Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6815/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6815/2025 (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi; mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddialar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(011)- 541/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh həmin mənzildə qeydiyyatda olsa da 2017-ci ildən yaşamır. Getdiyi gündən də cavabdehin bütün məktəb ləvazimatları mənzilində qalmaqdadır. Doğma nəvəsi olduğundan dəfələrlə ona bildirmişdir ki, onunla birlikdə yaşasın, lakin cavabdeh mənzildə yaşamaqdan imtina etmişdir. Hətta cavabdeh onunla danışmayaraq əlaqədən həmişə qaçmışdır. Cavabdehlə aralarında heç bir notarial qaydada müqavilə olmamışdır. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehin mənzildə qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır.
3. Həmçinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X4 atası ilə nikaha daxil olduqdan sonra hazırkı mübahisəli mənzilə xarici vətəndaş kimi qeydiyyata düşmüş, nikahları 2018ci ildə pozulsa da, 2020-ci ilə kimi qızı ilə orada yaşamışdır. 2020- ci ildə "Covid-19" virusunun tüğyan etdiyi 2020-2022-ci illərdə təcrid olmaq məqsədilə kirayə mənzil tutmuş və orada yaşamışdır. Daha sonra, yəni pandemiya qurtardıqdan sonra o, nənəsi Zəmirənin mənzilinə qayıtmaq istəsə də, onu həmin mənzilə buraxmamışlar. Onu yola vermədiklərinə görə evdən çıxmış, əşyalarının bir qismini götürsə də, bir hissəsi mübahisəli mənzildə qalmışdır. Faktiki olaraq mənzildən qovulmuşdur. Onun başqa yaşayış sahəsi yoxdur, anasının da mülkiyyətində yaşayış sahəsi yoxdur, kirayədə yaşayırlar. O, həmçinin tələbədir, müstəqil qazancı yoxdur, bu hallar isə onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. O, həmin mənzilə ailə üzvü qismində köçürülmüş və keçmiş ailə üzvü hesab edilmir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(011)- 541/2025 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) hər iki iddia təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3 və 228.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
7. Qətnamədən cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək onun iddia tələbinin təmin edilməsi, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclaslarında təsdiqini tapmamış, iddiaçı tərəfindən göstərilmiş hallar işin həlli üçün əhəmiyyət kəsb etməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər iddia tələbinin təmin оlunması üçün yetərli deyildir.
a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2636/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi barədə” iddiasının təmin olunmaması, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39-da yerləşən 25 nömrəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
10. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh mənzildən istifadə hüququ xx.xx.2005-ci ildə, yəni sonuncunun doğulduğu vaxt yaranmışdır. Həmin vaxtı mənzil dövlət mənzil fonduna aid olmuş, mənzilin kirayəçisi (icarədarı) Cavabdeh babası (atasının atası) Şərəfəddin Əlixanov olmuşdur. Həmin zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər”. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunub: “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Cavabdeh doğulduğu vaxtdan (xx.xx.2005-ci ildən) mənzil özəlləşdirilənə qədər (xx.xx.2008-ci ilədək) mənzildə icarədar (babası Şərəfəddin Əlixanov) ilə birlikdə yaşayaraq onunla ümumi təsərrüfat aparmışdır. Odur ki, Cavabdeh istifadə hüququ mənzilin dövlət mənzil fonduna aid olduğu zaman yaranmışdır. Sonradan mənzilin Cavabdeh babasının adına özəlləşdirilməsi, babasının ölümündən sonra isə vərəsəlik qaydasında nənəsinin mülkiyyətinə keçməsi Cavabdeh mənzildən istifadə hüququnun xitamına səbəb olmamışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh istifadə hüququna xitam verilməsi üçün göstərilən üç haldan (1) Cavabdeh həmin hüquqa görə kompensasiya verilməlidir; 2) Cavabdeh hüquqdan imtina etməlidir; 3) Cavabdeh həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxmalıdır) heç biri mövcud deyildir. Belə ki, Cavabdeh kompensasiya təklif olunmamış və ya onun özü hüquqdan imtina etməmiş, onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması isə müəyyən olunmamışdır. Həmçinin, Cavabdeh başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi barədə sübut yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflərin heç biri istinad etdiyi tarixi təsdiq edən sübut təqdim etmədiyinə görə, Cavabdeh bildirdiyi tarix həqiqi tarix kimi qəbul olunmalıdır. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü zamanı hüquq sahibinin hansı tarixdən etibarən hüquqdan istifadə etmədiyini sübut etmə yükü hüququn itirildiyini iddia edən şəxsin (İddiaçı) üzərinə düşür. Bu barədə sübut təqdim edilmədiyinə görə, hüquq sahibinin (Cavabdeh) etiraf etdiyi tarix (2020-ci il) həqiqi tarixi kimi qəbul olunmalıdır. Digər tərəfdən, İddiaçı göstərdiyi tarixdə (2017-ci ildə) Cavabdeh 12 yaşı olmuş və nikahın pozulması barədə qətnaməyə əsasən onun anasının yanında qalması qət olunmuşdur. Cavabdeh xx.xx.2023-cü ildə yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatdıqda sonra onun özünə başqa ünvanda daimi yaşayış yeri əldə etməsi barədə sübut yoxdur. Cavabdeh müəyyən müddət mənzildə yaşamaması Mülki Məcəllənin 15.2-ci maddəsinə əsasən, hüquqa xitam verilməsi üçün əsas deyildir.
12. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 15.2-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.
b) Kassasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassızdır və qanunvericiliyin maddi hüququ normaları düzgün tətbiq olunmadan qəbul edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2465/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (məruzəçi hakim), Əhməd Nurməmmədov və Aqil Abbasovdan ibarət tərkibdə,) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2636/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh istifadə hüququna xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan (kompensasiyanın verilməsi, özünün bu hüquqdan imtina etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması) heç biri hazırkı halda mövcud olmamışdır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi barədə sübut olmadığı üçün onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh mübahisəli mənzildə doğulub orada daimi olaraq yaşamış, 2020-ci ildə isə həmin mənzili könüllü şəkildə tərk edərək getmişdir. Cavabdeh mənzili könüllü tərk etməsini belə izah etmişdir ki, o, pandemiya şəraitində təcrid olmaq məqsədilə anası ilə birlikdə kirayə mənzil tutaraq orada yaşamışdır. Hazırda isə Cavabdeh onun sonradan mübahisəli mənzilə qayıtmaq istədiyini, lakin nənəsi İddiaçı onu mənzilə buraxmadığını bildirmişdir. Lakin iş materiallarından aşkar görünür ki, Cavabdeh mübahisəli mənzilə köçürülməsi ilə bağlı nə yetkinlik yaşına çatanadək, nə də yetkinlik yaşına çatdıqdan sonra keçən bir ildən də artıq müddət ərzində hər hansı mübahisə açmamış, hazırkı iddianı isə nənəsi onun mənzildən istifadə hüququnun itirilməsinə dair məhkəməyə müraciət etdikdən sonra vermişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh mübahisəli mənzili tərk edərək uzun müddət orada yaşamamasını, onun yetkinlik yaşına çatdıqdan sonra da bu hüququndan uzun müddət istifadə etməməsini onun mübahisəli mənzildən istifadə hüququnun xitamına əsas vermədiyini qənaətinə gələrkən, onun digər yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yaşayış sahəsindən mövcud istifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüquq sahibinin başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi mütləq və yeganə əsas kimi çıxış etmir. Doğrudur, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır..”.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
18. Apellyasiya baxışı zamanı iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
19. Apellyasiya baxışı zamanı iştirak edən birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi
20. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
22. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
24. Maddə 262.2 Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, birləşdirilmiş iş üzrə iddia tələbi isə təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ilkin və birləşdirilmiş iş üzrə iddialar bir-biri ilə bağlılıq təşkil etdiyindən və onlardan birinin təmini digərini istisna etdiyindən apelyasiya baxışı zamanı hər iki tələbə dair hüquq münasibətinə bütövlükdə qiymət verilməsi məqsədəuyğundur.
36. Belə ki, mənzildən istifadə hüququnun itirilməsi və mənzilə köçürülməyə dair iddialar həll edilərkən araşdırılmalı olan məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrumetmə ilə bağlı nəticələrə yol verən şəxsin mübahisəli mənzil üzərində mülkiyyət və ya ondan irəli gələn digər hüquqları (istifadə və s.) olsun, lakin məhrum edilən şəxs bu hüquqlara sahib olmasın və qanunvericiliklə də təsbit edilməsin. Əgər məhrum edən şəxsin belə bir hüququ yoxdursa və ya məhrum edilən də onunla birlikdə eyni hüquqlara sahibdirsə, bu halda məhrumetmə qanunsuz sayılır.
37. İşin mübahisəsiz hallarına əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39 saylı evin 25 saylı mənzil əvvəllər xx.xx.1975-ci il tarixli order əsasında 2008-ci ilə kimi İddiaçı əri X1 icarəsində olmuşdur. Mənzil xx.xx.2008-ci ildə Şərəfəddin Əlixanovun adına özəlləşdirilmiş və mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Sonuncu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh İddiaçı və mərhum X1 nəvəsidir. O, xx.xx.2005-ci ildə, yəni mənzil babasının kirayəsində olduğu zaman doğulmuş, doğulduğu vaxtdan mənzildə yaşamış və mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Valideynləri arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulduqdan sonra Cavabdeh anasının yanında saxlanılması qət edilmişdir. xx.xx.2021-ci tarixli payın bağışlanması müqaviləsinə əsasən Zahid Əlixanov, Elnarə Əlixanova və Səbinə Əlixanova öz miras paylarını İddiaçı bağışlamaları nəticəsində mənzil onun tam mülkiyyətinə keçmişdir. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, hazırda anası ilə birlikdə yaşayır.
38. Hazırki işin yuxarıda göstərilən hallarından görünür ki, birləşdirilmiş iş üzrə iddiaçı Elmira Əlixanova doğulduğu vaxtdan, yəni xx.xx.2005-ci ildən mübahisəli mənzildə yaşamış, 2017-ci ildən isə anası birlikdə başqa yerdə məskunlaşmağa başlamışdır. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə, Elmira Əlixanovanın ilkin olaraq mənzildən istifadə hüququ mövcud olmuşdur. Hazırda araşdırılmalı məsələ isə həmin hüququn saxlanıb-saxlanmaması ilə bağlıdır.
39. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
41. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...”.
42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli mənzili ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir və cavabdeh doğulduğu vaxtdan 2017-ci ilədək orada yaşamışdır. Doğrudur, Elmira Əlixanova 2017-ci ildə həmin mənzili birbaşa öz iradəsi ilə tərk etməmiş, valideynləri arasındakı nikahın pozulması və həmin vaxt yetkinlik yaşına çatmayan övlad kimi yaşayış yerinin valideynin (indiki halda anasının) yanı kimi müəyyən olunması, həmçinin anasının başqa yerə köçməsi səbəbindən baş tutmuşdur. Lakin qeyd edilməlidir ki, xx.xx.2005-ci il təvəllüdlü Elmira Əlixanova xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmış və həmin vaxtdan müstəqil iradəsinə əsasən öz yaşayış yerini seçmək hüququ olmuşdur. Buna baxmayaraq o, bir ildən də artıq keçən müddət ərzində həmin mənzilə köçürülməsi ilə bağlı hər hansı mübahisə açmamış, hazırkı iddianı isə nənəsi onun mənzildən istifadə hüququnun itirilməsinə dair məhkəməyə müraciət etdikdən sonra vermişdir.
43. Nəticə etibarilə Elmira Əlixanovanın hazırki mübahisəli mənzildən istifadə ehtiyacının aradan qalxmamasına dair hər hansı əsaslı arqument və bunu təsdiq edən mötəbər dəlil təqdim olunmamışdır. Digər tərəfdən işin halları, o cümlədən hazırkı mübahisənin xüsusiyyətləri və tərəflərin izahatları nəzərə alınmaqla müəyyən edilmişdir ki, nənə-nəvə arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.
44. Buna görə də kollegiya hesab edir ki, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilə istifadə hüququnu artıq itirmişdir. Belə olduğu təqdirdə onun mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.
45. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.
46. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalara düzgün əməl edilməmiş, işin hallarına münasibətdə qanunvericiliyin tələbləri lazımi qaydada tətbiq edilməmişdir. Buna görə də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, birləşdirilmiş iş üzrə iddia tələbi isə təmin edilməməlidir.
48. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.
49. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(011)- 541/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39-da yerləşən 25 nömrəli mənzildən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev