Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6811/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Aida Hüseyn və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili Şücahət Heydərovanın, cavabdeh Hüseyn Hüseynovun iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Binəqədi RM-nin 25.08.2003cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən təkrar verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, apellyasiya şikayəti verilməsi müddəti 1 aydır. İddiaçı daha əvvəl ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi müddətinin bərpasını xahiş edib, lakin Binəqədi RM-nin 16.10.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilib və qərardad qanuni qüvvəyə minib. Bu isə onu təsdiq edir ki, müddət keçib, habelə müddətin keçməsi üzrsüz səbəbdən baş verib. İddiaçı həmin qərardada əhəmiyyət vermədən yenidən qətnamədən apellyasiya şikayəti verib, Binəqədi RM onun qaytarılması barədə qərardad qəbul edib. Lakin iddiaçı təkrarən apellyasiya şikayəti verib, Binəqədi RM onun da qaytarılması barədə qərardad qəbul edib. Apellyasiya şikayəti verilməsi müddəti keçdiyinə görə bu qərardad Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin göstərişinə uyğundur, ona görə də dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6811/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6811/2021
02.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver