Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6767/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən alınmış, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77saylı mənzillər; - İddiaçı1 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7- ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzilin - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil; - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil; - İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqlı ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzilin; - İddiaçı6 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzilin; - İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzili; - İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzili; - İddiaçı4 tərəfindən alınmış MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqlı ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzillərin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin olunmuşdur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar müqavilə üzrə öhdəliklərini tam icra edərək mənzillərin dəyərini tam şəkildə ödədiklərindən, cavabdeh MTK da müqavilə üzrə öz öhdəliklərini icra etməli və mənzilləri iddiaçıya təhvil verməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 385.1, 427, 430, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Maraqlarına toxunan şəxs X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ünvan 2 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 92,9 kv.m olan 75 nömrəli mənzilin İddiaçı1 təhvil verilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı maraqlarına toxunan şəxs X2 elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. M.Quliyevin ərizədəki imzası notariat qaydasında təsdiq olunmuşdur. Məhkəmə kollegiyası ərizəni müzakirə edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə maraqlı şəxsin apellyasiya şikayətindən imtinası qəbul edilməli və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6767/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6767/2022
19.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver