Məhkəmə qərarları › İş №2(103)-680/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-680/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-680/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə, maneələrin aradan qaldırılması" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1972/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə, maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının iki az yaşlı uşaqları X2, X3 və əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, giriş-çıxış qapısının açarının bir nüsxəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun doğma atasıdır, digər cavbadeh isə analığıdır. Atasına məxsus olan ünvan 2 ünvanında yerləşən evdə onlar birgə yaşamış və ümumi təsərrüfat aparmışlar. O, ailə həyatı qurduqdan sonra keçmiş həyat yoldaşının evinə köçərək orada yaşamış və birgə nikahdan 2 azyaşlı qız övladları dünyaya gəlmişdir. Sonradan ailədaxili məsələlər, keçmiş həyat yoldaşının pis vərdişləri və dəfələrlə məhbəs həyatı yaşaması səbəbindən 2015-ci ildə nikahları pozulmuşdur. Keçmiş həyat yoldaşı aliment ödənişləri lazımi qaydada həyata keçirmir, bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilmişdir. Məcburiyyət qarşısında qalaraq kirayələrdə yaşayır. Bununla bağlı cavabdehlərə bildirmişdir ki, o maddi cəhətdən çətin vəziyyətdədir, o evdə 5, 6 nəfər birgə yaşayaraq böyümüşlər, lakin etirazla qarşılanmışdır. Bildirir ki, hazırda evdə iki nəfər yəni cavabdehlər yaşayır, digər qeydiyyatda olanlar isə oradan köçmüşlər. Bir müddət analığının uşaqları hazırda Türkiyədə yaşayanlar onu evə buraxmamış və oradan istifadəsinə süni əngəlliklər yaratmaqda davam edirlər. Hazırda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1972/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətə apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsi məktubla müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə, maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar