Məhkəmə qərarları › İş №2(103)-6844/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6844/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6844/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X2, Cavabdeh2 qarşı «torpaq sahəsinin qanunsuz sahiblik və istifadədən alınaraq iddiaçıya qaytarılması və iddiaçı tərəfindən hasarın çəkilməsi və giriş qapısının qoyulması zamanı maneçilik törədilməsinin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən özbaşına tutulmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957a saylı 0,14 ha torpaq sahəsininin cavabdehin qanunsuz sahiblik və istifadəsindən alınaraq İddiaçı qaytarılması və həmin ərazidə cavabdeh tərəfindən inşa edilmiş hasar və tikililərin cavabdehin hesabına və onun tərəfindən sökülüb ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-115/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən maraqlarına toxunan şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sədaqət Ələsgərovanın şikayəti Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılaraq baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdən göründüyü kimi, qətnamədən cavabdeh X6 tərəfindən də apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə cavabdeh X4 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, mübahisələndirilən qətnamə 03 mart 2023-cü il tarixdə qəbul edilmiş, cavabdeh Müjgan Zeynalova isə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi qətnamənin çıxarılmasından 5 ay sonra verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə, şikayətin vaxtında verilib-verilməməsinə, prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirmədən onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi müşayiət məktubunda yalnız Sədaqət Ələsgərovanın apellyasiya şikayətini baxılması üçün göndərmişdir. Məktubda Cavabdeh2 apellyasiya şikayətinin də göndərilməsinə dair heç bir qeyd yoxdur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar