöbəsinə hamilə olması barədə şifahi məlumat verməsini, lakin bu hal nəzərə alınmamasını iddia etsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır.
41. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu üçün və iddiaçının həmin əmrin ləğvi ilə əlaqədar gətirdiyi dəlillər öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş əmrin ləğv edilməsi barədə tələbi eləcə də həmin tələbdən irəli gələn iddialar da əsaslı hesab edilə bilməz və bu səbəbdən də təmin edilməməlidir.
42. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.
43. Belə ki, iddiaçının hamilə olmasını təsdiq edən sənədlər apellyasiya baxışı zamanı təqdim edilsə belə, iddiaçının hamilə olmasının cavabdehə rəsmi şəkildə bildirməsi iş materialları ilə müəyyən edilməmişdir.
44. Eyni zamanda iş materiallarında olan iddiaçıya edilmiş xəbərdarlığın məzmunundan görünür ki, ixtisasına (peşəsinə) uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə İddiaçı əlavə məlumat veriləcəkdir.
45. Bundan başqa cavabdehin iddia tələbinə etirazından görünür ki, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ADNSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» X11 və başqa elmi tədqiqat laboratoriyada ixtisasına uyğun iş təklif edilmiş, lakin iddiaçı bu təkliflərdən imtina etmişdir. Eyni zamanda iddiaçı da ona edilmiş iş təklifinin ayrıca bir İnstitut olması əsası ilə imtina etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin də istinad etdiyi hallardan biri də o olmuşdur ki, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ADNSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» X11 və başqa elmi tədqiqat laboratoriyada ixtisasına uyğun iş təklif edilmiş, lakin iddiaçı bu təkliflərdən imtina etmişdir.
46. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdar olunmuş, hətta xəbərdarlıq müddəti ərzində ona hər iş həftəsində əmək haqqı saxlanmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
47. Göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən iş təklif edilsə də iddiaçı arzuolunan iş olmadığından həmin təklifdən imtina etmişdir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
49. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 50.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 52.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır 53.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(006)- 3121/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov