Məhkəmə qərarları › İş №2(103)-6804/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6804/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6804/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi X7, iddiaçının vəkili və nümayəndəsi X4 , Cavabdeh X2, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1093/2020 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiaərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun gəlinidir. X14 xx.xx.2010-cu ildə evlənmiş, birgə nikahdan iki azyaşlı uşaqları vardır. Hazırda əsassız yerə oğlu Zaurdan faktiki ayrılmış, öz valideynləri ilə yaşayır. Birgə nikahdan olan uşaqları isə onlarla yaşayır. Oğlu ilə gəlini arasındakı nikahın pozulması barədə iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Əvvəllər onun və ailə üzvlərinin Cavabdeh ilə münasibətləri həmişə normal olmuşdur. 2015-ci il oktyabr ayının sonunda o, əri X12 şəhərinə qızı Nərminəni görmək üçün getmişdir. Getməmişdən əvvəl o, cavabdeh X3 ailə büdcələri olan 40.000 (qırx min) ABŞ dollar pulu saxlamaq üçün vermişdir. Həmin vaxtı yanlarında başqa şəxs yox idi və bu barədə ehtiyac olmadığı üçün əri Aslan və oğlu Zaura bir söz deməmişdir. Moskva şəhərində müayinə zamanı onda erkən xərçəng xəstəliyi aşkar olmuş və xx xxxxxx 2015-ci ildə ağır əməliyyat keçirmiş, sonra isə müalicəni Serbiya Respublikasında davam etdirmişdir. 2016-cı il fevral ayında Bakıya qayıtmış, bir müddət yenə müalicə almış və Cavabdeh həmin pulu istəmişdir. 2016-cı il may-iyun ayında o, Cavabdeh çağırıb ona verdiyi, evdə saxladığı pulu 40.000 ABŞ dolları ona verib onun evində saxlamağı ona xahiş etmişdir. Evində pəncərə-qapı dəmirsiz olduğundan və çox vaxt evdə olmadığından pulun onda qalmasını münasib hesab etmişdir. Cavabdeh tək gəlini olduğundan ona özü qədər inandığından həmin 40.000 (qırx min) ABŞ dollarını ona vermişdir ki, öz evində saxlasın, lazım olanda ondan götürəcəkdir. Cavabdeh pulu ondan götürərək öz evində saxlamış və narahat olmamağını demişdir. Hərdən bir soruşsa da, Cavabdeh ona demişdir ki, pulu etibarlı yerdə saxlamış, narahat olmasın. 2018-ci ildə qızı Nərminə Bakıya gəlmiş, gedəndə ona 10.000 (on min) dollar pul lazım olmuş, o da, Cavabdeh ona verdiyi həmin 40.000 ABŞ dolları puldan Nərminəyə 10.000 (on min) dollar verməyi tapşırmışdır. Lakin Cavabdeh həmin pulu Nərminəyə verməmişdir. Qızı Nərminə 2018-ci il 01 sentyabrda Moskvaya qayıtmış, gedərkən pulu aldığını desə də sonra məlum olmuşdur ki, pulu almamış və Cavabdeh yalvarışına görə ona yalan demişdir. Sonra 2018ci il sentyabr 2019-cu il 23 yanvara qədər xahiş, mübahisə və yazışma olsa da, Cavabdeh 10.000 (on min) dollar pulu qızı Nərminəyə göndərməmişdir. Bununla əlaqədar aralarındada narazılıq və davadalaş başlamışdır. 2018-ci il fevral ayında cavabdeh X1 qəti şəkildə pulu tələb etməyə başlamış, Zibeydə həmin pulları atası vasitəsi ilə dollara çevirmək məqsədi ilə bacısı yoldaşı Rəşada verdiyini bildirmişdir. O, bu barədə həyat yoldaşına bildirmişdir. Yoldaşı Rəşada zəng edərək pulların ona verilib-verilmədiyini soruşmuş, Rəşad isə məsələ barəsində məlumatsız olduğunu bildirmişdir. Belə olan halda Rəşad Vəfanı götürərək onlara gəlmişdir. O, yoldaşı, Rəşad, Vəfa, Jalə və Nail ilə birlikdə Zaurun evinə getmişdir. Zibeydə hər kəsin yanında pulları xərclədiyini bildirmiş, pulları hara xərclədiyini soruşduqda Zibeydə onlara pulları ora-bura xərclədiyini bildirmişdir. Qızıllar barədə sorğuşduqda qızılları da, satdığını bildirmişdir. Daha sonra isə Cavabdeh pulları Zaurla birgə xərclədiyini deyib oğlu Zaura şər və böhtan atmağa başlamışdır. Sonradan onun anası Ofelya da, gəlib çıxmış və cavabdeh güya pulu Zaurun xərclədiyini bildirmişdir. Nəticədə ifşa olunduğunu görüb xx xxxxxx 2019-cu il tarixdə evi tərk etmiş və uşaqlarını da, ona buraxıb ata evinə getmişdir. Sonradan oğlu Zaura qarşı nikahın pozulması və uşaq tələbilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X6 evi tərk edib getdikdən sonra dəfələrlə tələb etməyinə baxmayaraq həmin pulu qaytarmayacağını, ümumilikdə ona pul vermədiyini qeyd etmiş, onu və oğlu Zauru ittiham etməyə başlamışdır. O artıq onun həmin pulu qaytarmayacağını başa düşmüş, hər şeydən əmin olmuş və məhkəməyə iddia əilə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ona məxsus olmuş, lakin qaytarmaqdan imtina etdiyi 40000 ABŞ dolları pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1093/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X1 30000 (otuz min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh X5pelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı iddia ərizəsində əsaslandığı hallar öz ifadəsi,işdə onun xeyrinə olun şahidlərin ifadələrindən başqa digər hec bir hallar öz əksini tapmamışdır.Belə ki, məhkəmə haxışı zamanı dindirilmiş şahidlərin bir qismi onların aillərinə yaxın adam olmaqla yanaşı bilavasitə pulun verilməsini və götürülməsini görməmişlər, yalnız ehtimal və fərziyələrə əsaslanaraq pulun məbləği barədə ifadələr vermişlər. Məhkəmə qətnamə qəbul edərkən MPM-nin 88-ci maddəsinin tələblərini, 14-cü maddəsini pozaraq işdə olan sübutlara qərəzsiz qiymət vermək əvəzinə sübutların bu qisminin ədalətli olduğunu, digərinin isə guya ədalətsiz olması qənaətinə gələrək iş üzrə qeyri-obyektiv qətnamə qəbul elmişdir.Məhkəmə İclasında cavabdeh X6 iddia tələbini qismən etiraf edərək izahatında göstərmişdir ki, onun Zaurla lap əvvəldən problemləri olmuşdur.Zaur dəfələrlə içkili vəziyyətdə təhdid etmiş,onu valideynlərindən və digər adamlardan pul istəməyə məcbur etmişdir.Onun əmək haqqı kartı həmişə Zaurda olmuş, Zaurun çox sayda borcları olmuşdur. Hyundai Sonata markalı maşını sataraq borclarının bir qismini ödəmişdir.Səidə xanımın bütün bunlardan xəbəri olsa da, Aslan müəllimin xəbəri olmamışdır. Həqiqətən qaynanası Səidə xanım ona saxlamaq üçün dəsmala bükülü pul gətirib vermiş, lakin məbləği barədə heç bir söz deməmiş, oda o pulu əmanət olduğu üçün sayıb götürməmişdir, Sonradan Zaur ilə birlikdə ehtiyac olduqca pulun üzərindən götürüb xərcləmişlər. Həqiqətən də onun öz hesabına görə orada 7 min ABŞ dolları pul olmuşdur.Pulun bir hissəsini manata çevirmiş və xırda ehtiyaclara xərcləmişdir. Evin bazarlıq hissəsini çox vaxt özü etmiş Zaur isə mütəmadi olaraq dostlari iləyeyib-içmək məclislərində olmuşdur.Münasibətlər korlandığı ərəfələrdə dəo həmişə Zaurla görüşmüş ünsiyyətləri normal olmuşdur.Yalnız iş məhkəməyə düşdükdən sonra aralarında soyuqluq yaranmış və Zaurda anasının mövqeyini müdafiə etməyə başlamışdır.Zaur onu birgə yaşadıqları dövrdə şantaj edərək hətda uşaqları ilə hədələmişdir. Zaur onu məcbur etdiyindən o, pulları bacısının yoldaşı Rəşada dollara çevirməsi üçün verdiyini demişdir. Odur ki, pullara görə təkcə o məsuliyyət daşımamalıdır. Onların arasındakı nikah pozularkən ondan uşaqlarından imtina etmək tələb edilmiş, o isə bunu etmədiyi üçün belə bir İddia qaldırılmışdır.İş üzrə ifadə verən onun qohumları Rəşad və Nail iddiaçının tələbləri əsasında dindirilsə də, pulla bağlı gedən mübahisə zamanı danışıqlarda iştirak eldiklərini, pulun məbləğinin şahidlər tərəfindən müxtəlif deyilməsini, məbləğin dəqiq olmamasnı məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasında dindirilmiş X11 ifadəsindəqeyd etmişdir ki, anası Moskvaya müalicəyə gedərkən pulu saxlamaq üçün Zibeydəyə verməsi barədə məlumatı olmamış, yalnız anasının sözü ilə 2019-cu ilin fevral ayında pulların Zibeydə tərəfindən qaytarılmadığını bilmiş və Zibeydədən pulun harada olmasını soruşduqda Zibeydə ona pulun ora-bura xərcləndiyini bildirmişdir. Pulun 40 min olmasını yalnız anasının sözü ilə bilmiş, Zibeydənin həmin ərəfədə bazarlıqları və xirda xərcləri ödədiyini qeyd etmiş, mübahisələr yarandıqdan sonrada Zibeydə ilə dəfələrlə görüşdüyünü bildirmişdir. Eyni zamanda o qeyd etmişdir ki, həqiqətən o dost-tanışı ilə yeyib-icməyi xoşlamış, içərkən öz hərəkətlərini çox vaxt idarə edə bilməmiş atasınınanasının 40 min ABŞ dolları pulunun olmasını onlardan eşitməmiş, yalnız bacısının 10 min dollar istəməsinisonradan bilmişdi.Pulla bağlı iddiaya gəldikdə isə ifadəsində bilavasitə qeyd etsə də izah etmişdir ki, Zibeydə boşanma ilə bağlı məhkəməyə verdıkdən sonra pul məsələsi anasıgil tərəfdən qabardıİmışdır. Anasının dediyinə görə Zibeydəyə 4 paçka dollar vermiş olsa da, məhkəmədə dinlənilmiş danışıq səslərində səhvən 30 000 dollar deyərək hara xərclədiyini soruşduqda Zibeydə ona sadəcə pulu xərclədiyini bildirmişdir. Bu danışıqdan da görünür ki, anası Səidə 40 min tələb etsə də Zaurun 30 min deməsi artıq 40 min məbləğin olmasını şübhə altına almışdır. Məhkəmə qətnaməsində hakim göstərilən bu ifadələrə öz təfəkkülünün məhsulu kimi qiymət vermiş və qeyri obyektivliyə yol vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Zibeydə onun gəlini olmuş, münasibətləri yaxşı olmuşdur. Onun heç nəyə ehtiyacı yox idi Qızı Moskvada ev almışdı, onları da evini görmək üçün Moskvaya dəvət etmişdi.O da həyat yoldaşı ilə birlikdə Moskavaya getmişdirlər. Moskvaya getməmişdən qabaq həyat yoldaşının dediyinə görə 4 paçka, 40 000 dollar pulu saxlamaq üçün Zibeydəyə verib. Həyat yoldaşı Moskvada əməliyyat olmuş, daha sonra Serbiyada müalicəsini davam etdirmişdir. Qızı yayda Bakıya gələrkən ona 10 000 dollar pul lazım olmuş, yoldaşı da, Zibeydəyə onda olan puldan 10 000 dollar pul Nərminəyə verməyi bildimıişdir.Onun bu ifadəsindən də aydın olaraq görmək olar ki, söhbət 40 min ABŞ dollarından deyil l0 min ABŞ dollarından gedir.Bu və digər şahidlər iddiaçı ilə cavabdeh arasında yaranmış pul ilə bağlı mübahisələrin gedişatını aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə birbiri İlə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir, iddiaçının həqiqətən cavabdehə saxlamağa pul verməsi faktını sonuncu təkzib etməmişdir.Lakin o bunu balaca dəsmalın arasında ona pul verilməsi, nə qədər olduğunu isə bilməməsi ilə əsaslandırmışdır. Cavabdeh ancaq ona verilən dəsmalın arasındakı pulu saxlamasını, lakin heç vaxt açıb dəsmalın içinə baxınamasını israrla qeyd etmişdir. Bütün yuxarıda qeyd edilən hallardan məlum olur ki, maddi və prosessual hüquq normaları pozulmuş, qanunla müəyyənləşdirilmiş hüquqi müdafiələri tam təmin olunmamışdır. Bu səbəbdən də məhkəmə qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh və onun vəkili və nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdirlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi, həmçinin, vəkili və nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını, birinci instansiya məhkəməsində verilmiş şahid ifadələrini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ödənilməsi qət olunmuş pulun məbləği hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62civə 104.1-ci maddələri) Kollegiya qeyd edir ki, İddiaçı çox etibar edərək saxlamaq üçün 40.000 ABŞ dollar pul verdiyini iddia edərək gəlini cavabdeh X3 qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.Belə ki, Cavabdeh X14 xx.xx.2010-cu ildə evlənmiş, birgə nikahdan iki azyaşlı uşaqları vardır. Hazırda oğlu Zaurdan faktiki ayrılmış, öz valideynləri ilə yaşayır. Oğlu ilə gəlini arasındakı nikahın pozulması barədə iş məhkəmənin icraatındadır. Əvvəllər onun və ailə üzvlərinin Cavabdeh ilə münasibətləri həmişə normal olmuşdur. İddiaçı bildirir ki, 2015-ci il oktyabr ayının sonunda o, əri X12 şəhərinə qızı Nərminəni görmək üçün getmişdir. Getməmişdən əvvəl o, cavabdeh X3 ailə büdcələri olan 40.000 (qırx min) ABŞ dollar pulu saxlamaq üçün vermişdir. Həmin vaxtı yanlarında başqa şəxs yox idi və bu barədə ehtiyac olmadığı üçün əri Aslan və oğlu Zaura bir söz deməmişdir. Moskva şəhərində müayinə zamanı onda erkən xərçəng xəstəliyi aşkar olmuş və xx xxxxxx 2015ci ildə ağır əməliyyat keçirmiş, sonra isə müalicəni Serbiya Respublikasında davam etdirmişdir. 2016-cı il fevral ayında Bakıya qayıtmış, bir müddət yenə müalicə almış və Cavabdeh həmin pulu istəmişdir. 2016-cı il may-iyun ayında o, Cavabdeh çağırıb ona verdiyi, evdə saxladığı pulu 40.000 ABŞ dolları ona verib onun evində saxlamağı ona xahiş etmişdir. Cavabdeh pulu ondan götürərək öz evində saxlamış və narahat olmamağını demişdir. 2018-ci ildə qızı Nərminəyə 10.000 (on min) dollar pul lazım olmuş, o da, Cavabdeh ona verdiyi həmin 40.000 ABŞ dolları puldan Nərminəyə 10.000 (on min) dollar verməyi tapşırmışdır. Lakin Cavabdeh həmin pulu Nərminəyə verməmişdir.2018-ci il fevral ayında cavabdeh X1 qəti şəkildə pulu tələb etməyə başlamış, cavabdeh Zibeydə Tağıyeva pulları əri, yəni iddiaçının oğlu Zaurla birgə xərclədiyini demişdir. Məhkəmə iclasında həmçinin, cavabdeh ancaq ona verilən dəsmalın arasındakı pulu saxlamasını, lakin heç vaxt açıb dəsmalın içinə baxmamasını israrla qeyd etmiş və izahatında pulun çox az miqdarda, təxminən 5-6 min bəlkə də, 7000 ABŞ dolları olmasını bildirmişdir.Beləliklə, iddiaçı cavabdehə məhz 40.000 ABŞ dolları verməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, hər iki tərəf iddianın əsaslı olmasını və iddiaya olan etirazın əsası kimi məhkəməyə təqdim etdikləri əsas sübut vasitəsi şahid ifadələridir ki, məhkəmə bu ifadələrə, eləcə də tərəflərin izahatlarına iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (MPM-nin 106.1-ci maddəsi) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanması nəzərə alınmaqla AzərbaycanRespublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Kollegiya sübutların qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, İddiaçı iddia ərizəsində əsaslandığı hallar öz ifadəsi və işdə onun xeyrinə olun şahidlərin ifadələrindən başqa digər hec bir hallarda öz əksini tapmamışdır.Belə ki,dindirilmiş şahidlərin ifadələrindən müəyyən olunur ki, şahidlər bilavasitə pulun verilməsini və götürülməsini görməmişlər. Məhkəmə iclasında cavabdeh X6 isə iddia tələbini qismən etiraf edərək izahatında göstərmişdir ki, onun Zaurla lap əvvəldən problemləri olmuşdur. Zaur dəfələrlə içkili vəziyyətdə təhdid etmiş,onu valideynlərindən və digər adamlardan pul istəməyə məcbur etmişdir.Onun əmək haqqı kartı həmişə Zaurda olmuş, Zaurun çox sayda borcları olmuşdur. Hyundai Sonata markalı maşını sataraq borclarının bir qismini ödəmişdir. Səidə xanımın bütün bunlardan xəbəri olsa da, Aslan müəllimin xəbəri olmamışdır. Həqiqətən qaynanası Səidə xanım ona saxlamaq üçün dəsmala bükülü pul gətirib vermiş, lakin məbləği barədə heç bir söz deməmiş, oda o pulu əmanət olduğu üçün sayıb götürməmişdir, sonradan Zaur ilə birlikdə ehtiyac olduqca pulun üzərindən götürüb xərcləmişlər. Həqiqətən də onun öz hesabına görə orada 7 min ABŞ dolları pul olmuşdur. Pulun bir hissəsini manata çevirmiş və xırda ehtiyaclara xərcləmişdir. Evin bazarlıq hissəsini çox vaxt özü etmiş, Zaur isə mütəmadi olaraq dostlar iləyeyib-içməkməclislərində olmuşdur. Münasibətlər korlandığı ərəfələrdə dəo həmişə Zaurla görüşmüş ünsiyyətləri normal olmuşdur. Yalnız iş məhkəməyə düşdükdən sonra aralarında soyuqluq yaranmış və Zaurda anasının mövqeyini müdafiə etməyə başlamışdır. Zaur onu birgə yaşadıqları dövrdə şantaj edərək hətda uşaqları ilə hədələmişdir. Zaur onu məcbur etdiyindən o, pulları bacısının yoldaşı Rəşada dollara çevirməsi üçün verdiyini demişdir. Odur ki, pullara görə təkcə o məsuliyyət daşımamalıdır. Onların arasındakı nikah pozularkən ondan uşaqlarından imtina etmək tələb edilmiş, o isə bunu etmədiyi üçün belə biriddia qaldırılmışdır. Daha sonra Kollegiya qeyd edir ki, iş üzrə ifadə verən onun qohumları Rəşad və Nail iddiaçının tələbləri əsasında dindirilsə də, pulla bağlı gedən mübahisə zamanı danışıqlarda iştirak etdiklərini bildirmiş, pulun məbləği şahidlər tərəfindən müxtəlif deyilmiş, məbləğin dəqiq olmamasnı 1-ci instansiya məhkəməsi nəzərə almamışdır. xx xxxxxx 2020-ci il tarixli Məhkəmə iclas protokolunda (İş materiallarının 82-ci səhifəsində) cavabdeh X6, həmçinin onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddianı qismən etiraf edərək 7000 məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.Apellyasiya baxışı zamanı cavabdeh və vəkili 7000 məbləğ, yəni 7000 ABŞ dolları dediklərini bildirmişlər. Kollegiya təqdim edilmiş danışığının audio yazısını isə alınması şəraiti ilə bağlı sübut kimi qəbul etməyi düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşyadır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi pulun qaytarılması hissədə düzgün nəticəyə gəlsə də, tutulan məbləğ hissədə güzgün nəticəyə gəlməmişdir.Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə tutulan pulun məbləği hissədə dəyişirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1093/2020 nömrəli qətnaməsi cavabdeh X1 30000 (otuz min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh X1 7.000 (yeddi min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar