Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6787/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil, Qarşılıqlı iddia üzrə cavabdehlər X14 və X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladları X5 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 26 saylı evin 90 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 yanvar 1998-ci il tarixli, 40 saylı sərəncamı ilə Zığ yolu küçəsindəki 26 №-li evin, yaşayış sahəsi 76,18 kv.m olan 5 otaqlı, 90 №-li mənzilinin kirayə müqaviləsi vət. İddiaçı ilə bağlanması və mənzilin şəxsi-maliyyə hesabında dəyişiklik edilməsi, ailə tərkibi 2 nəfər olmaqla İddiaçı mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmin vaxtdan etibarən bu mənzildə anası ilə iddiaçı, ikisi yaşamışlar. Bir ara qısa müddət ərzində əvvəlki nikahdan olan oğlu - Cavabdeh1 və arvadı - Cavabdeh2 müvəqqəti olaraq həmin mənzilə buraxmış və razılaşmışlar ki, yaşayış sahəsi əldə edib, mənzilindən köçüb gedəcəklər. Sonra ona məlum olmuşdur ki, cavabdehlər Ruslan və Renata Mansurovlar xəbəri və razılığı olmadan həmin mənzilin pasport qeydiyyatına düşüblər, mənzili özəlləşdirmək istəyirlər. Buna görə də onları mənzildən çıxarmışdır. Hazırda həmin mənzildə cavabdehlərə aid heç bir əşyaları və ya əmlakları yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Mansırova Məleykə Vəkil qızı, X14, X2 qarşı Cavabdeh1 ünvan 4-a yaşayış hüququnun tanınması, İddiaçı, Mansırova Məleykə Vəkil qızının mənzilə olan yaşayış hüququnun itirilməsi, digər cavabdehlərin mənzildən çıxarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun doğma atasıdır. İddiaçı, X17 ilə rəsmi nikahlarından 1985-ci ildə anadan olmuşdur. Atası ilə anası nikahlarını ləğv edəndən sonra, onu faktiki olaraq anası böyüdüb. Valideynlərinin boşanmasından bir müddət sonra anası ilə birlikdə Azərbaycana, Bakı şəhərinə qayıtmışlar. Bu illər ərzində ona atası nə qayğı göstərib, nədə ki, aliment üzrə olan borclarını ödəyib. Əksinə atası alimentə görə axtarışda olsa da, heç bir məsuliyyətə cəlb olunmayıb. Mənsurov Fəxrəddin 1990-cı illərdən Bakı şəhərindən köçərək Rusiya Federasiyasında yaşayır, oranın vətəndaşlığını qəbul edib, Krasnoyarsk diyarının Kuragino rayonu. Nənəsi - iş üzrə iddiaçı olan Mələykə xanım Zığ yolu 26, mənzil 90-da pasport qeydiyyatında olsa da, faktiki daimi xaricdə yaşayıb və bu gün də yaşayır. Atası - Rusiyada, nənəsi isə Gürcüstanda, hətta nənəsi orada təqaüd alır, əgər səhv eləmirsə oranın vətəndaşlarıdır. O, evlənəndən sonra, evsiz olduğu üçün, nənəsi ona Zığ yolunda yerləşən mənzilinin açarını göndərmişdir ki, köçüb orada ailəsi ilə birlikdə yaşasın. Mənzil baxımsız, təmirsiz, hətta hamam otaqdan kommunikasiyalar çürüdüyü üçün istifadəsi mümkün deyildi. Nənəsi açarı ona göndərəndə bildirmişdir ki, bu evdə heç kimin gözü yoxdur, ev sənindir, onun üçün heç vaxt heç nə eləməyiblər, ona görə də bu evi özü düzəldib “ocağı” yandırmalıdır. İddiaçı da həyat yoldaşının qızıl-ziynət əşyalarını və anasına məxsus olanları sataraq, hətta faizə borca pul götürərək 5 otaqlı evin kapital təmirini etmiş, əvvəl hamam-tualeti, mətbəxi yararlı vəziyyətə saldırmış, sonra isə otaqların qapı-pəncərəsini düzəltdirməyə və sair başlamışdır. Bu illər ərzində özünə, ailəsinə xərcləməli olduğu pulu evin təmirinə sərf etmişdir. İllərdir evdə daimi yaşayış olmadığı üçün tərəfindən bütün kommunal borcları ödənilib, yeni kommunikasiyalar yaratmışdır. Ona qarşı olan iddia ərizəsində qeyd edilib ki, guya o, mənzilə müvəqqəti yaşamaq üçün buraxılmışdır. Əvvəla o, İddiaçı qanuni nikahdan olan oğludur, Məleykə xanımın isə nəvəsi. İkincisi müvəqqəti yaşamağa gələn heç vaxt bahalı təmir etməz. Üçüncüsü isə 2012-ci ilin dekabr ayında onun anası Sevda xanım bu mənzildə vəfat edib, dəfələrlə, sağlığında bu ünvana təcili yardım çağırılıb. Anası bu ünvandan dəfn edilib, yas mərasimləri də bu ünvanda olub bunu çoxsaylı qohum, qonşu, tanış, məktəb, tələbə və iş yoldaşları təsdiq edə bilərlər. Həmən mənzilə dəfələrlə uşaq həkimi, tibb bacısı gəlib uşaqların daimi həkim nəzarətində olublar, hətta uşaqları evlə üzbəüz olan baxçaya və məktəbə gedirlər. 2020-ci ilin fevral ayında nənəsi Məleykə xanım Gürcüstandan Bakıya gəlmiş, onunla bir evdə yaşamış, iddiaçı onun müalicəsi ilə məşğul olmuş, həkimlərə aparmış, qulluğunda olmuşdur. Krasnoyarskidə yaşayan atasının həyat yoldaşı Mansurova Qiyafət və onun qızı Mansurova Salatın Bakıdan koronavirusa görə evlərinə qayıda bilməyərək müvəqqəti onlarda qalırlar və onu evdən qovmaq üçün dəfələrlə davadalaş salmışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4- dan istifadə hüquqlarına xitam verilməsi barədə ilkin iddiasının rədd edilməsi, bu qətnamə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4dan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Mansırova Məleykə Vəkil qızı, X14, X2 qarşı Cavabdeh1 ünvan 4-a yaşayış hüququnun tanınması, İddiaçı, Mansırova Məleykə Vəkil qızının mənzilə olan yaşayış hüququnun itirilməsi, digər cavabdehlərin mənzildən çıxarılması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmamış, iş üzrə mühüm olan sübutlara qiymət verməmişdir. Belə ki, İddiaçı onun doğma atasıdır. X7 ilə anası X17 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və həmin nikahdan 1985-ci ildə o, anadan olmuşam. Atası ilə anasının nikahları ləğv etdikdən sonra atası onunla maraqlanmamış, hətta aliment ödənməsi barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq borcu ödəməmiş və onlar anası ilə bir müddət sonra nikah ləğv olunandan sonra Rusiyadan Azərbaycana qayıtmışlar. Baxamayaraq ki, atası ona heç vaxt nə qayğı göstərib, nə atalıq edib. O, atasının anası ilə, yəni nənəsilə əlaqələri saxlamışdır. 1990-cı ildə atası Rusiya vətəndaşlığını qəbul edib və oranın Krasnoyarsk diyarının Kuraqino rayonunda yaşamışdır. ünvan 1 ünvanda atasilə nənəsi Mansurova Məleykə pasport qeydiyyatında olsalar da, faktiki ikisi də xaricdə yaşayırlar. O, ailə qurduqdan sonra bir müddət kirayəşin qalmış və o vaxt nənəsi Məleykə xanım ona Zığ yolunda yerləşən mənzilin açarlarını verərkən bildirmişdir ki, “ocağı" o yandırmalıdır və Mənsurovlar ailəsinin üzvü kimi bu evi yaşayış üçün yararlı vəziyyətə salaraq orada ailəsilə birlikdə yaşamalıdır. İllərdir həmin mənzil baxımsız qaldığı üçün, orada kirayəşinlər də yaşamışlar, mənzilin pis vəziyyətdə olduğunu nəzərə alaraq o həyat yoldaşının bütün qızıllarını sataraq, o vaxt sağ olan anasının əlindəki vəsaitləri, hətta faizə borc pul götürərək həmin mənzili yararlı vəziyyətə salmışdır. Hətta sanitar qovşağının bütün borularını yeniləyərək yararlı vəziyyətə salmışdır. 2012-ci ilin dekabr ayında onunla birlikdə yaşayan anası Sevda xanım bu mənzildə vəfat etmişdir. Anasının vəfatından əvvəl bu mənzilə təcili tibbi yardım gəlib. Anasının dəfni, yas mərasimləri bu mənzildə keçirilmişdir. Bunu bütün qohum-qardaş hamısı təsdiq edə bilərlər. Təəsüflər olsun ki, məhkəmə işə birtərəfli yanaşaraq onunla ailə üzvlərinin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehlər X14 və X3 apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə digər cavabdeh Cavabdeh2, qarşılıqlı iddia üzrə digər cavabdeh Mansırova Məleykə Vəkil qızı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə digər cavabdeh Cavabdeh2, qarşılıqlı iddia üzrə digər cavabdeh Mansırova Məleykə Vəkil qızı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni ilkin iddia üzrə iddiaçı mübahisələndirməsə də, qeyd olunan şəxslər qətnamənin bütövlükdə ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 12.01.1998-ci il tarixli 40 nömrəli Sərəncamdan Çıxarışına əsasən Zığ yolu küçəsindəki 26 nömrəli evin, yaşayış sahəsi 76,18 kv.metr olan 5 otaqlı, 90 nömrəli mənzilinin kirayə müqaviləsi İddiaçı ilə bağlanması və mənzilin şəxsimaliyyə hissəsində dəyişiklik edilməsi, ailə tərkibinin 2 nəfər olmaqla İddiaçı mənzilin kirayəçisi hesab edilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 19.10.2020-ci il tarixli Arayışına əsasən Mansırova Məleykə Vəkil qızı, Cavabdeh1, Cavabdeh2, X8 Bakı şəhəri, Zığ yolu küçəsi, ev 26, mənzil 90-da qeydiyyatdadır. İş materiallarında olan ünvan 2l İstismar Sahəsinin 19.08.2020-ci il tarixli 466 nömrəli arayışına əsasən Cavabdeh1 Zığ yolu küçəsində 26 nömrəli evin 90 nömrəli mənzilində qeydiyyatdadır, qonşuların notarius tərəfindən təsdiq edilmiş ərizəsinə əsasən onun atası İddiaçı Kamil oğlu və nənəsi Mansırova Məleykə Vəkil qızı 1995-ci ildən göstərilən ünvanda yaşamır. İş materiallarında olan ünvan 2l İstismar Sahəsinin 16.07.2020-ci il tarixli 693 nömrəli arayışına əsasən Cavabdeh1 Zığ yolu küçəsində 26 nömrəli evin 90 nömrəli mənzilində qeydiyyatdadır və həmin ünvanda mənzil kirayəsi və kommunal xidmətlərin haqlarını özü ödəyir. İş materiallarında olan X4, X15 və X6 tərəfindən notarial təsdiq edilmiş 11.03.2021ci il tarixli ərizəyə əsasən, bildirmişdirlər ki, qonşuları İddiaçı oğlu Cavabdeh1 ünvan 3 ünvanında 2020-ci ilin mart ayından bu günədək ailəsi ilə birlikdə yaşamır. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının 10.03.2021-ci il tarixli 59 nömrəli arayışına əsasən ünvan 4 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 18.07.2018-ci il tarixdən poliklinikada ambulator qeydiyyatdadır. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsi 4 saylı Uşaq poliklinikasının 11.03.2021-ci il tarixli 041 nömrəli arayışına əsasən 18.10.2007-ci il təvəllüdlü X12 və 29.03.2010-cu il təvəllüdlü X8 həmin poliklinikanın dislokasiya ərazisində yerləşən Zığ yolu 26, mənzil 90 ünvanından poliklinikada tibbi qeydiyyatdadırlar. Daima sahə həkim və tibb bacısının nəzarətində olublar, lazımi yardım və profilaktik peyvəndlərlə əhatə olunublar. İş materiallarında olan 63 saylı tam orta məktəbin 16.02.2021-ci il tarixli 10 nömrəli arayışına əsasən X12 2015-2016-cı dərs ilində Bakı şəhəri S.Həsənov adına 63 nömrəli tam orta məktəbin İİ sinfinə qəbul olunmuş, təhsilini 183 nömrəli tam orta məktəbdə davam etdirməsi ilə əlaqədar 14.09.2020-ci il tarixli 84 nömrəli əmrlə məktəbdən çıxarılmışdır. İş materiallarında olan 63 saylı tam orta məktəbin 16.02.2021-ci il tarixli 09 nömrəli arayışına əsasən X8 Bakı şəhəri S.Həsənov adına 63 nömrəli tam orta məktəbin Va sinfində oxuyur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 288 nömrəli Körpələr evi-Uşaq Bağçasının 02.04.2021-ci il tarixli arayışına əsasən 18.10.2007-ci il təvəllüdlü X12 və 29.03.2010-cu il X8 həqiqətən Xətai rayonu 288 saylı Körpələr evi-Uşaq bağçasına qəbul olunublar. İş materiallarında olan Nemakin Emil, Salixov Rinat, Məmmədova Nərgiz, Ələsgərov İsgəndər, Quluzadə Nailə, Nikiforova Aliya tərəfindən tərtib edilmiş akta əsasən, onlarla qonşuluqda uzun müddətdir ki Zığ yolu 26, 90 saylı mənzildə Cavabdeh1 öz ailəsi: həyat yoldaşı Cavabdeh2, qızları X12 və X8 ilə yaşayır. Atası İddiaçı Kamil oğlu və nənəsi Mansurova Məleykə 1995-ci ildən buradan köçüblər. Mənzil çox pis vəziyyətdə idi, yaşayış üçün yararsız halda idi. Ruslanın zəhməti və vəsaiti nəticəsində ev yararlı vəziyyətə salınaraq təmir edilib. Ruslan hal-hazırda həmin mənzildə uzun illərdir yaşayır, bütün mənzil və kommunal xərclərini ödəyir və bütün qonşuların rəğbətini qazanıb. Onlardan başqa həmin evdə heç kəs yaşamır. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini irəli sürmək hüququna yalnız o şəxs malikdir ki, onun həmin sahəyə hər hansı bir qanunla qorunan hüququ (mülkiyyət, istifadə və s.) mövcud olsun. Məhkəmə kollegiyası, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu araşdıraraq hesab edir ki, mübahisəli mənzilə dair kirayə müqaviləsi sonuncunun adına bağlanıldığından İddiaçı mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olması ehtimalının mövcud olduğuna görə, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstırilmişdir: 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. X25 Hüquqları Məhkəməsi “X19rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. Hazırkı mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13cü və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci maddələri və 30 iyun 2009-cu il tarixli, 845-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin Qərarın nəticə hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdehlər ilkin iddia üzrə iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, onların İddiaçı məxsus mənzildən istifadə hüququ yoxdur. Odur ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə kollegiyası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, Mansırova Məleykə Vəkil qızı, X14, X2 qarşı Cavabdeh1 ünvan 4-a yaşayış hüququnun tanınması, İddiaçı, Mansırova Məleykə Vəkil qızının mənzilə olan yaşayış hüququnun itirilməsi, digər cavabdehlərin mənzildən çıxarılması barədə qarşılıqlı iddiasını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qeyd edilən tələbi irəli sürməkdə subyektiv hüququ müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, mübahisəli mənzil üzrə əmlak kirayə müqaviləsi qarşılıqlı iddia üzrə iddiaçının atası İddiaçı adına bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçının isə həmin mənzilə dair hər hansı hüquq daşıyıcısı olmadığından, mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma barədə hazırki qarşılıqlı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Odur ki, göstərilənlərə əsasən birinci məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Mansırova Məleykə Vəkil qızı, X14, X2 qarşı Cavabdeh1 ünvan 4-a yaşayış hüququnun tanınması, İddiaçı, Mansırova Məleykə Vəkil qızının mənzilə olan yaşayış hüququnun itirilməsi, digər cavabdehlərin mənzildən çıxarılması barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, apellyatorlar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozulmasını göstərsə də, o pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1111/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6787/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6787/2021
18.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver