Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6846/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4853/2023 nömrəli 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xxxxxxx000500 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə görə 07 yanvar 2020-ci il tarixdə İddiaçı “Mağaza” bölməsində “Satıcı” vəzifəsinə işə qəbul olmuş, müddətsiz əmək müqaviləsi bağlamış və aylıq əmək haqqının məbləği 250 manat olmuşdur.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 03 nömrəli əmrə əsasən, İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, “ƏM-nin 68.2 nömrəli maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Əmrin 2-ci bəndində işçinin xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyə şöbəsinə/departamentinə hevalə edilmiş, 3-cü bəndində göstərilmişdir ki, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilsin. Əmrin verilməsinə səbəb kimi “Başqa işə keçməsi ilə əlaqədar” qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 03 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək hər ay üçün 600 manat olmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının, 1000 manat məbləğində aldığı borcun, 200 manat vəkil xidmətinə ğörə xərcin və 10.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan X11 ilə bağladığı xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən cavabdehin icarəyə götürdüyü “Xətai” Metro stansiyasının yaxınlığında yerləşən mağazada satıcı vəzifəsində işləyib. Əmək müqaviləsində əmək haqqının rəsmən 250 manat nəzərdə tutulsa da, faktiki olaraq cavabdeh ona hər ay 600 manat əmək haqqı ödəmişdir. 2022-ci ilin dekabr ayında səbəbi ona izah edilmədən işdən çıxarılmışdır. Öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı bir ərizə yazmadığını, eləcə də hər hansı bir intizam tənbehinə yol vermədiyini bildirib və hansı əsasla işdən çıxarıldığını soruşduqda, X11 ona “mən belə istəyirəm belə də olmalıdır” cavabını vermişdir. Belə olan zaman cavabdehdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə onu tanış etməyi, həmin əmrin surətini, əmək kitabçasını təqdim etməyi tələb etmiş ki, qanunverciliyə müvafiq qaydada həmin əmri mübahisələndirmək imkanı olsun. Lakin cavabdeh əmri və əmək kitabçasını ona verməkdən imtina etmişdir. Daha sonra X3ynar xəttinə zəng edərək qeyri-qanuni olaraq işdən azad olunduğu barədə şikayət edib və məhkəməyə müraciət etmək üçün müvafiq sənədlərin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. X9 ilə tez-tez əlaqə saxlasa da, onlar iki aydan yuxarı bir müddətdə hər dəfə cavabdehi axtardıqlarını, təhqiqat apardıqlarını bildiriblər. X9 bu məsələ ilə bağlı təhqiqat aparsa da, təhqiqatın nəticələri və qəbul etdiyi qərar barədə ona rəsmən yazılı məlumat verməyib eləcə də cavabdehdən əldə edilən sənədlər ona təqdim olunmayıb. Vəkil sorğusuna X4 verilən cavab əsasında ona məlum olub ki, cavabdehin 24 dekabr 2022-ci il tarixli 03 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 sentyabr 2023-cü il tarixli -2(008)-4853/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddəalarının pozulması halları müəyyən edilməmişdir.
7. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz.
8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.1, 68.1, 68.2, 76.1, 83, 84, 85, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı öz xahişi ilə hər hansı bir ərizə yazmadığı halda, 2022-ci ilin dekabr ayında cavabdeh səbəbini izah etmədən onu işdən çıxardığını bildirmişdir. Məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etdikdən sonra, yenidən xx.xx.2023-cü il tarixli 212/23 saylı vəkil sorğusu ilə X6 müraciət etmiş, X5 xx.xx.2023-cü il tarixli 3-17-512- 40299/2023 saylı ikinci cavab məktubu ilə bildirilmişdir ki, “Müraciətiniz ilə bağlı bildiririk ki, İddiaçı 26 dekabr 2022-ciil tarixli müraciəti 28 dekabr 2022-ci il tarixdə X9 Xidmətinə daxil olmuşdur. Həmin müraciət ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparılmış və İddiaçı müraciəti ilə əlaqədar müvafiq cavab verilmişdir. Müraciət əsasında İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişidr. Belə ki, İddiaçı əmək müqaviləsinə işçinin işdən çıxma barədə ərizəsi olmadan Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Bunun ilə bağlı işəgötürən – X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinmiş və barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edilərək 1600 manat inzibatı tənbeh növündə şərti cərimə edilmişdir. X11 barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərar icra edilmədiyi üçün cərimə qüvvəyə minmiş və ASAN Pay elektron ödəniş sisteminə daxil edilmişdir. X11 MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərarda müəyyən edilmiş cərimə məbləğini ödəmişdir.” Göründüyü kimi, işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddəalarının pozulması halları tam sübuta yetirilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
15. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
16. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
17. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
25. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 03 nömrəli əmrə əsasən “başqa işə keçməsi ilə əlaqədar” qeyd olunmaqla Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir.
26. İddiaçı isə hazırda həmin əmri mübahisələndirərək belə bir ərizəsinin olmadığını bildirir.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçı tərəfin müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, müraciət əsasında İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə işçinin işdən çıxma barədə ərizəsi olmadan Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Bunun ilə bağlı işəgötürən – X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinmiş və barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edilərək 1600 manat inzibati tənbeh növündə şərti cərimə edilmişdir. X11 barəsində qəbul edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında şərti qərar icra edilmədiyi üçün cərimə qüvvəyə minmiş və ASAN Pay elektron ödəniş sisteminə daxil edilmişdir. X11 müəyyən edilmiş cərimə məbləğini ödəmişdir.
28. Göründüyü kimi X9 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir.
29. İddiaçın işdən çıxma barədə ərizəsi olmadığı halda işəgötürən, yəni cavabdeh onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsası ilə xitam vermişdir.
30. Bu pozuntu ilə bağlı cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən inzibati xətanı törətdiyinə görə şərti olaraq 1600 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Lakin icra edilmədiyi üçün cərimə qüvvəyə minmiş və cavabdeh cərimə məbləğini ödəmişdir.
31. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən, yəni cavabdeh tərəfindən Əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş vermişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Ona görə də iddiaçının işdən azad edilməsi barədə əmr qanunsuz olduğundan ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir.
32. Məcburi iş buraxma müddəti üçün əmək haqqının 600 manat hesablanmasına gəldikdə isə, iddiaçının həmin tələbi əsassızdır, o, bununla bağlı hər hansı sübut təqdim etməyib, ona görə də ona ödənilməli olan məbləğ rəsmi aldığı əmək haqqına uyğun hesablanmalıdır.
33. İddia tələbinin digər hissələri də əsassız olduğundan Kollegiya həmin hissələrdə iddianın rədd edilməsi qənaətinə gəlir.
34. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «Qeyd»ində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
35. İddiaçı mənəvi ziyanla bağlı tələbini haqsız yerə işdən azad edilməsi nəticəsində mənəvi sarsıntılar keçirməsi ilə əsaslandırmışdır.
36. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyində əmək münasibətləri prosesində vurulmuş mənəvi ziyanın əhatə dairəsi konkret olaraq müəyyənləşdirilmişdir.
37. Hazırki iş üzrə iddiaçıya münasibətdə əmək münasibətləri prosesində işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən mənəvi ziyanın əhatə etdiyi qanunvericilikdə sadalanan hallardan hər hansı birinin baş verməsi sübuta yetirilmir və işin halları ilə müəyyən edilmir. Ona görə də həmin hissədə iddia rədd edilməlidir.
38. Bundan başqa iddiaçı 1000 manat aldığı borcu tələb etmişdir ki, bu hissədə də tələbini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
39. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. İş materiallarında olan “hüquqi yardımın göstərilməsi haqqında” 176 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamış, hüquqi yardım haqqının məbləği 200 manat müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, 200 manat ödənilmişdir.
41. Kollegiya hesab edir ki, vəkil xidmətinə görə ödənilmiş 200 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.
42. Kollegiya onu da qeyd edir ki, hazırki iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsinə baxmayaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdehə birinci instansiya məhkəməsində və hazırki icraat zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilmiş, AZEMİS Sistemi vasitəsi ilə SMS bildirişlər göndərilmiş, lakin o, heç bir prosesdə iştirak etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə də verməmişdir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4853/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. İddiaçı ilə cavabdeh X11 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 03 nömrəli, xx.xx.2022-ci il tarixli əmr ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Vəkil xidmətlərinə çəkilmiş xərcə görə 200 manat məbləğində pul vəsaiti cavabdeh X7 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.