Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6848/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(006)-1378/2021 saylı qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı «kompensasiya və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək, hazırki işin aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(006)-1378/2021 saylı qərardadı ilə cavabdehin nümayəndəsi X1 tərəfindən verilmiş «ərazi aidiyyətinin dəyişdirilməsi» tələbinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh şikayət verərək qərardadının ləğv edilməsi və mülki işin baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 25.01.2021- ci il tarixli, **********869900 saylı çıxarışına əsasən Cavabdeh MTK-nın ünvanı ünvan 1 ümumi qaydalarına görə iş cavabdehin olduğu yerin məhkəməsinə verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1378/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh MTK-ya məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavbdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 03.12.2020-ci il tarixli “Vergi ödəyicilərinin məlumatları haqqında” elektron portaldan çıxarışa əsasən Cavabdeh MTK-nın qeydiyyat (hüquqi) ünvanı AZ1007, ünvan 2mişdir. 21.01.2021-ci il tarixli Cavabdeh MTK-nın nizamnaməsinə edilmiş dəyişiklik haqqında çıxarışdan görünür ki, Kooperativin hüquqi ünvanı dəyişilmiş, ünvan 3lmişdir. İddia ərizəsi Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə 01.12.2020-ci il tarixdə daxil olmuş, 03.12.2020-ci il tarixdə cavabdehin hüquqi ünvanının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən elektron portalda axtarış edilmiş və əldə edilmiş məlumatlardan görünür ki, məhkəməyə iddia ərizəsi verilən zaman Cavabdeh MTKnın hüquqi ünvanı ünvan 4mi, iddia ərizəsi verildiyi dövrdə Cavabdeh MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu olduğu üçün iddia ərizəsi düzgün olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarında riayət olunaraq icraata götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Çünki, hazırki iddia ərizəsi məhkəməyə daxil olarkən cavabdehin hüquqi ünvanının olduğu yer üzrə verildiyindən ərazi aidiyyəti dəyişdirilə bilməz. Başqa sözlə, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da , mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir(MPM.m.44.1) Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh MTK-nın şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(006)-1378/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6848/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6848/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver