Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-676/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2, Cavabdeh “xxxx” şirkətinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” şirkətinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2019 saylı, 14 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” şirkətinə qarşı Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs olduğu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “xxxx” ASC-nin 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu olmaqla, cəmi 5.236.111,12 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 1i ünvanında yerləşən 18,3169 ha və 1 ha torpaq sahələrinə, 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu olmaqla, ümumilikdə 7.500.000 manat əsas, 248.111,12 manat faiz borcunun, cəmi 7.748.111,12 manat kredit borcunun ödənilməsi üçün “xxxx” şirkətinə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13.066,65 faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.833,34 manat faiz borcu olmaqla, ümumilikdə 3.000.000 manat əsas, 22.899,99 manat faiz borcunun, cəmi 3.022.899,99 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17 208,33 manat faiz borcu olmaqla, cəmi 3.017.208,33 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısında borcunun ödənilməsi və bununla bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxx” ASC arasında aşağıdakı kredit müqavilələri bağlanmışdır. 23 oktyabr 2014-cü il tarixli KB014-1626 nömrəli kredit müqaviləsi 5 000 000 manat məbləğində kreditin illik 4% olmaqla 1079 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 06 oktyabr 2017-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 24 oktyabr 2014-cü il tarixli İB014-1626/1 nömrəli və 21 noyabr 2014-cü il tarixli İB014-1626/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İB014-1626/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 1i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsi və 1 ha torpaq sahəsi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. İB014-1626/2 nömrəli ipoteka müqaviləsinə əsasən “xxxx” şirkətinə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. 10 dekabr 2014-cü il tarixli KBQ14- 1637 nömrəli kredit müqaviləsi 2 500 000 manat məbləğində kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 04 dekabr 2015-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq kredit üzrə illik faiz dərəcəsi 3.5%-dən 3,2%ə endirilərək verilmiş kredit resursunun ödənilmə vaxtı 01 iyun 2016-cı il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 01 iyun 2016-cı il tarixli yeni əlavəyə uyğun olaraq isə kredit borcunun ödəniş müddəti 01 iyun 2017-ci il tarixinədək uzadılmışdır. 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi3 000 000 manat kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 08 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 08 iyun 2015-ci il tarixli İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...8 aprel 2016cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur. 26 oktyabr 2015-ci il tarixli KBQ151776 nömrəli kredit müqaviləsi 2 000 000 manat kreditin illik 3% olmaqla 180 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 26 oktyabr 2015-ci il tarixli İBQ15- 1776/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır: İBQ15-1776/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. İBQ15-1776/3 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...22 aprel 2016-cı il...” sözləri “...16 may 2017-cl il...” sözləri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası 1 saylı İnzibatilqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı Qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və bank barəsində iflas proseduruna başlanılmışdır. Qeyd edilən kredit müqavilələri üzrə Mərkəzi Bankın kreditor tələbləri “xxxx” ASCnin ləğvedicisinə 11 oktyabr 2016-cı il tarixli 05-00878-2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. “xxxx” ASC-nin 23 oktyabr 2014-cü il tarixli KB014-1626 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13.066,65 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17 208,33 manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.833,34 faiz borcu vardır. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq bankın müflis elan edilməsi barədə məhkəmə qərarın qüvvəyə mindiyi 29 avqust 2016-cı il tarixinədək hesablanmışdır. Qeyd edilən əsaslara görə, Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyan Cavabdeh1 28 oktyabr 2016-cı il tarixli 05-00969-2016 nömrəli, Cavabdeh2 16 noyabr 2016-cı il tarixli 05-01013-2016 nömrəli, Cavabdeh3 24 oktyabr 2016-cı il tarixli, 05-00911-2016 nömrəli və 24 oktyabr 2016-cı il tarixli, 05-00912-2016 nömrəli, “xxxx” şirkətinə isə 19 oktyabr 2016-cı il tarixli, 0500901-2016 nömrəli məktublarla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər 'İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 noyabr 2016-cı il tarixli **********53 nömrəli, 01 dekabr 2016-cı il tarixli **********30 nömrəli, 07 dekabr 2016-cı il tarixli **********42, 07 dekabr 2016-cı il tarixli **********43 nömrəli və 29 oktyabr 2016- cı il tarixli **********69 məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlak istinad edilən müvafiq kredit müqavilələrinə əsasən Mərkəzi Bank tərəfindən “xxxx” ASC-yə verilmiş kreditlərin ipoteka müqavilələrində qeyd olunmuş tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Göstərilənlərə əsasən, qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilmədiyi, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, eləcə də müflis elan edilmiş bankın maliyyə öhdəliklərini icra etməsi imkanında olmaması ilə əlaqədar Mərkəzi Bank qarşısındakı kredit borcunun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” şirkətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmetlərinə tutma yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, onların satışından əldə edilən vəsait hesabına iddiaçıya olan kredit borcları, həmçinin tutmanın yönəldilməsi ilə əlaqədar bütün xərclər ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, “xxxx” ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında bağlanmış: 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5 236 111,12 manat (beş milyon iki yüz otuz altı min yüz on bir manat, on iki qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh3 məxsus ünvan 1iünvanında yerləşən 18,3169 ha və 1 ha torpaq sahələrinə; 23 oktyabr 2014-cüil tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5236 111,12 manat (beş milyon iki yüz otuzaltı min yüz on bir manat, on iki qəpik), 10 dekabr 2014-cüil tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2 512 000 manat (iki milyon beş yüzon iki min), cəmi 7 748 111,12 manat (yeddi milyon yeddi yüz qırx səkkiz min yüz on birmanat on iki qəpik) kredit borcunun ödənilməsi üçün “xxxx” şirkətinə məxsus Bakışəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəyə; 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1013 066,65 manat (bir milyon on üç min altmış altı manat altmış beş qəpik), 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə2 009 833,34 manat (iki milyon doqquz minsəkkiz yüz otuz üç manat otuz dörd qəpik), cəmi3 022 899,99 manat (üç milyon iyirmi ikimin səkkiz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh1 məxsusünvan 6 ünvanında, 0,13381 ha torpaq sahəsindəyerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına; 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3017208,33 (üç milyon on yeddi min iki yüz səkkiz manat otuz üç qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin müvafiq kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısında borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, ipoteka predmeti olan ünvan 4ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1 180 700 (bir milyon yüz səksən min yeddi yüz) manat, Oğuz rayonu, Muxaskəndi ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 3 216 200 (üç milyon iki yüz on altı min iki yüz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 15 010 000 (on beş milyon on min) manat, ünvan 8 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 6 037 700 (altı milyon otuz yeddi min yeddi yüz) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” şirkətindən məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaitinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, qiymətləndirmə ekspertizasının dəyəri qismində 1500 (bir min beş yuz) manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Azərbaycan Respublikasının Mərkəzi Bankı apellyasiya şikayəti verərək onun ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissələrində dəyişdirilməsini və təkrar qiymətləndirmə keçirilməklə əmlakların dəyərinin yenidən müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ipoteka predmetlərinə həddindən artıq yüksək qiymət qoyulduğu arqumenti ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8827/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi (Baş direktoru) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(004)-121/2019 nömrəli qətnaməsi “ünvan 1i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 3.216.200 manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 15.010.000 manat, ünvan 8 ünvanında,0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 6.037.700 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ünvan 1i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 2.984.500 manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 14.786.000 manat, ünvan 8 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 6.015.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə, yəni “ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin ******* manat müəyyən olunması” hissəsində dəyişdirilmədən saxlanılması, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 750 manatın “xxxx” ASC-dən alınaraq “xxxx” MMC-nin hesabına, dövlət rüsumlarının əvəzi qismində 45 manatın alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2940/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxx” şirkətinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdehlərə və üçüncü şəxs ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin və 3-cü şəxsin məhkəmə iclasına gəlmədiklərinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissəsini qanuniliyi və əsaslılığı təşkil edir. Çünki cavabdehlər qətnaməni ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı şikayət vermişdir. Kollegiya işdə iştirak edən şəxslərin izahatlarını bu konteksdə dinləyərək apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir: İşdən müəyyən olunur ki, ləğv prosesində olan “xxxx” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankından 23 oktyabr 2014-cü il tarixli KBO14-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat məbləğində kredit götürmüş, kredit müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və nəticədə “xxxx” ASC-nin müflis elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi 29.08.2016-cı il tarixə Mərkəzi Banka: 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236 111,12 manat faiz borcu olmaqla, cəmi 5.236.111,12 manat; 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu olmaqla, cəmi 2.512.000 manat; 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13 066,65 faiz borcu olmaqla, cəmi 1.013.066, 65 manat; 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.833,34 manat faiz borcu olmaqla, ümumilikdə 2.009.833,34 manat; 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17.208,33 manat faiz borcu olmaqla, cəmi 3.017.208,33 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert tədqiqatının nəticəsində verilmiş rəydə müəyyən edilmiş rəqəmlər iddiaçının tələbində göstərilən rəqəmlərdən yüksək olduğundan, məhkəmə mübahisəyə baxarkən iddiaçının tələbində göstərilən məbləğlərdən çıxış etmişdir. Belə ki, məhkəmənin 31.05.2018-ci il tarixli qərardadı əsasında “xxxx” MMC-nin eksperti X3 tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair 15.10.2018-ci il tarixli ekpertiza rəyinə əsasən, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1.180.700 manat, Cavabdeh3 məxsus ünvan 1ində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiyməti 3.216.200 manat, “xxxx” şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 15.010.000 manat, Cavabdeh1 məxsus ünvan 3 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 6.037.700 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi R.Məmmədov ekspert rəyi ilə razılaşmayaraq, ipoteka predmeti olan əmlakların ekspert tərəfindən müəyyən edilmiş dəyərinin yüksək olduğunu və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda “ilkin satış qiyməti” anlayışının ipoteka predmetinin satış (likvid) qiyməti mənasını daşıdığına istinad edib, əmlakların ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində dindirilmiş “xxxx” MMC-nin eksperti X3 bildirmişdir ki, hər bir ipoteka predmeti ilə bağlı ətraflı yerli baxış keçirilmiş, əmlakların yerləşməsi, gəlirlilik dərəcəsi, həmin ərazidə bazar qiymətləri və analojı əmlakların dəyərləri öyrənilmiş və ekspert rəyində hər bir əmlakın təsviri ətraflı şəkildə aparılaraq, qeyd olunan göstəricilər əsasında həmin əmlakların dəyərləri müəyyən edilmişdir. Həmçinin digər əmlaklara nisbətən daha yüksək qiymətləndirilmiş “xxxx” şirkətinə məxsus əmlakın qiymətləndirilməsi zamanı həmin əmlak yalnız daşınmaz əmlak kimi deyil, həm də istehsalat binası kimi qiymətləndirilmişdir. Belə ki, orada armatur zavodu fəaliyyət göstərir və zavodda gündə 30-40 ton armatur hazırlanır. Bundan başqa ipoteka müqaviləsi bağlandıqdan sonra həmin ünvanda əlavə tikinti işləri aparılmış, konstruksiyalar quraşdırılmışdır. Həmçinin qiymətləndirmə aparılarkən analojı daşınmaz əmlakların satış qiymətləri araşdırılmışdır. Məsələn, Bakı şəhərində Sahil metrostansiyası yaxınlığında 686 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 15.500.000 manat qiymətinə, Həzi Aslanov qəsəbəsində 3.700 kv.m sahədə tikilmiş təmirsiz zavod 11.000.000 manat qiymətinə satışa qoyulmuşdur. Nəzərə alınmalıdır ki, ölkədə baş vermiş devalvasiya səbəbi ilə ipoteka müqavilələri bağlanarkən müəyyən edilmiş ilkin satış qiymətləri hazırkı bazar qiymətlərindən qat-qat aşağıdır. Ona görə də, ipoteka müqavilələrində qeyd olunan qiymətlər ipoteka predmetlərinin hazırkı qiymətləri müəyyən edilərkən əsas götürülə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit alan “xxxx” ASC tərəfindən kredit müqavilələrindən irəli gələn öhdəliklər yerinə yetirilmədiyindən, Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. İş materiallarından görünür ki, ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurunda başlanılması barədə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, “xxxx” Şirkətinə və borclu “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurunda başlanılması barədə bildiriş göndərilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması barədə ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə daxil olaraq qeydə alınmışdır. “xxxx” ASC tərəfindən götürülmüş öhdəliklərin lazımınca yerinə yetirilməməsini, kredit və ipoteka müqavilələrinin şərtlərini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” ASC-nin qeyd edilən kredit müqavilələri üzrə borcunun ödənilməsi üçün tutma müvafiq ipoteka predmeti olan əmlaklara yönəldilməli, həmin əmlakların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına “xxxx” ASC-nin Mərkəzi Banka olan borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclər ödənilməlidir. Əvvəlki apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsinin təqdim etdiyi alternativ qiymətləndirmə rəyinə görə müəyyən edilmişdir ki, “xxxx” şirkətinə məxsus Bakı şəhəri, ünvan2 ünvanında yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiyməti 7 056 000 manat, likvid dəyəri 5 632 800 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, ipoteka predmetlərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən ilkin satış qiymətləri mübahisələndirildiyindən, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar qiymətləndirmə ekspertizası təyin olunmuş, ekspertizanın aparılması “xxxx» MMC-nin mütəxəssislərinə həvalə edilmişdir Həmin qiymətləndirmə təşkilatının 22.10.2019-cu il tarixli rəyində ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin 1 196 000 manat, ünvanındə yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin bazar qiymətinin 2 984 500 manat, Bakı şəhəri, ünvan 2-də yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiymətinin 14 786 000 manat, ünvan 8 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar qiymətinin 6 015 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Halbuki, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndirici qarşısında ipoteka predmetinin bazar dəyərinin hansı məbləğ təşkil etməsi barədə sual qoyularaq, əmlakın bazar dəyəri ilkin satış dəyəri kimi müəyyən edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, 20.07.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara ziddir və apelyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı yanaşması onun tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Apellyasiya baxışı zamanı əmlakın likvid qiymətinin müəyyən edilməsi məqsədilə təkrar ekspertiza təyin olunmuş, bununla belə “xxxx” MMC-nin eksperti əmlaka baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılmasından imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nın 102-ci maddəsinə əsasən iş üzrə təkrar qiymətləndirmə ekspertizasının təyin edilmiş və Ekspertizanın aparılması “X6 Mərkəzi” MMC-nin mütəxəssislərinə həvalə olunaraq onların qarşısında ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin; Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin; Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin; ünvan 11 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırki dövrə likvid qiymətləri müəyyən edilməsi kimi sual qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş “X6 Mərkəzi” MMC-nin 05 may 2021-ci il tarixli YDN 028 saylı qiymətləndirmə barədə hesabatından görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün araşdırma, təhlil və hesablamalar aparılmış, nəticədə qiymətləndirmə obyektinin hazırki dövrə likvid dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: - ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi – 1.120.000 AZN; - Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsi – 2.835.000 AZN; - Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə - 14.060.000 AZN ; - ünvan 11 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası – 5.720.000 AZN. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək iddia tələbi üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin hallarını, eləcə də, ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissəsində dəyişdirilməlidir. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi – 1.120.000 AZN; Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsi – 2.835.000 AZN; Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə - 14.060.000 AZN ; ünvan 11 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası – 5.720.000 AZN məbləğində qiymətləndirilməli, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri 1500 manat “X6 Mərkəzi” MMC-nin tərəfindən aparılmış qiymətləndirmə ekspertizasının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi təmin edildiyindən, məhkəmə xərclərinə aid edilən “X6 Mərkəzi” MMC-nin tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 1500 manat vəsait isə tərəflərdən həmin MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2019 saylı iş üzrə qəbul etdiyi 14 fevral 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ünvan 4 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi – 1.120.000 AZN; Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsi – 2.835.000 AZN; Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə - 14.060.000 AZN ; ünvan 11 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası – 5.720.000 AZN məbləğində qiymətləndirilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. “X6 Mərkəzi” MMC-nin tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 1500 manat iddiaçıAzərbaycan Respublikasının Mərkəzi Bankından və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” şirkətindən həmin MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-676/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-676/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver