Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6852/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(007)-59/2019 saylı qərardadından İddiaçı QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcu, 79.585,81 ABŞ dolları faiz borcu və 4700,0 ABŞ dolları cərimə olmaqla, cəmi 279.456,11 ABŞ dolları borcun; 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999,0 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300,0 ABŞ dolları cərimə olmaqla, cəmi 12.356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun, 21,0 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 300,0 manat pulun əvəzinin Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda Cavabdeh5 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra Cavabdeh5 və Cavabdeh7 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanının boşaldılaraq, alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)- 9742/2019 saylı qətnaməsinə əsasən, İddiaçı QSC-nin və Cavabdeh5 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 59/2019 saylı qətnaməsi mübahisələndirilən- “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləğinin 40.056,39 (qırx min əlli altı dollar, otuz doqquz sent) ABŞ dolları, cərimə borcunun məbləğinin 19.000 (on doqquz min) ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsinin ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(102)- 699/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh7 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 59/2019 saylı qətnaməsindən 27 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, həmin tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 59/2019 saylı, 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər, "Miraj-85” MMC və başqalarına qarşı iddiası qismən təmin edilərək, bankla bağlanmış ayrı-ayrı kredit müqavilələr üzrə yaranmış cəmi 291.812 ABŞ dollar məbləğində borcun müştərək qaydada cavabdehlərdən bankın xeyrinə tutulması, həmçinin tutmanın mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 2 ünvanında yeri, ipoteka edilmiş əmlaka yönəldilməsi, evin hərracdan ilkin satış dəyərinin 790.000 manat məbləğində müəyyən edilməsi və s. qət edilmişdir. Qətnamənin aid olduğu iş üzrə Cavabdeh7 cavabdehlər sırasında göstərilsə də, məhkəmələr barəsində lazımı qayda xəbərdar edilmədiyindən, qətnamə və onunla bağlı məhkəmələrdən xəbəri olmamışdır. Adı çəkilən qətnamənin mövcudluğu ona xx.xx.2023-cü il tarixdə, icra şöbəsinə çağırıldıqda məlum olmuş və həmin gün qətnamənin verilməsi üçün Nizami Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi və qətnamənin ona təqdim edilmədiyi nəzərə alınıb xx.xx.2023-cü il tarixdə qətnamə ona məhkəmədən təqdim edilmişdir. Göründüyü kimi qətnamənin elan edildiyi xx.xx.2019-cu il tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdehə qətnamə xx.xx.2023-cı tarixdə rəsmən təqdim edilmişdir. Ona görə də cavabdehin həmin qətnamədən qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin axımı xx.xx.2023-cü il tarixdən başlanmış olur. Belə ki, AR MPM-nin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddəti verilə bilər. Ona görə də yuxarıda sadalananları nəzərə alıb, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, 29 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətin, qətnamənin elan olunduğu tarixə nisbətdə müddətin ötürüldüyü üzürlü, qətnamənin ona rəsmi təqdim edildiyi tarixə nisbətdə apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilib, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(007)-59/2019 saylı qərardadı ilə ərizə təmin edilərək, 2(007)-59/2019 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin Cavabdeh7 münasibətdə bərpa edilməsi və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(007)-59/2019 saylı qərardadından İddiaçı QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi poçt vasitəsi ilə bütün cavabdehlərin, o cümlədən Cavabdeh7 qeydiyyatda olduğu ünvana göndərilmiş və xx.xx.2019-cu il tarixdə ünvanda qəbul edilmişdir. (mülki iş materialları 2-ci cild, səhifə 186-191). Əsas borclu Cavabdeh5 və Cavabdeh7 ər arvad olmaqla eyni ünvanda yaşayırlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlərin qeydiyyatda olduqları ünvana göndərilmiş və xx.xx.2019-cu il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. Apellyasiya şikayəti verilməsi üçün müddət xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. Cavabdeh müddəti üzrsüz səbəbdən ötürmüşdür və müddətin bərpası üçün əsas yoxdur. Bundan başqa qeyd edilməlidir ki, qətnamə Cavabdeh5 tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, onun şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür. İcra şöbəsi tərəfindən icra sənədinin icrası mərhələsində fərdi yaşayış evi boşaldılarkən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, həmin akt icra məmuru, hal şahidləri, tələbkar bankın nümayəndəsi, əsas borclu Cavabdeh5, həmçinin Cavabdeh7 tərəfindən imzalanmışdır. Göründüyü kimi Cavabdeh7 qətnamədən illər öncə artıq məlumatlı idi. Lakin prosessual müddətin bərpası məsələsinə baxan məhkəmə qeyd olunan halları nəzərə almamış, cavabdehin qətnaməni hələ 2019-cu ildə rəsmi qaydada əldə etməsi, keçən müddət ərzində apellyasiya şikayəti verməməsi, iş üzrə həyata keçirilən icra tədbirləri barədə məlumatlı olması barədə iş materiallarında olan aşkar dəlillərə heç bir hüquqi qiymət verməmişdir. Hesab edirik ki, Cavabdeh5 qətnaməni mübahisələndirmək üçün prosessual imkanları artıq tükəndiyindən, həyat yoldaşı, onunla eyni ünvada yaşayan həmçinin iş üzrə cavabdehlərdən biri olan Cavabdeh7 adından eyni məzmunlu apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin məqsədi artıq qanuni qüvvəsini almış və icra mərhələsində olan qətnamənin icrasına süni maneələr yaratmaq, bank qarşısında öhdəliklərin icrasından yayınmaq və mümkün qədər vaxtı uzatmaqdan ibarətdir. Apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuşdur və müddətin bərpa edilməsi üçün üzürlü hal yoxdur. Cavabdehlərin qətnamənin qəbul edildiyi tarixdən 4 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadığı halda ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehlərlə bank arasında məhkəmə mübahisələri artıq bir neçə ildir ki davam edir və işlə bağlı müxtəlif məhkəmələr tərəfindən çoxsaylı qərarlar qəbul edilmiş, Cavabdeh5 iddia və şikayətləri əsassız olduğundan rədd edilmişdir. Həmçinin Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən dəlillər əsas borclu Cavabdeh5 daha əvvəl qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətlərində, həmçinin müxtəlif məhkəmələrdə banka qarşı qaldırdığı və məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmiş, həqiqiliyi öz təsdiqini tapmamış dəlilləri ilə eynilik təşkil edir. Qətnamənin mübahisələndirilən hissələri daha əvvəl yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanmış və onlara hüquqi qiymət verilmişdir. Qanunvericiliyin tələblərinə görə məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Göründüyü kimi cavabdehlər bir-biri ilə qohum olmaqla, Cavabdeh7Cavabdeh5 həyat yoldaşıdır. Cavabdeh5 qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya və kassasiya qaydasında baxılmış, bu müddət ərzində onunla eyni ünvanda yaşayan Cavabdeh7 proseslərdən xəbərsiz olması, qətnamədən məlumatsız olması qətiyyən ağlabatan və inandırıcı deyildir. Belə ki, keçən müddətdə birinci instansiya, apellyasiya və kassasiya məhkəməsi tərəfindən cavabdehlərin ünvanına məhkəmə bildirişləri, ekspertiza təyin edilməsi və işin icraatının dayandırılması, icraatın təzələnməsi barədə qərardadlar, ekspertiza rəyləri, qətnamələr və işlə bağlı digər sənədlər göndərilmişdir. Həmin sənədlər ünvanda qəbul edilmişdir və bu barədə müvafiq qəbzlər iş materiallarında mövcuddur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(007)-59/2019 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ünvanına (ər-arvad olduqlarından eyni evdə yaşayırlar) göndərilmiş və xx.xx.2019-cu il tarixdə həmin ünvan üzrə qətnamə qəbul edilmişdir. Qətnamə hazırkı mübahisə üzrə Cavabdeh7 əri digər Cavabdeh5 tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, onun şikayətləri təmin edilməmişdir. Bundan başqa qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün İcra Şöbəsinə göndərilmiş, icra tədbirləri nəticəsindəipoteka predmeti olan əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür. İcra şöbəsi tərəfindən icra sənədinin icrası mərhələsində fərdi yaşayış evi boşaldılarkən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, həmin akt icra məmuru, hal şahidləri, tələbkar bankın nümayəndəsi, əsas borclu Cavabdeh5, həmçinin Cavabdeh7 tərəfindən imzalanmışdır. Kollegiya işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Cavabdeh7 mübahisələndirilən qətnamədən məlumatlı olmaması barədə dəlilləri əsassız olduğundan, iş materilları ilə öz təsdiqini tapmadığından, əksinə qətnamənin icrası üzrə icra tədbirlərindən məlumatlı olduğu öz təsdiqini tapdığından müddətin bərpası barədə ərizə əsassız olmaqla təmin edilə bilməz. Göründüyü kimi cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ər-arvad olmaqla eyni evdə qeydiyyatda olmaqla birlikdə yaşadıqlarından həmin qətnamə onların qeydiyyatda olduqları ünvan 4 ünvanına göndərilmiş və hətta Cavabdeh5 tərəfindən qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, qətnamə dəyişdirilmədən salanılaraq icraya yönəldilmişdir. Bundan başqa Nizami rayon İcra Şöbəsi tərəfindən qətnamənin icrası üzrə icra tədbirləri zamanı ipoteka predmeti olan fərdi yaşayış evi boşaldırlakən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan da göründüyü kimi Cavabdeh7 qətnamədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2 maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3 maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5 maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, MPM-nin 135.5-ci maddəsinə əsasən məhkəmə qətnaməsi 16 may 2019cu il tarixdə Cavabdeh7 rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunalara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin cavabdehə rəsmi qaydada verildiyi gündən bir aydan artıq müddət (4 ildən çox) keçdikdən sonra apellyasiya şikayəti verildiyindən, qətnamənin cavabdehə göndərilməməsi və qətnamədən məlumatı olmaması barədə dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla əsassız olduğundan müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməməlidir. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş materiallarını hərtərəfli araşdırmamaqla prosessual hüquq normalarını tələblərini pozduğundan qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(007)-59/2019 saylı qərardadı ləğv edilsin, iş üzrə yeni qərardad qəbul edilsin. Cavabdeh7 tərəfindən verilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6852/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6852/2023
04.11.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver