Məhkəmə qərarları › İş №2(103)-6765/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6765/2020

20.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6765/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim:TofiqSəmədoğluSəmədovunsədrliyivəməruzəsilə HakimlərİkramSabiroğluŞirinov, Anar VəziroğluTanrıverdiyevdənibarəttərkibdə, X1katibliyi, İddiaçı iştirakıilə İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-1037/2020 №-li qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı xx xxxxxx 2020- ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(008)-1037/2020 saylı qərardadına əsasən ərizə rədd edilmişdir. Hazırda İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-1037/2020 №-li qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərardadı ləğv edilməli, İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1037/2020 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məhkəmənin qətnaməsini xx xxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə rəsmi qaydada almış, apellyasiya şikayəti rabitə orqanına xx xxx 2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə ölkə daxilində insanların küçəyə çıxışına məhdudiyyət qoyulmuşdur, yalnız xüsusi icazə verilən işçilərin küçəyə çıxışına icazə verilmişdir, xüsusilə də yaşı 65-dən yuxarı olan şəxslərin hərəkətinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli məlumatının 1.1-ci bəndində xx xxx 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunması qeyd edilmişdir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki o, xx.xx.19540-cü ilə doğulmuşdur və hazırda onun 66 yaşı var. Göründüyü kimi, İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti və həmçinin apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan, yuxarıda qeyd olunanları nəzərə almadan iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılmasını üzürlü hesab etməyərək bərpa etməməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400,405-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar