Məhkəmə qərarları › İş №2(103)-683/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-683/2020

27.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-683/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 635/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı «əmlakı əvəzləşdirilib və ya dəyəri ədalətli kompensasiya ödənilməklə sahədən çıxarılaraq sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mükiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 29, mənzil 3 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 4 (sahəsi 19 kv.m) və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prosrekti 29 ünvanında yerləşən 49.4 kv.m birmərtəbəli binanın zirzəmisində olan qeyriyaşayış sahəsi əvəzləşdirilərək və ya dəyəri ədalətli kompensasiya ödənilməklə həmin sahədən çıxarılaraq sökülməsinə, maneənin aradan qaldırılmasına və şirkətin işgüzar nüfuzuna xələl gətirirək 255.000 (iki yüz əlli beş min manat) miqdarında vurulan maddi ziyanın Cavabdeh tutularaq, “İddiaçı" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- 1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı (bundan sonra “Nazirlər Kabinetinin Qərarı" adlandıralacaq) qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihəlrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektnin istismarına icazəsinin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.3.cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetiriliməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı xx xxxxxxx 2016-cı il tarixli 350 nömrəli Sərəncam (bundan sonra “Sərəncam’' adlandırılacaqdır) vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “İddiaçı" MMC-nin daimi istifadəsinə verilmişdir Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında xx xxxxxxx 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarını tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının bütün sakinləri “İddiaçı" MMC-nin Tələt Şıxəliyev 14 küçəsində yerləşən ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılaraq qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır, lakin Cavabdeh qərəzli şəkildə İddiaçı MMC-nin təkliflərindən imtina etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Cavabdeh mübahisənin məhkəməyə qədər həlli ilə bağlı rəsmi müraciət (xx xxxxxxx 2018ci il tarixdə) göndərərək bildirilmişdir ki, həmin ərazidə aparılan qazıntı işləri ilə əlaqədar və yuxanda göstərilən FHN-nin aktında qeyd edildiyi kimi binaların qəzalı vəziyyətdə olması, istismar müddətini bitməsi, ətrafdakı insanların həyat və sağlamlığı üçün təhlükəli olması bildirilərək İddiaçı MMC-nin Tələt Şıxəliyev 14 ünvanında yerləşən ofisinə yaxınlaşaraq danışıqlar aparmaq və müqavilə bağlanılması təklif edilmişdir. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir (cavabdehə izah edilmişdir ki, onların mülkiyyətində və istifadələrində olan yaşayış sahələrinin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzili yaşayış binalarında yeni sahələr veriləcəkdir). Bu ərazidə inşa ediləcək, hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.m-dən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçülərinə 20% əlavə sahə təklif edilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqavilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə “İddiaçı" MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla cavabdeh qərəzli münasibətini davam etdirərək, hər gün ziyan vurmaqla daha da çox İddiaçı MMC-ni ciddi maliyyə itkisi ilə üzləşdirir. Xətai prospektindən köçürülən vətəndaşlara xx.xx.2017-ci il tarixdən ödənilən kirayə haqqları xx.xx.2018-ci il tarixdə «xxxx» ASC tərəfindən verilən hesab üzrə çıxarışda öz təsdiqini tapır. Belə ki, həmin ərazidən köçürülən vətəndaşlara ümumilikdə 490.635 (dörd yüz doxan min altı yüz otuz beş) manatdan çox pul vəsaiti ödənilib və cavabdeh tərəfindən bilərəkdən tikinti işlərini gecikdirildiyi hər ay üçün bu məbləğ davamlı şəkildə artır, bunun nəticəsində də şirkətin üzərinə götürdüyü öhdəliyi vaxtinda icra edə bilməməsi ilə əlaqədar olaraq işgüzar nüfuzuna xələl gəlir və eyni zamanda böyük maddi itkilər ilə üzləşir. Cavabdeh öz mənafelərini cəmiyyətin mənafeyindən üstün tutaraq, evlərindən müvəqqəti uzaq düşmüş ailələri nəzərə almadan bilərəkdən şirkətlə heç bir danışığa getmir və qəsdən süni maneə yaradır. Bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən gələn öhdəliklərinin yerinə yetirilməsinin qarşısını alır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mükiyyətində olan ünvan 9, mənzil 3 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 4 (sahəsi 19 kv.m) və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri, birmərtəbəli binanın zirzəmisində olan 49.4 kv.m qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ilk iddia üzrə Cavabdeh İddiaçı MMC-yə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən iddiaçıya məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli İki min) manat kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi və ya eyni ərazidə cavabdeh tərəfindən inşa edilən yaşayış binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m olmaqla qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləğində əldən çıxmış faydanın, 114.152,4 (yüz on dörd min yüz əlli iki manat qırx qəpik) manat məbləğində faiz borcunun, 100.000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi isə 296.262,4 (iki yüz doxsan altı min iki yüz altmış iki manat qırx qəpik) vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il saat 10:30 təyin olunmuş məhkəmə iclası barədə bildiriş almış, daha, sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən iddia ərizəsinin sürətini götürdükdən sonra ona məlum olmuşdur ki, İddiaçı MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində cavabdehin ünvanı kimi qeyd olunan ünvan 3 mənzil 109 göstərilmişdir. Lakin o, həmin ünvanda qeydiyyatda olsa da, faktiki yaşayış başqa ünvandadır və ona görə də məhkəmə iclası barədə xəbəri olmamışdir. Buna görə də, qarşılıqlı iddia ərizəsinin hazırlanması və məhkəməyə təqdim edilməsi məhkəmə baxışına qədər mümkün olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 3 saylı mənzil, həmin ünvanda yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 4 saylı mənzil, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49,4 kv.m qeyri-yaşayış sahəsi, ümumilikdə ayrıca bina şəklində mülkiyyət hüquqları üzrə ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonsruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Həmin ərazidə aparılan tikintiquraşdırma işləri əsnasında ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı MMC (“X15 Suites”) şirkətinin əməkdaşları onunla görüşmüş, müvafiq sərəncam əsasında həmin binanın söküntü ərazisinə düşdüyünü və sökülməli olduğunu bildirmiş, müqabilində isə ona cuzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı, ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat verilməmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov İcra Hakimiyyəti baçısının müavini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan İddiaçı MMC (“X15 Suites”) şirkətinin işçiləri olan «Şahin» və adlarını xatırlamadığı bir neçə şəxs də iştirakı ilə aparılan görüşlərin birində ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyini və ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə tikiləcək binanın birinici mərtəbəsində eyni kv.m-lik qeyri-yaşayış sahəsi ilə əvəzləşdiriləcəyi və tikiləcək binanın tam istifadəyə veriləcəyi müddətə kimi icarə müqaviləsi əsasında aldığı 5.000 manatlıq icarə haqqı verilməsi vəd olunmuş, lakin ödəniş edilmədən öncə binanın dərhal boşaldılması xahiş edilmişdir. Tikintini aparan şəxlərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq, onun tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaltdırılmış, icarədə olan fərdi sahibkar X6 obyektin təhvil verilməsi xahiş olunmuş, lakin söküntüsünə icazə verilməmişdir. Həmin ərəfədə dövlət əhəmiyyətli xidməti səfərə yollanmağından istifadə edən cavabdeh sahəyə ağır texnika yeridərək xx xxxxxx 2018-ci il tarixdə ona məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Səfərdən qayıtdıqdan sonra ona şifahi qaydada razılaşdırılmış kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. 2 (iki) ilə yaxındır ki, mübahisənin barışıq yolu ilə nizama salınması mümkün olmamışdır. İddiaçı MMC (“X14 Suites”) şirkətinin qanunsuz hərəkətləri nəticəsində əmlakını itirməklə yanaşı, sahibkarliq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən də, məhrum olmuşdur. Bundan əlavə, yol verdikləri qanunsuz hərəkətlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti icra başçısının birinci müavini Şahmar İbadovla birlikdə həmin şirkətin əməkdaşları ilə görüş zamanı onu söyüb təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. Həmin şirkətin rəhbərləri ilə görüş zamanı vurduqları ziyanın aradan qaldırılmasını xahiş etsə də, hər dəfə müxtəlif vədlər verərək onu aldatmış və bu vaxta kimi hər hansı bir nəticə əldə olunmamışdır. Hazırda həmin ərazidə qanunsuz tikinti işləri davam etməkdədir. Hazırda İddiaçı MMC (“X15 Suites”) şirkətinin məhkəməyə təqdim etdiyi iddia tamamilə əsassızdır. Onun mülkiyyət hüquqlarının pozulmasına və hansı məbləğ ödənilməməsinə baxmayaraq, ondan əsassız olaraq pul tələb edilməkdədir. Qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququ ilə ona məxsus olan binaya münasibətdə hər il vergi qanunvericiliyinə müvafiq qaydada əmlak vergisi ödənilmiş, bələdiyyə tərəfindən müvafiq ölçmə işləri aparılarkən binanın daxili sahəsinin 240 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən tərtib olunmuş və həm MMC, həm də Nərimanov rayonu Bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və dairəvi möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli hesabat cədvəlində də, cavabdeh tərəfindən sökülmüş binanın daxili ölçülərinin 240 kv.m olması öz təsdiqini tapmışdır. Bu hal, cavabdeh tərəfindən sökülmüş obyektin, sökülməzdən öncə uzun müddət icarəyə verildiyi fərdi sahibkar X8 (VÖEN **********) tərəfindən də təsdiq edilə bilər. Belə ki, onunla X8 arasında icarə müqaviləsi mövcud olmuş, həmin müqavilə vergi orqanında qeydiyyatdan keçmişdir. Onunla “xxxx” arasında qiymətləndirmə xidmətlərinin göstərilməsi haqqında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m-ə görə icarə haqqının müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4800 manat, 1 kv.m görə icarə haqqı 18 manat təşkil edir. Belə ki, ona məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq məhv edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış obyektinin real bazar dəyəri 4800 (1 kv.m üçün satış dəyəri) x 240 kv.m (daxili divarlardan hesablanmaqla sahə) = 1.152.000 AZN (bir milyon yüz əlli iki min manat) təşkil etmişdir. Tikinti aparılan sahə kompleks binaları inşa edilməkdədir, cavabdeh tərəfindən ətrafda aparılan tikinti işləri ilə əlaqədar 2017-ci ilin iyun-iyul aylarında əvvəllərindən artıq bina qeyri-yaşayış sahəsi kimi istifadəyə yararsız vəziyyətə düşmüş, habelə cavabdeh tərəfindən artıq binanın boşaldılaraq ona təhvil verilməsi xahiş olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, aparılan inşaat işləri ilə əlaqədar mübahisələndirilən qeyri-yaşayış sahəsində icarəçi olan fərdi sahibkar X8 2017-ci ilin avqust ayından icarə haqqı ödəməyi dayandırmaqla obyekti boşaltmağa başlamışdır. Həmin vaxtdan hal-hazıradək 1 il 7 aydır ki, o, icarədən əldə etdiyi gəlirdən məhrum olmuşdur. “xxxx” MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün icarə haqqı 18 manat təşkil edir. Belə ki, onun məhrum olduğu icarə haqqı 240 kv.m x 18 manat x 19 ay =82,080 manat təşkil etmişdir. Mülkiyyət hüququndan qanunsuz məhrum olması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunmalıdır ki, İddiaçı MMC onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini hər hansı kompensasiya ödəmədən sökməklə ona çatacaq pul məbləğini qanunsuz olaraq öz sərəncamında saxlamış və dövriyyə etdirmişdir. Hesab edirik ki, İddiaçı MMC ona çatmalı olan pul vəsaitini ödəməmiş, belə olan halda o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MC-nin həmin pul vəsaitini özündə saxlamasının hər hansı hüquqi əsası olmadığından qanunsuzdur. Həmin pul vəsaitini özündə saxlamaqla, ondan faydalanması və gəlir əldə etməsi mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X11 tərəfindən 2019-ci il fevral ayına tarixə uçot dərəcəsi 9,25 faiz müəyyən edildiyindən 114.152.4 manat ((1.152.000 manat (satış qiyməti) + 82,080 manat (icarə haqqı)) x 9.25 = 114.152.4 manat (yüz on dörd min yüz əlli iki manat 4 qəpik) məbləğində faiz məbləği də İddiaçı MMC-dən tutularaq ona ödənilməlidir. İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirablara məruz qalmışdır ki, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olmuşdur. Ona dəyən mənəvi zərəri 100.000 manat məbləğində qiymətləndirməkdədir. Qeyd olunanlara əsasən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Baki şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; Bakı səhəri, Nərimanov rayonu, Xətaiprospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləğinin, 230.400 manat məbləgində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi va ya eyni ərazidə İddiaçı MMC tərəfindən inşa edilən binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın, 114.152.4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləgində faiz borcunun, 100.000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cəmi 296.262.4 (iki yüz doxsan altl min iki yüz altmış iki manat dörd qəpik) vəsaitin cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 635/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «yaşayış və qeyriyaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi» tələbinə dair ilk iddia tam, Cavabdeh İddiaçı MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, kompensasiya, əldən çıxmış faydanın, faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı MMC tərəfindən Cavabdeh 347.600 manat ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-635/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin, habelə qarşılıqlı iddia ərizəsinə verilmiş əlavədə göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı hakim iddiaçının mənafeyinə uyğun işə baxaraq, kompensasiyanın verilməsi üçün verilmiş qiymətləndirmə rəylərinə iddiaçı MMC-yə uyğun şəkildə qiymət verərək, keçirilmiş müstəqil qiymətləndirməni əsaslı sübut kimi qiymətləndirməyərək, ümumiyyətlə digər qiymətləndiricilərin də müəyyən etdiyi normalara tam əməl etməyərək, MMC-nin istəyinə uyğun qiymət müəyyənləşdirmişdir. İddianı isə qalan hissədə təmin etməmişdir. İddiaçı MMC tərəfindən ona ödənilməsi nəzərdə tutulan 347 600 manat heç cürə ağlabatan qiymət olmamaqla, ona dəymiş ziyana mütənasib deyil. Həmçinin iddianın digər hissələrdə də əsassız yerə təmin edilməməsi qanuni deyil. Hakim məhkəmə qətnaməsində qeyd etdiyi “məhkəməmənin pozitiv öhdəliyindən bir də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir" fikri ilə işə yanaşaraq əsassız yerə qeyd etmişdir ki, “işin materiallarından görünür ki, ilk iddia tələbində iddiaçı X2 mülkiyyətində olan iki yaşayış və bir qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətlədirilməsi ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsini xahiş edisə də, həmin kompensasiyanın məbləğini göstərməmişdir. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində omuş və artıq sökülmüş sahələrinin əvəzi kimi sonuncunun pul tələbi irəli sürməsini məhkəmə onun ilk iddianı bir növ qismən qəbul etməsi kimi qiymətləndirir. Belə ki, ilk iddia tələbləri konkret olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi ilə bağlı olsa da, qarşılıqlı iddia mübahisələndirilən əmlakların bazar qiymətlərindən başqa, həmin məbləğlərə 20 faiz əlavə və ya ümumi sahəsi 24. kv.m və ora 20 faiz əlavə olunmaqka, cəmi 286 kv.m qeyriyaşayış sahəsi, həmin sahənin cavabdeh tərəfindən sökülməsi nəticəsində əldən çıxmış fayda, faiz borcu və mülkiyyətlərinin sökülməsi faktını istər-istəməz qəbul edir və hüquqlarından istifadə edərək, həmin əmlakların pul və ya əmlak şəklində qarşılığını tələb etmək hüququndan istifadə edir ki, həmin tələb də ilk iddiaçının tələbi ilə demək olar ki eyni məzmunludur ”. Məhkəmənin həcmli, məzmunlu iş kimi baxaraq bunu da MMC-nin mənafeyinə uyğun həll etməsi düzgün deyil. Həmçinin məhkəmə, Bakı səhəri Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən ona məxsus 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 manat kompensasiyanın verilməsi ilə bağlı “xxxx" MMC tərəfindən verilmiş rəyi mötəbər rəy kimi hesab etməmiş və bununla yanaşı mötəbər rəy kimi qəbul etdiyi “xxxx” MMC-nin, “xxxx" Hüquq Qiymətləndirmə MMC-nin və "xxxx” MMCnin rəylərində qeyd olunan bazar qiymətlərini də düzgün tətbiq etməmiş, ümumiyyətlə hakim kompensasiya təyini zamanı əmlakının bazar qiymətindən də aşağı qivmətləndirərək ödəniş məbləği müəyyən etmişdir. Mütəxəssislər tərəfindən verilmiş rəylərin və qanunvericilik aktlarının əksinə hakimin özü tərəfindən ağlabatan, cavabdeh MMC-yə uyğun bir məbləğ müəyyən etməsi qanuni deyil. İşə əlavə edilmiş sənədlərdə, keçirilmiş qiymətləndirmə ekspertizalarından, yenidən ekspertiza təyini üçün edilmiş müraciətdən açıq-aydın görünür ki, mühabisə predmeti olan əmlaklar tam qanuni əsaslarla ona məxsusdur və onların bazar qiyməti isə heç də hakimin təyin etdiyi 347.600 manat məbləğində deyil. Hakim tərəfindən qiymətləndirmə rəylərinə əsasən əmlaklara mütənasib, isin hallarına uyğun olaraq, əldən çıxmış fayda da nəzərə alınaraq daha yüksək kompensasiya təyin edilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin və qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-635/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli Qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin, habelə qarşılıqlı iddia ərizəsinə verilmiş əlavədə göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, iş üzrə tərəflərin izahatlarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 635/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, qarşılıqlı iddia qalan hissədə rədd olunmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -ÖM seriyalı 145845 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 9, yaşayış sahəsi 19,0 kv.m olan 4 nömrəli mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 562 saylı reyestr kitabında 83999 nömrəli səhifə, qeydə alma nömrəsi 30/49494, xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. -ÖM seriyalı 021118 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 9, yaşayış sahəsi 19,0 kv.m olan 3 nömrəli mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1056 saylı reyestr kitabında 158588 nömrəli səhifə, qeydə alma nömrəsi 30/23087, xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. -Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh tərəfindən satın alınmışdır. Alınmış əmlakın tərkibi 49,4 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli binanı zirzəmisi), əmlakın ümumi satış qiyməti 840 manat təşkil edir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 nömrəli tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 840 manat məbləğində pul köçürülmüşdür. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. -«xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4.800 (dörd min səkkiz yüz) manat, 1 kv.m görə icarə haqqı 18 (on səkkiz) manat təşkil edir. -«xxxx» MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 110 nömrəli (xx.xx.2002-ci il, 110 nömrəli, xx.xx.2006-cı il, 55 nömrəli, xx.xx.2006-cı il, 192 nömrəli və xx.xx.2006-cı il, 275 nömrəli əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış obyektinin hesablanmış inventar dəyəri 145.400 manat təşkil edir. -«xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, MB 12/455 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) hesablanmış bazar dəyəri 39.200 manat, mülki işin materiallarında olan «xxxx» MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 887.800 manat, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.m görə aylıq icarə haqqının bazar dəyəri 17 manat təşkil edir. -«xxxx» Hüquq və Qiymətləndirmə MMC-nin xx.xx.2019-cu il tarixli, LF21 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) 2018-ci il tarixinə bazar qiyməti 38.000-38.500 manat arasında dəyişirdi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümümi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci il tarixinə bazar qiyməti 570.000-585.000 manat arasında dəyişirdi. -«xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, 57 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin bazar qiyməti 64.000-64.500 manat arasında dəyişir, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin bazar qiyməti 64.000- 64.500 manat arasında dəyişirdi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi bazar qiyməti 39.000-39.500 manat arasında dəyişir, «xxxx» MMC-nin tərtib etdiyi xx.xx.2012-ci il tarixli hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 620.000-630.000 manat arasında dəyişir, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1kv. görə aylıq icarə haqqı 10-12 manat arasında dəyişir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümümi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018ci il tarixinə bazar qiyməti 570.000-585.000 manat arasında dəyişirdi. -Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 84 nömrəli sərəncamının surətindən görünür ki, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “İddiaçı" MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən İddiaçı MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan Sərəncamla İddiaçı MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq- planlaşdırma həllini layihələndirmə ərəfisində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması. Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər vəerilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürüməsini öhdəsinə götürmüşdür. -xx.xx.2018-ci il tarixli hesabdan çıxarışdan görünür ki, sözügedən ərazilərdən köçürülən vətəndaşlara xx.xx.2017-ci il tarixdən ödənilən kirayə haqqları ümumilikdə 490.635 (dörd yüz doxan min altı yüz otuz beş) manat təşkil edir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş şəhadətnamədən görünür ki, İddiaçı MMC (ünvanı AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 24, mənzil 118) xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. -xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı Cavabdeh tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103) – 14420/2019 nömrəli Qərardadına əsasən “xxxx” MMC tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli PR/M-02/2020 nömrəli məktubuna əlavə olunmuş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 9 ünvanda yerləşən qeyriyaşayış binasının hazırkı dövr üçün iki fərqli sahə üzrə bazar dəyəri 240kv.m sahə üzrə 930 000 manat, 152,6 kv.m sahə üzrə 648 500 manat, həmin ünvanda yerləşən 19 kv.m sahəsi olan 3 nömrəli mənzilin hazırkı dövr üzrə bazar dəyəri 26 000 manat və 4 nömrəli mənzil üzrə bazar dəyəri 26 000 manat və həmin ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən zirzəminin hazırkı dövr üzrə bazar dəyəri 1 kv.mnin qiyməti 2350 manat olamaqla 116 000 manat təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mülki iş üzrə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC Cavabdeh mükiyyətində olan ünvan 9, mənzil 3 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 4 (sahəsi 19 kv.m) və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri, birmərtəbəli binanın zirzəmisində olan 49.4 kv.m qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsini istəyir. Hazırkı mülki iş üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə 1) Baki şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; 2) Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləğinin, 230.400 manat məbləgində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi va ya eyni ərazidə İddiaçı MMC tərəfindən inşa edilən binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; 3) qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın, 4) 114.152.4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləgində faiz borcunun, 5)100.000 (yüz min) manat mənəvi zərərin; 6) məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin materiallarından görünür ki, ilk iddia tələbində iddiaçı Cavabdeh mükiyyətində olan iki yaşayış və bir qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsini xahiş etsə də, həmin kompensasiyanın məbləğini göstərməmişdir. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olmuş və artıq sökülmüş sahələrinin əvəzi kimi sonuncunun pul tələbi irəli sürməsini məhkəmə onun ilk iddianı bir növ qismən qəbul etməsi kimi qiymətləndirir. Belə ki, ilk iddia tələbləri konkret olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi ilə bağlı olsa da, qarşılıqlı iddia mübahisələndirilən əmlakların bazar qiymətlərindən başqa, həmin məbləğlərə 20 faiz əlavə və ya ümumi sahəsi 240 kv.m. və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsi, həmin sahənin cavabdeh tərəfindan sökülməsi nəticəsində əldən çıxmış fayda, faiz borcu və mənəvi zərərin pul ilə ifadə edildiyi əvəzin tələbləri ilə bağlıdır. Başqa sözlə, qarşılıqlı iddiaçı mülkiyyətlərinin sökülməsi faktını istər-istəməz qəbul edir və hüquqlarından istifadə edərək həmin əmlakların pul və ya əmlak şəklində qarşılığını tələb etmək hüququndan istifadə edir ki, həmin tələb də ilk iddiaçının tələbi ilə demək olar ki, eyni məzmunludur. Kollegiya qeyd edir ki, apelyasiya şikayətində Cavabdeh iddianın tam təmin olunmamasından narazıdır və apelyasiya şikayətində qarşılıqlı iddianın tam təmin olunmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə, tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetiriliməsi və Azərbaycan Respublikası Nazirlər Kabineti xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 84 nömrəli sərəncamı qəbul edilmişdir. Həmin sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “İddiaçı" MMC-nin istifadəsinə verilmiş, İddiaçı MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan Sərəncamla İddiaçı MMC-yə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq- planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, ərazidə layihəaxtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Həmçinin də, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx xxxxxxx 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürüməsini öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını həyata keçirərkən İddiaçı MMC-yə Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi ilə bağlı Nərimanov RİH ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə öhdəliklərinə əsasən yaşayış binalarının bütün sakinləri ilə qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır, lakin Cavabdeh İddiaçı MMC-nin təkliflərindən imtina etmişdir. 1) İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baki şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsinə dair məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ÖM seriyalı 145845 nömrəli Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 9, yaşayış sahəsi 19,0 kv.m olan 4 nömrəli mənzil, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 021118 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 9, yaşayış sahəsi 19,0 kv.m olan 3 nömrəli mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh tərəfindən satın alınmışdır və bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilmişdir. Qeyd edilən yaşayış sahələrinin sökülənə qədər Cavabdeh faktiki istifadəsində olmasını və sahəsinin ümumi 240 kv.m sahəsinin olmasını İddiaçı MMC-də mübahisələndirmir. Belə ki, müxtəlif dövrlərdə binada müvafiq müvafiq rekonsruksiya işləri aparılmış, binanın faktiki sahəsi 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Həmin ərazidə “Pilot” layihə ilə bağlı aparılan tikinti işləri əsnasında ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı MMC (“X15 Suites”) şirkətinin əməkdaşları onunla görüşmüş, müvafiq sərəncam əsasında həmin binanın söküntü ərazisinə düşdüyünü və sökülməli olduğunu bildirmiş, müqabilində isə Cavabdeh kompensasiya təklif etmişlər. Layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq, Cavabdeh tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaltdırılmışdır. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh sahə tam boşaldılmadann və kompensasiya barədə razılıq əldə olunmadan, xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə kollegiyası mübahisəli yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüququnun normalarının tətbiq edilməli olduğunu məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə kollegiyası Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən ümümi sahəsi 240.0 kv.m olması iddia edilən qeyri-yaşayış sahəsi, 19,0 kv.m olan 4 nömrəli və 3 nömrəli mənzillər, habelə 49,4 kv.m qeyri-yaşayış sahəsi də daxil olmaqla, ümumilikdə 240 kv.m üzərində ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının hüquqları müdafiə altındadır. Mübahisəli tikili onun iradəsinin əleyhinə olaraq sökülmüş və bununla bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən edilmiş hərəkətlər onun mübahisəli əmlaka münasibətdə malik olduğu hüqularından məhrum etməyə yönəlmişdir. Mülki qanunvericilik və bununla bağlı olan digər normalarında mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər və şəxslər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, belə yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Hazırkı işin halları baxımından mülkiyyətdə olan əmlakın sökülməsi zamanı mülkiyyətçinin razılığı olması əsas şərtdir, mülkiyyətçilərin razılığı olmadan əmlakın sökülməsi ilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına (mülkiyyət hüququna müdaxilə) şərait yaradılmışdır. Hətta mülkiyyətdə olan əmlakın dövlət ehtiyacları üçün alındıqda belə alınmadan əvvəl mülkiyyətçinin razılığının alınması və bundan sonra ağlabatan kompesasiyanı verilməsi əsas şərtdir. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya və müsadirə tədbirlərindən başqa əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətini onun razılığı olmadan sökməsi qanuni olmamışdır. Ona görə də ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsinə dair tələbi təmin edilməlidir. 2) Məhkəmə kollegiyası qarşılıqlı iddianın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən, Cavabdeh məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləği ilə bağlı tələbinə hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillərə əsasən verilmiş rəyə istinad etsə də, həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə kollegiyası işin birinci instansiya məhkəməsində baxışı zamanı da, aparılan ekspertiza tədqiqatının nəticələri ilə razılaşmayaraq, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103) – 14420/2019 nömrəli qərardadı ilə məhkəmə-əmmtəəşünaslıq ekspertizasının keçirilməsini və iş üzrə icraatın dayandırılmasını qərara almışdır. “xxxx” MMC tərəfindən keçirlən ekspertiza tədqiqatının nəticəsinə əsasən görünür ki, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış binasının hazırkı dövr üçün iki fərqli sahə üzrə bazar dəyəri 240 kv.m sahə üzrə 930 000 manat, 152,6 kv.m sahə üzrə 648 500 manat, həmin ünvanda yerləşən 19 kv.m sahəsi olan 3 nömrəli mənzilin hazırkı dövr üzrə bazar dəyəri 26 000 manat və 4 nömrəli mənzil üzrə bazar dəyəri 26 000 manat və həmin ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyriyaşayış sahəsi kimi istifadə edilən zirzəminin hazırkı dövr üzrə bazar dəyəri 1 kv.m-nin qiyməti 2350 manat olamaqla 116 000 manat təşkil edir. Kollegiya hesab edir ki, ümumilikdə 816 500 manat -Baki şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 3 nömrəli mənzililin dəyəri 26 000 manat+4 nömrəli mənzilin dəyəri 26 000 manat + 49,4 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 116 000 manat + istifadədə olan 152,6 kv.m sahənin dəyəri 648 500 manat= cəmi 816 500 manat “İddiaçı MMC-dən tutularaq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. “xxxx” MMC-nin xx xxxxx 2019-cu il tarixli 12/455 rəyində qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı evin 19.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 3 saylı mənzilin hesablanmış bazar dəyəri 64 200 manat, 4 saylı mənzilin hesablanmış bazar dəyəri 64 200 manat, 49,4 kv.m qeyi-yaşayış sahəsinin (bir mərtəbəli binanın zirzəmisi) hesablanmış bazar dəyəri 39 200 manat təşkil edir. Kollegiya qeyd edilən rəylə və həmçinin “xxxx” MMC tərəfindən verilmiş rəylə razılaşmayaraq, qeyd edir ki, ekpertin qiymətləndirdiyi yaşayış və qeyri-yaşayış sahələri real bazar qiymətlərini əks etdirmir və ona görə qarşılıqlı iddia tələbi əsaslandırılarkən nəzərə alına bilməz. Belə ki, həmin rəylərdə sahəcə artıq olan, həm də qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektin dəyərinin nəyə görə sahəcə daha az olan mənzilin dəyərindən az göstərilməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyekiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin əvəzi kimi verilən kompensasiya məbləğinə 230.400 manat məbləgində 20 faiz əlavənin verilməsinə dair qarşılıqlı iddia rədd edilməlidir. Həmçinin həmin ünvanda yerləşən İddiaçı MMC tərəfindən inşa edilən yeni binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair tələbi də rədd edilməlidir. Belə ki, Cavabdeh qarşılıqlı iddianın qeyd edilən tələblərinin əsaslandığı hallar nə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarında nəzərə tutulmamış, nə də ki, “İddiaçı MMC” belə bir öhdəlik götürməmişdir. 3) qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın və 4) 114.152.4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləgində faiz borcunun tutulmasına dair tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MMin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələri yuxarıda qeyd edildiyi kimi daha əvvəlcədən boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi iddia dəlilləri əsassız olmuş, tələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır. 5) Qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vurulan 100.000 (yüz min) manat mənəvi ziyana münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov rayonu, Xətai prospekti, 29 saylı ünvanda yerləşən ümümi sahəsi 240.0 kv.m olması iddia edilən qeyriyaşayış sahəsi, 19,0 kv.m olan 4 nömrəli və 3 nömrəli mənzillər, habelə 49,4 kv.m qeyriyaşayış sahəsi onun iradəsi ziddinə sökülmüşdür, qarşı tərəfin qeyri-qanuni hərəkətləri nəticəsində onun mənəvi sarsıntılar keçirməsi şübhəsizdir. Lakin mənəvi zərərə görə kompensasiyanın məbləğinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100000 mant məbləğində hesablanması ilə məhkəmə kollegiyası razılaşmır və mənəvi zərərin 10000 manat məbləğində İddiaçı MMC-dən tutulub iddiaçı Cavabdeh ödənilməsini qanunauyğun hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X10 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 6) məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumununa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin olunduğundan 20 manat İddiaçı MMC-yə, 10 manat Cavabdeh aid edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin apelyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat ekspertiza xərci ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə aid edilməli və “xxxx” MMC-nin hesabına (Hesablaşma hesabı: AZ48AZEG********************; Alan müştəri: xxxx MMC; VÖEN: **********; Benefisiar bank: AGBANK ASC, Kod:505817; VÖEN **********; MÜXBİR HESAB: AZ75NABZ********************; SWİFT: AZEGAZ22; Müxbir bank: AR Mərkəzi Bankı və SWİFT: NABZAZ2C) köçürülməlidir. Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci və119.6.-cı maddələrə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 635/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunsun. Həmin hissədə iddia qismən təmin olunsun. İddiaçı MMC tərəfindən Cavabdeh məxsus Nərimanov rayonu Xətai prospekti, ev 29 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı “İddiaçı MMC-nin hərəkətləri qanunsuz hesab edilsin. “İddiaçı MMC-dən 816 500 (səkkiz yüz on beş min manat) manat maddi ziyana görə və 10 000 (on min) manat mənəvi ziyana görə kompensasiya tutularaq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İşin apelyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 manat ekspertiza xərci ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə aid edilsin və “xxxx” MMC-nin hesabına (Hesablaşma hesabı: AZ48AZEG********************; Alan müştəri: xxxx MMC; VÖEN: **********; Benefisiar bank: AGBANK ASC, Kod:505817; VÖEN **********; MÜXBİR HESAB: AZ75NABZ********************; SWİFT: AZEGAZ22; Müxbir bank: AR Mərkəzi Bankı və SWİFT: NABZAZ2C) köçürülsün; Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı İddiaçı MMC-yə, 10 manatı Cavabdeh aid edilsin, 20 manat dövlət rüsumu İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar