Məhkəmə qərarları › İş №2(103)-6807/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6807/2023

27.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6807/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“mənzildən çıxarma”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1651/2023 saylı işi üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 bütün əmlakları (əşyaları) ilə birlikdə X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1651/2023 saylı işi üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh bütün əmlakı(əşyaları) ilə birlikdə ünvan 1 ünvanında olan mənzildən çıxarılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2011ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi; Azərbaycan Respublikası Konstitusiyasının 13; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin iddiaçının 2001-ci ildən xüsusi mülkiyyətində olan mənzildə 2009-cu ildən yaşaması işin mübahisəsiz hallarıdır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibəti 2009cu ildən yarandığından mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmadığından iddiaçıya məxsus evdən çıxarılmalı, iddia təmin edilməlidir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin ümumiyyətlə iddiaçının ailə üzvü olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh əşyaları ilə birlikdə iddiaçıya məxsus evdən çıxarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın RX seriyalı ******* saylı çıxarışına əsasən, Bakı şəhəri, ünvan 2ov küçəsi, ev 37 a, 56 nömrəli mənzil İddiaçı adına xx.xx.2001-ci ildə qeydiyyata alınmışdır; - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, Bakı şəhəri, ünvan 2ov küçəsi, ev 37 a, 56 nömrəli mənzil ünvanında X20 qeydiyyatdadır; - AZ-İİ seriyalı 327032 nömrəli ölüm haqqında çıxarışa əsasən, X16 xx.xx.2023-cü il tarixdə ölmüş və bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 367-saylı akt ilə qeyd aparılmışdır; - AZ-İ seriyalı 455528 nömrəli ölüm haqqında çıxarışa əsasən, X16 ilə Cavabdeh arasında nikah xx.xx.2009-cu il tarixdə Qaradağ qeydiyyat şöbəsində 06 saylı akt ilə bağlanmışdır(iş səh. 9, 13, 15, 39). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1651/2023-saylı xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv ediməsi və mübahisəli mənzildə yaşamaq hüququmun saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1 ,15, 27.1, 152.3, 158, 228.4; Mülki Prosessual Məcəllənin 76.2, 77.1, 80, 82.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil ilkin olaraq iddiaçının babası X14 Bakı şəhəri Əzizbəyov Rayon İcraiyyə Komitəsinin 29 N:li xx.xx.1966 -cı il tarixli Qərarı ilə verilmişdir. O zaman həmin mənzildə nənəsi X11, anası X15 və dayısı X17 ilə birgə yaşamışlar. xx.xx.1968-ci il tarixində X18 vəfat etmişdir. Mübahisəli mənzil X6 adına sənədləşdirilmişdir. 1996-cı ildə bütün ailə üzvlərinin razılığı ilə (o cümlədən həyat yoldaşı Rinat Yaxiyev) mənzil iddiaçının adına o zamankı soyadı ilə X3 adına sənədləşdirilmişdir. xx.xx.2001-ci ildə mübahisəli mənzil AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının adına ÖM seriya 067705 N:li Qeydiyyat Vəsiqəsi verilmişdir. Sonradan iddiaçı soyadının dəyişməsi ilə əlaqədar qeydiyyat Vəsiqəsi “ÇİXARİŞ” ilə Nağıyeva (sonradan Haqverdiyeva ) 1997-ci ildə ailə qurmuş və həyat yoldaşının evinə köçmüş və həmin dövrdən bu vaxta kimi heç vaxt mənzildə yaşamamışdır. O zaman mübahisəli mənzildə nənəsi X12, X13 birlikdə yaşamışlar. O, 09.01. 2009-cu ildə X13 rəsmi nikaha daxil olmuşdur və ünvan 4 ünvanında yerləşən mənzilə köçüb yaşamışdır. Həmin vaxtı o bütün cehiz əşyalarını mənzilə yerləşdirmişdir. O, mənzilə gəlin kimi gələndə ona bildirmişdilər ki, mənzildə ömürlərinin sonuna kimi yaşayacaqlar. Lakin xx.xx.2023-cü il tarixində Yaxıyev Rinat beyininə qan sızması nəticəsində vaxtsız vəfat etmişdir. Hazırda mənzildə Rinatın anası Münirə Yaxiyeva və o birlikdə yaşayırlar. İddiaçı - İddiaçı 1997-ci ildən həmin mənzildə yaşamamış və bu müddətdə o mənzildə olmamasına baxmayaraq, çox nadir hallarda gəlib getmişdir. Lakin hazırda iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o onun mənzil hüququnu pozur. Bu tamamilə əsasızdır. Belə ki, mənzildə ondan başqa onun nənəsi də yaşayır. İddiaçı onun hansı hüquqlarını pozmağı barədə heç bir tələb bildirməmişdir. Eyni zamanda onun dayısı ilə birlikdə yaşadıqları müddətdə , Haqverdiyeva bir dəfə də olsun mənzildən çıxmaqları barədə onlara xəbərdarlıq etməmişdir. Belə ki, iddiaçının nənəsi Münirə Yaxiyeva mənzildə daimi yaşamaq hüququ vardır və onun mənzildən çıxarılması mümkün deyildir. O və qayınanası mənzildə birbirinə yardımçı olmaqla yaşayırlar və maddi gəlirləri çox olmasa da,qazancları birlikdə yaşamalarına kifayət edir. Hazırda uzun müddət yaşadığı mənzil şəraitini dəyişdiriməsi, məzil şəraitini süni sürətdə pisləşdirilməsi deməkdir. Ona görə hesab edir ki, iddiaçının onun mənzildən çıxarılması barədə tələbi əsasız olduğundan rədd edilməlidir. O iddiaçının heç bir mülkiyyət hüququnu pozmamış və pozmur. 60-a yaxın yaşı var və bu yaşında onun mənzildən çıxarılmağı ədalətsizlikdir. Lakin məhkəmə qeyd etdiyi halları nəzərə almamışdır. O, uzun müddət həmin mənzildə yaşadığı üçün həmin mənzildən istifadə hüququ təmin olunmalıdır. 5.Apellyasiya şikayətinin təmin edilməməsi barədə iddiaçı tərəfindən verilmiş etirazda Mülki Prosessual Məcəllənin 385.2, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya şikayətində konkret olaraq hansı maddi və prosessual hüquq normasının pozulmasını və hansı hallarda düzgün tətbiq edilməməsini, qanun pozuntularının nədə ifadə olunmasını aydın şəkildə göstərmədən ümumi söz və ifadələrdən istifadə edilməklə yazılmış və məhkəmələrin yükünün artmasına gətirib çıxaran, qanuni əsası olmayan, sadəcə, məhkəmə qətnaməsinin icrasını ləngitmək üçün formal olaraq yazılmış bir şikayət olduğunu, cavabdehin apellyasiya şikayətində göstərdiyi hazırda münahisəli mənzildə iddiaçının nənəsi Yaxiyeva Münirə də onunla birgə yaşayır və onlar bir-birinə hər cür yardım göstərirlər və Münirənin həmin mənzildə daimi yaşamaq hüququ vardır və onun mənzildən çıxarılması mümkün deyildir. Halbuki, Yaxiyeva Münirə 14 sentyabr 2014-cü ildə ölmüşdür və ölüm haqqında şəhadətnamənin surəti mülki işə əlavə edilmişdir. Daha sonra cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli mənzildə yaşamaq hüququ vardır. Mülki qanunvericiliyə görə (MM-in 228.1 -ci maddəsi) “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın”. Cavabdehin isə həmin mənzilə qeydiyyatı da yoxdur, istifadə hüququ da yoxdur. Belə ki, o, qeydiyyatda Şamaxı rayonunun Adnalı kəndindədir, reyestrdə isə onun istifadə hüququ barədə heç bir qeydiyyat yoxdur, yəni onun istifadə hüququ heç bir sənədlə təsdiq olunmur. Bundan başqa cavabdeh iddia tələbindən kənara çıxaraq həm birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, həm də mübahisəli mənzildə yaşamaq, yəni istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini istəyir.Bundan başqa cavabdeh Azərbaycan Respublikası Mənzil, Mülki və Mülki Prosessual Məcəllərindən bir çox maddələrin pozulduğunu göstərir, lakin bu maddələrdə pozğunluğun konkret olaraq nədən ibarət olduğunu, nədə ifadə olunduğunu açıqlamır,bu səbəblərdən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin məhkəməsinin 2(002)-1651/2023 N-li, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni və əsaslıdır, tam, hərtərəfli, obyektiv araşdırılıb və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən cavabdeh X2 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1651/2023 N°li, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək uzun müddətdir ki, həmin mənzildə yaşadığını, başqa yaşamaq üçün yerinin olmadığını, qarşı tərəfin mənzildən çıxması qarşılığında ona yaşaması üçün başqa yer də təklif etmədiyini, özünün də yeni mənzil alması üçün maddi durumunun olmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddiaçının nümayəndəsi vəkil X9 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirir və apellyasiya şikayətinə qarşı etirazını müdafiə edərək apellyasiya şikayətində konkret olaraq birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının pozulduğunun göstərilmədiyini, şikayətdə mübahisəli mənzildə iddiaçının nənəsi Yaxiyeva Münirənin də onunla birgə yaşadığını, həmin mənzildə daimi yaşamaq hüququnun olduğunu və mənzildən çıxarılmasının mümkün olmadığını qeyd etsə də bu məlumatların həqiqəti əks etdirmədiyini, Yaxiyeva Minurənin 2014-cü ildə vəfat etdiyini, mübahisəli mənzildə istifadə hüququnun yaranması üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğunu, lakin hazırkı mübahisədə cavabdehin həmin mənzilə qeydiyyatının da, istifadə hüququnun da olmadığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 10.Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 11.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 139-180, 213-228, 560; Mənzil Məcəlləsinin 30-34; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə cavabdehin ehtimal etdiyi və sübuta yetirilməyən dəlillərin qanunvericilik nəzərindən aidiyyatı (mülkiyyətçi ilə qohumluq əlaqələri, razılaşma və istifadə hüquqları) müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz, məhkəmə yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəzərə alınmalıdır ki, cavabdehin qeyd edilən ünvana istifadə hüququ üzrə hər hansı faktoloji və hüquqi əsaslar müəyyən edilmir və bu sahəni tənzimləyən maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından, hüququn anologiyası üzrə belə tətbiqi sui-istifadəyə və məhkəmə səlahiyyətlərindən kənar olan qanunsuzluğa şərait yaradan hal olaraq mümkün deyildir. 14.Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 15.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 16.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1651/2023 saylı işi üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar