Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6787/2025 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X6” ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ipoteka predmetinə tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Iddiaçı “X6” ASC-nin cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. “xxxx” KB ASC ilə borclu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2018-ci il tarixli, **UM/** saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış ##.##.2019-cu il tarixli, ***UB/** saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, ##.##.2021-ci il tarixədək, illik 18% ödəmək şərtilə 80.000 manat məbləğində kredit verilmişdir.
2. “xxxx” KB ASC ilə X1 arasında bağlanmış ##.##.2018- ci il tarixli, **UMI/** saylı ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi ##.##.2018-ci il tarixli, **UM/** saylı əsas kredit müqaviləsinin təminatı olaraq “xxxx” KB ASC-yə ipoteka ilə yüklü edilmişdir.
3. X1 ##.##.2020-ci il tarixdə vəfat etmişdir.
4. ##.##.2021-ci il tarixli reyestrdə 2V-12 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 vərəsəsi Cavabdehdır və o əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 1 ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m olan fərdi yaşayış evidir.
5. Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən, ünvan 1 ev 123G ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh və X5 müştərək qaydada əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödınilmiş 40 manatın tutularaq iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin evdən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2022-ci il tarixli qətnaməsi “cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və X5 müştərək qaydada 1.174,20 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilərək faiz borcunun 412,75 manat müəyyən edilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2022-ci il tarixli qətnaməsi “iddia tələbinin cavabdeh Cavabdeh əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 123 Gnömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaiti cavabdeh Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin evdən çıxarılmaları və evin boşaldılmasının” təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. “xxxx” KB ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, o, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəlməyə başlandığı barədə xəbərdar olunmuşdur.
11. “xxxx” KB ASC tərəfindən ##.##.2024-cü il tarixdə DƏDRX * saylı Ərazi Idarəsinə ərizə ünvanlanaraq, ünvan 1 123G əmlakına tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı “X6” ASC cavabdeh Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən “X6” ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2018-ci il tarixli, **UM/** saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış ##.##.2019-cu il tarixli, ***UB/** saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 AZN, faiz borcuna görə 412,75 AZN, cəmi 53.010,09 AZN borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pul tələbi üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən «xxxx» KB ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2018-ci il tarixli, **UM/** saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış ##.##.2019-cu il tarixli, ***UB/** saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 AZN, faiz borcuna görə 412,75 AZN, cəmi 53.010,09 AZN borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pulun tutularaq iddiaçı “X6” ASC-yə ödənilməsi, Ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdeh Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “X6” ASC ilə borclu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2018-ci il tarixli, **UM/** saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış ##.##.2019-cu il tarixli, ***UB/** saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, ##.##.2021-ci il tarixədək, illik 18% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “X6” ASC ilə X1 arasında bağlanmış ##.##.2018- ci il tarixli, **UMI/** saylı ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi “X6” ASC-yə ipotekaya qoyulmuşdur. Ipoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsində 007011004618- 10301 reyestr nömrəsi və 1118044212 qeydiyyat nömrəsi ilə ##.##.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X1 ##.##.2020-ci il tarixdə ağciyər ürək çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2020-ci il tarixdə 644 nömrə ilə qeyd edilmişdir. Bununla əlaqədar notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və vərəsə kimi tanınmışdır. Hazırda ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən ***UB/** saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 AZN, faiz borcu üzrə 412,75 AZN, cəmi 53.010,09 AZN təşkil edir. ##.##.2018-ci il tarixli, **UMI/** saylı ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 150.000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən həmin əmlak hərracda satılmalı və boşaldılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit borcu, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir.
14. Məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkilinin vəsatətinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanın da yerləşən ***G nömrəli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş çıxarışa əsasən torpaq sahəsi dövlət mülkiyəti olan, daşınmaz əmlakın ümumi sahəsi 116,6 kv.m kvadrat metr təşkil edən fərdi yaşayış evinə yaxın ərazidə yerləşən, analoji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin satışına dair analoji məlumatlar əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş sualla cavab vermək mümkün olmadı
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
18. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ETM-***/t/** saylı qiymətləndirici rəyindən görünür ki, rəyin tədqiqat hizssəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ***G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 249.850,0 məbləğində müəyyən edilir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərini ehtiva edir.
21. “xxxx” KB ilə X1 arasında bağlanmış ##.##.2018-ci il tarixli, **UMI/** saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin dəyəri 150.000 manat müəyyən olunmuşdur.
22. Məhkəmə onu da qeyd etmişdir ki, ipoteka müqaviləsinin bağlanılmasından 8 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində ölkə ərazisində daşınmaz əmlak bazarında qiymət artımının olması inkarolunmazdır.
23. Məhkəmə iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədilə mübahisəli əmlakın likvid dəyəri ilə bağlı qiymətləndirmə təyin etmişdir. “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli ETM- ***/t/** saylı qiymətləndirici rəyindən görünür ki, ünvan 1 ***G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 249.850 manat məbləğində müəyyən edilir.
24. Hazırkı halda, qeyd olunan mütəxəssis rəyini şübhə altına salacaq əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edilməmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin likvid dəyəri – ilkin satış qiyməti 249.850 manat həddində müəyyən olunmalıdır.
26. Iddiaçı həmçinin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində cavabdeh Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır.
27. Ilkin olaraq məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsi 2018-ci il ## ###### tarixinədək, yəni ##.##.2018-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən qeyd olunan tələbə mahiyyəti üzrə baxılır. Qeyd olunur ki, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka predmetinin mülkiyyətçisinin və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmaları ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasının ayrılmaz tərkib hissəsidir və bu qayda ipoteka predmetinin hərracda realizə olunmasını asanlaşdırır. Bu zaman nəzərə alınır ki, iddiaçının belə bir tələbi olmadığı təqdirdə də, tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra sənədinə əsasən ipoteka predmeti satıldıqdan bir ay ərzində cavabdehlərin ipoteka predmetini boşaltmaları qanunda təsbit olunmuşdur.
28. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanmaqla mənzilin ipoteka ilə yüklü edilməsi ilə artıq orada yaşayan şəxslər evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə öhdəlik götürmüş sayılırlar.
29. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edildiyindən və kredit müqaviləsi üzrə borc ödənilməməklə tutmanın ipoteka predmetinə yönəldilməli olması müəyyənləşdirildiyindən iddia tələbi ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində cavabdeh Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılması hissədə də əsaslıdır.
30. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin məhkəmə xərclərindən azad olması halı müəyyən olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, bu tələb üzrə tutma da ipoteka predmetinə yönəlməli, eyni zamanda cavabdehdən 260 manat ekspertiza xərci tutularaq təqdim edilmiş rekvizitlər üzrə “xxxx” MMC-nin hesabına ödənilməlidir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6-cı maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1.1, 37.3, 39.3, 39.3.1, 39.3.2, 39.3.3, 39.3.4, 41, 47.4, 47.5, 59.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddəsinə, ““Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının ## #### 2023-cü il tarixli № **/**** qərardadına, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadının 11-12-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 115, 124.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosesual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır. Əsaslar tam araşdırılmamış və cavabdehin hüquqi varis olduğu “borclunun” həmin pul vəsaitini götürmədiyi və mübahisəli əmlakın dəyərinin real bazar qiymətlərinə uyğunluğu əhatəli araşdırılmamışdır. Iş materialları ilə müəyyən olunur ki, cavabdehin mərhum atası X1 borclu deyildir və bağlanmış sonrakı müqavilələr əsasında hansısa borclunun borcuna təminat verilən duruma salınmışdır. Ona görə də məhkəmə proseslərində borclu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tələbin təmin edilməsinə etiraz etməyərək kreditin ipoteka ilə təmin olunmalı olduğunu bildirmişdir. Bu isə qeyri-dürüst və yolverilməz etinasızlıqdır. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də, dürüstlük qaydasıdır. Üçüncü şəxsin qeyri-dürüst davranışı ortadadır. Işə baxan məhkəmə cavabdehin prosesdə iştirakını təmin etməyərək yekun qərar qəbul etmiş, vəziyyətə etinasız yanaşan əsas borclunun loyallığının qarşısını alacaq tədbirlər görməmişdir. Hazırkı vəziyyətdə xüsusi, özəl qurumların vermiş olduğu mütəxəssis rəyi mötəbər əsaslara malik deyildir. Məhkəmə dövründə alınmış rəylə müəyyən olunur ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ETM ***/t/** saylı qiymətləndirici rəyi vardır və, rəyin tədqiqat hizssəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ***G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 249.850 məbləğində müəyyən edilir. Bu qiymətlər reallığı əks etdirmir. Halbuki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu qəbildən olan ekspertiza tədqiqatlarının aparılması səriştəsi vardır, səlahiyyətlidirlər və mötəbərliyi şübhəsizdir. Ona görə də, hesab edir ki, işin faktiki halları və toplanmış hüquqi sənədlərin tədqiqi onu göstərir ki, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli və rəyin verilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməlidir. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Mövcud işdə isə tərəfindən verilmiş sorğuya cavab verən özəl qiymətləndirici qurumu daha fərqli qiymətlər təqdim etmişdir. Hazırkı qətnamədə müəyyən olunmuş qiymətlərə alternativ olan sözü gedən qiymətlənmə meyarları daha üstün qiymətləndirmənin olmasını təsdiqləyir. Belə ki, “xxxx” Qiymətləndirmə şirkətinin ##.##.2025-ci il tarixli CVN/N-**-***/** saylı arayışı (şikayətə əlavə olunur) ilə müəyyən olunur ki, ünvan 1 ***G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 348.000 manat təşkil edir. Bu isə öz növbəsində o deməkdir ki, hazırkı rəylər mötəbər deyildir və təkrar qiymətləndirmə aparılmalıdır. Məhkəmə cavabdehin hüquqi mövqeyini düzgün dəyərləndirməmiş və prosesdə tərəflərin iştirakını təmin etməmişdir. Bütün bu prosedurlardan müəyyən olunur ki, iddiaçı Bank öz mövqeyinə uyğun qiymət müəyyən etməyə çalışmış və hardasa buna nail ola bilmişdir. Diqqət etsək müəyyən edərik ki, bütün bu hesabatlar, rəylər ekspert dəyərləndirməsi deyildir. Bunlar yalnız müəyyən mütəxəssis yanaşmasıdır. Bu isə xüsusi biliyə malik olan ekspert rəyi və dəqiq nəticə demək deyildir. Hakim məhkəmədə cavabdeh mövqeyinin əsaslandırılmasına şərait yaratmamaqla ədaləti təmin etməyərək, sübutlara düzgün qiymət verməmiş və tədqiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Həmçinin, üçüncü şəxsin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan keçirilməsini, ##.##.2026-cı il tarixli, UNI/İ **-***/**** nömrəli ekspert rəyində ünvan 1 ünvanında yerləşən ***G nömrəli fərdi yaşayış evinin bazar dəyəri və likvid dəyərinin kifayət qədər yüksək qoyulmasının, ekspert rəyinin düzgün verilməməsinin və həmin ekspert rəyindən narazı olduğunun nəzərə alınmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
38. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, “xxxx” MMC şirkətinin verdiyi arayışa əsasən hələ kv.metrini 3000 manatdan götürəndə 350.000 manata qədər onun dəyəri müəyyən olunur. Birinci instansiya məhkəməsi rəydən sonra cavabdehin iştirakı olmadan qərar çıxardığı üçün rəyə etiraz verə bilməyib.
39. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, apellyasiya şikayətində qeyd olunur ki, cavabdeh bu işə görə məsuliyyət daşımır, halbuki miras əmlakı qəbul edib və əmlak onun mülkiyyətindədir. Digər məsələ isə odur ki, cavabdeh birinci instansiya məhkəməsində vəkil ilə təmsil olunurdu, rəy daxil olandan sonra hər hansı etirazını bildirməmişdir. Cavabdeh “xxxx” Şirkətinin rəyini əlavə edib, rəyin özündə sadəcə peykdən çəkiliş var, lakin rəyin nəticə hissəsində qeyd olunur ki, filan ünvanda yerləşən yaxşı təmirli fərdi yaşayış evinin qiyməti filan qədərdir. Ümumiyyətlə rəydə fərdi yaşayış evinin fotoşəkili yoxdur. Əgər əmlaka baxış keçirməyibsə, onun təmirli vəziyyətdə olduğu necə müəyyən edilə bilərdi?! Əgər həqiqətən də əmlakın qiyməti o qədərdirsə, cavabdehin dediyi kimi 300.000 və ya daha çoxdursa, əmlakı özü satıb, borcu ödəyə bilər. Ümumiyyətlə cavabdehdən elə bir müraciət olmayıb ki, “əmlakı sataq, ödəyək.” Yəni məqsəd sadəcə işi uzatmaqdır.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
41. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 36.3. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
42. ““Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının ##.##.2023-cü il tarixli № **/**** qərardadı: Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il ## ###### tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, cavabdehə miras qalmış daşınmaz əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həyata keçirilmişdir.
48. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh miras aktivini qəbul etməklə miras passivini, yəni miras qoyan X1 iddiaçı qarşısında olan ipoteka öhdəliyini də qəbul etmişdir.
50. Odur ki, cavabdehin iddiaçı bank qarşısında hər hansı öhdəlik daşımadığı barədə dəlili əsaslı sayıla bilməz.
51. Işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ETM-***/t/** saylı qiymətləndirici rəyinə əsasən ünvan 1 ***G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 249.850 məbləğində müəyyən edilmişdir.
52. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti onun real qiymətindən çox aşağı müəyyən edilmişdir.
53. Ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə kollegiyanın ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına həvalə edilmişdir.
54. Palatanın tapşırığı əsasında “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə barədə ##.##.2026-cı il tarixli hesabatla müəyyən edilir ki, ünvan 1 ***G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 256.800 manat, likvid dəyəri 244.000 manat təşkil edir.
55. Göründüyü kimi, mənzilin həmin ekspertiza rəyi ilə müəyyən olunan dəyəri birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-nin rəyinə uyğun olaraq müəyyən edilmiş məbləğdən də aşağıdır.
56. Cavabdehin istinad etdiyi “xxxx” şirkətinin təqdim etdiyi arayışda göstərilən 348.000 manat məbləğində bazar dəyəri isə digər iki qiymətləndirmənin nəticələri ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir, eyni zamanda həmin məbləğin üstünlüyünü təsdiq edən kifayət qədər əsaslandırılmış məlumatlar müəyyən edilmir.
57. Məhkəmə kollegiyası sözügedən rəy ilə müqayisədə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyini daha mötəbər hesab edərək belə qənaətə gəlir ki, həmin rəy kifayət qədər əsaslandırılmış və rəydə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.
58. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə onu da qeyd edir ki, qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid edilməmişdir, əmlak və digər obyektlərin qiymətləndirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi deyil, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan qiymətləndirici və qiymətləndirici təşkilatlar tərəfindən həyata keçirilir.
59. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini iddiaçının tələbinə müvafiq olaraq 150.000 manat deyil, daha yüksək qiymətdə - 249.850 manat müəyyən edilmiş, iddiaçı isə məhkəmənin bu mövqeyini mübahisələndirməmişdir. Məhkəmənin bu mövqeyi isə cavabdehin mənafeyinə xidmət etmiş olur.
60. Kollegiya tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və o satıldıqdan ən geci 1 ay ərzində cavabdeh Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılması tələbinə aid hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə əsaslandırılmanın aparılmasına zərurət görmür.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsait cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, Filialın kodu: 201296, SWIFT kodu: AIIBAZ2XXXX) hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova