Məhkəmə qərarları › İş №2(103)-6856/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6856/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6856/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev № 10B-də yerləşən 62 №-li mənzildən (bundan sonra – mənzil) çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh mənzildən çıxarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı mənzilin mülkiyyətçisidir. O, cavabdeh qayınanasıdır. Mənzil 21.12.2004cü il tarixli alıq-satqı müqaviləsi əsasında cavabdehin qayınatasının mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Daha sonra 20.08.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə ərarvadın, yəni cavabdehin qayınatası və qayınanasının ümumi əmlakı bölünmüş, mənzil cavabdehin qayınanasının (iddiaçının) mülkiyyətinə verilmiş və mənzil iddiaçının mülkiyyəti kimi reyestrdə qeydə alınmışdır. Cavabdehin mənzildən istifadə hüququ yoxdur. Belə ki, cavabdeh 2016-cı ildən mənzildə yaşayır. İstifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında müqavilə bağlanmalı idi, lakin belə müqavilə bağlanmayıb. Mülkiyyətçi ilə müqavilə olmadığına görə cavabdehin istifadə hüququ yaranmayıb. Hazırda onun mənzildə yaşaması mülkiyyətçinin iradəsinə ziddir. Odur ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişi baxımından iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar