Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6834/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ’’Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi’’ X10rşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ’’Ə.D.Məlikov adına X14’’ X10rşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5250/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2006-cı il tarixdə “Ə.D.Məlikova adına X14” X12 (keçmiş Ə.D.Məlikov adına 6 saylı BŞX) Anesteziologiya reanimasiya şöbəsinə analıq məzuniyyəti yerinə laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixli 354/k nömrəli əmrlə analıq məzuniyyəti yerindən daimi iş yerinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir.
2. 20.10.2014-cü il tarixli Diaqnostik müayinələrin nəticəsinə görə sol əlin əziyi halı müşahidə edildiyindən həmin tarixdə İddiaçı 35 nömrəli şəhər poliklinikasına müraciət edərək, ona ambulator karta açılmasına və tibbi yardım göstərilməsinə icazə verilməsini xahiş etmişdir.
3. xx.xx.2014-cü il tarixli 35 nömrəli şəhər poliklinikası tərəfindən verilən tibbi müayiə nəticəsini göstərən sənəddən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində şəhər poliklinikasında rentgendən keçmiş və sol əl pəncəsində çat, sınıq aşkar edilmişdir.
4. İddiaçı tərəfindən D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X2 yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı sol biləng nahiyyəsinin çatlaması, əzilməsi və ailə vəziyyəti ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli 498 saylı əmrindən görünür ki, laboratoriya şöbəsinin laborantına 2013-2014-cü iş ili hesabına xx.xx.2014-cü il tarixdən 07.09.14-cü il tarixinədək 38 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2014-cü il tarixindən işə başlaması əmr edilmişdir.
6. Ə.D.Məlikov Adına 6 saylı BŞX-nın baş həkiminə laboratoriya müdiri tərəfindən verilən xx.xx.2014-cü il tarixli təqdimatdan görünür ki, laborant İddiaçı xx.xx.2014-cü il tarixində əmək məzuniyyətindən işə qayıtmalı olması, lakin bu günə qədər işə gəlməməsi barədə məlumat verilmişdir. Dəfələrlə zəng etmələrinə baxmayaraq, zənglərə cavab vermir.
7. Ə.D.Məlikov Adına 6 saylı BŞX-nın HİK-in yığıncağının xx.xx.2014-cü il tarixli 34 nömrəli protokolundan çıxarışdan görünür ki, gündəlik üzrə Anesteziologiyareanimasiya şöbəsinin laborantı X5 xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək üzürsüz səbəbdən işə çıxmadığına görə işdən azad olunması məsələsinə baxılmış, HİK komissiyasının sədri Z.Quliyeva çıxışında bildirmişdir ki, müdriyyət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2014-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir.
8. Baş həkimin müavini əvəzi İ.Qasımov laboratoriya şöbəsinin müdiri Ş.Aslanova, kadrlar şöbəsinin müdiri Ə.Ağayeva, xəstəxananın baş tibb bacısı N.Bağırova tərəfindən tərtib edilən xx.xx.2014-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixindən əmək məzuniyyətindən sonra işə çıxmalı idi, lakin üzürsüz səbəbdən xx.xx.2014-cü il tarixə qədər işə çıxmamışdır. Dəfələrlə müdiriyyət tərəfindən axtarılıb, telefon zəngləri olmuş, zənglərə cavab verməmişdir. Ondan məlumat almaq üçün, yaşadığı ünvana gedilmiş, lakin evin satıldığı məlum olmuşdur. Hal-hazırda harada yaşadığı məlum deyil. xx.xx.2014-cü il tarixdə laboratoriya ixtisası üzrə test imtahanına getdikdə, əmək kitabçasını sənədlərin qəbulu ilə əlaqədar götürmüş, bu günə qədər qaytarmamışdır. Dəfələrlə əmək kitabçasını qaytarmasını tələb etsələr də, lakin əmək kitabçasını qaytarmamışdır. Hər dəfə bəhanələrlə gətirəcəyi barədə məlumat vermişdir.
9. “Xalq qəzeti”nın xx.xx.2025-ci il tarixli buraxılışında verilən elana görə 2014-cü ildə Ə.D.Məlikov adına Bakı şəhəri 6 saylı birləşmiş şəhər xəstəxanası tərəfindən İddiaçı adına verilmiş əmək kitabçası itdiyi üçün etibarsız sayılır.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən əmək müqavilənin ləğv edilməsinə dair əmrin ləğv edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işinin öhdəsindən layiqincə gəlmiş və vəzifələrini qüsursuz icra etmişdir 2014-ci ilin yay aylarında məzuniyyətə çıxmış və həmin ilin sentyabr ayında sol əlinin biləyi sınmışdır. Həm səhhəti və həm də şəxsi ailə vəziyyəti ilə bağlı olaraq işdən çıxmaq qərarına gəlmişdir və bu barədə ərizə xx.xx.2014-ci ildə baş həkim Nəriman Məmmədova müraciət etmiş və o tarixdən işə çıxa bilməmişdir. Həmin vaxtı ərizənin surətini də götürmüşdür. Bu barədə Xəstəxananın məsul şəxsləri hamısı məlumatlı idi və bildirdilər ki, heç bir problem yoxdur, “səni öz ərizən əsasında işdən azad edəcəyik”. O da, arxayın olmuşdur. Onlardan əmək kitabçasını istədikdə onlar əmək kitabçası hazır olanda ünvanına göndərəcəklərini bildirdilər. O, səhhəti ilə məşğul olmuş və ailə həyatı quraraq öz ailəsi ilə yaşamağa davam etmişdir. Hər dəfə əmək kitabçasını istədikdə işlərin çox olduğunu əsas gətirərək göndərəcəklərini bildirirdilər. Sonradan o, yeni işə düzəlmək qərarına gəlmiş və həmin iş fəaliyyəti ilə bağlı yeni iş yerində əmək müqaviləsi bağlamaq lazım gəldiyini bildirdilər və bu zaman yenidən əmək kitabçasını istədikdə ona məlum oldu ki, onu xx.xx.2014-ci il tarixində işdən azad edərkən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Əmək kitabçasını ona xx.xx.2025-ci il tarixdə təqdim etdilər və həmin an bilmişdir ki, onu 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad etmişlər. Bunu görəndə şoka düşmüş və dərhal həmin tibb müəssisəsinə və lazımı orqanlara müraciət etmişdir, xəstəxanada işləyən şəxslərlə də əlaqə saxlamış, onlar da bu hala inanmadıqlarını bildirdilər. Onun ərizə və xahişi olduğu halda nə üçün onu 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etdiklərini izah edə bilmədilər. O, heç zaman iş rejiminə və qaydasına zidd davranmamış, hər zaman əmək funsiyasını lazımı qaydada yerinə yetirmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı işdən azad olunma əmrinə dair hadisəni öyrəndiyi gündən 11 il ərzində məhkəməyə müaricət etməmişdir. Bu səbəbdən iddianın müddət ötürülməsi səbəbindən baxılmadan rədd edilməsi tələb olunur. iddiaçı işə qəbul olduğu və xaric olduğu dövrdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət müəssisənində çalışırdı. Hazırda isə cavabdeh müəssisə TƏBİB tabeli publik hüquqi şəxsdir. Bu dəyişiklik nəticəsində iddiaçının əvvəllər işlədiyi dövlət qurumunun hüquqi statusu dəyişmişdir. Bu səbəbdən iddiaçının əvvəlki iş yeri ilə əlaqədar hüquqi münasibətlər artıq mövcud deyildir.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun yerinə işə götürülməyib, 1995-ci ildə özü dekretdən qayıdandan sonra işə götürülmüşdür. 1997-ci ildə də dekretdə olmuş, 2000-ci ildən işə çıxmışdır. Əvvəl adi laborant olmuş, həmin vaxt iddiaçı da onunla birlikdə işləmişdir. 2014-cü ildən əvvəl iddiaçı baş laborant təyin edilmişdir. 2013-cü ildə onlar təmirlə əlaqədar evdə olmuşlar, 2014-cü ilin yanvar ayından işə çıxmışlar. 2014-cü ilin yanvar ayından iddiaçını ümumiyyətlə görməmişdir. Çünki özü də, onu axtarırdı alacaq məsələsinə görə. Belə ki, 2013-cü ildə “Unibankdan” onun üçün 1.800 manat kredit götürmüşdür, 5-6 ayını iddiaçı ödəniş etsə də, daha sonra ödəniş etməmişdir. Sentyabr-oktyabr aylarında onu görməmişdir, görmüş olsaydı pulunu tələb edərdi. Əmək haqqı ilə bağlı tabeli böyük tibb bacısı yazırdı, hazırda isə özü yazır. Ev adresini bilməmiş, telefonla əlaqə saxlaya bilməmişdir. İddiaçının heç bir qohumunu tanımamışdır. İddiaçının Məmmədova Arzuya və Cəfərova Pərvanəyə borcu olub. Pərvanənin evini tanıdığından 5.000 manatını qaytarıb. Bunu ona Pərvanə demişdir. Ona olan borcuna münasibətdə isə deyib ki, guya verəcək. Borcla bağlı dövlət orqanlarına şikayət etməmişdir. Müəssisəyə banklardan zənglər gələndə, bilinir ki, borcları var.
14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5250/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Ümumi iddia müddəti isə 10 il olaraq müəyyən edilmişdir. Yuxarıda sadalanan hallardan görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş və bu səbəbdən onun iddiası təmin edilə bilməz.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən faktiki olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almadan əmək məcəlləsinin şərtlərini pozmaqla əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Belə ki, işdən çıxma barədə əmr xx.xx.2014-cü il tarixdə verilsə də, həmkarlar ittifaqı təşkilatı bununla bağlı xx.xx.2014-cü il tarixdə razılıq vermişdir.
17. Bununla belə məhkəmə hesab etmişdir ki, iddiaçı nəinki 1 aylıq iddia müddətini, hətta ümumi iddia müddətini də ötürmüşdür. Məhkəmə iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtla bağlı qeyd edir ki, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının 11 il ərzində işdən çıxma barədə ərizəsinin, əmək kitabçasının, iş yoldaşları ilə mübahisələrinin aqibətindən, hansı əsasla işdən çıxarılmış olmasından məlumatsız olması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüzdür. Üstəlik hazırki dövrdə internet resurslarından sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə məşğulluq və digər şəxsi məlumatları əldə etmək sadə formada mümkündür. Yəni iddiaçının keçən müddət ərzində hüquqlarının pozulduğunu bilməməsi barədə dəlilləri əsassızdır. Eyni zamanda, iddiaçının atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddəti ötürməsi onun ziyanına olan hal kimi şərh edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 375.2, 377.1-ci maddələrinə, Əmək Məcəlləsinin 68.1, 69.1, 69.2, 69.4, 69.5, 69.6ci maddələrinə, 70-ci maddəsinin ç bəndinə, 71.2 2, 71.3, 72-ci maddəsinin a bəndinə, 76.1, 80.1, 300.1-ci maddəsinə, 296-cı maddəsinin İİ, İİİ, Vİ hissələrinə, Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin bildirmişdir ki, işə baxan birinci instansiya məhkəməsi heç bir sübuta qiymət verməyərək qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir. İşin faktiki halından görünür ki, Gülnarə Ağayeva işdən azad olunmasına dair ərizə ilə işəgötürənə rəsmi şəkildə müraciət etmiş, özü şəxsən səhhətinə dair sənədləri həm ərizə vasitəsilə, həm də fiziki olaraq iş yerinə təqdim etmiş, bütün bunları təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan poçt qəbzindən və sənədlərdən görünür ki, şəxs özü işdən azad olunmasını rəsmi şəkildə bildirmişdir. Qolunun sınması ilə bağlı sənədləri iş yerinin rəhbərliyinə təhvil vermişdir. İddiaçı işdən çıxmaqla bağlı ərizə verdikdən sonra, səhhətinə görə işə çıxa bilməmişdir. Cavabdehin əmrləşdirilməsi əsası kimi isə davamiyyət göstərilməmişdir. Cavabdeh tərəfindən tərtib edilən aktlar isə noyabr və dekabr ayına aiddir. Ali Məhkəmənin Plenum qərarlarında işəgötürənin işçi qarşısında hüquqlarının güclü olduğunu göstərir. Dekabr ayının 2-3 tarixində əmrin verilməsi təsdiq edir ki, iddiaçı sentyabr-oktyabr ayında davamlı şəkildə işə gəlib-gedib, ona əmək haqqı verilib. Cavabdeh tərəfin özünün cəlb etdiyi şahidlərin ifadələri ilə həqiqəti müəyyən etmək olmaz. Reallıq odur ki, iddiaçı 2014-cu ildə tam şəkildə işə çıxıb. Eyni zamanda, sentyabr-oktyabr aylarında məzuniyyətdən qayıtdıqdan sonra ərizə ilə müraciət edib, dəfələrlə işə çıxıb və səlahiyyətlərini icra edib, sonradan deyiblər ki, işə gəlmə. Əmək kitabçasının verilməsi üçün dəfələrlə müraciət edib. 2025-ci ilin may ayının 22-si tarixində əmək kitabçası işçiyə verilib. Əgər İddiaçı sentyabr ayından işə çıxmırdırsa, nə üçün xx.xx.2014-cü ildə işəgötürən işdən azad edilmə barədə əmr verirdi? Əgər elə idisə həmin vaxtdan azad edərdi. İddiaçı tərəfindən məhkəməyə ərizələr, poçt qəbzləri, tibbi sənədlər, əmək kitabçasının rəsmi təqdim edilməsinə dair sənəd təqdim edilsə də, heç bir münasibət bildirilməmişdir. Həmçinin, məhkəmə iclasında davamiyyətə dair sənədlərin işəgötürəndən tələb edilməsinə dair heç bir addım atmamışdır. Bundan başqa, şahid kimi dindirilmiş şəxslər işəgötürən tərəfinin vəsatəti əsasında dindirilsələr də, həqiqətin ortaya çıxarılmasında heç bir mühüm halı göstərə bilməmiş, tam əksinə olaraq şahid qismində dindirilmiş şəxslərdən Aytəkin Rəsulova ümumiyyətlə İddiaçı 2014-cü ilin yanvarından görmədiyini bildirərək qərəzini ortaya qoymuş, lakin hakim bu hallara qətnamə çıxararkən qiymət verməmişdir. Bununla da göstərilən prosessual tələblər kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçası verilməmiş və hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. İddiaçıya hətta bildirilmişdir ki, qəzetdə elan verməsən biz sənin əmək kitabçanı verməyəcəyik, ancaq qəzetdə elan verildikdən əvvəl həmin əmək kitabçası may ayında iddiaçıya təqdim edilmiş və yeni iş yerinə təqdim etdikdə məlum olmuşdur ki, işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Odur ki, iddia müddəti bu ilin may ayından hesablanmalıdır. Bu baxımdan məhkəmə prosesual normanın tələblərini kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı 2014-cü ilin oktyabr ayında işdən çıxmaq haqqında ərizə yazmış və sonra fikrindən daşınaraq yazdığı ərizəni də özü ilə götürərək müəssisədən getmiş və bir daha işə çıxmamışdır, iddiaçı uzun müddət ərzində əmək funksiyalarını yerinə yetirməmiş, işə üzrsüz səbəbdən davamlı olaraq gəlməmişdir. Onun bu hərəkətləri əmək intizamının pozulması hesab edilmiş və bu əsasla işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əmək məzuniyyətindən sonra işə çıxmalı olduğu halda, xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixədək üzrsüz səbəbdən işə çıxmamış, işəgötürəni bu barədə məlumatlandırmamış, işə gəlməməsinin səbəblərini təsdiq edən hər hansı əsaslı sübut təqdim etməmişdir. Bu hallar iş materiallarında mövcud olan aktlar, təqdimatlar, şahid ifadələri və digər yazılı sübutlarla təsdiq edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən ən geci 2014-cü ildə bilməli olduğu halda, yalnız təxminən 11 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsi üzrə məhkəməyə müraciət müddəti 1 təqvim ayı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən isə ümumi iddia müddəti 10 il təşkil edir. Məhkəmə tərəfindən iddia müddətinin üzrsüz səbəbdən ötürüldüyü əsaslı şəkildə müəyyən edilmişdir. İddiaçının əmək kitabçasını guya xx.xx.2025-ci il tarixində əldə etməsi barədə arqumenti də məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Çünki şəxsin uzun illər ərzində öz əmək-hüquq vəziyyəti ilə maraqlanmaması, işdən hansı əsasla azad edildiyini bilməməsi həyatın normal axarına uyğun olmayan hal kimi düzgün qiymətləndirilmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçı işə qəbul olduğu və xaric olduğu dövrdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət müəssisənində çalışırdı. Hazırda isə cavabdeh müəssisə TƏBİB tabeli publik hüquqi şəxsdir. Bu dəyişiklik nəticəsində iddiaçının əvvəllər işlədiyi dövlət qurumunun hüquqi statusu dəyişmişdir. Bu səbəbdən iddiaçının əvvəlki iş yeri ilə əlaqədar hüquqi münasibətlər artıq mövcud deyildir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.3. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. “ç” İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 296. İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296. İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: - İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
28. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: - Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X9 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. - Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçı 2006-cı ildən keçmiş Ə.D.Məlikov adına 6 saylı BŞX-də (hazırda“Ə.D.Məlikova adına X14” PHŞ) işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli əmrlə xx.xx.2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür.
35. Belə ki, iddiaçının işdən azad olunma barədə əmri xx.xx.2014-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə 11 ildən sonra - xx.xx.2025-ci il tarixdə həmin əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
36. Əmək qanunvericiliyin tələblərinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. İddiaçı səhhəti ilə məşğul olduğundan və ailə həyatı quraraq öz ailəsi ilə yaşamağa davam etdiyi üçün işəgötürənə əmək kitabçasının verilməsi ilə bağlı gec müraciət etdiyini iddia etsə də, işdən müəyyən edilir ki, iddiaçının səhhətində problem 2014-cü ilin oktyabr ayında yaranmış, həmin problemin uzun illər davam etməsi, habelə iddiaçının həmin vaxt nikaha daxil olması barədə hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir.
38. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ona əmək kitabçasının verilməsi ilə bağlı müraciətlər etməsi də iş materialları ilə müəyyən edilmir. İşdə olan xx.xx.2014-ci il tarixli aktdan müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdə laboratoriya ixtisası üzrə test imtahanına getdikdə əmək kitabçasını sənədlərin qəbulu ilə əlaqədar götürmüş, dəfələrlə əmək kitabçasını qaytarması ondan tələb edilsə də, hər dəfə bəhanələrlə gətirəcəyi barədə məlumat vermişdir. İşdən o da müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən 2025-ci ildə verilmiş əmək kitabçası dublikat olmaqla cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində doldurulmuşdur.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 11 il ərzində iddiaçının onunla bağlanmış əmək müqaviləsinə hansı əsasla xitam verilməsi barədə məlumatlı olmaması, bununla bağlı maraqlanmaması ağlabatan və inandırıcı deyil.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, bu hal da iddianın rədd olunması üçün əsasdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5250/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: