Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6837/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili Sevinc Rzayevanın, cavabdeh-iddiaçı İaşhar İsaevin vəkili Günay Sultanovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və İaşhar İsaeviyə qarşı “mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və tələblərin eyni vaxtda icra olunması barədə” ilk iddiasına, iddiaçı İaşhar İsaevinin cavabdeh İddiaçı qarşı “əldən çıxmış faydanın əvəzinin və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Xətai rayonu, Lütvi-Zadə küçəsi, 2347-48-ci məhəllədəki binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 234 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Başqa mülki iş üzrə Xətai RM-nin xx.xx.2019-cu il tarixli qətnamə ilə qət olunub ki, mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab olunsun, İddiaçı mənzildən çıxarılsın və mənzil boşaldılaraq İaşhar İsaeviyə təhvil verilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət olunub ki, Xətai RM-nin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın, eyni zamanda qət olunub ki, 74.000 manat Cavabdeh1 MMC-dən 74.000 manat alınaraq İddiaçı verilsin Tələb və onun həlli: İşdə 2 iddia – ilk və qarşılıqlı iddia var. İlk iddia İsmayıl Həsənzadə tərəfindən qaldırılıb. Cavabdehlər kimi "xxxx" MMC və İaşhar İsaevi göstərilib. Həmin iddiada tələb olunub ki, mənzilin İsmayıl Həsənzadənin sahibliyində və istifadəsində olması müəyyən edilsin. Daha sonra İsmayıl Həsənzadə (əsl olmayn iddiaçı) anası İddiaçı (əsl iddiaçı) ilə əvəz edilib. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı dəyişib və göstərilənləri tələb edib: 1) mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 96.900 manat (57.000 ABŞ dolları) İaşhar İsaevidən tutulsun və başqa iş üzrə qəbul olunmuş, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılma barədə Xətai RM-nin xx.xx.2019-cu il tarixli qətnaməsi hazırkı işdə tələb olunan pulun ödənilməsi ilə eyni vaxtda icra olunsun; 2) "xxxx" MMC-dən maddi və mənəvi zərərin əvəzi kimi 30.000 manat pul tutulsun, həmin pul başqa iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qaytarılması qət olunmuş 74.000 manat pulla eyni vaxtda ödənilsin, mənzildən çıxarılma ilə pulun tam həcmdə ödənilməsi eyni vaxtda icra olunsun. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, əldən çıxmış fayda formasında maddi zərərin əvəzi kimi 35.500 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat İddiaçı alınaraq İaşhar İsaeviyə verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 45.290 manat İaşhar İsaevidən tutularaq İddiaçı ödənilsin, ilk iddianın qalan hissəsi təmin edilməsin, qarşılıqlı iddia qismən təmin olunsun, əldən çıxmış faydanın əvəzi kimi 8.583,3 manat İddiaçı alınaraq İaşhar İsaeviyə ödənilsin, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Qətnamədən İddiaçı apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia tam təmin edilsin, qarşılıqlı iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı vəkili Sevinc Rzayeva apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh-iddiaçı İaşhar İsaevin vəkili Günay Sultanova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə ilə iki iddia – ilk və qarşılıqlı iddia həll edildiyinə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddia barədə: İlk iddiada irəli sürülən 1-ci tələb üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, İddiaçı mənzilin təmirinə çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb edib, məhkəmə bu tələbi qismən təmin edərək 45.290 manat tutulmasını qət edib. Əks tərəf apellyasiya şikayəti verməyib, ona görə də təmirə çəkilmiş xərcin əvəzini ödəmək vəzifəsinə münasibətdə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmır. Təmirə çəkilmiş xərcin əvəzini ödəmək vəzifəsinin həcminə münasibətdə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır, çünki İddiaçı qətnamədə göstərildiyindən daha çox pul tələb edir. Məhkəmə təmirə çəkilmiş xərcin məbləğini düzgün müəyyən edib. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/819 nömrəli rəyinə görə, mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 45.290 manat təşkil edir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 157.7-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə, yəni təmirə çəkilmiş xərcin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı mənzil 2021-ci ilin aprel ayında əks tərəfə təhvil verib. Ona görə də pulun ödənilməsi ilə mənzilin boşaldılmasının eyni vaxtada icra oluması qət oluna bilmz. İlk iddiada irəli sürülən 2-ci tələb üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, "xxxx" MMC-nin İddiaçı 30.000 manat məbləğində maddi və mənəvi zərər vurması barədə sübutlar məhkəməyə təqdim edilməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddiada irəli sürülən 1-ci tələb üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, maddi zərərin, yəni əldən çıxmış faydanın əvəzi kimi 35.500 manat tələb olunub. Əsas kimi ona istinad olunub ki, mənzil əks tərəfin qanunsuz sahibliyində olduğu müddətdə İaşhar İsaevi (mənzilin qanuni sahibi) mənzili kirayə versəyidi həmin məbləğdə fayda əldə edə bilərdi, lakin İddiaçı (qanunsuz sahibin) hərəkətləri (mənzilə qanunsuz sahiblik etməsi) nəticəsində İaşhar İsaevi bundan məhrum olub. Birinci instansiya məhkəməsi mənzilin qanunsuz sahiblikdə olduğu müddəti və həmin müddətdə əldən çıxmış faydanı (8.583,3 manatı) düzgün müəyyən edib və bunu qətnamədə lazımi qaydada əsaslandırıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələbin təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tələbin qalan hissəsinə (yəni 35.500 manat pul tələbinin təmin edilməyən hissəsinə) münasibətdə qətnamə mübahisələndirilməyib, ona görə də qətnamənin həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Qarşılıqlı iddiada irəli sürülən 2-ci tələb, yəni mənəvi zərərin əvəzi kimi 10.000 manat pul ödənilməsi barədə tələb rədd olunub. Qətnamə həmin hissədə mübahisələndirilməyib, ona görə də qətnamənin əsaslılığı göstərilən hissədə apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6837/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6837/2022
28.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver