Məhkəmə qərarları › İş №2(103)-6786/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6786/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6786/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(003)-2306/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh7 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC cavabdehlər Cavabdeh4, Cavabdeh7, X1, Cavabdeh1 Mürsəl oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh8 oğlu və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi əsasında Rayon Məhkəməsində hazırki mülki işin icraatı başlanmışdır. İşə baxılan zaman Cavabdeh7 xx.xx.2020-ci il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh7 rəsmi qeydə alındığı ünvan Abşeron rayonun ərazisinə daxildir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Cavabdeh7 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “mülki işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. MPM-nin 36.13-cü maddəsinin mənasına görə, MPM-nin 36.2-ci maddəsində nəzərdə tutulmuş hal mövcud olarsa işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia cavabdehlərin əksəriyyətinin hüququ ünvanı üzrə verilmişdir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 rəsmi qeydiyyatda olduqları ünvan Yasamal rayonun ərazisinə aiddir. Belə olan halda hesab edilməlidir ki, hazırkı iş üzrə ərazi aidiyyəti qaydaları pozulmamış, iddiaçı prosessual qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etməklə cavabdehlərin çoxunun olduğu yerin məhkəməsinə, yəni Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, Cavabdeh7 “mülki işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə” ərizəsi əsassızdır və Rayon Məhkəmə ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Qərardaddan verilmiş şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh7 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar