Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-678/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: ipoteka predmetinə tutma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə "xxxx" MMC arasında _113-MFİ-162 nömrəli, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsi imzalanmış, kredit müqaviləsinə əsasən Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir. Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit 20 ədəd avtomobil alışı məqsədi ilə verilir.
2. “İpotekasaxlayan” Cavabdeh ASC ilə “İpotekaqoyan” İddiaçı və “Borc alan” "xxxx" MMC arasında _113-MFİ-1-162 nömrəli, 04 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv.m yaşayış sahəsi 45.9 kv.m yardımçı sahəsi 11.8 kv.m olan üçotaqlı mənzil ipotekaya qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş xəbərdarlığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 04 noyabr 2021-ci il tarixdə ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında 113-MFİ- 1-162 nömrəli iki ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57,7 kv.m., yaşayış sahəsi 45.9 kv.m., yardımçı sahəsi 11.8 kv.m. olan 3 otaqlı mənzil ipoteka ilə yüklənmişdir. Kredit Müqaviləsi üzrə Borclu "xxxx" MMC-nin banka olan borcunu müəyyən edilmiş qrafikə uyğun ödəməyindən cavabdeh "xxxx"ASC ipoteka saxlayan İddiaçı xx.xx.2023-cü il tarixli İpoteka predmetinə tutma yönəldilməsi barədə Bildirişxəbərdarlıq göndərmişdir. Həmin məktub İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bildirişxəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinə əsas kimi Kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. Halbuki, İpoteka müqaviləsinin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi müəyyən edilmişdir. Bu hal qanunda da göstərilmişdir. Belə ki, "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Cavabdeh Bank xx.xx.2023-cü il tarxili Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutmanın yönəldilməsi əsasını düzgün yazılmadığından, İpoteka müqaviləsının 5.5.-ci bəndi və "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə zidd olduğundan həmin Bildirşxəbərdarlıq ləğv edilməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişxəbərdarlığın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qanunvericiliyin tələbinə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsinin ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal olduğunu, cavabdeh bank tərəfindən ipoteka qoyanlara ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair Bildiriş-xəbərdarlıqda isə ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas kimi Kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsinin göstərilməsini qeyd edərək həmin bildiriş xəbərdarlığın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməli olan məlumatların dairəsi dəqiq göstərilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bildirişdə göstərilməli olan məlumatlara daxil deyildir. Bundan başqa, işin hallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (o cümlədən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmişdir. Bank tərəfindən bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixdə borclunun kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası 90 təqvim günündən çox müddətdə, yəni 91 gün gecikdirilmişdir. Beləliklə də, bank tərəfindən bildiriş qanunvericiliyin tələbinə əməl edilməklə verilmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən bildirişin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1-ci maddələri, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1, 36.1, 36.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220, 227və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC–yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə" bildirişin etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, 04 noyabr 2021-ci il tarixdə ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında 113-MFİ-1-162 nömrəli iki ipoteka müqaviləsi bağlanmışdır. Müqavilələrə görə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,7 kv metr yaşayış sahəsi 45,9 kv metr yardımçı sahəsi 11,8 kv metr olan 3 otaqlı mənzil ipoteka ilə yüklənmişdir. Müqavilələrin 3.1.-ci bəndinə görə ipoteka ohdəliyinin yaranma əsası Bakı şəhərində bağlanmış xx.xx.2021 tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsidir. Kredit Müqaviləsi üzrə Borclu "xxxx" MMC-nin banka olan borcunu müəyyən edilmiş qrafikə uyğun ödəməyindən cavabdeh "xxxx"ASC ipoteka saxlayan İddiaçı xx.xx.2023-cü il tarixli İpoteka predmetinə tutma yönəldilməsi barədə Bildiriş-xəbərdarlıq göndərmişdir. Həmin məktub İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinə əsas kimi Kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. Halbuki, İpoteka müqaviləsinin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi müəyyən edilmişdir. Bu hal qanunda da göstərilmişdir. Belə ki, "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Cavabdeh Bank xx.xx.2023-cü il tarxili Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutmanın yönəldilməsi əsasını düzgün yazılmadığından, İpoteka müqaviləsının 5.5.-ci bəndi və "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə zidd olduğundan həmin Bildirşxəbərdarlıq etibarsız hesab edilməlidir. İddiaçı kredit müqaviləsinin, yəni əsas müqavilənin tərəfi deyildir. İpoteka haqqında qanuna əsasən ipoteka predmetinə tutma yönəldilmədən qabaq tərəfə bu barədə bildiriş verilməlidir. Bildirişdə yalnız işə aidiyyəti olan məlumatlar olmalı və tərəfi yayındıran hallar göstərilməli deyil. Həmin xəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinin əsası kimi bildirişdə kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. İpoteka müqaviləsinin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi müəyyən edilmişdir. Bundan əlavə "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Hesab edir ki, qarşı tərəf nə ipoteka müqaviləsinin 5.5-ci bəndinə, nə də ki "İpoteka haqqında" Qanunun 34.1.1-ci maddəsinə istinad etməmişdir. Bu da qanunvericiliyə ziddir. Buna görə hesab edir ki, həmin bildiriş-xəbərdarlıq etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində hakim nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat bildirişdə bütün zəruri məlumatları göstərmiş bun görə iddiaçının iddiası rədd edilmişdir. "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Cavabdeh təşkilat iddiaçıya təqdim etdiyi Bildirişdə bu halları göstərməmişdir. Məhkəmə qətnaməsində bu maddi hüquq normasını tətqbiq etməli olduğu halda tətbiq etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: Maddə 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi: Maddə 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: Maddə 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; Maddə 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; Maddə 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; Maddə 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: Maddə 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; Maddə 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında imzalanmış _113-MFİ-162 nömrəli, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi imzalanmış və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv.m yaşayış sahəsi 45.9 kv.m yardımçı sahəsi 11.8 kv.m olan üçotaqlı mənzil ipoteka ilə yüklü edilmişdir.
20. Cavabdeh ASC tərəfindən borcalan və ipotekaqoyana 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş göndərilmişdir.
21. Bildirişdə qeyd edilir ki, xx.xx.2021 tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 3.1.6ci bəndinə əsasən, borcalan tərəfindən auntet ödənişlər 12 ay ardıcıl üç dəfədən çox gecikdirildikdə bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faiiz/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Onlar tərəfindən müqavilənin şərtlərinə əməl etməyərək öhdəlikləri pozulmuşdur. Onların xx.xx.2023-cü il tarixə həmin kredit müqaviləsindən irəli gələn 232.247,39 manat məbləğində əsas borc, 12.819,68 manat məbləğində faiz borcu, 744,02 manat məbləğində məbləğində gecikmiş cərimə borcu olmaqla, ümumilikdə 245.811,09 manat məbləğində borcları yaranmışdır Yuxarıda göstərilənləri nəzərə alaraq, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün Banka olan kredit borcunun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Əks təqdirdə həmin borcun xx.xx.2021-ci il tarixli, 113-MFİ-1-162 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 57,7 kv.m olan mənzilə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına Banka olan kredit borcun ödənilməsi barədə məhkəməyə və ya icra qeydinin verilməsi üçün notariusa müraciət olunacaqdır
22. Cavabdeh ASC ilə borcalan arasında imzalanmış _113-MFİ-162 nömrəli, 04 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 3.1.6-cı bəndində qeyd edilir ki, bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən halda – Borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə - bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faiz/dəbbə pulu ilə birlikdə vaxtında qaytarılmasını Borcalandan tələb etmək hüququna malikdir.
23. İpoteka saxlayan Cavabdeh ASC, ipoteka qoyan İddiaçı və borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113-MFİ-162 nömrəli ipoteka müqaviləsinin 5.5.ci bəndinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim gunü ərzində icra olunmadıqda; bu Müqavilə ilə nəzərdə tutulmuş ondəliklərin İpoteka qoyanın yerinə yetirməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır.
24. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2023-cü ilin fevral ayı üçün 30 gün gecikmə, mart və aprel ayları üçün 90 gün gecikmə, may, iyun, iyul ayları üçün 180 gün gecikmə halı müəyyən edilmişdir.
25. Qanunun tələbinə görə əsas öhdəliyin 90 təqvim günü və daha çox müddətə icra edilməməsi, o cümlədən müqavilədə nəzərdə tutulmuş şərtin baş verməsi ipotekasaxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı hərəkətlər etmək hüququ verir. §14.
26. Qanunun tələbinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir. §14.
27. Hazırkı halda qanunda və müqavilədə nəzərdə tutulmuş ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal baş vermiş, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə, İddiaçı bildiriş-xəbərdarlıq göndərilmiş, bildirişxəbərdarlıqda zəruri məlumatlar qeyd edilmişdir.
28. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bildirişin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev