Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6799/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4690/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 13 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, borc verən Cavabdeh2 tərəfindən borc alan İddiaçı 13 avqust 2016-cı il tarixədək qaytarmaq şərti ilə faizsiz 211.000 manat məbləğində borc verilmişdir.
2. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, borc verən Cavabdeh2 41.000 manat məbləğində pul vəsaitini xx.xx.2016-cı il tarixdən 6 ay müddətinə İddiaçı vermişdir.
3. İş materiallarında olan xx.xx.2016-cı il tarixli girov müqaviləsinin surətindən görünür ki, girov qoyan İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzili xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün girov saxlayan Cavabdeh2 qarşısında girovla yüklü etmişdir.
4. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 3M-78 reyestrli girov müqaviləsinə əlavənin surətindən görünür ki, birinci tərəf Cavabdeh2 ilə ikinci tərəf İddiaçı girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzilin dəyərinin 245.000 manat olması barədə razılığa gəlmişlər.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisinin 544 nömrəli xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən xx.xx.2016-cı il tarixli 3M77 reyestrli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh2 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat tutulmalıdır. Borclu İddiaçı tələbkar Cavabdeh2 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 211.010 manat pul tutulmalıdır. Tutma girov predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməlidir və hərracdan satılmalıdır.
6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisinin D-22/11 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, notariat ofisində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Notariat ofisində yanğınla əlaqədar çox sayda sənədlər, o cümlədən xx.xx.2019-cu il tarixli 544 nömrəli icra qeydi və icra qeydi rəsmiləşdirilməsi üçün əlavə edilmiş müvafiq sənədlər yanmışdır.
7. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Bakı şəhəri 18 saylı Notariat Kontorunun 3M-77 nömrəli xx.xx.2019- cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur.
8. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri 18 saylı Notariat Kontorunun 3M-77 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
9. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nə ünvanlanmış məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzili açıq hərracdan satılmalı və mənzilin hərracda ilkin satış qiyməti 400.000 manat məbləğində müəyyən edilməlidir.
10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94, 25 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2011- ci il tarixli 5 nömrəli protokolundan çıxarışa, xx.xx.2011-ci il tarixli 40 nömrəli maliyyə arayışına, xx.xx.2011-ci il tarixli 41 və 39 saylı forma 2 arayışlarına əsasən ilkin olaraq xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir; Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 48/02 nömrəli protokoluna, xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli **********/2019-15-2В nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263,7 kv.metr, yaşayış sahəsi 145,7 kv.metr, yardımçı sahəsi 118 kv.metr olan 5 otaqlı mənzil İddiaçı tərəfindən "xxxx" MTK-dan alınmış və dəyəri ödənildikdən sonra İddiaçı rəsmi reyestrdən xx.xx.2011-ci il tarixdə çıxarış verilmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə sözügedən mənzil İddiaçı Cavabdeh2 qarşısında borc öhdəliyi üzrə açıq hərracda sonuncuya satılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 mənzilin onun xüsusi mülkiyyətində olmasına dair rəsmi reyestrdən çıxarış verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Bakı şəhəri, 18 saylı notariat ofisinə, Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 18 saylı Notariat ofisinin notariusu tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 18 saylı notariat ofisinin notariusu tərəfindən 22 iyun 2019-cu il tarixdə ipoteka predmetnə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydi verilmişdir. Həmin icra qeydində 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borclu Musfatayev Yaşar Ağavəkil oğlundan tələbkar Cavabdeh2 xeyrinə vaxtında ödənilməmiş kredit borcuna görə 211.000 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 211.010 manatın tutulması, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməsi və hərracdan satılması qeyd edilmişdir. Sözügedən icra qeydi verilməmişdən əvvəl iddiaçıya bildiriş və ya xəbərdarlıq təqdim edilmədiyinə görə onun məlumatı olmamışdır. Bakı şəhəri, 18 saylı notariat ofisi tərəfindən 22 iyun 2019-cu il tarixində iipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydi verilmiş və icra sənədi üzrə 21 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icraata başlanılmışdır. Bakı şəhəri, 18 saylı notariat ofisinin notariusu tərəfindən 22 iyun 2019-cu il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 nömrəli icra qeydində borc məbləğinin 211.000 manat göstərilməsi qanunsuz olmuşdur. Çünki, kredit müqaviləsini bağlayandan sonra şəxsən Cavabdeh2 2016-cı ilin mart ayından həmin ilin dekabr ayı da daxil edilməklə hər ay 6.800 manat ödəmişdir. Hər dəfə ödənişdən sonra borc verən, yəni tələbkar Cavabdeh2 pulu qəbul edərək, kredit müqaviləsinə şəxsən imza etməklə təsdiq etmişdir. Bu barədə qeydlər tərəflər arasında bağlanmış 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsində və 02 sentyabr 2016-cı il tarixli, 3M-431 reyestr nömrəli, 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsinə əlavədə qeyd edilmiş və imzalanmaqla təsdiq edilmişdir. İcra qeydində göstərilmiş səhv məbləğ sonrakı icra hərəkətlərində öz əksini tapmışdır. Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tutma yönəldilmiş ipoteka predmeti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirilmiş və "xxxx" tərəfindən açıq hərrac təşkil edilmişdir. İcra qeydində yol verilmiş yanlış məbləğə görə ləğv edilməsi tələb edilməsinə baxmayaraq nəticə verməmişdir. Bununla bağlı Bakı şəhəri, 18 saylı notariat ofisinə və nəzarət qaydasında Notariat Baş İdarəsinə müraciət etmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(011)- 4690/2024 saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin edilərək, Bakı şəhəri, 18 saylı notariat ofisinin notariusu tərəfindən 22 iyun 2018-ci il tarixdə verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası MPM-in 216-220-ci, “Notariat haqqında” Qanunun 76-cı, “İcra haqqında” Qanunun 6.1.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci hissəsinə, həmin Siyahının qeyd hissəsinə və “İpoteka haqqında” Qanunun 10.4, 11.2, 11.3, 11.4, 26.1.7, 34.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Cavabdeh2 tələbinin icra edilmədiyi halda icraqeydinin aparılacağı barədə borcluya bildiriş göndərməsi iş materialları ilə müəyyən edilmədiyi, icra qeydinin məhkəmədə mübahisələndirilməsi imkanı bilavasitə həmin bildirişin alınması ilə əlaqəlidir. Belə ki, maraqlı şəxs icra qeydinə əsasən əmlaka tutmanın yönəldilməsi barədə bildirişi aldığı gündən 21 gün müddətində məhkəməyə müraciət edə bilər. Sözügedən bildirişin iddiaçıya çatıb-çatmadığını müəyyən etmək mümkün olmadığından, icra qeydinin verilməsi qanuni hesab edilə bilməz. Bundan başqa qanunun tələbindən göründüyü kimi əmlaka tutmanın yönəldilməsi barədə icra qeydi notarius tərəfindən ipoteka saxlayanın ipoteka müqaviləsi, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə icra qeydi əsasında həyata keçirilir. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bununla bağlı rəsmi reyestrdə hər hansı qeydiyyat aparılmadığı göstərilmişdir. Qeyd edir ki, icra qeydi verilməmişdən öncə borcluya bildiriş göndərilmiş və həmin bildiriş poçt qəbzi ilə birlikdə notariat ofisinə təqdim edilmişdir. Həmin sənədlərə dair notariat ofisindən verilən məlumata əsasən isə arxivin yandığı bildirilmiş və həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İstənilən notariat ofisi hər iki tərəfin etibar etdiyi, neytral orqan olduğundan müvafiq əqdlərin bağlanması notarial qaydada həyata keçirilməklə, tərəflərin aralarındakı razılaşmaya , o cümlədən digər iradə ifadələrinin mövcudluğuna etimadını təmin etməklə yanaşı, həmin əqdlərin bütün dövlət, qeyri-dövlət orqanları qarşısında tanınmasına xidmət edir. Bu səbəbdən bir çox müqavilələr tərəflərin öz arzuları ilə, bəzi razılaşmalar isə qanunvericiliyin tələbi ilə sırf notarial qaydada qeydə alınır. Belə olan halda, notariat ofisində bütün mötəbər sənədlərin olması, həmin sənədlərin əsasında icraata başlanılması, mübahisəsizdir. Notariat ofisində yanğın çıxması və ya digər səbəblərlə əlaqədar sənədlərin olmaması cavabdehin səlahiyyətinə aid olan məsələ olmamaqla yanaşı, bu halın onun əleyhinə qiymətləndirilməsi məhkəmə tərəfindən onun hüquqlarının pozulması, nəzərə alınmaması kimi dəyərləndirilməlidir. Məhkəmə orqanı məsələni digər üsullarla araşdırmamışdır. Bundan əlavə, məsələnin həlli zamanı icra sənədi barədə Nərimanov rayon icra şöbəsi vasitəsilə borclu ilə dəfələrlə əlaqə saxlanılmış və ona mütəmadi xəbərdarlıq və bildirişlər göndərilmişdir. İpoteka predmeti olan əmlakın yüklülüyünün daşınmaz əmlakın reyestrində qeydə alınması, qanunvericiyin tələbi olmaqla yanaşı, borclunun kreditor qarşısında olan öhdəliklərinin təminat üsulu olduğundan, bu cür qeydə alınmanın maraqlı olduğu tərəf kreditor olmalıdır. Bu səbəbdən də, cavabdeh tərəfindən ipoteka ilə yüklülüyün qeydə alınmasından bilərək və ya bilməyərək yayınması ağlabatan deyildir. Belə olan halda bu cür qeydəalınmanın mövcud olub olmaması yalnız iddiaçının ifadəsi ilə deyil rəsmi dəlillərlə sübuta yetməlidir. Məhkəmə bu hissədə zəruri araşdırma aparmamış, ehtimallaraəsaslanmaqla iddiaçının hüquqlarını pozan, qanunvericiliyə zidd məhkəməaktının qəbul edilməsinə səbəbolmuşdur. Halbuki, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən həmin mənzilin ipotekailəyüklü olduğu qeydedilmişdir. Mübahisəli mənzilə dair girov müqaviləsi notariat qaydasında bağlanmış və müvafiq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyat aparılmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev94, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 263.7 kv.m olan yaşayış sahəsi girovlayüklü edilmişdir. Girov daşınar əşyalara (ipoteka obyekti olandaşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qanunvericiliyə nəzər saldıqda məlum olur ki, ipoteka anlayışı mütəmadi olaraq girov anlayışı ilə yanaşı işlədilir və əslində ipoteka girov ilə eyni məna ifadə etməklə sadəcə daşınmaz əmlakın və reyestrdə qeydə alınmalı olan digər əmlakın girov qoyulmasını fərqləndirmək üçün qanunvericiliyə daxil edilmiş anlayışdır. Qanunvericilikdə ipoteka müqaviləsinin forması dəqiq müəyyənləşdirilmişdir. İpoteka haqqında Qanunun 10.5-ci maddəsinə əsasən,ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri,bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Belə olan halda müqavilənin tərkibində girov vəya ipoteka yazılması məsələsinin hər hansı əhəmiyyəti yoxdur. Müqavilənin tərkibhissəsində girov yazılsa da, o ipoteka müqaviləsinin şərtlərinə cavab verməklə özündə ilkin satış qiyməti, qiymətləndiricilər və sair məlumatları ehtiva edir. Belə olan halda, müqavilədə ipoteka sözünün yerinə girov yazılması tərəflərin qanunvericiliyə zidd müqavilə bağlamasını deməyə əsas vermir. Bu anlaşılmazlıq texniki səhv olmaqla, müqavilənin etibarlılığı, qüvvəsi və sair məsələlərə təsir göstərə bilməz. Belə ki, müvafiq müqavilə notarial qaydada bağlamışdır. Tərəflərin qanuni mənafelərinin qorunması üçün onlara kömək göstərmək hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılmasının nəticələri barədə onlara xəbərdarlıq etmək notarisun vəzifələridir. Qeyd edilənlərdən məlum olur ki, müqavilədə ipoteka sözünün yerinə girov sözünün istifadə edilməsi notariat orqanı tərəfindən edilmiş texniki səhvdir. Bundan əlavə, öz iradə ifadəsini müstəqil həyata keçirməklə notariat orqanında əmlakını girov qoymuş iddiaçı müqavilədəki texniki səhvin, ciddi qanun pozuntusu olduğunu iddia etməklə, ipoteka müqaviləsi üzrə öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmaqdadır. Əgər tərəf müqavilənin girov müqaviləsi olaraq bağlanmasını qanunvericiliyə zidd hesab edirdisə, müqavilə bağlanan zaman bu cür texniki səhvin edilməsinə bilərək, qəsdən göz yummuş, həmin haldan gələcəkdə sui-istifadə etmək üçün özünə fürsət görmüşdür. Lakin bu hallar məhkəmənin nəzərindən qaçmış, bu səbəbdən də çıxarılmış yekun məhkəmə aktı iddiaçının qərəzli niyyətinə xidmət etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməməklə və ifadələri digər sübutlarla əlaqəli şəkildə şərh etməməklə cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Qeyd edilənlərdən məlum olur ki, müqavilədəipoteka sözünün yerinə girov sözünün istifadə edilməsi notariat orqanı tərəfindən edilmiş texniki səhvdir. Öz iradə ifadəsini müstəqil həyata keçirməklə notariat orqanında əmlakını girov qoymuş iddiaçı müqavilədəki texniki səhvin, ciddi qanun pozuntusu olduğunu iddia etməklə, ipoteka müqaviləsi üzrə öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmaqdadır. Əgər tərəf müqavilənin girov müqaviləsi olaraq bağlanmasını qanunvericiliyə zidd hesab edirdisə, müqavilə bağlanan zaman bu cür texniki səhvin edilməsinə bilərək, qəsdən göz yummuş, həmin haldan gələcəkdə suiistifadə etmək üçün özünə fürsət görmüşdür. Lakin bu hallar məhkəmənin nəzərindən qaçmış, busəbəbdəndə çıxarılmış yekun məhkəmə aktı iddiaçının qərəzli niyyətinə xidmət etmişdir. Müqavilənin texniki səhvlə əlaqər girov müqaviləsi adı ilə bağlanması, o cümlədən iddiaçının bu texniki səhvdən sui-istifadə etməsi halları məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İcra qeydi verilməmişdən öncə borcluya bildiriş göndərilmiş və həmin bildiriş poçt qəbzi ilə birlikdə notariat ofisinə təqdim edilmişdir. Həmin sənədlərə dair notariat ofisindən verilən məlumata əsasən isə arxivin yandığı bildirilmiş və həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə isə məsələni digər üsullarlaaraşdırmağa maraqlı olmamışdır. Notariat ofisində yanğın çıxması və ya digər səbəblərlə əlaqədar sənədlərin olmaması cavabdehin səlahiyyətinə aid olan məsələ olmamaqla yanaşı, bu halın onun əleyhinə qiymətləndirilməsi məhkəmə tərəfindən onun hüquqlarının pozulması, nəzərə alınmaması kimi dəyərləndirilməlidir. İpoteka predmeti olan əmlakın yüklülüyünün daşınmaz əmlakın reyestrində qeydə alınması,qanunvericiyin tələbi olmaqla yanaşı, borclunun kreditor qarşısında olan öhdəliklərinin təminat üsulu olduğundan, bu cür qeydə alınmanın maraqlı olduğu tərəf kreditor olmalıdır. Bu səbəbdən də, cavabdeh tərəfindən ipoteka ilə yüklülüyün qeydə alınmasından bilərək və ya bilməyərək yayınması ağlabatan deyildir. Belə olan halda bu cür qeydə alınmanın mövcud olub olmaması yalnız iddiaçının ifadəsi ilə deyil rəsmi dəlillərlə sübutayetməlidir. Məhkəmə bu hissədə də zəruri araşdırma aparmağa maraqlı olmamış, ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını pozan,qanunvericiliyə zidd məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2(103)- 516/2025 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(011)-4690/2024 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(011)-4690/2024 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 130.3, 224, 372, 384-392-ci, “Notariat haqqında” Qanunun 41-ci, Mülki Prosessual Məcəllənin 282-ci, “Notariat haqqında” Qanunun 76.8-ci maddələrinə; habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
19. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarına istinad edərək notariusun hərəkətindən məhkəməyə şikayət vermək üçün 10 günlük iddia müddətinin müəyyən edildiyini və iddiaçı tərəfindən bu müddətə əməl edilmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi hüquqi baxımdan əsaslı deyil. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə 26 aprel 2025-ci il tarixdə müraciət etmişdir. İddianın verildiyi tarixdə isə Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarı hələ qüvvəyə minməmişdi. Belə olan halda iddianın verildiyi tarixdə hələ hüquqi qüvvəyə minməmiş qərara istinad olunaraq müddətin ötürülməsinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.2 və 67.2-ci maddələrinin, habelə Konstitusiyanın 149.8-ci maddəsinin tələblərini pozur. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddia icra müddətilə bağlıdır. İddia ərizəsində mübahisələndirilən bildirişin notariat orqanı tərəfindən verilməməsi notariat orqanının fəaliyyəti ilə bağlı olmuşdur. Bu səbəbdən icra qeydinin mübahisələndirilməsi qarşı tərəfin deyil, notariusun hərəkətləri ilə bağlıdır. Bir tərəf dövlət orqanı, qarşı tərəf cavabdeh olduğu üçün belə mübahisələndirmə yalnız onun hüquqlarının pozulması ilə nəticələnərək Konstitusiyanın 149.8-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarı şəxsin hüquqi vəziyyətini ağırlaşdırır və ona əlavə müddət məhdudiyyəti tətbiq edir, bu səbəbdən də qərarın əvvəlki hüquq münsibətlərinə tətbiq edilməsi Konstitusiyanın 149.7-ci maddəsinə ziddir. Kassasiya şikayətində o, da qeyd edilmişdir ki, iş üzrə icraatın dayandırılması və Konstitusiya Məhkəməsinə verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bir çox hallarda maddi hüquq normasının düzgün hüquqi tətbiqi, prosessual normaların sonrakı icraatda davam etdirilməsi qaydalarını ehtiva etmişdir. Mövcud vəziyyətdə Konsitusiya Məhkəməsinin sözügedən qərarında “bundan sonrakı icra qeydinin mübahisələndirilməsi” ilə bağlı prosessual qaydanın müəyyənləşdirilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin 16 may 2025-ci il tarixli qərarından əvvəl verilmiş iddiaya bu qaydanın tətbiqində səhvə yol vermişdir. Şikayət olunan qətnamədən o, da görünür ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericilikdə nəzərdə tutulan “buraxılmış müddətin bərpasına dair ərizə verilməsi” hüququnu da məhdudlaşdıraraq yalnız maddi hüquqi tələblərlə iddia verilməsinə dair hüququ tanımışdır. Əslində belə mövqe şəxsin müraciət etmə hüququnu da məhdudlaşdırmış olur. Məhkəmə müddətə dair məsələni Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi yolu ilə mövqe bildirsə də, iddia tələbindən kənara çıxaraq “buraxılmış müddətin bərpasına dair ərizə verilməsi” hüququnu da məhdudlaşdırmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2720/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X2 və X1) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2(103)-516/2025 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
22. Kassasiya kollegiyası qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, Bakı şəhəri, 18 saylı Notariat ofisinin notariusunun 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydinə görə, 13 fevral 2016-cı il tarixli, 3M-77 saylı kredit müqaviləsinə əsasən, borclu İddiaçı tələbkar Cavabdeh2 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat tutulmalı və tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılmalıdır. Bundan sonra, icra məmuru tərəfindən 01 iyul 2019-cu il tarixdə icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilib və borclu İddiaçı icra sənədinin könüllü icrası üçün bildiriş göndərilib. Borclu İddiaçı icra sənədini könüllü icra etmədiyi üçün ipoteka predmeti 16 iyun 2023-cü ildə 400.000 manata ilkin hərraca, 03 iyul 2023-cü ildə 340.000 manata təkrar hərraca çıxarılıb və alıcı olmadığı üçün ipoteka predmeti 02 avqust 2023-cü ildə 25 faiz aşağı qiymətlə, yəni 255.000 manata tələbkar Cavabdeh2 təklif edilib. 02 avqust 2023-cü ildə hərrac təşkilatçısı ilə tələbkar Cavabdeh2 arasında hərracın yekunları haqqında alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra, ipoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tələbkar Cavabdeh2 adına qeydə alınıb və Reyestr Xidməti tərəfindən onun adına 23 noyabr 2023-cü il tarixli Çıxarış verilib. 26 aprel 2024-cü ildə isə iddiaçı, sözügedən icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib və icra qeydini iki əsasla mübahisələndirib: birincisi, icra qeydinin verilməsi ilə bağlı prosedur qayda pozulub; ikincisi, təqdim olunan sənədlər kredit borcunun mübahisəsiz olduğunu müəyyən etməyə əsas vermir. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, “Notariat haqqında” Qanunun 41- ci maddəsində notariat hərəkətlərindən məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulsa da, Qanunda həmin hüququn həyata keçirilməsi müddəti müəyyən edilməyib. Odur ki, qanunun analogiyası üzrə hazırkı mübahisəli məsələyə Azərbaycan Respublikası MPM-in 282-ci maddəsində nəzərdə tutulan 10 günlük müddət tətbiq edilməlidir və hazırkı halda icra qeydi 22 iyun 2019-cu ildə verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə 4 il, 10 aydan sonra, yəni 26 aprel 2024-cü ildə müraciət etməklə 10 günlük müddəti ötürdüyü üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmalıdır.
23. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin...yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 76-cı maddəsinin 8-ci hissəsinin mənasına görə, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə 26 aprel 2024-cü il tarixdə müraciət edib və qüvvədə olan qanunvericilikdə borclunun icra qeydini məhkəmə qaydasında hansı vaxtda mübahisələndirə bilməsinə dair konkret müddət olmayıb. Konstitusiya Məhkəməsinin Plenumu isə “Notariat haqqında” Qanunun 41 və 76-cı maddələrini əlaqəli şəkildə 16 may 2025-ci il tarixli qərarında şərh edib və həmin qərarın nəticə hissəsinin 3-cü bəndində göstərib ki, qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsində nəzərdə tutumuş 10 günlük müddət tətbiq edilsin. Həmçinin, qərarın nəticə hissəsinin 4-cü bəndində göstərilir ki, bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi sözügedən qərarın nə vaxtdan dərc edilməsini və qüvvəyə minməsini dəqiqləşdirməyib. Halbuki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 67.0.2-ci maddəsində göstərilir ki,...Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsinə dair qərarlar- dərc olunduğu gündən qüvvəyə minir. Həmin Qanunun 66.2-ci maddəsində göstərilir ki, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından 12 ay sonra Konstitusiya Məhkəməsinin sözügedən qərarına istinad edərək, iddiaçının icra qeydinin ləğvi ilə bağlı MPM-in 282-ci maddəsində nəzərdə tutulan 10 günlük müddəti ötürməsi nəticəsinə gələrkən hüquqi müəyyənlik prinsipini də nəzərə almayıb. Halbuki, hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə, hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.
24. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Konstitusiya, insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Göründüyü kimi, iddiaçı hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını və icra qeydinin ləğvi ilə bağlı hansı müddət ərzində məhkəməyə müraciət etməli olduğunu əvvlcədən bilməyib. Məhz, iddiaçının məhkəməyə müraciətindən sonra Konstitusiya Məhkəməsinin Plenumunu sözügedən məsələyə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsində nəzərdə tutulan 10 günlük müddəti tətbiq edib. Halbuki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunda belə bir müddət və məhdudiyyət yox idi. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının 10 günlük müddəti ötürməsini, icra qeydinin 22 iyun 2019-cu ildə, iddia ərizəsinin isə 4 il, 10 ay sonra- 26 aprel 2024-ci ildə verilməsini, habelə iddiaçının icra məmuruna ünvanladığı 29 avqust 2023-cü il tarixli ərizəsində icra qeydini aldığını qeyd etsə də, işdə tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsini təsdiq edən sübut yoxdur. Halbuki, qanunun tələbinə görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Qanuna uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
25. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.
26. Məhkəmə öz hüquqi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 282, 407.2, 416.1, 416.2, 416.3-cü maddələrinə istinadən əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
31. Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş əqdlərdə icra qeydinin aparılması üçün notariusa notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunmalıdır. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin siyahının qeyd hissəsində göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:
33. 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
34. 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
35. 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
36. 26.1.7-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır.
37. 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallar;
38. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
39. 36.2-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: - müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; - ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; - bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
40. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır.
41. 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
42. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
43. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
44. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;
45. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
46. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
47. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
48. 303.1-ci maddəsinə görə hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.
49. 303.4-cü maddəsinə görə dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır.
50. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;
51. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Hazırki halda iddia tələbi təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4690/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
63. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
64. İşin hallarından görünür ki, Bakı şəhəri, 18 saylı Notariat ofisinin nötariusunun 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydinə görə, 13 fevral 2016-cı il tarixli, 3M-77 saylı kredit müqaviləsinə əsasən, borclu İddiaçı tələbkar Cavabdeh2 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat tutulmalı və tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılmalıdır. Bundan sonra, icra məmuru tərəfindən 01 iyul 2019-cu il tarixdə icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilib və borclu İddiaçı icra sənədinin könüllü icrası üçün bildiriş göndərilib. Borclu İddiaçı icra sənədini könüllü icra etmədiyi üçün ipoteka predmeti 16 iyun 2023-cü ildə 400.000 manata ilkin hərraca, 03 iyul 2023-cü ildə 340.000 manata təkrar hərraca çıxarılıb və alıcı olmadığı üçün ipoteka predmeti 02 avqust 2023-cü ildə 25 faiz aşağı qiymətlə, yəni 255.000 manata tələbkar Cavabdeh2 təklif edilib. 02 avqust 2023-cü ildə hərrac təşkilatçısı ilə tələbkar Cavabdeh2 arasında hərracın yekunları haqqında alqısatqı müqaviləsi bağlanıb. Daha sonra, ipoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tələbkar Cavabdeh2 adına qeydə alınıb və Reyestr Xidməti tərəfindən onun adına 23 noyabr 2023-cü il tarixli Çıxarış verilib. 26 aprel 2024-cü ildə isə iddiaçı, sözügedən icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib və icra qeydini iki əsasla mübahisələndirib: birincisi, icra qeydinin verilməsi ilə bağlı prosedur qayda pozulub; ikincisi, təqdim olunan sənədlər kredit borcunun mübahisəsiz olduğunu müəyyən etməyə əsas vermir.
65. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
66. Qanunun tələbinə görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Qanuna uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
67. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, cavabdeh şikayətində icra qeydi verilməmişdən öncə borcluya bildiriş göndərildiyini, həmin bildirişin poçt qəbzi ilə birlikdə notariat ofisinə təqdim edildiyini, notariat ofisindən verilən məlumata əsasən arxivin yanması səbəbilə həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını, notariat ofisində yanğın çıxması və ya digər səbəblərlə əlaqədar sənədlərin olmamasının cavabdehin səlahiyyətinə aid olan məsələ olmadığını qeyd etsə də, hazırki işdə isə tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsini təsdiq edən sübut yoxdur.
68. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
69. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
70. Kollegiya eyni zamanda qeyd edir ki, qanunun tələbindən göründüyü kimi, əmlaka tutmanın yönəldilməsi barədə icra qeydi notarius tərəfindən ipoteka saxlayanın ipoteka müqaviləsi, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə icra qeydi əsasında həyata keçirilir.
71. Hazırki işdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bununla bağlı rəsmi reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. Notariat orqanı tərəfindən ipotekanın dövlət qeydiyyatı yoxlanılmamışdır. Nəticədə, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən mötəbər sübutlar olmadığı halda, notariat orqanı tərəfindən “ipoteka predmetinə tutma yönəldilməsi” barədə icra qeydi verilmişdir. Belə olan halda şikayətdə qeyd olunanlar əsaslı hesab edilə bilməz.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
74. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
75. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4690/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.