Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-682/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndələri Samir Əliyev və Cavid Abdurrahmanovun iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətnə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli, 90-Ş/h №-li əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - həmin MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Apellayasiya icraatı zamanı cavabdeh "xxxx" MMC hüquq varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanı ilə bir sıra təşkilatların, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquq varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndələri Samir Əliyev və Cavid Abdurrahmanov bildirdilər ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin hüquq varisi deyil, ona görə də Agentliyin cavabdehin hüquq varisi kimi tanınması düzgün sayılmır. İddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə barədə: İddiaçı "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəğötürənin (MMC-nin baş derektorunun) xx.xx.2022-ci il tarixli, K/248 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilib. Belə ki, əmək müqaviləsi müddətli olub və müddət bitib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının əmək fəaliyyətində heç bir qüsur olmayıb, o cümlədən rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirib. Lakin bu hal əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğvinə mane olmur. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Hüquq varisliyi barədə: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanının 1-ci bəndindən görünür ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin əsasında yaradılıb. O cümlədən Fərmanın 3.2-ci bəndindən görünür ki, MMC-nin əmlakı Agentliyin balanasına keçir. Fərmanın 1-ci bəndində istifadə olunan “əsasında” ifadəsi və Fərmanın 3.2-ci bəndində qeyd olunan "xxxx" ifadəsi məhkəməyə əsas verir ki, Agentliyi əmək münasibətində MMC-nin hüquq varisi kimi tanısın. Həmçinin nəzərə alınmalıdır ki, Fərmanda MMC-nin ləğv edilməsi qeyd edilməyib. Əgər MMC ləğv edilsəyidi, bu halda hüquq varisliyi istinsa olunardı. Belə ki, Mülki Məcəllənin 59.1-ci maddəsinə görə, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Fərman xx.xx.2021-ci il tarixdə verilsə də, onun 8-ci bəndində qeyd olunub ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək MMC fəliyyətini davam etdirsin. Əmək müqaviləsinin ləğvi barədə əmrin verdildiyi zaman (xx.xx.2022-ci ildə) Agentlik hələ dövlət qeydiyyatına alınmamışdı. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı Agentlik dövlət qeydiyyatına alınmamış, ona görə də hüquq varisliyi məsələsi apellyasiya icraatı zamanı həll edilmişdir. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-682/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-682/2023
03.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver