Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6792/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-95/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30, 1 saylı mənzili xx.xx.2019-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirilmiş və çıxarış verilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatda olmaqla yaşayırlar. Bu günədək həmin şəxslərin qeydiyyatdan və mənzildən çıxarılması üçün tərəfindən təşəbbüs göstərilməmişdir. Mülkiyyətində olan mənzilindən istifadə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəfindən könüllü olaraq mənzildən çıxmalarını bildirsə də, imtina etmişlər. Cavabdehlər onun mülkiyyətində olan ünvan 1 ünvanda yaşamağa davam edir. Hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan mənzildən çıxarılmaqla mənzil ona təhvil verilməlidir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30, 1 saylı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Resytrindən çıxarışının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2004-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ev 177 də yaşayan Yeganova Aidə xanımın evində xadiməçi olaraq işə başlamışdır. Uzun müddət gözəl münasibətləri olub. 2012-ci ildə Aidə Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaların satışı ilə məşğul olub. Həmin evə tez-tez gedib gəlirdi. X18 adlı xanımdan alış-veriş edirdi. Aidə Yeganova bir gün qərara gəldi ki, istifadə etmədiyi özünə məxsus olan bahalı qızıl brilyantdan Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aidə Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişdi. Bir müddətdən sonra Aidə Yeganova özünə məxsus olan istifadə etmədiyi (kale Boyunbağı- 1 ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa verdi. Aidə Yeganova bir müddətdən sonra Türkiyəyə getdi. Bir vaxtdan sonra ona zəng vuraraq demişdir ki, “Gülnarə əşyalar gətirəcək onları mən gələnə qədər saxla”. O da həmin əşyaları Aidə Yeganovanın yataq otağında saxladı. X14 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil verdi. Bu neçə müddət də əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aidə Yeganova özünə məxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirdi ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. O, Aidə Yeganovaya bildirib ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, ona deyilmişdi ki, saxla o, gələndə özünə verərsən. 2015-ci ilin mart ayında Aidə Yeganova polis organına Cavabdeh2 və Gülnarə xanımdan şikayət etdi. O, dəfələrlə Aidə xanıma dedi ki, onun bu məsələdən xəbəri yoxdur. Buna baxmayaraq, onu zorla Sabunçu rayon polis bölməsinə apardılar. Orada dəfələrlə ona zor tədbiq olundu və bədən xəsarətləri yetirildi. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişlər. Amma onun heç nədən xəbəri yox idi. Sonradan məlum oldu ki, bunu edən, yəni ki, brilyant daş-qaşlar şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə ona işgəncələr edib boynuna qoydular ki, guya o da əlbir olmuşdur. 13-cu Polis bölməsində onu bir gecə saxlayaraq, rəisin otağına apardılar, onu həmin otaqda Aidə Yeganova, rəfiqəsi və polis rəisi onu alçaldaraq, təhqir edərək və döyərək müxtəlif bədən xəsarətləri yetirdilər. Aidə Yeganova ona dəfələrlə “X19 Əliyevin qohumuyam, hər yerdə mənim sözüm keçir, sənin nəslini yerli-dibli sildirərəm” deyərək alçaldıcı sözlər ifadə edirdi. Sonra onu Sabunçu Rayon Prokurorluğuna apardılar. Orada yenə ona təzyiqlər, təhqirlər edərək, mustəntiqin otağında onu videoya çəkib “boynuna al hər şeyi” dedilər. Prokurorluğa ailəsini, qızını gətirdilər. Dəfələrlə “qızını dəlixanaya saldıracam, ərini tutduracam, gözdən əlil oğlunu yetimxanaya, qaynananı da qocalar evinə verəcəyik, hər şeyi al boynuna” dedilər. Onu hər imzaya məcbur elədilər. Onun seyfdə olan zinyət əşyalarından xəbəri yox idi. Hər şey təzyiq əsasında oldu. Onu ailəsi ilə, övladlarını da qorxudaraq, hədə-qorxu gəlib hər şeyə razı saldılar. Dəfələrlə yoldaşını, qızını Polis idarəsində saatlarla saxladılar. O, ailəsinə zərər gəlməsin deyə hər dedikləri ilə razılaşdı. Artıq onu Kürdəxanı saxlanılma məntəqəsinə götürdülər. Sonra onun yaşlı qayınanasını, qayınını və qızını məcbur edib, evi imza ilə Mehdiyev Bunyadın adına keçiriblər. Qayınanasıgili bütün qohum-tanışlardan borc almağa hədə-qorxu ilə məcbur ediblər, 82.000 manat qayınanası, yoldaşı, bacısı və anası olmaqla gecə ilə Aildə Yeqanovaya veriblər. O, iki ay Kürdəxanıda saxlanıldı. Dəfələrlə onu Aidə Yeqanova oradan gətizdirib evinə bir neçə saat saxladıb, hətta gecəni də evində saxladıb sonra təhvil verib. Dəfələrlə ona söylədi ki, “danışdığın kimi söylə mən səni qurtaracam”. İki aydan sonra ona məhkəmə qərarı ilə 5 il 6 ay ev dustaqlığı verdirdi. O, azadlığa çıxandan sonra onun evində çalışmağa başladı. O, dedi ki, “həbs cəzan bitsin sizin evinizi qaytaracam”. Çünki Gülnarə vurduğu ziyanı tam ödəmişdi. Ailəsindən hədəqorxu ilə aldığı, qayınanasına məxsus olan evi qaytaracaqdı. O, Aidə Yeganovanın evində təmənnasız işləmişdir. 2017-ci ildə ağır xəstə oldu, əməliyyat keçirdi. O, ona xəstə olan zamanında yanında da qaldı, qulluq da elədi. Aidə Yeqanova yenə əməliyyat olunmaq üçün Türkiyəyə getdi. O, onun nəvəsi olan Çingiz Cəlilova 2 il öz evində təmənnasız baxdı. 2019-cu ildə Aidə Yeqanova dünyasını dəyişdi. Yenə də onun evində ailəsinə təmənnasız qulluq elədi. Çünki ona söz vermişdilər ki, evinizi qaytaracağıq. Aidə Yeqanovanm öldüyü gündən 40 gün sonra oğlu X15 Dispanserdən çıxarıldı və onlara gətirdilər ki, siz baxın. İlqar Əhmədov onlarda 1 il 6 ay qaldı. Onların evində təmənnasız qaldı və onlar ona baxdılar. Zamanla dəyişməyə başladı. Gecələr gec gəlirdi və özündə olmurdu. Dəfələrlə onları da incidirdi, əşyalarını sındırırdı və artıq yerli-yersiz hərəkət edirdi. Sonra o, onun yaxınlarına vəziyyətin nə yerdə olduğunu bildirdi. Qərara gəlib onu kirayə evə çıxardılar. 5 ay kirayədə qaldığı evin pulunu o, və xalası təmin etdi. X20 ölümündən 4 il keçir və ona verilən sözün heç birini tutmadılar. Evi saxta yollarla məcbur əllərindən aldılar. Hal-hazırda onları evdən çıxarmaq qərara alıblar. X7 Əhmədova onlara qarşı verilən ərizə ilə evdən çıxarmaq istəyir. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzil qayınanası Cavabdeh3 mülkiyyətində olmuşdur. Həmin mənzillə bağlı 2 dəfə notarial qaydada alqısatqı əməliyyatı aparılmışdır. 1-ci dəfə Aidə Yeqanovanın təzyiqləri və hədə-qorxuları ilə Gənclik metrosunun yanında Karvan restoranının yanında yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış və mənzil həmin vaxtlar Aidə Yeqanovanın və qızı cavabdeh İddiaçı ailə sürücüləri olmuş X3 adına rəsmiləşdirilmişdir. Sonradan Nərimanov rayonu 9 saylı notariat kontorunda alqı-satqı ilə mənzil X2 cavabdeh İddiaçı adına keçirilmişdir. Mənzilin alqı-satqısı zamanı İddiaçı heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Aidə Yeqanova dələduzluq yolu ilə mənzilini əlindən almış, indi isə qızı cavabdeh İddiaçı onun yolunu davam etdirərək onları evlərindən çıxarmaq istəyir.
a) Birinci instansiya məhkəməsində icraat:
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-95/2025 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərli) ilk iddia tələbinin təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilindən çıxarılaraq, mənzilin İddiaçı təhvil verilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibət bildirərək qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh3 tərəfindən X8 etibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin əqd bağlanmışdır. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh2 əməlləri nəticəsində Aida Yeganovaya maddi zərər vurulmuş və Cavabdeh2 qayınanası, yəni Cavabdeh3 həmin zərəri (onun bir qismini) özünə məxsus mənzillə ödəmişdir. Buna görə, qarşılıqlı iddia tələbi Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
7. Bundan əlavə, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin “İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən müqavilə üzrə tərəf olmayan iddiaçı Cavabdeh2 bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququnun olmaması səbəbindən qarşılığlı iddia tələbi bu hissədə də təmin edilə bilməz.
8. Bundan sonra, birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarından müəyyən olunduğu kimi, ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzil İddiaçı qanuni mülkiyyətindədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddiaçının mülkiyyətində olan mənzildən hər hansı hüquqi və qanuni əsas olmadan istifadə etməyə davam edirlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilindən çıxarılaraq, mənzil iddiaçıya təhvil verilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri:
9. İlkin iddia üzrə Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ona və ailəsinə qarşı mənzildən çıxarılma tələbi ilə Sabunçu Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra sözügedən alqı-satqı müqavilələrindən məlumatı olmuşdur. Bidirir ki, o, həmin mənzilin İddiaçı adına keçməsini bilmirdi. Yalnız məhkəməyə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil X9 Samirənin adına keçmiş, 2 alqı-satqı müqaviləsi olmuşdur. Onların heç biri, nə Mehdiyev Binyat, nə də İddiaçı sözügedən mənzildə bugünə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Əksinə, bugünə qədər mənzilə dair bütün kommunal xərclər tərəfindən ödənilmişdir. Beləliklə göründüyü kimi, cavabdehlər Mehdiyev Binyatın və İddiaçı mənzildə yaşamaması, mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində mənzilin kommunal xərclərinin tərəfindən ödənilməsi ondan gizli, iştirakı olmadan bağlanmış alqı-satqı müqavilələrinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğunu sübut edir. 9 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində onun mənzilin satılmasına dair razılıq ərizəsi alınmamış, onun mənzilin satışından xəbəri olmamışdır. Göründüyü kimi, ondan alınmış etibarnamədən sui-istifadə edilərək, dələduzluq yolu ilə X11 onun mənzilini dolayı yolla öz qızının adına keçirmişdir. Cavabdeh İddiaçı onun yolunu davam etdirərək onları evlərindən çıxarmaq istəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, müqavilənin etibarsızlığı ilə bağlı mübahisə çərçivəsində Cavabdeh3 iddia tələbi hər 3 məhkəmə instansiyasında təmin olunmamışdır. İddiaçı mülkiyyət hüquqlarının olmasına baxmayaraq, mübahisəli mənzildən istifadə edə bilmək imkanından məhrum olmuşdur. İlkin iddia üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməkdən də yayınmışdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İlkin iddia üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə ilkin iddia təmin edildiyindən və qarşıqlıqlı iddia rədd edildiyindən, qətnamə isə Cavabdeh3 tərəfindən bütövlükdə mübahisələndirdiyindən, lakin Cavabdeh3 qarşılıqlı iddia ərizəsi üzrə tərəf olmadığından, qətnamə yalnız ilkin iddia ərizəsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə ilkin iddia üzrə Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanının mülkiyyətçisi Cavabdeh3 olmuşdur.
25. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən imzalanmışdır) Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı X4 240.000 manata satmışdır.
26. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 5 ünvanının mülkiyyətçisi X5r.
27. İş materiallarında olan Cavabdeh2 xx.xx.2015-ci il tarixli 17 saylı notariat kontorunda yazmış olduğu ərizəsindən görünür ki, o, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30 ünvanında yerləşən 1 nömrəli mənzilin satılmasına etiraz etmir.
28. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X10 Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı İddiaçı 70.000 manata satmışdır.
29. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2019cu il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 5 ünvanının mülkiyyətçisi İddiaçıdır.
30. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2016-ci il tarixli 1(101)-379/2016 nömrəli hökmdən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, 6 (alti) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 mart 2015-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmaqla 02 aprel 2015-ci il tarixədək həbsdə saxlanılması, 05 iyun 2015-ci il tarixdən 17 mart 2014cü il tarixədək ev dustaqlığında olduğu müddət yəni, 11 ay 20 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 5 (beş) il 10 (on) gun müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə, ona üç (üç) il sınaq müddəti təyin edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməklə hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Cavabdeh2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarət məhkumun qeydiyyatda olduğu yer üzrə icra şöbəsinə həvalə edilmiş, cəzanın əvvəli icra şöbəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır.
31. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-2686/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X4 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməməsi, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X12 və X6 qarşı 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı Cavabdeh3 verilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-519/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e- 2(011)-2686/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X4 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X12 və X6 qarşı “pul tələbi” barədə idda ərizələrinin rədd edilməsi qət edilmişdir.
33. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi - sözügedən alqı-satqı müqavilələrindən məlumatının olmaması barədə dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3 tərəfindən X8 etibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin mənzil X1. Göründüyü kimi, Cavabdeh3 notariat qaydada öz iradəsini ifadə edərək mübahisəli mənzilin satılmasına dair etibarnamə vermişdir. Buna görə, onun bu müqavilədən məlumatının olmaması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab edir.
34. Daha sonra isə, mübahisəli mənzili almış X10 mülkiyyət hüququna əsasən özünə məxsus mübahisəli mənzili notariat qaydada təsdiq edilmiş qaydada İddiaçı satmışdır. Halhazırda da mübahisəli mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı mülkiyyət hüququna əsasən özünə məxsus mənzildən cavabdehlərin çıxarılaraq ona təhvil verilməsi barədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
35. İlkin iddia üzrə Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi - cavabdehlər Mehdiyev Binyatın və İddiaçı mənzildə yaşamaması, mənzilə dair heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində mənzilin kommunal xərclərinin onun tərəfindən ödənilməsi dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli məzildən könüllü surətdə çıxmamaları və bunun nəticəsində İddiaçı məhkəmədə iddia qaldırması onu sübut edir ki, İddiaçı mübahisəli mənzildən istifadə etməyinə və orada hər hansı aktiv hərəkət etməsinə cavabdehlər tərəfindən imkan verilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh3 bu dəlilini də əsassız hesab edir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-95/2025 nömrəli qətnaməsi ilkin iddia üzrə Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov