Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6831/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Toğrul Surxaylının iştirakı ilə, İddiaçı Əmirhəmid qızının cavabdeh “xxxxxxxxx” ASC-nin ləğvedicisi olan X2rşı “pul vəsaitinin sığortalanmış hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair 2(006)-4210/2018 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-nin (bank)ləğvedicisi olan X5 (Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə 10 000 manat, xx xxxx 2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə 10 000 ABŞ dolları məbləğində pulun və onların faizlərinin sığortalanmış əmanət kimi Fonddan alınıb ona ödənilməsi, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla “xxxxxxxxx” ASC arasında xx.xx.2016-cı il tarixdə ********* saylı, xx.xx.2016-cı il tarixdə ********* saylı bank əmanət müqavilələri bağlanmış, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən tərəfindən illik 14% olmaqla 10 000 manat, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən illik 9% olmaqla 10 000 ABŞ dolları depozit banka yerləşdirilmişdir. X4 rəsmi internet səhifəsində bankın xx.xx.2017-ci il tarixində müflis elan olunması haqqında elan yerləşdirildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Fonda müraciət edərək əmanət məbləğlərinin qaytarılmasını xahiş etsə də, xx.xx.2018-ci il tarixli məktubla bundan imtina olunmuşdur. Halbuki, əmanət müqavilələri üzrə banka yerləşdirmiş olduğu əmanətlər sığortalı əmanətlərdir və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinə görə Fond tərəfindən ona ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-cı il tarixli, 2(006)- 4210/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əmanətlər üzrə kompensasiya olaraq İddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə (Göy əmanət) 10.000 manat və xx.xx.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə (Göy əmanət) 10.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan X3 alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdeh Azərbaycan X3 alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalaması Fondu apelyasiya şikayəti verərəkBakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-4210/2018 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının iddia ərizəsinə və izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı tərəfindən xx xxxx 2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsinə (1-ci müqavilə) əsasən illik 14 % dərəcəsi ilə 10 000 manat məbləğində əmanət qoyulmuşdur. Həmçinin, iddiaçı tərəfindən xx xxxx 2016-cı il tarixli ********* saylı bank əmanəti müqaviləsinə əsasən illik 9 % dərəcəsi 10 000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Qeyd olunan əmanət müqavilələri həmin müqavilələrin 5.2-ci bəndinə əsasən müvafiq olaraq illik 16% və 5% dərəcələri ilə uzadılmışdır.Beləliklə, İddiaçı ilə Bank arasında bağlanmış əmanət müqaviləsi nəzərdə tutulmuş və tərəflərin iradə ifadəsi ilə əhatə olunmuş şərtlərə müvafiq olaraq avtoprolonqasiya edilmişdir. X4 Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən X5 üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. Qeyd olunduğu kimi əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixində müraciət edərək 10033 ABŞ dolları və 10106 manat məbləğində kreditor tələbini qeydə aldırmışdır. Bu barədə ona 0401 saylı qəbz verilmişdir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Göründüyü kimi İddiaçı xx xxxxxx 2018-ci il tarixində kreditor tələbini qeydə alınması üçün müraciət etmiş, tələbi 0401 nömrəsi ilə 10033 ABŞ dolları və 10106 manat məbləğində qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir.Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (“Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4150/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)- 5587/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 4150/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13399/2019 saylı qətnaməsi ilə hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı və “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə (Göy əmanət) 10 000 manatın, xx.xx.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə (Göy əmanət) 10 000 ABŞ dollarının (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), eləcə də 30 manat dövlət rüsumunun əvəzinin X3 alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-2143/20 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dollar depoziti hissəsində (xx.xx.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan X3 alınaraq iddiaçıya ödənilməsi) hissəsində ləğv edilərək,həmin hissədə mülki iş yeni məhkəmə baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin dollar depozitinə dair hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarının mübahisələndirilməsi nəticəsində manat depozitinə dair hissədə qəbul edilmiş qərar qanuni qüvvə almışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi dollar depozitinin hansı əsaslarla sığortalı depozit hesab olunması, həmin vəsaitin cavabdeh təşkilatdan hansı əsaslarla tutulmalı olması qənaətini əsaslandıra bilməmiş və buna görə tələbin qanuni əsasını düzgün seçə bilməmişdir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə “xxxxxxxxx” ASC-nin Binəqədi filialı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsinə (Göy Əmanət) və həmin müqaviləyə 1 №-li əlavəyə əsasən, bank əmanətçidən daxil olmuş 10.000 manat məbləğində olan pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün illik 14 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 6.2-ci bəndinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. İddiaçı ilə “xxxxxxxxx” ASC-nin Binəqədi filialı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli ********* saylı bank əmanəti müqaviləyə (Göy Əmanət) və həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, bank əmanətçidən daxil olmuş 10.000 ABŞ dolları məbləğində olan pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün illik 9 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 6.2-ci bəndinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş və “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanət hesab edilən əmanətlər Fond tərəfindən sığortalanır. Azərbaycan X6 tərəfindən İddiaçı qızma ünvanlanmış xx xxxxx 2018-ci il tarixli, **********655 JNe-li məktuba əsasən, Fond tərəfindən İddiaçı bildirilmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sğortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Həmin bankın müvəqqəti inzibatçısı tərəfindən Fonda təqdim edilmiş bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən sözügedən əmanətlər üzrə illik faiz dərəcəsi 5% (xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı) və 16% (milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı) qeyd edilmişdir. Həmin əmanətlər “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. Nəzərə alınması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sığorta əmanətinin geri tələb olunması iddialarına baxılarkən məhkəmənin həll etməli olduğu ilk məsələ, həmin əmanətin sığortalı əmanət statusunda olub-olmaması ilə bağlıdır. Həmin halı aydınlaşdırdıqdan sonra digər hallar yoxlanıla bilər. Həmin halı müəyyən etmədən mübahisəyə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2. maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X4 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmçinin həmin qanunda göstərilmişdir ki, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X6 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X4 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. X4 Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixindən 12 faiz müəyyən edilmiş, xx xxxx 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmiş, xx xxxx 2016-cı il tarixindən etibarən X5 üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. X4 Himayəçilik Şurasının xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Beləliklə, işin araşdırılan halları əsasında müəyyən edilmişdir ki, iddiaçı ilk əmanəti xx.xx.2016-cı il tarixdə milli valyutada illik 14 faizlə və ikinci əmanəti xx.xx.2016-cı il tarixdə xarici valyutada illik 9 faizlə, yəni illik faiz dərəcələri həmin dövr üçün X4 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı faizlə depozitə qoymuşdur. Həmçinin müqavilələrin qüvvədə olduğu müddətdə əmanətçinin müqavilədə müəyyən edilən faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı banka hər hansı müraciətinin olduğu müəyyən edilməmişdir. Öhdəliyin yaranmasının qanunvericilkdə konkret olaraq müəyyən edilmiş əsaslardan biri onun iştirakçıları arasında müqavilə olmasıdır. Dollar depoziti ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə depozitin sığortalı depozit olması nəzərdə tutulmamışdır. Həmin müqavilənin 6.2-ci bəndində deyilir ki, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş və “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanət hesab edilən əmanətlər fond tərəfindən sığortalanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə aydın surətdə qeyd edilmişdir ki, Fond o depoziti sığortalı depozit hesab edir ki, həmin depozit qeyd olunan Qanunun tələblərinə uyğun yerləşdirilmiş olsun. Deməli, tərəflər razılaşmışlar ki, depozitin sığortalı olub-olmaması qeyd olunan Qanunun müddəalarına uyğun həll edilməlidir. X4 Himayəçilik Şurasının müqavilə bağlanmamışdan əvvəl və sonra qəbul etdiyi qərarlarda da illik 9 faizlə yerləşdirilmiş dollar depozitinin sığortalı hesab olunması barədə qeyd olmamışdır. Həmin orqanın xx xxxx 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmiş, xx xxxxxxxx 2016-cı il tarixindən etibarən X5 üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir Beləliklə, xx.xx.2016-cı il tarixli əmanət müqaviləsinin 6.2-ci bəndində “Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş və “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanət hesab edilən əmanətlər Fond tərəfindən sığortalanır” müddəası qeyd edilmişdir. Göründüyü kimi, həmin müddəa bütün əmanətlərin deyil, yalnız “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanət hesab edilən əmanətlərin Fond tərəfindən sığortalandığını nəzərdə tutur. İstinad olunan qanunun 2.1.2.6-cı maddəsinə əsasən isə cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Eynilə, xx.xx.2016-cı il tarixli əmanət müqaviləsinin 6.6-cı bəndinin f) yarımbəndində cəlb edildiyi günə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilmiş həddən, yəni 12%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin qorunan əmanətə aid olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən, dollar depozitinin sığortalı depozit hesab olunması üçün, habelə həmin vəsaitin cavabdehdən tutulmalı olması üçün əsaslar işin halları və qanunvericiliklə müəyyən olunmur. Kollegiya hesab edir ki, mülki işin icraatına xitam verilməsi üşün əsaslar olmadığından apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə dollar depoziti hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxx” ASC-ninləğvedicisi olan X1 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4210/2018 saylı mülki iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi “xx.xx.2016-cı il tarixli, ********* saylı bank əmanəti müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan X3 alınaraq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6831/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6831/2020
06.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver