Məhkəmə qərarları › İş №2(103)-6756/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6756/2022

03.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6756/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Sabiq qızı Cavabdeh qarşı - fərdi yaşayış evinə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Sabiq qızının Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla verilmişdir, mübahisəli evin Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qərardadı ilə vəsatətin rədd edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəlsinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.Cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olduğundan, İddiaçı Sabiq qızının cavabdehin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə 02 sentyabr 2022-ci il tarixli qərardadını ləğv edərək, işin Xaçmaz rayon məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 62; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1, 39.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ancaq məhkəmə nəzərə almaq lazımdır ki, artıq qanunda başqa hal nəzərdə tutulur. Çünki ev Xaçmaz rayonunda yerləşir. Qanunun bu maddəsi düzgün tətbiq edilməmişdir. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçıda Xaçmaz rayonunda yerləşən fərdi evdən yaşamaq hüququ tələb etdiyindən işə Xaçmaz rayon məhkəməsində baxılmalıdır. Hazırda da aidiyyat qaydaları pozulmuşdur. Çünki iddiaçının mübahisə etdiyi mübahisəli ev Xaşmaz rayonunda yerləşir. Müstəsna aidiiyyət olaraq işə Xaçmaz rayon məhkəməsində baxılmalıdır. Hazırda iddiada ümumiyyətlə həmin evin olub- olmaması barədə sübutlar yoxdur. Əgər bu ev müəyyən olunsa və məhkəmə tərəfindən yerli baxış keçirilsə hansı çətinliklərin baş verə biləcəyi ortadadır. İddaçı özü bildirir ki, ev bizimdir. Onun evdə yaşamaq hüququnun olmasını göstərir. Bütün bunlar hazırlıq iclasında araşdırılmasa belə iş aidiyyət üzrə göndərilməli və orada araşdırılmalıdır. O evin digər sahibi olduğunu göstərir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan ərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə şikayətə qoşulmuş sənədlərdən görünür ki, cavabdeh Xətai rayon ərazisində qeydiyyatdadır, tələb isə fərdi yaşayış evinə köçürülmə tələbidir. Mülki Prosessual Məcəllənin tələblərinə görə: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (39.1). İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, habelə hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir (44.2.2, 44.2.5). Məhkəmə vəsatətin istinad edilən hallarına və hüquqi əsaslarına qiymət vermədən yalnız məcəllənin 35.1-ci maddəsinin dispozitiv şərtini təsbit etməklə kifayətlənmişdir. Halbuki sahiblik hüquqlarının pozulması iddiaçının ərizəsində yer almış və işin ərazi aidiyyəti üzrə digər məhkəməyə göndərilməsinə iddiaçı tərəfindən etiraz edilməmişdir. Prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən ediilr və işin təfərrüatı araşdırılmadan tələbin mahiyyətin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqların pozulmasına şərait yaradan amil kimi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilvasitə olaraq hazırki tələblə bağlılığı müəyyən edilir.Ona görə vəsatət birinci instansiya məhkəməsində yenidən müzakirə edilməli, dövlət rüsumunun Xətai Rayon Məhkəməsi tərəfindən ərazi aidiiyyəti məsələsi əsaslı şəkildə təfsir edilməli vəsatətin təmin edilməsinin prosessual hüquqi imkanları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabedeh Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdehin (nümayəndənin) ərazi aidiyyəti barədə vəsatətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar