Məhkəmə qərarları › İş №2(103)-6835/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6835/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6835/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı1, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 MMC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2602/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Fərmayıl oğluna, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.08.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın qərarı, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş 11 oktyabr 2019cu il tarixli nizamnaməsi qanunsuz olduğundan ləğv edilməsi və Cavabdeh1 MMC-nin reyestr məlumatlarını 07.08.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 08.08.2019-cu il tarixli, 12.11.2019-cu il tarixli və 25.11.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın qərarları, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş 11 oktyabr 2019-cu il tarixli nizamnaməsi və 4-cü redaksiyada verilmiş nizamnaməsinin ləğv edilməsini və Cavabdeh1 MMC-nin və onun reyestr məlumatları 07.08.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 55 olan Cavabdeh1 MMC 24.05.2017-ci ildə 100 faizlik payla X9 tərəfindən təsis edilmişdir. 06.02.2018-ci il tarixdə X9 təsis etdiyi hüquqi şəxsdəki payının 40 %-ni Cavabdeh2, 15%-ni İddiaçı2, 10%-ni Cavabdeh3, 15%-ni Cavabdeh4, 10%-ni İddiaçı1 oğlu, 10%-ni Cavabdeh5 əldə etmişdir. Cavabdeh1 MMC-də tikinti şirkətidir və Zərifə Əliyeva küçəsi 59 və Üzeyir Hacıbəyov küçəsi 66-da yerləşən istifadə müddəti bitmiş (qəzalı) vəziyyətdə olan hər iki binanın sökülməsi, həmin ərazidə yeni binaların tikilib, sakinlərin yerləşdirilməsi şirkətə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 MMC fəaliyyətə başlayaraq, qeyd edilən ünvanlardakı binaları sökmüş və eyni zamanda tikilməkdə olan binalardan satışları həyata keçirmişdir. Eyni tikilən binadan yaşayış və qeyri-yaşayış sahələrinin əksər hissəsi satılmış və bununla da Cavabdeh1 MMC külli miqdarda mənfəət əldə etmişdir. Şirkətin gəlirlərini görən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 digər iki təsisçi olaraq bizi kənarlaşdırmaq məqsədi ilə onlardan xəbərsiz və ya bizim iştirakımızı təmin etmədən ümumi yığıncaq keçirərək, zərurət olmadığı halda şirkətin nizamnamə kapitalını ******* (üç milyon yeddi yüz qırx min) manat artırmışlar. Beləliklə şirkətin nizamnamə kapitalı ******* (üç milyon yeddi yüz qırx min iyirmi) manat olmuşdur. Bundan yalnız Vergilər Nazirliyinin elektron sisteminə baxan zaman məlumatı olmuş, bununla əlaqədar dərhal Milli Gəlirlər Baş İdarəsinə sorğu verilmiş və reyestr sənədlərinin təsdiq edilmiş surətləri istənildi. Həmin sənədləri araşdıran zaman direktor Cavabdeh3 İddiaçı1 bildirişi qəsdən səhv ünvana göndərdiyini müəyyənləşdirmişdir. Həmçinin direktor Cavabdeh3 təsisçi olan İddiaçı1 07.08.2019-ci il tarixdən 17.08.2019-cu il tarixədək Azərbaycan Respublikası ərazisində olmadığı barədə məlumatı olsa da, o ümumi yığıncağın tarixini həmin zaman aralığına qəsdən salmışdır. Bunu etməkdə məqsədi təsisçinin ümumi yığıncağın iclasında iştirak etməsinin qarşısını almaq olmuşdur. Digər təsisçi olan İddiaçı2 isə bildiriş göndərilmiş, ümumi yığıncağın keçirələciyi yerə gedən zaman isə orada heç kimin olmadığını görmüşdür. Direktorla əlaqə saxlayıb yığıncağın harada olmasını soruşduqda isə Cavabdeh3 iclasın təxirə salındığını və ya baş tutmadığını bildirmişdir. Hal-hazırda da şirkətin direktoru və digər təsisçilər ələxsus Cavabdeh2 İddiaçı1 və İddiaçı2 şirkətdən kənarlaşdırmaq üçün hər cür vasitələrə əl atmağa davam edirlər. Həmçinin, şirkətin direktoru və əlbir olan təsisçilər şirkətin nizamnaməsini qanunsuz şəkildə dəyişdirmişlər. Belə ki, 11 oktyabr 2019-cu il tarixli 3-cü redaksiyada verilmiş nizamnamə onların iştirakıları olmadan tərtib edilmiş, Vergilər Nazirliyini aldatmaqla qeydiyyatdan keçirilmişdir. Belə ki, nizamnamənin sturukturu və quruluşunun dəyişdirilməsindən əlavə, nizamnamənin məzmununda əsaslı şəkildə dəyişdirilmişdir. Belə ki, 3-cü redaksiyada verilmiş 4.2-ci bəndində qeyd edilir ki, cəmiyyətin icra orqanın təyin və azad edilməsi təsisçi Cavabdeh3 razılığı ilə həyata keçirilməlidir. Göründüyü kimi şirkətin fəaliyyətini bir şəxsin səlahiyyətindən asılı vəziyyətə gətirilmişdir. Onu da qeyd edir ki, ümumi yığıncağın iclasları barədə bildirişlər iclasın keçirilməsinə 1-2 gün qalmış təsisçilərə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2602/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən iş üzrə Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 266 saylı sərəncamına əsasən, Nəsimirayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi gömüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi Cavabdeh1nə həvalə edilmişdir. Bundan sonra MMC qarışıya qoyulmuş məqsədə çata bilmək üçün X14 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsində olan 0.02933 ha torpaq sahəsində yerləşən 59 nömrəli bina 1 girişli, 1166.95 kv.m ümumi, 716.97 kv. məsas, 450.28 kv.m köməkçi sahədən ibarət 5 mərtəbəli qeyri yaşayış binasının sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün həmin qeyri yaşayış binasının alınması və s. kimi hallar zəruri etmişdir ki, cəmiyyətin nizamnamə kapitalı əlavə pay qoyulması vasitəsi ilə artırılsın.Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 nizamnamə kapitalının artırılması üçün pul vəsaitlərinin olmamasını yazılı olaraq bildirmişlər (həmin məktublar iş materiallarına əlavə edilmişdir). Bundan sonra 08.08.2019-cu il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmiş və cəmiyyətin Nizamnamə kapitalı artırılaraq hər birinin nominal dəyəri 1 manat olmaqla ******* manat müəyyən edilmişdir. Təsisçilərin 08.08.2019-cu iltarixli ümumi yığıncağında bütün təsisçilər yığıncağın vaxtı və yeri barədə xəbərdarlıq edilmiş, ümumi yığıncağın 4 nəfər təsisçisi 75 % təsis payı ilə işfirak etmiş lakin 2 nəfər (İddiaçı1, İddiaçı2) təsisçisi 25% təsis payı ilə iştirak etməmişdir. Yetərsay olduğuna görə ümumi yığıncaq səlahiyyətli olmuş və bundan sonraiştirak etməyən təsisçilər mübahisə irəli sürməmişlər.Bundan sonra 25 noyabr 2019cu il tarixdə təsisçilərin ümumi yığıcağı keçirilmiş və cəmiyyət mənzillərin tikintisiilə məşğul olduğu, tikilən binanın pilot layihə olaraq əvvəllər orada yaşayan sakinləridə əhatə etməsi nəzərə alınaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həm binanın tikintisi həm də sonradan mənzillərin sakinlərin və digər şəxslrin adına rəsmiləşdirilməsi üçün uyğun təşkilati-hüquqi forma Mənzil Tikinti Koperativi olduğundan cəmiyyətin fəaliyyətinin mövcud qanunvericiliyə görə “Mənzil Tikinti Koperativi” təşkilati hüquqi formasına uyğun gəldiyini nəzərə alınaraq Cəmiyyət Mənzil-TikintiKoperativinə çevrilmiş və bundan irəli gələn məsələlər həll edilmişdir.Təsisçilərin 25.11.2019- cu il tarixli ümumi yığıncağında bütün təsisçilər yığıncağın vaxtı və yeri barədə xəbərdarlıq edilmiş, ümumi yığıncağın 5 nəfər təsisçisi ******* təsis payı ilə iştirak etmiş lakin 3 nəfər təsisçisi 505 təsis payı ilə iştirak etməmişdir. Beləliklə ümumi yığıncaq səalahiyyətli olmuşdur. Eyni zamanda iştirak etməyən şəxslərin yenidən təşkil edilmiş hüquqişəxsdə üzv olmaq istəməməsi hüququnun olması və Cəmiyyətin yenidən təşkil edilməsi ilə əlaqədar keçirilmiş ümumi yığıncağında təsisçilərdən İddiaçı2 və İddiaçı1 yeni yaranan Mənzil Tikinti Koperativinin üzvü olmaq hüququndan istifadə etmədiyi üçün müstəqil audit cəlb edilmiş və Cəmiyyətin aktivləri barədə balans tərtib edilmiş, onların pay nisbətinə uyğun pulşəkilində hesablanaraq onlara qaytarılmaqla onlarla hesablaşılmışdır. İş üzrə məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki,”Tac 1 Residence”MMC-nin təsisçisi İddiaçı1 ümumi yığıncağın tarixi barədə bildiriş qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana - ünvan 2elə ki, 08.08.2019-cu il tarixdə saat 11:00-a təyin edilmiş nizamnamə kapitalının artırılmasına dair ümumi yığıncağın keçirilməsi barədə bildiriş 07.08.2019-cu il tarixdə saat 11:35-də poçt şirkətinə təhvil verilmiş, bildiriş həmin tarixdə 18:03-də İddiaçı2çatdırılmışdır. 12.11.2019-cu il tarixli yeni təsisçilərin daxiledilməsinə dair 11.11.2019-cu il tarixdə saat 11:20-də kuryerə təhvil verilmiş, bildirş İddiaçı2 oöğluna 11.11,2-019-cu il tarixində günün sonunda təhvil verilmişdir.Sonuncu bildiriş isə İddiaçı1 Azərbaycan Respublikasından kənarda olan zaman keçirilmiş və bununla təsisçinin MMC-nin yığıncağında iştirak etmək hüququ məhdudlaşdırılmışdır.Bununla yanaşı Cavabdeh1 MMC-nin təşkilatı forması dəyişən zaman, yəni çevrilmə edildikdə zəruri prosessual tələblərə riayət edilməmiş, İddiaçı2 yazılı bildiriş göndərilməmişdir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqişəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 təsiscilikdən caxarılması barədə məlumatın reyestrdə geydə alınması qanunsuz və əsassızdır. Hesab edir ki, məhkəmənin göstərilən qətnaməsi özü qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyriobyektiv yanaşılmış, mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, bunun da nəticəsində yanlış qətnamə qəbul edilmişdir.Əvvəla, İddiaçı1 ümumi yığıncağın tarixi barədə bildiriş məhz ona məxsus AZE № ******* seriyalı şəxsiyyyt vəsiqəsində göstərilmiş qeydiyyatda olduğu ünvana - ünvan 3zərə alınmalıdır ki, sonuncu özü barədə anket-məlumatlarını və şəxsiyyət vəsiqəsini cəmiyyətə təqdimetmiş və onunla yazışmalar da həmin ünvan üzərindən aparılmışdır. Lakin məhkəmə nədənsə yanlışlığa yol verərək, həmin ünvanı iddiaçının qeydiyyat ünvanı kimi deyil, «başqa ünvan» kimi qeyd etmişdir.Əgər İddiaçı1 qeydiyyat ünvanında deyil, faktiki olaraq başqa ünvanda yaşayış yeri seçmişdisə belə, qanunvericiliyin tələbinə görə o, bu barədə Cavabdeh1 MMC-ni əvvəlcədən məlumatlandırmalı idi ki, bildiriş tərəflərindən yeni ünvan üzrə göndərilsin. Bununla yanaşı sonuncu bildirişlə bağlı bildir ki, İddiaçı1 xarici ölkədə olması barədə də bizə əvvəlcədən məlumat verməmişdir. Nəzərə alınmalıdır ki, bildirişlər sonuncunun məlum olan ünvanına göndərilmiş və xəbərnaməyə əsasən qəbul edilmişdir. Bununlada MMC üzərinə düşən öhtəlikləri icra etmişdir. Nəzərə alınmalıdır ki, Cəmiyyət təsisçilərin gündəlik olaraq qeydiyyat və yaşayış ünvanlarının dəyişmələrini araşdıara və nəzarətdə saxlaya bilməz, təsisçi qeydiyyat ünvanını dəyişdikdə bu barədə MMC-yə məlumat verməli idi. Bundan əlavə məhkəmə iclasında tərəflərindən vəsatət verilərək həmin ünvanında İddiaçı1 məxsus olmasını və bu halın araşdırılması üçün sorğu verilməsi xahiş edilmiş və İddiaçı1 nümayəndəsi həmin mənzilin onlara məxsus olmasını bildirərək sorğunun göndərilməsi zərurətini aradan qaldırmış və bununla da vəsatətləri rədd edilmişdir. O ki, qaldı digər təsisçiİddiaçı2, ona bu barədə bildiriş göndərilmiş və ümumi yığıncağın keçiriləcəyindən xəbəri olmuşdur. İddiaçı2 gətirdiyi bəhanələr də biri digərinə zidd olmaqla biri digərini istisna edir. Belə ki, bildirmişdir ki, ona təsisçilərin ümumi yığıncağının keçirilməsi barədə bildiriş yiğincaqdan bir gün öncə çatdırılmışdır və onun iştirak etmək hüququ pozulmuş və eyni zamanda bildirmişdir ki, ümumi yığıcağın keçiriləcəyi yerə keçirilmə saatında gəlmiş və ona bildirilmişdir ki, ümumi yığıncaq oöyektiv səbəblərdən baştutmamışdır. Göründüyü kimi, özü qeyd edir ki, ümumi yığıncağın vaxtı və yeri barədə ona məlumat verilmiş, vaxtı və yeri barədə xəbərdar olmuş və həmin saatda yığıncağn keçiriləcəyə yerə getmişdir. Amma ümumi yığıncaq baş tutmaması barədə qeyd etdikləri isə yalan olmaqla heç bir məntiqə şığımır. Belə ki, həmin saatda digər təsisçilərin iştirakı ilə ümumi yığıncaq keçirilmişdir. Bundan əlavə iş üzrə məhkəmə qətnaməsində öz gəldiyi nəticəni əsaslandırarkən yuxarda qeyd edilənlərlə yanaşı Cavabdeh1 MMC- nin təşkilatı forması dəyişən zaman, yəni çevrilmə edildikdə zəruri prosessual tələblərə riayət edilməməsini göstərmişdir.Lakin hansı zəruri prosessual tələblərə riayət edilməməsini əsaslandırmamış və nəyə görü bu qənaətə gəldiyini izah etməmişdir.Göründüyü kimi məhkəmə bu ifadəni ümumi və mücərrət olaraq söz xatirinə qətnaməyə yazmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2011-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir. Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi“bir səsli səhm - bir səsdir” (Mülki Məcəllənin 107-3.5cimaddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqişəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətlər i əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafın a şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı- qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur.Hər bir kommersiya təşkilatının əsas məqsədi gəlirin əldə olunmasıdır.Bu məqsədə nail olmaq üçün onlar müxtəlif, o cümlədən təşkilatın yenidən təşkili ilə bağlı qərarlar qəbul edirlər. Bu hallarda dövlətin səlahiyyətli orqanlarının belə qərarların iqtisadi cəhətdən məqsədəuyğunluğunu yoxlamaq səlahiyyəti yoxdur. Bununla belə, dövlət səhmdar cəmiyyətinin bütün iştirakçılarının mülkiyyət hüquqlarının qarantı olaraq bu qərarların qəbul olunması üçün qanunvericilikdə müvafiq prosedur qaydalarını müəyyən edib, onlara riayət olunmasına nəzarət etmək vəzifəsini daşıyır və hüquqları pozulmuş şəxsləri səmərəli müdafiə mexanizmləri vasitəsilə müdafiə etməlidir.Buna müvafiq olaraq, Milli Məclis Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən, öz diskresion (müstəsna) səlahiyyətlərini həyata keçirərkən bütün səhmdarların hüquqlarının qorunması məqsədilə, səhmdar cəmiyyətinin ümumi yığıncağının səlahiyyətli olması şərtlərini nəzərə alaraq, səhmdar cəmiyyətində qəbul olunan qərarın əhəmiyyətindən asılı olaraq belə qərarların qəbul olunması üçün tələb olunan müxtəlif əksəriyyət hədlərini müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Eyni zamanda, həmin Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa görə, səhmdarların ümumi yığıncağının qərarı “bir səsli səhm bir səsdir” müddəası nəzərə alınmaqla ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar isə səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Belə hədlərin müəyyən olunması xarici ölkələrin korporativ idarəetmə praktikasına tamamilə uyğundur.Belə ki, istər qitə (roman-alman) hüquq sisteminə daxil olan ölkələrdə (X18 Qanunu, maddə 179; İsveçrə Mülki Məcəlləsi, maddə 647, 703; İtaliya Mülki Məcəlləsi, maddə 2368), istərsə də ingilis-sakson hüquq sistemlərində (X12, maddə 378; ABŞ Delaver ştatının Korporasiya Qanunu, maddə 216) səhmdar cəmiyyətinin hüquqi müqəddəratı barəsində qərar qəbul etmək səlahiyyəti səhmdar cəmiyyətinin nizamnamə kapitalında əksəriyyət payı olan səhmdarlara (daha çox sərmayə qoymuş səhmdarlara) verilmişdir. Səhmdarların cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi və ya cəmiyyətin yenidən təşkili ilə bağlı qərarların qəbul olunmasında iştirak etməməsi və yaxud bu qərarların əleyhinə səs verməsi onların mülkiyyət hüquqlarını öz- özlüyündə pozmur.Belə ki, korporativ münasibətləri nizamlayan hüquqi rejim səhmdarlara onların öz iradəsindən asılı olmayaraq tətbiq edilmir, bu münasibətlər çoxtərəfli razılaşmaya əsaslandığından onlarda iştirak məcburi deyildir. Hər bir səhmdar qabaqcadan bilir və ya bilməlidir ki, səhmdar cəmiyyətinin hüquqi rejiminin xüsusiyyətlərindən biri də nizamnamə kapitalının əksəriyyətinə sahib olan səhmdarlar tərəfindən şirkətin nizamnaməsinin dəyişdirilə və şirkətin yenidən təşkil oluna bilməsidir. Buna müvafiq olaraq, şəxs səhmdar cəmiyyətinə qoşularkən qanunvericilikdə nəzərdə tutulan qaydada bu cür dəyişikliklərin edilə biləcəyini qəbul etmiş hesab olunur. Həmçinin nəzərə almaq lazımdır ki, bir səhm onun sahibinə özözlüyündə səhmdar cəmiyyətinin müqəddəratını müəyyən etmək deyil, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququ verir. Beləliklə, səhmdar cəmiyyətinin ümumi yığıncağında bu cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qərar Mülki Məcəllənin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla qəbul edildikdə həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqları pozulmur. Lakin çevrilmə nəticəsində yenidən təşkil olunan cəmiyyətdə iştirak etmək istəməyən səhmdarların paylarının ayrılmasının dəqiq nizamlanma qaydası mülki qanunvericilikdə mövcud deyildir. Həmin qərara əsasən, Səhmdar cəmiyyətinin çevrilməs i çoxmərhələli proses olaraq əvvəlki hüquqi şəxsin ləğvi və onun əmlak bazasında yeni hüquqi şəxsin yaradılmasını ehtiva edir. Bu proses mürəkkəb olduğuna və müxtəlif subyektlərin hüquqlarına təsir göstərə biləcəyinə görə qanunvericilikdə dəqiq nizamlanmalıdır. Səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsindən əvvəl Mülki Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa əsasən, səhmdarların ümumi yığıncağında çevrilmə haqqında qərar qəbul olunur. Bundan sonrakı mərhələlərdə həyata keçirilən hərəkətlər və qəbul olunan qərarlar yenidən təşkil olunan cəmiyyətlə bağlı olur. Belə ki, Mülki Məcəllənin 87.2-ci maddəsinin məzmununa görə, məhdud məsuliyyətli cəmiyyət yeni məhdud məsuliyyətli cəmiyyətin yaradılması və ya fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Mülki Məcəllənin 87.3- cü maddəsinə əsasən, cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini, nizamnamə kapitalının ödənilməsini və nizamnamənin hazırlanmasını əhatə edir. Eyni zamanda, Mülki Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalın a ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. Göründüyü kimi, hansı formada qurulmasından asılı olmayaraq təsis edilən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsini bütün iştirakçılar təsdiqləməlidir. Halbuki, müraciətdə qaldırılan məsələdə olduğu kimi, əvvəlki səhmdar cəmiyyətinin səhmdarları yenidən təşkil olunan məhdud məsuliyyətli cəmiyyətdə iştirakçı (təsisçi) olmaq istəməyə bilər və heç kim onları buna məcbur edə bilməz.Əgər belə məcburiyyət olarsa, Konstitusiyanın 59-cu maddəsində təsbit olunmuş azad sahibkarlıq hüququ və bu hüquqdan irəli gələn müqavilələrin azadlığı prinsipi pozulmuş olar. Belə ki, azad sahibkarlıq hüququnun məzmunu ondan ibarətdir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulan təşkilati-hüquqi formalar çərçivəsində təkbaşına və ya başqaları ilə birlikdə öz imkanlarından, qabiliyyətindən və əmlakından istifadə haqqında azad və müstəqil qərar vermək hüququna malikdir. Eyni zamanda, çevrilmə yolu ilə təsis edilən yeni məhdud məsuliyyətli cəmiyyətdə iştirakçı (təsisçi) olmaq istəməyənlərin məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsini təsdiq etməməsi faktının hansı hüquqi nəticələrə səbəb olacağı açıq və aydın şəkildə qanunvericilikdə öz əksini tapmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, çevrilmə yolu ilə yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdarlara ləğvetmə payı verilməli və yeni qurulan məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaq istəyən şəxslər tərəfindən nizamnamə təsdiq olunmalıdır. Həmçinin Mülki Məcəllənin 1077.1-ci maddəsinin məzmunu da bunu ifadə edir. Belə ki, səhm digər hüquqlarla yanaşı cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə səhmdarın hüququnu təsdiqləyir. Eyni zamanda, qeyd edildiyi kimi, səhmdar cəmiyyətinin çevrilməsi çoxmərhələli proses olaraq həm də əvvəlki hüquqi şəxsin ləğvini ehtiva edir. Ümumi yığıncaqda çevrilmə haqqında qərar verərkən səhmdarlar eyni zamanda səhmdar cəmiyyətinin ləğvi haqqında qərar vermiş olurlar. Məhz bundan sonra yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdar öz ləğvetmə payının verilməsini tələb edə bilər. Lakin qanunvericilikdə səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinin bütün mərhələlərini dəqiq nizamlayan qaydaların olmaması həm bütün səhmdarların, həm səhmdar cəmiyyətinin kreditorlarının hüquqlarına, həm də dövlətin maraqlarına (məsələn, vergi məsələlərində) mənfi təsir göstərə bilər. Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayət i üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur... Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqişəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətin maraqlarına uyğun gəlmir. Yalnız yenidən təşkil olunan təşkilatın kreditorlarının tələblərinin ödənilməsinin təminatı real təhlükə altına düşərsə, (məsələn, yeni təsis olunan təşkilatın nizamnamə kapitalı əvvəlki təşkilatın nizamnamə kapitalından kəskin surətdə az olarsa) kreditorların Mülki Məcəllənin 58.2-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüquqları yarana bilər. Göründüyü kimi hər bir kommersiya təşkilatının əsas məqsədi gəlirin əldə olunmasıdır. Bu məqsədə nail olmaq üçün onlar müxtəlif, o cümlədən təşkilatın yenidən təşkili ilə bağlı qərarlar qəbul edirlər. Bu hallarda dövlətin səlahiyyətli orqanlarının belə qərarların iqtisadi cəhətdən məqsədəuyğunluğunu yoxlamaq səlahiyyəti yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iştirakçıların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçılarının iştirakı prinsipinə əsasən həyata keçirilmişdir. Cəmiyyət öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Ümumi yığıncağın iclası cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıların iştirakı ilə baş tutduğundan səlahiyyətli hesab edilmişdir. Həmçinin cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin əmlakı hesabına deyil, mövcud təsisçinin cəmiyyətin nizamnamə kapitalına əlavə pay qoyması hesabına həyata keçirilmişdir. Odur ki, formal mülahizələrə əsaslanmış iddia tələbi rədd edilməlidir. Bununla yanaşı «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il trixli Qərarının 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbuletmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərhedilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər birtərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Qanunun mənasından göründüyü kimi sübut etmə vəzifəsi birinci növbədə məhkəməyə müraciət etmişşəxsin, yəni iddiaçının borcudur. İddiaçıların isə buna kifayətqədər vaxtı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin mənasına görə sübutların qiymətləndirilməsinə hər şeydən əvvəl məhkəmə tərəfindən onların aidliyini, mümkünlüyünü, habelə doğruluğunu, tamlığını müəyyən etmək daxildir. Dolayı sübutları qiymətləndirərkən isə məhkəmə bundan əlavə bütün aşkar edilmiş faktların köməyilə sübutetmə predmetinə daxil olan halın mövcud olması haqqında düzgün nəticə əldə etməyin mümükünlüyünü də həll etməlidir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmişqüvvəsi yoxdur. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsinin nəticəsi qətnamənin əsaslandırıcı hisəssində əks olunmalıdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: İş materiallarından və işin faktiki hallarından göründüyü kimi irəli sürülmüşiddia bu işüzrə toplanmış faktlarla sübut edilmir. Yəni, göründüyü kimi məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və mötəbərliyi şübhə doğurur. Məhkəmə hazırki qətnaməni qəbul etməklə guya iddiaçıların hüquqlarını qorumasını göstərsədə lakin faktiki olaraq mübahisələndirilən qətnamə hüquqişəxsin iflic olmasına səbəb olur ki, bu da hüquqişəxsin və digər təsisçilərin hüquqlarının kobutcasına pozulmasına gətirib çıxardır. Əlavə olaraq qeyd edim ki, məhkəmənin 18 mart 2021-cı il tarixli 2(006)- 2602/2021 saylı qətnaməsi rəsmi olaraq 15 aprel 2021-ci il tarixdə təqdim edilmişdir. Nəzər alınmalıdır ki, qətnamədən şikayət vermə müddətinin son günü 15 may 2021-ci il tarixə qeyri iş gününüə təsadüf etdiyi üçün şikayət 16 may 2021-ci il tarixdə verilmişdir və bununla da tərəflərindən 1 aylıq şikayət vermə müddəti ötürülməmişdir. Belə ki, AR MPM-nin129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2cimaddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.2- ci maddəsini rəhbər tutaraq apellyasiya şikayətimin təmin edilməklə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)- 2602/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddiatələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin vəkili Vəkil2 apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməklə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)- 2602/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin rədd edilməklə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2602/2021 saylı qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2602/2021 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC-nin 22.12.2017-ci il tarixli nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı onun təsisçilərinin payı hesabına yaradılır.Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmində, hər birinin dəyəri 01 manat olan 20 paydan ibarətdir və təsisçi tərəfindən bir dəfəyə pul şəklində ödənilmişdir. Təsisçi Nizamnamə kapitalına öz paylarını pul şəklində, habelə daşınar və daşınmaz əmlak, eləcə də şəxsi qeyri-əmlak formasında qoya bilərlər. (iş, cild 1, vərəq 26) İş materiallarında olan Cavabdeh1 MMC-nin 11.10.2019-cü il tarixli nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı ******* manat həcmindədir və hər biri 01 manat olmaqla ******* paydan ibarətdir. (iş, cild 1, vərəq 31) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının 10.10.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına 10.10.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 199000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 40) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının 08.10.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına 21.08.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 1020000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 42) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının 08.10.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına 08.10.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 481000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 41) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının 05.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına 05.09.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 680 000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 41) İş materiallarında olan “Xalq Bank” Mərkəzi filialının 10.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC-nin bankda olan AZ17HAJCHCRAZN**********3001 saylı manat hesabına 10.09.2019-cu il tarixdə təsisçi Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 340 000.00 manat artırılmışdır. (iş, cild 1, vərəq 45) İş materiallarında olan Cavabdeh1 MMC-nin 08.08.2019-cu il tarixli təsisçilərinin ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 cəmiyyətin nizamnamə kapitalına əlavə pay qoyaraq 3740.000 manat məbləğində Nizamnamə kapitalı artırılsın. (iş, cild 1, vərəq 59) İş materiallarında olan 02.02.2018-ci il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9, Cavabdeh1 MMC-dəki ona məxsus olan 40% payını “alıcı” Cavabdeh2 15% payını, alıcı Cavabdeh4, 15% payını, alıcı İddiaçı2, 10% payını alıcı Cavabdeh5, 10% payını, alıcı İddiaçı1 və 10% payını alıcı Cavabdeh3 saldı. Alıcılar Cavabdeh2, X16, İddiaçı2, Cavabdeh5, İddiaçı1 və Cavabdeh3 həmin payı aldı. (iş, cild 1, vərəq 72) İş materiallarında olan 21.12.2017-ci il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X15, Cavabdeh1 MMC-indəki ona məxsus olan 100% payını alıcı X1. Alıcı X1. X3 həmin payı aldı. . (iş, cild 1, vərəq 79) İş materiallarında olan 02.12.2017-ci il tarixli payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh3, Cavabdeh1 MMC-dəki ona məxsus olan 100% payını alıcı X4. Alıcı X4. X7 həmin payı aldı. (iş, cild 1, vərəq 84) İş materiallarında olan 16.11.2017-ci il tarixli nizamnamə kapitalındakı paylarının alqısatqı müqaviləsindən görünür ki, 24.05.2017-ci il tarixində ********** nömrəsi il Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına almış, ünvan 4 ünvanında olan Cavabdeh1 MMC nizamnamə paylarının alqı-satqısı. (iş, cild 1, vərəq 92) İş materiallarında olan 12.11.2019-cu il tarixli Cavabdeh1 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh7 500 manat, 500 pay, Cavabdeh6 500 manat, 500 pay Cavabdeh1 MMC-nin nizamnamə kapitalına pay qoyma yolu ilə daxil olunsun və bununla əlaqədar Cəmiyyətin Nizamnamə kapitalı artırılsın. (iş, cild 2, vərəq 65) İş materiallarında olan Cavabdeh1 MMC-nin 4-cü redaksiyada verilmiş nizamnaməsindən görünür ki, cəmiyyəin nizamnamə kapitalı ******* manat həcmindədir və hər biri 1 manat olmaqla ******* paydan ibarətdir. İş materiallarında olan 25.11.2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağın protokolundan görünür ki, İddiaçı2 (nizamnamə kapitalında 3 manat, 3pay, pul şəklində), İddiaçı1 (nizamnamə kapitalında 2 manat, 2 pay, pul şəklində) və Cavabdeh6 (nizamnamə kapitalında 500 manat, 500 pay, pul şəklində) keçirilən ümumi yığıncağında iştirak etməyərk yeni yaranan Mənzil Tikinti Kooperativin üzvü olmaq hüququndan istifadə etmədiyi üçün müstəqil auditor cəlb edilərək Cəmiyyətin aktivləri barədə balans tərtib edildikdən sonra onların pay nisbətində uyğun əmlak və ya pul şəklində hesablanaraq onlara qaytarılmasının təmin edilməsi icra orqanına həvalə edilsin. Təsis payları nisbətində onlara çatmalı əmlak və ya pul onlara təqdim edildikdən sonra həmin fiziki şəxslərin hüquqi şəxsdə təsisçilik hüquqlarına xitam verilmiş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. İşin hallarına görə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi gömüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış binaların sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi Cavabdeh1nə həvalə edilmişdir. Bundan sonra MMC qarışıya qoyulmuş məqsədə çata bilmək üçün hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə görə həmin qeyri yaşayış binasının alınması və s. kimi hallar zəruri etmişdir ki, cəmiyyətin nizamnamə kapitalı əlavə pay qoyulması vasitəsi ilə artırılsın. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 nizamnamə kapitalının artırılması üçün pul vəsaitlərinin olmamasını yazılı olaraq bildirmişlər (həmin məktublar iş materiallarına əlavə edilmişdir). Bundan sonra 08.08.2019-cu il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmiş və cəmiyyətin Nizamnamə kapitalı artırılaraq hər birinin nominal dəyəri 1 manat olmaqla ******* manat müəyyən edilmişdir. Təsisçilərin 08.08.2019-cu iltarixli ümumi yığıncağında bütün təsisçilər yığıncağın vaxtı və yeri barədə xəbərdarlıq edilmiş, ümumi yığıncağın 4 nəfər təsisçisi 75 % təsis payı ilə işfirak etmiş lakin 2 nəfər (İddiaçı1, İddiaçı2) təsisçisi 25% təsis payı ilə iştirak etməmişdir. Yetərsay olduğuna görə ümumi yığıncaq səlahiyyətli olmuş və bundan sonra iştirak etməyən təsisçilər mübahisə irəli sürməmişlər.Bundan sonra 25 noyabr 2019-cu il tarixdə təsisçilərin ümumi yığıcağı keçirilmiş və cəmiyyət mənzillərin tikintisiilə məşğul olduğu, tikilən binanın pilot layihə olaraq əvvəllər orada yaşayan sakinləridə əhatə etməsi nəzərə alınaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həm binanın tikintisi həm də sonradan mənzillərin sakinlərin və digər şəxslrin adına rəsmiləşdirilməsi üçün uyğun təşkilati-hüquqi forma Mənzil Tikinti Koperativi olduğundan cəmiyyətin fəaliyyətinin mövcud qanunvericiliyə görə “Mənzil Tikinti Koperativi” təşkilati hüquqi formasına uyğun gəldiyini nəzərə alınaraq Cəmiyyət Mənzil-TikintiKoperativinə çevrilmiş və bundan irəli gələn məsələlər həll edilmişdir. Təsisçilərin 25.11.2019- cu il tarixli ümumi yığıncağında bütün təsisçilər yığıncağın vaxtı və yeri barədə xəbərdarlıq edilmiş, ümumi yığıncağın 5 nəfər təsisçisi ******* təsis payı ilə iştirak etmiş lakin 3 nəfər təsisçisi 505 təsis payı ilə iştirak etməmişdir. Beləliklə ümumi yığıncaq səalahiyyətli olmuşdur. Daha sonra iş üzrə məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki,”Tac 1 Residence”MMC-nin təsisçisi İddiaçı1 ümumi yığıncağın tarixi barədə bildiriş qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana - ünvan 2elə ki, 08.08.2019-cu il tarixdə saat 11:00-a təyin edilmiş nizamnamə kapitalının artırılmasına dair ümumi yığıncağın keçirilməsi barədə bildiriş 07.08.2019-cu il tarixdə saat 11:35-də poçt şirkətinə təhvil verilmiş, bildiriş həmin tarixdə 18:03-də İddiaçı2çatdırılmışdır. 12.11.2019-cu il tarixli yeni təsisçilərin daxiledilməsinə dair 11.11.2019-cu il tarixdə saat 11:20-də kuryerə təhvil verilmiş, bildirş İddiaçı2 oöğluna 11.11,2-019-cu il tarixində günün sonunda təhvil verilmişdir.Sonuncu bildiriş isə İddiaçı1 Azərbaycan Respublikasından kənarda olan zaman keçirilmiş və bununla təsisçinin MMC-nin yığıncağında iştirak etmək hüququ məhdudlaşdırılmışdır.Bununla yanaşı Cavabdeh1 MMC-nin təşkilatı forması dəyişən zaman, yəni çevrilmə edildikdə zəruri prosessual tələblərə riayət edilməmiş, İddiaçı2 yazılı bildiriş göndərilməmişdir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqişəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı1 və İddiaçı2 təsiscilikdən caxarılması barədə məlumatın reyestrdə geydə alınması qanunsuz və əsassızdır. Kollegiya hesab edir ki, göstərilən hallar təsdiqini tapmamışdır.Belə ki, İddiaçı1 ümumi yığıncağın tarixi barədə bildiriş məhz ona məxsus AZE № ******* seriyalı şəxsiyyyt vəsiqəsində göstərilmiş qeydiyyatda olduğu ünvana - ünvan 3zərə alınmalıdır ki, sonuncu özü barədə anket-məlumatlarını və şəxsiyyət vəsiqəsini cəmiyyətə təqdimetmiş və onunla yazışmalar da həmin ünvan üzərindən aparılmışdır.Əgər İddiaçı1 qeydiyyat ünvanında deyil, faktiki olaraq başqa ünvanda yaşayış yeri seçmişdisə belə, qanunvericiliyin tələbinə görə o, bu barədə Cavabdeh1 MMC-ni əvvəlcədən məlumatlandırmalı idi ki, bildiriş tərəflərindən yeni ünvan üzrə göndərilsin. Bununla yanaşı sonuncu bildirişlə bağlı İddiaçı1 xarici ölkədə olması barədə də Cavabdeh1 MMC-yə əvvəlcədən məlumat verməsinə dair iş materiallarında sübut mövcud deyildir. Nəzərə alınmalıdır ki, bildirişlər sonuncunun məlum olan ünvanına göndərilmiş və xəbərnaməyə əsasən qəbul edilmişdir.Bununlada MMC üzərinə düşən öhtəlikləri icra etmişdir. Digər təsisçi İddiaçı2 bildiriş göndərilmiş və ümumi yığıncağın keçiriləcəyindən xəbəri olmuşdur.Belə ki, bildirmişdir ki, ona təsisçilərin ümumi yığıncağının keçirilməsi barədə bildiriş yiğincaqdan bir gün öncə çatdırılmışdır və onun iştirak etmək hüququ pozulmuş və eyni zamanda bildirmişdir ki, ümumi yığıcağın keçiriləcəyi yerə keçirilmə saatında gəlmiş və ona bildirilmişdir ki, ümumi yığıncaq oöyektiv səbəblərdən baş tutmamışdır. Göründüyü kimi, özü qeyd edir ki, ümumi yığıncağın vaxtı və yeri barədə ona məlumat verilmiş, vaxtı və yeri barədə xəbərdar olmuş və həmin saatda yığıncağn keçiriləcəyə yerə getmişdir.Həmin saatda digər təsisçilərin iştirakı ilə ümumi yığıncaq keçirilmişdir. Bundan əlavə iş üzrə məhkəmə qətnaməsində öz gəldiyi nəticəni əsaslandırarkən yuxarda qeyd edilənlərlə yanaşı Cavabdeh1 MMC- nin təşkilatı forması dəyişən zaman, yəni çevrilmə edildikdə zəruri prosessual tələblərə riayət edilməməsini göstərmişdir.Lakin hansı zəruri prosessual tələblərə riayət edilməməsini əsaslandırmamış və nəyə görü bu qənaətə gəldiyini izah etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2011-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir. Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi“bir səsli səhm - bir səsdir” (Mülki Məcəllənin 107-3.5cimaddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafın a şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Eyni zamanda, həmin Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa görə, səhmdarların ümumi yığıncağının qərarı “bir səsli səhm - bir səsdir” müddəası nəzərə alınmaqla ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar isə səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Çevrilmə nəticəsində yenidən təşkil olunan cəmiyyətdə iştirak etmək istəməyən səhmdarların paylarının ayrılmasının dəqiq nizamlanma qaydası mülki qanunvericilikdə mövcud deyildir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, çevrilmə yolu ilə yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdarlara ləğvetmə payı verilməli və yeni qurulan məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaq istəyən şəxslər tərəfindən nizamnamə təsdiq olunmalıdır. Həmçinin Mülki Məcəllənin 1077.1-ci maddəsinin məzmunu da bunu ifadə edir. Belə ki, səhm digər hüquqlarla yanaşı cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə səhmdarın hüququnu təsdiqləyir. Eyni zamanda, qeyd edildiyi kimi, səhmdar cəmiyyətinin çevrilməsi çoxmərhələli proses olaraq həm də əvvəlki hüquqi şəxsin ləğvini ehtiva edir. Ümumi yığıncaqda çevrilmə haqqında qərar verərkən səhmdarlar eyni zamanda səhmdar cəmiyyətinin ləğvi haqqında qərar vermiş olurlar. Məhz bundan sonra yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdar öz ləğvetmə payının verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur... Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqişəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətin maraqlarına uyğun gəlmir. Yalnız yenidən təşkil olunan təşkilatın kreditorlarının tələblərinin ödənilməsinin təminatı real təhlükə altına düşərsə, (məsələn, yeni təsis olunan təşkilatın nizamnamə kapitalı əvvəlki təşkilatın nizamnamə kapitalından kəskin surətdə az olarsa) kreditorların Mülki Məcəllənin 58.2-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüquqları yarana bilər. Göründüyü kimi, hər bir kommersiya təşkilatının əsas məqsədi gəlirin əldə olunmasıdır. Bu məqsədə nail olmaq üçün onlar müxtəlif, o cümlədən təşkilatın yenidən təşkili ilə bağlı qərarlar qəbul edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2602/2021 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar