Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6828/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, cavabdehlər X14 və X8 qanuni nümayəndəsi X6 nümayəndəsi və vəkili X18 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdehlər X14 və X8 qanuni nümayəndəsi X9 qarşı “istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” barədə ilkin, iddiaçı X14 və X8 qanuni nümayəndəsi X6 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)-6064/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdehlər X14 və X8 qanuni nümayəndəsi X9 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda X7 və X8 qanuni nümüyəndəsi X15 cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdən Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 90, 35 saylı mənzil İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. 2007-ci il tarixdə oğlu İddiaçı3 Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından Elmar və Ceyhun adlı iki övladları doğulmuşdur. O, nənə olaraq xüsusi mülkiyyətində olan mənzilini xx.xx.2015-ci ildə 18 saylı NK-da nəvələrinə bağışlamışdır. Lakin bir müddətdən sonra oğlunun ailəsində müəyyən münaqişələr baş vermiş və oğlu ilə Cavabdeh arasında bağlanmış nikah 2017-ci il tarixdə pozulmuşdur. Bu müddətdə Cavabdeh nəvələri ilə birlikdə xüsusi mülkiyyətində olan mənzildə yaşamamışlar. O, Gürcüstanda olduğu müddətdə Cavabdeh mənzilin açarlarını ələ keçirərək mənzilə yerləşmişdir. Onlar evə qayıdan zaman onları evə buraxmamışdır. Cavabdehnın yeganə niyyəti mənzili ələ keçirmək, onları isə evə buraxmamaq olmuşdur. Buna görə də müqavilənin etibarsız hesab edilməsi tələbinə dar Xətai Rayon Məhkəməsində iddia qaldırsa da, iddiası təmin olunmamışdır. Hazırda Cavabdeh onları evə buraxmadığı üçün hər üçü küçələrdə qalmışlar. Həyat yoldaşı İddiaçı1 İsgəndər oğlu xx.xx.2003-cü il tarixdən bu mənzildə rəsmi qeydiyyatdadır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə İddiaçı2 ilə onun arasında “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” bağlanmış və həmin müqavilə notariusda təsdiq olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X22 uşaqların adına RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Həmin əmlak bağışlanarkən əvvəlki mülkiyyətçi İddiaçı2 həyat yoldaşı İddiaçı1 da notarial qaydada ərizə verərək əmlakın özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş və bununla da cavabdehin həmin əmlaka dair hər hansı hüququ qalmamışdır. Qanunvericiliyə görə də babanın nəvəsinə məxsus mənzilə istifadə hüququ müəyyən edilməmişdir. Həmçinin, o da nəzərə alınmalıdır ki, mənzil bağışlandıqdan sonra İddiaçı1 hüquqi əlaqəsi kəsilməklə yanaşı faktiki olaraq da heç bir əlaqəsi qalmamış və o, Gürcüstan Respublikasında özünə məxsus evdə yaşamışdır. Buna baxmayaraq cavabdeh hələ də sözügedən mənzildə formal qeydiyyatdadır, məhz bu səbəbdən onun əvəzindən kommunal xərcləri ödəmək məcburiyyətində qalır, bu isə mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 6064/2019 saylı qətnaməsi ilə ilkin iddia təmin edillmiş, Shamakhı Kurbanovanın (İddiaçı2), İddiaçı1 və İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 90 saylı evin, 35 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. X1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 mənzilin hazırki mülkiyyətçilərinin ailə üzvü statusuna malik olmadıqları üçün Mülki Məcəllənin 228.4-cü maddəsinin hazırki mübahisəyə tətbiqi mümkün deyildir. İddiaçı2 əmlakın mülkiyyətçisi kimi yaranmış istifadə hüququna mənzilin özgəninkiləşdirilməsi ilə xitam verilmişdir. 228.4-cü maddə tətbiq edilsə belə yenə iddia rədd edilməli idi, belə ki, mənzil özgəninkiləşdirildikdən sonra mülkiyyətçinin istifadə hüququ o halda saxlanılır ki, o mülkiyyət hüququndan imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik verməmiş olsun. Bağışlama müqaviləsindən görünür ki, İddiaçı2 notarial qaydada təsdiqlənmiş müqaviləni imzalamaqla mülkiyyət hüququndan imtina etmiş və əmlakın özgəninkiləşdirilməsindən sonra onun istifadə hüququnun saxlanılması barədə müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır. İddiaçı1 da notarial qaydada təsdiqlənmiş ərizə verərək, mülkiyyət hüququndan imtina etməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə İddiaçı3 hansı əsasla mənzildən istifadə hüququnun yaranmasını əsaslandırmamışdır. İddiaçı3 xx.xx.2015-ci il tarixdən sonra mübahisəli mənzildə yaşamamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14866/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2849/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ilkin iddia üzrə iddiaçılar həmişə Gürcüstan Respublikasında yaşamış, onlar heç vaxt mübahisəli mənzildə yaşamamışlar. Elsarla ailəli olduğu vaxt Rusiyada yaşamışlar, münasibətləri pozulduqdan sonra azyaşlı uşaqları ilə birgə Bakı şəhərinə gəlmiş və artıq 5 ildir ki, mübahisəli mənzildə yaşayırlar. İddiaçılar nə əvvəlki mülkiyyətçinin vaxtında, nə də bağışlama müqaviləsi bağlandıqdan sonra sözügedən mənzildə yaşamamışlar. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak Cavabdehnın nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçılar məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kasassiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmşdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli mənzili İddiaçı2 bağışlama müqaviləsi əsasında əldə etmiş, həmin mənzil onun və həyat yoldaşının birgə nikah dövründə əldə etmiş olduqları mənzil olmamışdır. Bundan sonra o həmin mənzili öz nəvələri olan cavabdehlərə bağışlamış və mənzil üzərində cavabdehlərin hər birinin payı ½ olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı2 mülkiyyət hüququ ilə bağlı qeyd isə reyestrdən silinmişdir. Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşin halları ilə müəyyən olunur ki, iddiaçılardan İddiaçı2 mənzilin əvvəlki mülkiyyətçisi, Alyşoşa Qurbanov onun həyat yoldaşı, mənzildə qeydiyyatda olan şəxsdir. Digər İddiaçı3 isə Şamaxı və İddiaçı1 oğlu və cavabdehlərin atasıdır. Apelyasiya məhkəməsi ilkin olaraq hər üç iddiaçının mübahisəli mənzildə istifadə hüquqlarının olmasını qeyd edir, bununla bağlı xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə və qüvvədə olan Mülki Məcəllənin 228.1, 228.4, 228.5-ci maddələrinə istinad edir. Lakin mübahisəli mənzilə istifadə hüququ olan şəxslərin həmin tələblə çıxış etmələrinin səbəblərini və birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı əsaslarını aydınlaşdırmır. Bir halda ki, məhkəmə iddiaçıların mübahisəli mənzildə istifadə hüquqlarının mövcud olması və mənzilin özgəninkiləşdirilməsindən sonra istifadə hüquqlarını saxlanması nəticəsinə gəlir, iddiaçılar isə mənzildə istifadə hüquqlarının qalmada davam etməsini göstərirlər, belə olan halda mənzildə istifadə hüququnun tanınmasının tələb edilməsinə və məhkəmələr tərəfindən həmin iddianın təmin olunmasına dair qətnamələr qəbul edilməsi anlaşılan deyildir. Məhkəmə kollegiyası iddiaçılardan İddiaçı2 iddia tələbi ilə bağlı qeyd edir ki, o, mübahisəli mənzilin mülkiyyətçisi olmuş və həmin mənzili müqavilə əsasında cavabdehlərə bağışlamış və onun mülkiyyət hüququnun reyestr qeydi ləğv olunmuş və cavabdehlərin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin vaxtdan etibarən isə Ş.Qurbanvanın mülkiyyət hüququndan irəli gələn bütün hüquqlarına o cümlədən istifadə hüququna xitam verilmişdir. Onun yaşayış sahəsindən istifadə etməsinin davam etməsi müəyyən olunaraq, əvvəl malik olduğu hüquqlarının davam etdirməsinin müəyyən olunması işin halları baxımından əhəmiyyətlidir. Digər tərəfdən yeni mülkiyyətçilərlə yeni münasibətlərdən irəli gələn istifadə hüququnun yaranması qüvvədə olan Mənzil məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından yarana bilər və məhz həmin maddənin tələbi nəzərə alınmaqla qiymətləndirmə aparılmalı idi. Lakin apelyasiya məhkəməsi işin göstərilən hallarına qiymət verməmiş və faktiki olaraq mülkiyyətçinin dəyişməsinə baxmayaraq iddiaçının əvvəl əldə etmiş olduğu istifadə hüququnun davam etməsi nəticəsinə gəlmişdir. Bağışlama müqaviləsinin bağlanmasından sonra iddiaçıların cavabdehlər və onların qanuni nümayəndəsi ilə mübahisəli mənzildə yaşamaları, iddiaçıların göstərdiyi kimi cavabdeh tərəfin mənzili onların razılığı olmadan zəbt etməsi və onlarına mənzildə yaşamağa imkan verməməsinə dair iş üçün əhəmiyyətli olan dəlilləri aydınlaşdırılmamış qalmışdır. Məhkəmələr eyni zamanda iddiaçıların mübahisəli mənzillə bağlılıqlarını saxlaması, İddiaçı2 Gürcüstan Respublikasının, İddiaçı3 Rusiya Federasiyasının vətəndaşları olmaqla mübahisəli mənzilin onların yeganə yaşayış yerləri olmasını işdə olan digər sübutlarla qarşılıqlı yoxlanmasını təmin etməmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı3 (cavabdehlərin atası olması nəzərə alınaraq ailə hüquq münasibətlərindən irəli gələn istifadə hüququ əldə edilməsi yoxlanmaqla) mübahisəli mənzildə istifadə hüququna malik olmaları (qeyd edilməlidir ki, şəxsin mənzildə qeydiyyatda olması onun həmin mənzildən istifadə hüququna malik olması anlamına gəlmir), mülkiyyətçinin dəyişməsindən sonra bu hüququ saxlamaları, yeni mülkiyyətçilərlə yeni əsaslarla hüquqlar əldə etmələrinin müəyyən edilməsi iş üçün əhəmiyyəti olan hallardır.”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X11 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilini öz qızı olan İddiaçı2 Sadi qızına bağışlamışdır. İş materiallarında olan Hədiyyə verən İddiaçı2 hədiyyə alanlar X7 və X8 (hədiyyə alanlar yetkinlik yaşına çatmadığı üçün X6 iştirakı ilə) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilinin ½ hissəsini X7, ½ hissəsini isə X8 mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzili üzərində X7 və X8 hər birinin ½ hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 18 saylı DNK-nın 4Ə/168 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilin ½ hissəsi X7, ½ hissəsi X8 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixində məhkəməyə göndərilən notariat işinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilin bağışlanmasına razılığını, gələcəkdə həmin əmlaka dair heç bir iddiasının və tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 469 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X14, X19, X15 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 92 saylı evin sakinləri X5, X20 və X2 Alyoşa İskəndər oğlunun, İddiaçı2 və İddiaçı3 2003-cü ildən 2018-ci ilədək Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilində yaşadıqlarını təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Məhkəməyə xx.xx.2019-cu il tarixində göndərilən məktubundan görünür ki, xx.xx.2007-ci ildən xx.xx.2019-cu ilədək dövlət sərhədində İddiaçı1 çoxsaylı giriş-çıxışları barədə məlumatlar qeydə alınmışdır. Bununla yanaşı göstərilmişdir ki, İddiaçı2 və İddiaçı3 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 96 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş mənzil-kommunal xidməti üçün FPİ seriyalı 291879 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı2 xx.xx.2019-cu il tarixinə 18 manat məbləğində pul vəsaiti ödəmişdir. “xxxxxxxxxx” MMC-nin 006928 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı2 xx.xx.2017, xx.xx.2018, xx.xx.2019-cu illər üzrə 24 manat məbləğində ödənişlər etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzil İddiaçı2 tərəfindən oğlu İddiaçı3 uşaqları X10 və X12 xx.xx.2015-ci il tarixində bağışlanmışdır. Hazırda Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilin ½ hissəsi X7, ½ hissəsini isə X8 mülkiyyətindədir. İlkin iddiaçılar ilə cavabdehlər (onların qanuni nümayəndəsi) arasında, ilkin iddiaçıların mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, mübahisəsi gedən mənzildə daha əvvəldən yaşamışdırlarsa belə, onların mənzildən istifadə hüququ mənzil bağışlanan dövrdən itirilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəsi gedən mənzilin paylı mülkiyyətçiləri X14 və X8 qanuni nümayəndəsi X4 özlərinin saxlanılmalarını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz;olmayan bir hüququn itirilməsi isə mümkün deyildir. Belə ki, təkrar apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçıların bağışlama müqavilə bağlandıqdan sonra mübahislə mənzildə yaşamaları müəyyən edilməmiş, onlar məhkəmə iclaslarına da gəlməyərək həmin mənzilə yaşamalarını mümkün vasitələrlə sübut etməyə çalışmamışlar. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı1 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu mənada qeyd olunmalıdır ki, İddiaçı1 istifadə hüququna malik olmadığı halda mübahisəli mənzildə qeydiyyatda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər və buna görə də hazırkı qətnamə İddiaçı1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)- 6064/2019 saylı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdehlər X14 və X8 qanuni nümayəndəsi X9 qarşı “istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” barədə ilkin, iddiaçı X14 və X8 qanuni nümayəndəsi X6 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbləri təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Hazırki qətnamə İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6828/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6828/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver