Məhkəmə qərarları › İş №2(103)-6825/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6825/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6825/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ n Müştərək Cəmı̇ yyətı̇ nin qanuni təmsilçisi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)-1121/2019 saylı qətnaməsindən iddiaçı “Yasamal-11” Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ n Müştərək Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMMC-nin xeyrinə 5760 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi 10, M.Sübhi küçəsi 202, 209, 211 və B.Məcidov küçəsi 24 ünvada yerləşən və inşa olunan çoxmənzilli binalarda daşınmaz əmlak kompleksinin birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır və dövlət qeydiyyatından keçirilmişdir. "xxxx" MMMC-nin fəaliyyət göstərdiyi müddət ərzində sakinlərə keyfiyyətli xidmət göstərilməsi üçün bütün tədbirlər görülmüşdür, o cümlədəndə çoxmənzilli binaların ümumi əmlakının istismarı, cari və əsaslı təmir işləri aparılmış, ayrı-ayrı kommunal xidmətlər göstərilmişdir. Bütün bu görülən işlər Cəmiyyət üzvlərinin vaxtlı-vaxtında üzərlərinə düşən öhdəliklərin icrası nəticəsində baş vermişdir. Lakin "xxxx" MMMC-nin ünvan 1 ünvanında yerləşən 01 saylı mənzilin sakini, Cavabdeh Cəmiyyət rəhbərliyi tərəfindən rəsmi xəbərlarlıqlarlar edilməsinə baxmayaraq, bu şəxs göstərilən və istifadə edilən kommunal xidmətlərinin haqqını ödəməkdən qəsdən yayınır. Hal-hazırda cavabdehin iddiaçıya yaratdığı kommunal xidmətlərinin miqdarı 5760 manat təşkil edir. Sonuncu dəfə cavabdehə verilən AR-104 saylı, 15.11.2018 il tarixli məktubla ona 2018 ilin 10 dekabr tarixə qədər cavabdehin yaratdığı 5760 manat borcun ödənilməsi tələb olunmuşdur. Lakin kommunal xidmətlərdən isitifadə edən cavabdeh qəsdən ödənişlər etmir, nəticədə cavabdehə maliyyə problemləri yaradır. Habelə cavabdehə kommunal xidmətlərin göstərilməsi barədə "xxxx" MMMC ilə müqavilə bağlanılması bir neçə dəfə təklif edilsə də cavabdeh bununla razılaşmamış və müqavilə bağlanılmasında imtina etmişdir. Habelə qəbul edilmiş smetalar təsdiq olunması üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)-1121/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ n Müştərək Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)- 1121/2019 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh "xxxx" MMMC-nin xeyrinə 5760 (beş min yeddi yüz altmış) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehə dəfələrlə müqavilə bağlamağı təklif edilmiş, lakin o, bu təkliflərdən boyun qaçırmışdır. Cavabdehin "xxxx" MMMC-nin sələfi olan "xxxx" MTK-ya kommunal borcların ödənilməsi, ona göstərilən xidmətləri qavramasını və ondan istifadəyə görə ödənişlər etməli olduğunu aydın şəkildə ifadə edir. Bu vaxta qədər cavabdehlə müqavilənin bağlana bilməməsinə səbəbkar bir başa cavabdehin özüdür və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.0.7-ci maddəsinin tələblərinə əsasən sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək səlahiyyətləri "xxxx" MMMC-nin üzərinə düşür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsinin tələbinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Bunu nəzərə alaraq "xxxx" MMMC-nin təsis yığıncağının qərarında gündəlikdə olan 3.2.1-ci məsələyə görə “Müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabatı tərtib etmək, onların təsdiq olunması “Yasamal -3” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinə tapşırılsın” nəzərdə tutulub. Xərclərin müəyyən olunması ümumi iclasın qərarı ilə dəyişdirilə bilər. Bunu Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsi “müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi ığıncağına təqdim etmək” cəmiyyətin idarə heyətinin vəzifəsidir. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək, Azərbaycan respublikası Mənzil Məcəlləsinin 135.2.4 maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan öhdəlik yaradır. Cavabdehin bildirdiyinə görə mənzildə olan istiliyin azlığı, digər yaşayış bələrinə xidmət göstərilməməsi qərəzli mövqeyini göstərir və bu ifadələrin doğru olmamasını qonşu mənzillərin sakinləri akt tərtib edərək təsdiq edə bilərlər. Digər halda isə borclu ifadəsində bildirir ki, "xxxx" MMMC-yə ödənişlər etmiş, lakin ona qəbz təqdim edilməmişdir. Buradan cavabdeh qarşısında belə bir sual yaranır ki, mənzilinə göstərilən xidmətlər qənaətbəxş deyildisə, o zaman niyə ödənişlər edirdi? Məlum olur ki, cavabdeh yalan ifadələrlə öz-özünü təkzib edir - bir halda müqavilə oİmamasına görə ödənişlər etmədiyini, digər halda isə müqavilə olmadan ödənişlər etdiyini göstərir. Cavabdeh müqavilə bağlanmadığına görə ödəniş etmədiyini bildirir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2 əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər müddəasından çıxan nəticəyə görə əqdlər birtərəfli ola bilər. Eyni zamanda həmin məcəllənin 324.3 maddəsinə görə bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. İradə ifadəsi isə 324.5-ci maddədə İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir, kimi təfsir edilir, hesab edirəm ki, ağlabatan mühakimə isə faktiki olaraq cavabdehin həmin mənzildə yaşaması və bu yaşayış müddətində kommunal xidmətlərdən 36 mülkiyyətçidən fərqli alaraq istifadə etməməsi iddiasının əsassız olduğudur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)- 8812/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)-1121/2019 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin təmin olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(102)-298/2020 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasassiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2 (103)-8812/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarı ilə "xxxx" MMMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)- 5(k)/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(102)-298/2020 saylı qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2 (103)-8812/2019 saylı qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ n Müştərək Cəmı̇ yyətı̇ nin qanuni təmsilçisi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)-1121/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədləri qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)-1121/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan: "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış 15.11.2018-ci il tarixli pretenziya məktubuna əsasən, cavabdeh kommunal xidmətlər barəsində yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Kassa mədaxil orderlərinə əsasən, Cavabdeh 2009-cu ilin mart ayından 2013-cü ilin iyun ayınadək mütəmadi olaraq M.Naxçıvani küçəsi, ev 10, mənzil 1 üçün göstərilən kommunal xidmətlər üzrə ödənilməli olan pul vəsaitini "xxxx" MTK-ya ödəmişdir. "xxxx" MMMC tərəfindən təqdim olunmuş binanın saxlanması üçün xərclər smetalarından görünür ki, "xxxx" MMMC-nin Yasamal rayonu, 618-ci məhəllədə yerləşən, M.Naxçıvani küçəsi, ev 10, M.Sübhi küçəsi ev 202-də yaşayan sakinlərə göstərilən kommunal xidmətlərin 2012-2014-cü illərə olan əvəzi olaraq mənzillərin hər kv.metri üçün aylıq 0,45 manat, 2015-ci ilə olan hər kv.metri üçün aylıq 0,45 manat, 2016-cı ilə olan hər kv.metri üçün aylıq 0,55 manat, 2016-cı ilin dekabr ayına və 2017-ci ilə olan hər kv.metri üçün aylıq 0,85 manat müəyyən edilmişdir. "xxxx" MMMC-nin nizamnaməsindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin üzvləri olmayan çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə çoxmənzilli binaların ümumi əmlakının saxlanılması və təmir haqqında müqavilələr bağlamaq kimi vəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Həmin Məcəllənin 128.0.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: • binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; • mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; • idarəedici təşkilat tərəfindən idarə edilməsi. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Göründüyü kimi, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzil Cavabdeh mülkiyyətində olmuşdur və həmin binanın idarə edilməsi iddiaçı "xxxx" MMMC-nin səlahiyyətinə verilmişdir. Lakin ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilə göstərilən kommunal xidmətlərin yerinə yetirilməsi barədə "xxxx" MMMC və Cavabdeh arasında Azərbaycan Respublikası Mənzil Məccələsində və "xxxx" MMMC-nin nizamnaməsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsi kimi müəyyən edilmiş hər hansı bir müqavilə bağlanmamışdır. Habelə iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə çoxmənzilli binaların ümumi əmlakın saxlanılması və təmiri haqqında müqavilənin 3 aydan bir təqdim etdiyini, lakin cavabdehin bu müqaviləni qəbul etmədiyini bildirsədə bu halı təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək vəzifəsi "xxxx" MMMC-nin üzərinə düşsədə, iddiaçı 2012-ci il tarixdən 2016-cı il tarixədək binanın saxlanması üçün xərclər smetasını təsdiq olunsı üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməmiş, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ n Müştərək Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(004)- 1121/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar