Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6836/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X1rşı iş üzrə (Açar sözlər: ezamiyyə xərcinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X19, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X12 İnstitutunun nümayəndələri X10 və X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X1rşı “ezamiyyə xərcinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1597/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli Ez-314 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh1 haqqında Əsasnamə”nin 18.8-ci bəndini rəhbər tutaraq Cənubi X34 Universiteti və Sakit Okean – X29 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçiriləcək təlimdə Nazirliyin nümayəndələrinin iştirakını təmin etmək məqsədi ilə Qaz X3 direktoru X20 və X12 İnstitutunun böyük elmi işçisi İddiaçı 2019-cu il 02-12 iyul tarixlərində 11 gün X37 Respublikasının Guangzhou şəhərinə ezam edilməsi, Ə.Q.Fətəliyevin və İddiaçı ezamiyyə xərcləri onların işlədikləri qurumlar tərəfindən ödənilməsi, Ə.Q.Fətəliyev bu ezamiyyə ilə bağlı hesabatını nazir müavini İlham Quliyevə, İddiaçı isə nazir müavini Seyfəddin Talıbova təqdim etməsi əmr edilmişdir. Əsas: Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcovun 2019-cu il 24 iyun tarixli 21/M-131 nömrəli təhriri məruzəsi.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X12 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K-294 saylı əmrin surətindən görünür ki, Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi laboratoriyasının aparıcı mütəxəssisi İddiaçı 2019-cu il 01 oktyabr tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Aqrar Elm və X2 X26 tərəfindən “Gəncə ASAN” vəkil bürosunun vəkili Natiq Əliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə X27 cənab İnam Kərimovun imzaladığı Ez-314 saylı əmr əsasında İddiaçı 2019-cu ilin 02-12 iyun tarixlərində 11 gün müddətinə Cənubi X34 Universiteti və Sakit X8 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçiriləcək təlimlərdə iştirak etmək üçün Nazirlikdən ezam olunmuş nümayəndələrin tərkibində iştirak etmişdir. Əmrin 2-ci paraqrafında ezamiyyə xərcləri ezam olunmuşların işlədikləri quruma həvalə olunması rəhbər tutularaq İddiaçı hesablanmış ezamiyyə xərcinin 3807,95 manat təşkil etməsinə baxmayaraq, 2019-cu ilin büdcə smetasının 222520 maddəsində xarici ezamiyyə xərclərinə vəsait olmadığı üçün hal-hazıra kimi həmin vəsaitin ödənilməsi mümkün olmamışdır. Odur ki, xarici ezamiyyələrə vəsaitin ayrılması üçün aidiyyəti üzrə dəfələrlə müraciət etmişlər və bildirirlər ki, 2020-ci ilin büdcə smetasının 222520 maddəsində xarici ezamiyyə üçün vəsait ayrılmalıdır. Həmin vəsaitin ayrıldığı andan İddiaçı haqlı tələbi ödəniləcəkdir.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X12 İnstitutu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri Mikayıl Nuriyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, X12 İnstitutunun sabiq aparıcı mütəxəssisi İddiaçı ezamiyyə xərcinin ödənilməsi üçün 222520 maddəsindən 3807,95 manat vəsaitin ayrılmasında köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdeh1 tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cənubi X34 Universiteti və Sakit X6 tərəfindən ipəkçiliyin inkişafına dair keçirilən təlimdə iştirakı ilə bağlı, yol xərci istisna olmaqla, bütün xərclər dəvət edən təşkilat tərəfindən ödənilmişdir. Ona görə də İddiaçı yalnız yol xərci ödənilməlidir.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İddiaçı ünvanlanmıış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Heyvandarlıq ElmiTədqiqat İnstitutunun 2020-ci ilin büdcə smetasında 222520 (xarici ezamiyyətlər) iqtisadi xərc maddəsində xarici ezamiyyət vəsaiti nəzərdə tutulmadığı üçün İddiaçı ezamiyyə xərclərinin ödənilməsi mümkün deyil. Növbəti ilin büdcəsində müvafiq maddə üzrə vəsait ayrıldığı təqdirdə ezamiyyə xərcləri üzrə qalığın ödənilməsi təmin ediləcək.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X12 İnstitutu tərəfindən 20 saylı Xəzinədarlıq İdarəsinin rəisi Rəşid Yusifova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli Ez-314 saylı əmrinə əsasən X11 11 gün müddətinə Çin Xalq Respublikasına, xx.xx.2019-cu il tarixli Ez-471 saylı əmrinə əsasən isə X4 Respublikasına 4 gün müddətinə ezam olunmuşlar. Həmin vaxta maliyyə vəsaiti olmadığına görə X7 1490 manat, X17 435,71 manat hesablanmış ezamiyyə xərci ödənilməmişdir. Hal-hazırda Nazirlik tərəfindən həmin xərcin ödənilməsi üçün 222520 maddəsinə 2010 manat vəsait ayrılmışdır. Yuxarıda göstərilən ezamiyyə xərclərinin ödənilməsinə köməklik edilməsini xahiş edilmişdir.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X12 İnstitutu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 2020-ci ilin büdcə smetasında “Xarici ezamiyyə” maddəsində vəsait olmadığı üçün İddiaçı ödəniş edilməmişdir. 2021-ci ilin büdcə smetasından ezamiyyə xərclərinin ödənilməsi üçün xx/xx-0070 saylı, xx.xx.2021-ci il tarixli məktubla 20 saylı Xəzinədarlıq İdarəsinə müraciət olunmuşdur. Bundan əlavə bildirirlər ki, Nuranə Elm an qızı Qəmbərovanın ezamiyyə xərclərinin bir hissəsi Çin Xalq Respublikası tərəfindən, bir hissəsi isə 2019-cu ilin iyul ayında X13 direktoru Əkrəm Fətəliyevin şəxsi hesabından ödənilib.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən İddiaçı, surəti X21 Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X12 İnstitutunun rəhbərliyi tərəfindən təqdim olunmuş məktubda 2020-ci ilin büdcə smetasında xarici ezamiyyə maddəsində vəsait olmadığını üçün ezamiyyə xərcinin ödənilmədiyini, 2021-ci ilin büdcə smetasında ezamiyyə xərcinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzanədarlıq Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinə xx.xx.2021-ci il tarixli, xx/xx- 0070 nömrəli məktubla müraciət olunduğunu və əlavə olaraq ezamiyyə xərcinin bir hissəsi Çin Xalq Respublikası tərəfindən, bir hissəsi isə X14 direktoru Əkrəm Fətəliyevin şəxsi hesabından ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən HETİ-nin rəhbərliyinin müraciətinə xx.xx.2021-ci il tarixli, 01/04-01- 59 nömrəli məktubla cavab olaraq 2021-ci ilin xərclər smetasında xarici ezamiyyə xərclərinin ödənilməsinə ayrılan vəsait köhnə ilin borcu olduğu üçün xərcin ödənilməsi imkan xaricində olduğu bildirilmişdir. Müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Çin Xalq Respublikasının Guangzhou şəhərinə Cənubi X34 Universiteti və Sakit X8 Mərkəzi tərəfindən ipəkçiliyin inkişafına dair keçirilən təlimdə iştirak etmək üçün ezam olunmuşdur, lakin ezamiyyətdə olduğu müddət üçün İddiaçı ezamiyyə pulu ödənilməmişdir. Buna görə də Nazirlik yanında X21 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən qeyd etdiyi ezamiyyə pulunun ödənilməsinin təmin edilməsi məqsədilə X12 İnstitutunun ünvanına məktub ünvanlanmışdır.
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X3 direktoru Əkrəm Fətəliyev tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin X12 İnstitutunun direktoru Mahir Hacıyevə ünvanlanmış 36 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı ilə 11 gün müddətində Çin Xalq Respublikasının Guangzhou şəhərində ezamiyyətdə olduqları müddətdə yol xərci istisna olmaqla qalan bütün təminatlarının həmin ölkənin dəvət edən təşkilatı tərəfindən yerinə yetirilməsi, İddiaçı maddi imkanı olmadığı üçün 1490 manat məbləğində təyyarə ilə gediş-gəliş xərcini öz şəxsi vəsaiti hesabına ödəmişdir.
11. İş üzrə Çin Xalq Respublikasının Guangzhou şəhərindən təlim kursları ilə bağlı Nuranə İsgəndərovaya ünvanlanmış dəvət məktubundan məlum olur ki, təşkil olunacaq təlim zamanı təlim dövrü çərçivəsində qalacaq (yemək), nəqliyyat və təlim xərcləri proqram çərçivəsində onlar tərəfindən, səyahət xərcləri isə ezam olunan şəxslər tərəfindən qarşılanacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona ödənilməli olan, lakin ödənilməmiş 3807,95 manat ezamiyyə pulunun, 2000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi X12 İnstitutunda işləmişdir. xx.xx.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyi İnam Kərimovun imzaladığı Ez-314 saylı əmr əsasında o, 02-12 iyul 2019-cu il tarixlərdə 11 gün müddətinə Cənubi X34 Universiteti və Sakit X8 Mərkəzi tərəfindən İpəkçiliyinin inkişafına dair keçiriləcək təlimlərdə iştirak etmək üçün ezam olunmuş və nümayəndələrin tərkibində iştirak etmişdir. Qeyd edilən əmrin ikinci hissəsində ezamiyyə xərcinin ezam olunmuşların işlədikləri quruma həvalə olunması göstərilmişdir. Ezamiyyə xərcləri 3807,95 manat təşkil etdiyi müəyyən edilərək hesablanmışdır. Bununla bağlı o, dəfələrlə cavabdehdən tələb etdikdə ona bildirilmişdir ki, 2019-cu ilin büdcə smetasında 222520 maddəsində xarici ezamiyyə xərclərinə vəsait olmadığı üçün hal-hazıra kimi həmin vəsaitin ödənilməsi mümkün olmamışdır. Həmçinin, 2020-ci ilin büdcə smetasında 222520 (xarici ezamiyyətlər) iqtisadi xərc maddəsində xarici ezamiyyət vəsaiti nəzərdə tutulmadığından ezamiyyət xərclərinin ödənilməsi mümkün deyil. Ona ünvanlanan son məktubda 2021-ci ilin xərclər smetasında xarici ezamiyyə xərclərinin ödənilməsinə ayrılan vəsait köhnə ilin borcu olduğu üçün xərcin ödənilməsinin imkan xaricində olduğu bildirilmişdir. Hazırda cavabdeh müxtəlif bəhanələrlə ezamiyyə xərclərini ödəməkdən yayınmaq niyyətindədir. Ezamiyyə xərclərinin hesablanması üçün əsas olan bütün zəruri sənədlər onun tərəfindən cavabdeh orqana təqdim edilmiş, cavabdeh orqanın mühasibatlığı tərəfindən hesablanmış və 3807,95 manat müəyyən edilmiş, dəfələrlə onun tələbi əsasında qeyd edilən məbləğin ona ödəniləcəyi bildirilmişdir. Lakin sonradan bu borcdan qurtulmaq məqsədilə cavabdeh orqan ona bildirmişdir ki, guya ki, onun Cənubi X34 Universiteti və Sakit OkeanX28 tərəfindən ipəkçiliyin inkişafına dair keçirilən təlimdə iştirakı ilə bağlı, yol xərci istisna olmaqla, bütün xərclərin dəvət edən təşkilat tərəfindən ödənildiyindən ona yalnız yol xərci ödəniləcəkdir. Daha sonra isə cavabdeh orqan ona cavab göndərərək ezamiyyə pulunun bir hissəsinin onunla birlikdə ezam olunmuş X13 direktoru Əkrəm Fətəliyev tərəfindən ödənildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh onun ona təqdim etdiyi qəbzlər əsasında ezamiyyətə xərclərini hesabladığı halda, ezamiyyə xərclərinin məbləğinin 3807,95 manat olduğunu bütün məktublarında göstərdiyi halda, sonradan həmin ezamiyyə xərclərini ödəməkdən yayınmaq məqsədilə gah bütün xərclərin dəvət edən təşkilat tərəfindən ödənildiyini bildirir, gah da kiminsə tərəfindən ezamiyyət xərclərinin ödənildiyini bildirir. Cavabdeh ona ezamiyyə pulunu ödəməməklə ona maddi ziyan vurmuşdur. Həmçinin cavabdehin qeyri-qanuni hərəkətləri onun yol xərcinin kiminsə tərəfindən ödənilməsi kimi “sətiraltı” məna daşıyan məzmunlu məktublara verdiyi cavablar ona mənəvi sarsıntı yaşatmışdır.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 avqust 2022-ci il tarixli 2(009)-1597/2022 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilməmişdir.
15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçının ezamiyyətə göndərilməsi ilə əlaqədar qəbul edilmiş əmrdə ezamiyyə xərclərinin işçilərin işlədiyi qurumlar tərəfindən ödənilməsi qeyd edilmişdir. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır.
16. Bundan başqa iddiaçının xarici ölkədə qaldığı 11 gün müddət ərzində xərcləri ezam olunduğu ölkə olan Çin Xalq Respublikası tərəfindən qarşılanmışdır. Dəvət məktubunda da bu xərclərin dəvət edən tərəf tərəfindən qarşılanacağı qeyd edilmişdir. Belə olan halda iddiaçının həmin xərcin tələb edilməsi barədə iddiası əsaslı hesab edilə bilməz. Nəqliyyat xərci kimi 1490 manat da ezam olunan digər şəxs - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax rayon X3 direktoru Əkrəm Fətəliyevin şəxsi vəsaiti hesabına ödənilmişdir. Beləliklə iddiaçının ezamiyyətdə olduğu müddət və nəqliyyat xərcləri ilə bağlı ödənişlər tam həyata keçirildiyindən, iddiaçı tərəfindən həmin xərclərlə əlaqədar hər hansı pul vəsaitinin xərclənməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, iddia tələbi digər cavabdehə münasibətdə də əsassızdır və təmin edilməməlidir.
17. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi üzrə hesab etmişdir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyanla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
18. Həmçinin məhkəmə göstərmişdir ki, iddiaçı 2019-cu ilin iyul ayında ezamiyyətdə olsa da, mövcud tələblə 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Yəni qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür.
19. Məhkəmə gəldiyi nəticəni “İşçilərin ezamiyyə Qadaları”na, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, Mülki Məcəlləsinin 375.2, Əmək Məcəlləsinin 8.1, 296.4, 297, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 128.1, 130.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, hər bir halda işçi ezamiyyətə gedən zaman ona ezamiyyət ilə əlaqədar xərclər ödənilməlidir, həmin xərclərin onun vəsaiti hesabına və ya hər hansı bir insanın vəsaiti hesabına ödənilməsindən asılı olmayaraq hər bir halda müəssisə öz üzərinə götürmüş, öhdəliyi yerinə yetirməli və ezamiyyət xərclərini ödəməlidir. Onun ezamiyyət xərclərinin kim tərəfindən ödənilməsindən asılı olmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi tam yerinə yetirməli idi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Digər cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X12 İnstitutunun nümayəndələri də apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
“İşçilərin ezamiyyə Qadaları”
26. 1-ci hissəsinin 1-ci bəndi. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır
27. 1-ci hissəsinin 2-ci bəndi. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır.
28. 1-ci hissəsinin 5-ci bəndi. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
29. 1-ci hissəsinin 11-ci bəndi. Bu Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
30. Maddə 8.1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
31. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
41. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz, ona aid hissədə iddia tələbi təmin edilə bilməz.
42. Dəvət məktubundan müəyyən edilmişdir ki, təşkil olunacaq təlim zamanı təlim dövrü çərçivəsində qalacaq (yemək), nəqliyyat və təlim xərcləri proqram çərçivəsində onlar tərəfindən qarşılanacaq, səyahət xərcləri isə ezam olunan şəxslər tərəfindən qarşılanacaqdır.
43. İddiaçı həmin xərclərin dəvətedən tərəfindən tam qarşılanmadığını qeyd etsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sübut, ezamiyyətdə olduğu zaman tərəfindən nə üçün və hansı məbləğdə xərclər çəkilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
44. Yol xərci də göründüyü kimi digər əməkdaş tərəfindən edilmişdir.
45. Qanunvericiliyin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
46. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı 2019-cu ilin iyul ayında ezamiyyətdə olsa da, mövcud tələblə 2022-ci ildə məhkəməyə müraciət etmişdir, yəni qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini ötürmüşdür.
47. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
48. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1597/2022 saylı iş üzrə 05 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.