Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6824/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdənibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə (MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması və həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən ona təhvil verilməsi, 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki olaraq icarəsində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin təmirinə, avadanlıqların alınmasına və s. işlərin görülməsinə xərclədiyi 30000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması, onun həmin qeyriyaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi; qarşılıqlı iddia tələbi də qismən təmin edilərək Tikinti-təmir işlərinin ümumi dəyəri kimi 16045 manat, malların ümumi dəyəri kimi 13650 manat olmaqla, ümumilikdə 29695 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh3 ödənilməsi, Ekspertiza xərci kimi 190 manat məbləğində pul vəsaitinin Cavabdeh2, 10 manat məbləğində pul vəsaitinin isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən sorğu daxil olaraq, İddiaçı "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinin və fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı pul tələbinə dair qarşlılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh3tərəfindən daxil olmuş şikayət ərizəsinə baxılması məqsədilə qeyd olunan mülki işin BinəqədiRayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. İlkin iddia üzrə Cavabdeh1 MMC, ilk və qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 22 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinin və fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı təmirə və avadanlıqlarının alınmasına çəkilmiş xərclərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 22 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6824/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6824/2022
02.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver