Məhkəmə qərarları › İş №2(103)-678/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-678/2025

21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-678/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödəniməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndləri X5 və X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödəniməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4297/2024 saylı 4 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, öz izahatında etdiyi əməlləri etiraf etmiş, 7 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra isə yenidən bloklamışdır. Öz izahatında bloklanmış nömrələrin blokdan açılmasına icazəsinin olmaması barədə təlimatlar aldığını təsdiqləmişdir. Lakin öz vəzifə öhdəliklərini pozaraq həmin hesabların blokdan çıxardığını və pul vəsaitinin həmin hesablardan çıxanlmasına şərait yaratdığını və bu əməlinin səhv olduğunu, ondan peşman olduğunu qeyd etmişdir

3. Pashapay MMC-nin X13 Samir Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, Müştəri Xidmətləri Şöbəsinin işçiləri, müştəri xidmətləri üzrə kiçik mütəxəssislər İddiaçı və X4 onlara blokda olan hesabların blokdan açılmasının qadağan olunması barədə təlimatlar verilməsinə baxmayaraq, texniki imkanlardan suiistifadə edərək bəzi hesabları blokdan açmışlar və açılmış hesablarda olan vəsaitlərin hesabdan çıxarılmasına bilərəkdən şərait yaratmışlar.

4. Pashapay MMC-nin X13 Samir Məmmədov tərəfindən imzalanmış COE/07.24.114 nömrəli, 05 iyul 2024-cü il tarixli əmrinin surətindən və X7 Verilməsi ilə X14 Bildirişindən görünür ki, İddiaçı ilə İDM-499 nömrəli, 09 fevral 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 05 iyul 2024-cü il tarixdən xitam verilmişdir.

5. Pashapay MMC-nin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün Pashapay MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin başlanması və icaata qəbul edilməsi haqqında Qərar ilə cinayət işi başlanılmış, Pashapay MMC zərərçəkmiş kimi tanınmışdır.

6. 03.10.2024-cü il tarixli Cinayət işinin başlanması və icaata qəbul edilməsi haqqında Qərarın surətindən görünür ki, İddiaçı və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.2-ci maddələri ilə cinayət işinin başlanılması və icaata qəbul edilərək ibtidai istintaq aparılması barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edərək, 5 iyul 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli işdən çıxarma haqqında əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 iyul 2024-cü il tarixli Cavabdeh MMCnin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmri ilə onun X7 verilmişdir. Lakin Cavabdeh MMC-nin onun X7 verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 20 iyun 2024-cü il tarixində, o, ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində X7 verilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra, yəni 11 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən 5 iyul 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədovun COE/07.24.114 nömrəli əmri ona təqdim edilmişdir. Göründüyü kimi onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Tərəfindən əmək mübahisəsinin həlli məqsədilə mediasiyaya müraciət edilmişdir, mediasiya prosesi isə 13 avqust 2024-cü il tarixində yekunlaşmışdır. Mediasiya prosesi ərzində 1 aylıq müddətin axımı dayandırılmışdır.

9. Cavabdeh "xxxx" MMC iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində həmin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verilmişdir. Belə ki, müəssisə daxilində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı 8 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra əməlini gizləmək niyyəti ilə yenidən bloklamışdır. Törədilmiş əməl ilə əlaqədar olaraq, İddiaçı öz yazdığı xx.xx.2024-cü il tarixli izahatında etdiyi əməlləri etiraf etmişdir. Öz izahatında bloklanmış nömrələrin blokdan açılmasına icazəsinin olmaması barədə təlimatlar aldığını təsdiqləmişdir. Lakin öz vəzifə öhdəliklərini pozaraq həmin hesabları blokdan çıxardığını və pul vəsaitinin həmin hesablardan çıxarılmasına şərait yaratdığını və bu əməlinin səhv olduğunu, ondan peşman olduğunu qeyd etmişdir. Bildirilir ki, iddiaçının həmin hesabların kripto valyuta ilə əlaqədar istifadə olunduğunu bildirməsi tamamilə əsassızdır. Belə ki, blokdan açdığı nömrələrin bloklanma səbəbləri mərc oyunları, maliyyə piramidası və kart vəsaitindən oğurluq olmuşdur. İddia ərizəsinə münasibətdə bildirilir ki, iddia ərizəsində qeyd edilənlər tamamilə əsassızdır. Belə ki, İddiaçı öz əmək funksiyasını kobud şəkildə pozduqdan sonra işəgötürən tərəfindən X7 veriləcəyini anlayaraq və bu prosesə qarşılayıcı tədbir kimi xx.xx.2024-cü il tarixli məktub (izahatdan 6 gün sonra) ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş lisenziya əsasında elektron pul təşkilatı olaraq fəaliyyət göstərir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununa əsasən, elektron pul, təşkilatı üçün pul vəsaitlərinin, ödəniş hesablarının, ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilkin vəzifə və öhdəliklərdən biridir. Müəssisə buna uyğun olaraq, ödəniş sisteminin və ödəniş hesablarının təhlükəsizliyinə xüsusi diqqət göstərir. Lakin, İddiaçı qanunsuz əməli ilə ödəniş hesablarına qanunsuz şəkildə müdaxilə edilərək, bloklanmış pul vəsaitlərinin köçürülməsinə şərait yaradılmışdır. Öz izahatında da qeyd etdiyi kimi, üçüncü şəxslərin vəd və təklifləri ilə o bu əməllərini həyata keçirərək Müəssisənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirmişdir. Qeyd edilmişdir ki, PashaPay ilə İddiaçı arasında bağlanılmış İDM-499 №li Əmək Müqaviləsinin (bundan sonra “Əmək Müqaviləsi”) 3.6-cı bəndinə əsasən, işçinin aşağıdakı öhdəlikləri mövcuddur. İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla işəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vuracaq hərəkətlərə yol verməmək; işəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (bundan sonra “Daxili Qaydalar”) əməl etmək; Müqavilə üzrə əmək funksiyalarının və vəzifələrinin icrası zamanı istifadə olunan əmlaka XDR (Extended Detection and Response / Genişləndirilmiş aşkarlama və reaksiya) və DLP (X17 / X1 Alınması) texnologiyalarına əsaslanan proqram təminatının quraşdırılması da daxil olmaqla, işəgötürənin informasiya təhlükəsizliyi tələblərinə əməl etməyi öhdəsinə götürür; işəgötürənin işçinin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımi qaydada yerinə yetirmək; üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siyasi partiyanın vəzifəli şəxsinə və ya namizədinə işəgötürən və ya işəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək. Göründüyü kimi, İddiaçı həm öz əmək funksiyasına, həm əmək müqaviləsi və Daxili Qaydalar üzrə öhdəliklərinə, həm də izahatında qeyd etdiyi kimi ona verilmiş təlimatlara zidd hərəkət etmişdir. Bildirilir ki, “X8 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair” Daxili Qaydaların 3.3.4-cü bəndinə əsasən, hesabın blokdan çıxarılması isə yalnız X8 tərəfindən həyata keçirilə bilər. Əmək Müqaviləsinin 3.7ci bəndinə əsasən, X11 tanış olmaması və ya onları bilməməsinə görə məsuliyyətdən azad olmur. X11 tanış ola bilmədikdə bu barədə işəgötürənə və ya işəgötürənin adından göstəriş vermək səlahiyyəti olan tabe olduğu birbaşa rəhbərinə müraciət etməlidir. İddiaçı iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4297/2024 saylı, 4 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə İddiaçı qanunvericilik və əmək müqviləsi ilə müəyyən olunmuş məsuliyyət daşıyır. Belə ki, xx.xx.2024-cü il tarixində işə götürülmüş İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 8 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra yenidən bloklamışdır. İddiaçının bu hərəkətə yol verdiyi faktı iş materiallarına əlavə edilmiş və bir-birini tamamlayan müvafiq sənədlərə əsasən öz təsdiqini tapmışdır.

12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı həm də X7 verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 11, 68, 70, 71, 76, 83, 84, 292.2, 297, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4297/2024 saylı, 4 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli işdən çıxarma əmri əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə və mövcud praktikaya uyğun olaraq işdən çıxarma əmrində işdən çıxarmanın səbəbi izah olunmalı və mütləq əsaslandırılmalıdır. Lakin xx.xx.2024-cü il tarixli Əmrdə ümumiyyətlə heç bir səbəb göstərilməmiş və qeyd edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilir. "xxxx" MMC-nin 5 iyul 2024-cü il tarixli əmr əmək qanunvericiliyinin tələblərini pozmaqla sadə formada tərtib edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən etirazda isə X7 verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Bununla da Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd etmişdir ki, Ali Məhkəmənin əmək mübahisələri ilə bağlı qərarlarına baxdıqda görünür ki, göstərdiyi bu fakt işdən çıxarma əmrinin ləğvi üçün əsas qismində çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin“ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi şirkətə edilən əməl nəticəsində zərər vurulduğunu bildirsə də, zərərin nədən ibarət olmasına dair münasibət bildirməmişdir. Buradan görünür ki, cavabdeh tərəfindən irəli sürülən arqument təsdiqlənmir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Belə ki, Cavabdeh MMC tərəfindən işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırmalı idi. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilən iclaslarda da qarşı tərəfin nümayəndəsinə dəfələrlə əmrin Əmək Məcəlləsinin 71.2-ci maddəsinə uyğunluğunun əsaslandırılmasını bildirsə də, heç bir əsaslandırma irəli sürülə bilinməmişdir. Belə ki, İddiaçı tərəfindən edilmiş hərəkət Cavabdeh MMC-nin işinin normal ahəngini pozmamışdır. Həmin gün Cavabdeh MMC iş fəaliyyəti iş gününün sonuna qədər davam etdirmişdir. İddiaçı tərəfindən edilmiş hərəkət nəticəsində nə mülkiyyətçinin, nə işəgötürənin, nə də əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Həmçinin İddiaçı 3 ayın işçisi olmuşdur. 3 aydır ki, əmək fəaliyyətinə müəssisədə başlamış şəxsin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun gələcək əmək fəaliyyətinə başlamasına ciddi zərbə vuracaqdır. Belə ki, İddiaçı bank sektorunda çalışmaq üçün xeyli bilik və təcrübəyə malikdir və özünün də hesab etdiyi kimi onun əmək bazarında özünə müvafiq iş axtarışı daha çox bank sektoru ilə bağlı olacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun gələcək əmək fəaliyyətini zədələyəcək və işə götürülməsini çətinləşdirəcəkdir. Bu da onun üçün ciddi mənəvi və maddi baxımdan sarsıntı yaradacaqdır. Bu baxımdan hesab edir ki, 5 iyul 2024-cü il tarixli CavabdehMMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmri ləğv edilməlidir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün ümumiyyətlə əsas olmamışdır. Belə ki, İddiaçı əmək müqaviləsinə 5 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməmişdən qabaq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, 5 iyul 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/07.24/114 nömrəli əmri ilə İddiaçı X7 verilmişdir. Lakin Cavabdeh MMC-nin İddiaçı X7 verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 20 iyun 2024-cü il tarixində İddiaçı ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində X7 verilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra, yəni 12 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən 5 iyul 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/07.24/114 nömrəli əmri İddiaçı təqdim edilmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda göstərilmişdir ki, X7 verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Göründüyü kimi göstərilən əməl hərəkət formasında törədilən əməldir. İddiaçı əmək funksiyasında isə həmin əməlin edilməməsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, Əmək Məcəlləsinin 72-cimaddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən X7 verilə bilər. Göründüyü kimi etirazda İddiaçı tərəfindən edildiyi bildirilən əməl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndininin birinci hissəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) uyğun gəlmir. Belə ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməmişdir. Çünki əmək qanunvericiliyinin tələbinə əsasən işdən çıxarma əmrində işdən çıxarma üçün istinad olunan Əmək Məcəlləsinin maddəsi göstərilməli və ona istinad edilməlidir. Cavabdeh MMC-nin 5 iyul 2024-cü il tarixli əmrində isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin hər hansı bəndinə istinad olunmamışdır. Bu da onu göstərir ki, İddiaçı ilə bağlı Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan pozuntuların edilməsi hesab edilməmişdir. Beləliklə, əmək müqaviləsinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməməsi səbəbindən xitam verilmişdir. Lakin İddiaçı nümunəvi işçi olmuş, işə vaxtlı-vaxtında gəlmiş, əmək funksiyasına daxil olan işləri yüksək səviyyədə yerinə yetirmişdir. Etirazda göstərilən səbəb isə ümumiyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əmrdə istinad olunan hissəsinin əhatə dairəsinə düşmür. Belə ki, göstərilən əməl hərəkət formasında törədilən əməl olunsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin müvafiq hissəsində göstərilən əməl hərəkətsizlik formasında törədilə bilər. Bundan başqa qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma zamanı şahid qismində dindirilmiş Hikmət adlı şəxs bildirmişdir ki, İddiaçı tərəfindən blokdan azad edilmiş pul onun şəxsi pulu olmuşdur. Lakin Cavabdeh MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim etdikləri etirazda, təqdimatda isə həmin pulun narkotik vasitə, mərc oyunu, piramida oyununda gələn gəlir olması ilə bağlı yalan məlumat vermişdir. Hakim isə heç bir araşdırma aparmadan iddianın təmin edilməməsi ilə bağlı qətnamə çıxarmışdır. Bir daha qeyd edir ki, Hikmət adlı şəxs tərəfindən bildirilmişdir ki, M10 hesabında olan məbləğ olun legal puludur. Narkotik vasitə, mərc oyunları, piramida oyunlarından gələn gəlirlə heç bir əlaqəsi yoxdur. Cavabdeh MMC-nin nümayəndəsi də birinci instansiya məhkəməsində iclaslar zamanı müəssisənin işgüzar nüfuzuna xələl gəlməsini işdən çıxarma əmrinin qəbul edilməsinin səbəbi kimi göstərmişdir. Məhkəməyə təqdim edilmiş mülahizədən də göstərdiyi kimi “İşgüzar nüfuz” anlayışı Azərbaycan Respublikasının leksikologiya lüğətində şəxsin təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə görə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda qazandığı hörmət və rəğbət kimi xarakterizə olunur. Məhkəmə praktikasından da bilindiyi kimi müəssisənin işgüzar nüfuzuna xələl gəlməsi üçün təqsirli şəxs müəssisə haqqında həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymalıdır. Göründüyü kimi, İddiaçı tərəfindən törədilmiş əməldə isə cavabdehin işgüzar nüfuzuna xələl gətirən hərəkətə yol verilməmişdir. Mövcud praktikadan bəlli olduğu kimi hüquqi şəxsin işgüzar nüfuzunun ləkələnməsi onun məhsullarının və ya xidmətlərinin keyfiyyəti, maddi-texniki, istehsal imkanları, rəhbərlərinin və ya əməkdaşlarının təşkilatın fəaliyyəti ilə bağlı hərəkəti (hərəkətsizliyi) və təşkilatın fəaliyyətinin digər istiqamətləri barədə yalan məlumatlar yaymaqla edilə bilər. Təşkilatın işgüzar nüfuzunun ləkələyib-ləkələməməsi hüquqi məsələdir və bu məsələdə yalnız məhkəmə yekun nəticəyə gələ bilər. Birinci instansiya məhkəməsində icraat zamanı isə yalnız əmrin əsaslı və qanuni olub-olmaması araşdırılmışdır. İşgüzar nüfuza xələl gəlib-gəlməməsi ilə bağlı məsələ araşdırmadan kənarda qalmışdır. Hüquqi şəxsin işgüzar nüfuzuna xələl gəlməsi ilə bağlı məhkəməyə hər hansı sübut da təqdim edilməmişdir. Belə olan halda Nəsimi Rayon Məhkəməsi tərəfindən məhz "xxxx" MMC-nin arqumentinə əsasən onun işgüzar nüfuzuna xələl gəlməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Bundan başqa məhkəmə tərəfindən araşdırma aparılmadan narkotik satışı şübhəsi, mərc oyunları səbəbindən blok edilmənin müştərilər qarşısında nüfuzu aşağı salan hərəkət kimi qiymətləndirilməsi məhkəmə araşdırmasının ədalətliliyi prinsipinə ziddir. Belə ki, məhkəmə iclaslarında mütəmadi olaraq "xxxx" MMCnin nümayəndəsi tərəfindən blokdan azad edilmiş pulun narkotik pulu olması, mərc oyunlarının pulu olması iddia edilmiş, lakin bununla bağlı sübut irəli sürülə bilinməmişdir. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə tələblərinə ziddir. Belə ki, heç bir sübut irəli sürülmədən İddiaçı narkotik vasitənin, mərc oyunlarının pulunu blokdan azad etməkdə təqsirləndirilir. Lakin ümumiyyətlə həmin pulun narkotik vasitənin, mərc oyunlarının pulu olması özü belə şübhə altında olduğu halda, məhkəmə İddiaçı narkotik vasitənin, mərc oyunlarının pulunu blokdan azad etməklə hüquqi şəxsin işgüzar nüfuzuna xələl gəlməsi qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin sonuncu iclasında o, bu işlə bağlı cinayət işinin olmadığını bildirdi. Hakim də müşavirəyə getmiş və növbəti iclasda elan edəcəyini bildirəndən sonra oktyabrın 3-də fakt üzrə cinayət işi başlandı. Onların dediyi də elə o cinayət işi ilə təsdiqini tapır. Oktyabrın 3-dən bu tərəfə 4 ay keçmişdir. Bu istintaq müddəti ərzində qanunsuz yolla pulların əldə olunması faktına rastlanmamışdır. Şəxsə 271-ci maddəsi ilə-kompüter avadanlıqlarına müdaxilə etmək maddəsi üzrə cinayət işi açılmış, çirkli pulların yuyulması maddəsi ilə cinayət işi başlanmamışdır. İddiaçı iyun ayında işdən çıxarılmış və iyun ayında Kibercinayətkarlıqla Mübarizə idarəsi tərəfindən araşdırma başlanılmışdır. Elşən 3 ayın işçisi olmüşdur. Onun dövrünə düşən pulun məbləği 10600 manat olub. Elşən izahatında pul almadığını bildirir, Səməd isə pul aldığını bildirir. Hüquqlarını müdafiə etdiyi şəxs bu pulları blokdan çıxaran şəxs olmuşdur. Blokdan ötürülən pullar qeyri-leqal pullar deyildir. Blokdan pulların çıxarılması nəticəsində Cavabdeh MMC-yə heç bir ziyan dəyməmişdir. Elşən işdən çıxmaq istəyirdi, hətta bununla bağlı ərizə də vermişdir. Bu söhbət aprel ayında olmuşdur. Aradan nə qədər vaxt keçmişdir. Bu işlə bağlı 1 aylıq müddət vardır. 1 aylıq müddətin may ayında keçdiyini gördükləri üçün izahatı iyun ayında yazdırıblar və belə izah veriblər ki, guya bu məsələ onlara bugün agah olmuşdur. Qarşı tərəfin dediyinə görə bu məsələ aprel ayında olmuş, onlar isə iyun ayında xəbər tutublar. Hardasa 3 aylıq müddət keçmişdir. Təmsil etdiyi şəxsin bu işdə heç bir maddi marağı olmamışdır, sadəcə dostu xahiş etmişdir. Elşənin əməlində ictimai təhlükəlilik yoxdur, heç bir gəlir məqsədi yoxdur. Kobud pozuntu yoxdur, öz əməlini etiraf etmişdir. Elşən şirkətə heç bir ziyan vurmamışdır.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 2 işçiləri var, ikisi də təxminən eyni vaxtda fevral ayında işə başlayıblar. X9, biri İddiaçıdir. Fəaliyyətləri elektron pul və ödəniş təşkilatları ilə bağlıdır. Elektron pul təşkilatı olaraq oların 2 məhsulu var: M10 və milliön. Bunlar ödəniş alətləridir. Hesabların bloklanmasının bu işə heç bir aidiyyatı yoxdur. 37.2-ci maddəyə görə hesabları bloklamaq Cavabdeh MMC-nin hüququdur. Blokladıqları hesablar 2022-2023-cü ildən bağlı olan hesablardır. Eyni vaxtda işə başlamış Rəsulzadə Səməd və İddiaçı müəyyən pul və ya vəd müqabilində həmin hesabları blokdan çıxardırlar. Bununla bağlı cinayət işini başlama qərarları da vardır. Səməd ifadəsində 3000 manat pul aldığını bildirir, Elşən isə etiraf etmir, lakin nömrələrin eyni olduğunu, oxşar şəxslər olduğunu görmək olar. Hesablar blokdan çıxarılandan sonra 1 dəqiqə ərzində hesabdakı bütün pullar çıxarılır. Əgər İddiaçı bu işdə marağı olmasa idi, hesabları blokdan çıxarandan 1 dəqiqə sonra yenidən blok etməzdi. Bundan başqa onlarda daxili araşdırma aparılmışdır, onlar iyul ayının 10-da birinci olaraq Rəsulzadə Səmədi aşkarladılar, Səməd aşkarlandıqdan sonra qərara gəlindi ki, daha geniş araşdırma aparılsın. Daha 14 iyunda aşkarladılar ki, oxşar əməllər vardır. Rəsulzadə Səməddə 40 min manatdan daha çox olduğu üçün onu daha tez, İddiaçı isə 10200 manat olduğu üçün daha gec aşkarladılar. Bundan sonra Elşən öz izahatında hər şeyi etiraf edir. Elşənin məqsədi bloklanmış hesabdan məbləğlərin çıxarılması idi. Elşən öz izahatında da qeyd edir ki, bilirdi ki, həmin hesabları blokdan çıxara bilməz.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsininqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Qanuna təsadufi olaraq istinad olunmur. Elektron pul və ödəniş təşkilatları bir qədər yeni olduğu üçün bəzən elə təsəvvür formalaşır ki, bu fəaliyyət sadəcə sıradan bir fəaliyyətdir. Lakin Qanun qəbul olunandan və lisenziyalaşdırma prosesi başlanandan sonra elektron pul təşkilatlarının fəaliyyəti bir növ faktiki olaraq bankların fəaliyyətinə bərabər tutulur. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 6-cə bəndinə əsasən ödəniş hesabı bank hesabına bərabər tutulur. Faktiki olaraq həmin hesablarda olan vəsaitlərin təhlükəsizliyinə görə elektron pul təşkilatlarının həm Mərkəzi Bank qarşısında, həm də Maliyyə Monotorinq Xidməti qarşısında və digər hüquq-mühafizə orqanları və məhkəmə qərarları əsasında bizə verilən tapşırıqlar qarşısında məsuliyyət daşıyır. Cavabdeh şirkətin heç bir əməkdaşı öz mənafeyini təmsil etdiyi şirkətin mənafeyindən üstün tutmamalıdır. Hesablardakı vəsaitlər bəli, müştərilərə aiddir, lakin burada nüfuz riski də vardır. Bu cür hallar pis rezonans yaradır və şirkət üçün mənfi nəticələrə səbəb olur. Əgər bu məsələ geniş ictimailəşsə şirkət üçün mənfi nəticələr doğurar. Burada əməlin cavabdeh şirkətdə hansısa zərər dəyməkdən daha çox bu əməl cavabdeh şirkəti ciddi nüfuz və digər risklər qarşısında qoyur və əmək müqaviləsi üzrə öz öhdəliklərini icra etmir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

24.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 25.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 26.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 27.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 28.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 29.68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü X7 verilməsinin əsaslarından biridir. 30.69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 31.70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 32.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 33.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 34.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 35.80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 36.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. X7 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 37.84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi faktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 38.186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 39.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 40.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun

41.37.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: -37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; -37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; -37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

42.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 43.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan X7 verilə bilər. 46.İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində - barəsində çıxarılmış xx.xx.2024cü il tarixli əmrin əsaslandırılmadığı, əmək qanunvericiliyinin tələbləri pozulmaqla sadə formada tərtib edildiyi, onun Cavabdeh MMC-nin işinin normal ahəngini pozmadığı, nə mülkiyyətçinin, nə işəgötürənin, nə də əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada zərər dəyməsi üçün şərait yaratmadığı, işgüzar nüfuzuna xələl gətirmədiyi, törədilməsi istinad olunan əməlin edilməməsi barədə əmək funksiyalarında hər hansı göstəriş nəzərdə tutulmadığı, blokdan azad etdiyi pulun Hikmət adlı şəxsə məxsus, şəxsi pulu olduğu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməmişdən əvvəl əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi ilə bağlı 5 iyul 2024-cü il tarixində müraciət etməsinin nəzərə alınmadığına istinad edərək işdən xaric edilməsinin əsassız hesab edir. İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. Mərkəzin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsi ilə üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

47. İş materiallarından göründüyü kimi, müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı tərəf olduğu X7 verildiyi, sonuncunun 8 ədəd hesabı blokdan azad etdiyi, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra yenidən blokladığı ilə əlaqədar olmuşdur. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması məqsədilə İddiaçı izahatı alınmış, sonuncu yazdığı xx.xx.2024-cü il tarixli izahatında etdiyi əməlləri etiraf edərək, bloklanmış nömrələrin blokdan açılmasına icazəsinin olmamasını bildiyi halda, öz vəzifə öhdəliklərini pozaraq həmin hesabları blokdan çıxardığını və pul vəsaitinin həmin hesablardan çıxarılmasına şərait yaratdığını, bu əməlinin səhv olduğunu, törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir.

48. Belə ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı İDM-499 nömrəli xx.xx.2024-cü il tarixli, İDM-499 saylı əmək müqaviləsinin 3.6-cı bəndinə əsasən, onun işəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla işəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vuracaq hərəkətlərə yol verməmək; işəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. əməl etmək; müqavilə üzrə əmək funksiyalarının və vəzifələrinin icrası zamanı istifadə olunan əmlaka XDR (Extended Detection and Response / Genişləndirilmiş aşkarlama və reaksiya) və DLP (X17 / X1 Alınması) texnologiyalarına əsaslanan proqram təminatının quraşdırılması da daxil olmaqla, işəgötürənin informasiya təhlükəsizliyi tələblərinə əməl etmək; işəgötürənin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımi qaydada yerinə yetirmək; üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siyasi partiyanın vəzifəli şəxsinə və ya namizədinə işəgötürən və ya işəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək kimi öhdəliklərinin mövcudluğundan məlumatlı olmuşdur.

49. Beləliklə məhkəmə araşdırması zamanı işin öz təsdiqini tapmış hallarından göründüyü kimi iddiaçı əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirmişdir. Qeyd edilənlərə etiraz olaraq iddiaçının istinad etdiyi dəlillərə münasibətdə qeyd edilməldir ki, Cavabdeh MMCnin məhsulu olan m10 tətbiqi fiziki şəxslər və sahibkarlara öz əməliyyatlarını sadələşdirmək üçün imkan yaradan, komissiyasız ölkədaxili pul köçürmələri təmin edən elektron pulqabıdır. Təşkilatın informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, tətbiq edilməsi, dəstəklənməsi və davamlı inkişaf etdirilməsi məqsədilə informasiya təhlükəsizliyi siyasəti mövcuddur və istifadəçilərə ödəniş xidmətlərinin etibarlı və təhlükəsiz göstərilməsini təmin etmək bu cür xidmətləri göstərən şirkətlərin əsas vəzifələrindəndir.

50. İddiaçı, müştəri şikayətinə əsasən və ya digər səbəblərdən blok edilmiş istifadəçilərin hesabını blokdan çıxarmışdır. Yol verdiyi bu əməl nəticəsində müştərilərin ədalətli və şəffaf xidmət gözləntiləri pozmaqla cavabdehin müştəri bazasının azalması və xidmət keyfiyyətinin imicinin zədələnməsi riskinə şərait yaratmış, müəssisənin ictimai imicinə mənfi təsir göstərərək gələcək müştərilərin və tərəfdaşların şirkətlə əməkdaşlıq etməsini çətinləşdirmişdir.

51. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xidməti vəzifələri icra edərkən tərəf olduğu əmək müqaviləsində nəzərdə tutulan vəzifələri pozmaqla, şirkətin işgüzar nüfuzunu təhlükə altına qoymuş, qanunla qorunan mənafelərinə zərər yetirmişdir. Cavabdeh də bu cür halların baş verməsinin qarşısını almaq üçün əmək müqaviləsinə qeyd olunan əsasla xitam verməkdə haqlı olmuşdur. 52.Beləliklə iddiaçı iş yeri üzrə müəyyən edilmiş müəssisədaxili qaydalarına zidd davranmaqla əmək vəzifələrini ciddi şəkildə pozmuş, bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır. İşçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. 53.Əmrin əsaslandırılmaması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas Ülviyyə Əfəndiyevanın xx.xx.2024-cü il tarixli təqdimatı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. İddiaçı öz əməllərini izahatında etiraf etmiş, müvafiq təqdimatda isə iddiaçının hərəkətlərinin şöbənin iş ahənginə ciddi təsir göstərməsi və əməkdaşların etdikləri əməllərin cavabdeh tərəfindən kobud qayda pozuntusu hesab edildiyi bildirilmişdir. 54.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. İddiaçıya işdən çıxarılmasının səbəbləri aydın olmuşdur. İşçinin mənafeyini qorumaq məqsədilə, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qarşısının alınmasına xidmət edən bu normanın pozulması hazırkı halda öz təsdiqini tapmamışdır. Belə olan halda da iddiaçının bu normaya əsaslanaraq öz hüquqlarından sui-istifadə etməsi müəyyən olunur. 55.İddiaçı həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə X7 verilməmişdən əvvəl 5 iyul 2024-cü il tarixində müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi ilə bağlı müraciət etməsinin nəzərə alınmadığını qanunsuz saysa da, məhkəmə kollegiyası hesab edir ki, işçinin tərəf olduğu əmək müqaviləsini ləğv etmək niyyətində olmasına dair ərizə ilə işəgötürənə müraciət etməsi barəsində əmək qanunvericiliyinin tədbiq edilməsini istisna etmir. Belə ki, işçi əmək münasibətlərinə xitam verilənədək qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun davranmalıdır. İşçinin, öz istəyinə əsasən əmək müqaviləsini ləğv etmək barəsində ərizə verməsi, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri təqsirli şəkildə pozması nəticəsində işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş digər əsas ilə əmək münasibətlərinə xitam verməsini mümkün edir. Belə ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. 56.Qeyd olunanları ümumiləşdirərək kollegiya, apellyasiya şikayətində göstərilən xüsusatların X7 verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 57.Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. 58.Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 59.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 60.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4297/2024 saylı, 4 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar