Məhkəmə qərarları › İş №2(103)-6858/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6858/2023

14.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6858/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Ələsgər qızının, cavabdeh "xxxx" MMC-nin nümayəndələri X1 və Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, 28 avqust 2023cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh 02/16 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə, "xxxx" MMC-də referent vəzifəsində çalışan İddiaçı 19 yavar 2016-cı il tarixdən etibarən Kadrlar şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.

2. X4 İddiaçı müraciətinə **********5 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda gösərilib ki, hüquq pozuntuları ilə əlaqədar olaraq Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı məktub ünvanlanmışdır. Bundan əlavə, məktubda qeyd olunur ki, əmək haqqının bir hissəsinin (700 manat) əmək haqqı bank kartına edilmiş köçürmələr ilə, digər hissəsini isə nağd formada aldığını təsdiq edən sübutları təqdim etmədiyindən, məsələni aydınlaşdırmaq mümkün olmamışdır. 3."Avanqard N” MMC-nin xx.xx.2023-cü il tarixli 47/M saylı əmrində qeyd olunur ki - sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyətini "Avanqard N” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin. İşçinin əmək müqaviləsi elektron sistemdə bərpa olunsun. İşçi xx.xx.2023-cü il tarixdən işə başlasın və onun bir ay müddətində məsafədən (evdən) işləməyinə icazə verilsin(bax.i.v.29).

4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 79/1K saylı əmri ilə MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir. Əmrin ikinci bəndi ilə kadrlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir(bax.i.v.152- 153). 5."xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişində yeni istifadəyə verilmiş Alçıpan zavodunun texniki işçi və inzibati heyətinin sayının artması nəzərə alınaraq Sabunçu rayonu, Binəqədi şossesi 11B ünvanında yeni ofis götürülməsi və zavodun fəaliyyəti üçün texniki və inzibati işçi heyəti vacib olduğundan kadrlar şöbəsinin yuxarıda göstərilən ünvanda yerləşən ofisə keçirilməsi və kadrlar şöbəsinin müdiri kimi İddiaçı da əmək funksiyalarını həmin ünvanda davam etdirməsi qərara alınmışdır. Bildirişdə əlavə olaraq göstərilmişdir ki, İddiaçı 1 ay ərzində baş vermiş bu dəyişikliyə razı olması və ya bundan imtina etməsi barədə yazılı məlumatı təqdim etməlidir və xx.xx.2023-cü il tarixdən kadrlarla iş şöbəsinin yeni ofisində işə çıxmadığı təqdirdə, bu əmək şəraitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəkdir(bax.i.v36).

6. "xxxx" MMC-nin 203/K saylı, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı (Kadrlar şöbəsini müdiri) ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xx.xx.2023-cü il tarixindən xitam verilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmadığı nəzərə alınmış, istifadə edilməmiş 7 (yeddi) əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, işçiyə son haqq-hesabın hesablanıb ödənilməsi mühasibatlıq şöbəsinə həvalə edilmişdir(bax.i.v.124).

7. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X2 adlı övladı vardır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət ədərək "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməyi barədə irəli gələn əmr və digər aktların etibarsız hesab edilməsi; “Avanqard N" MMC-də Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında iddiaçının əmək fəaliyyətinin bərpa olunması və onun öz iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməsi; əmək haqqının tam hissəsinin (1500 Azn) rəsmi formada əmək haqqı kartına köçürülməsi; X4 "xxxx" MMC-nin vəzifəli şəxsinə ünvanladığı məktuba əsasən iddiaçıya ödənilməli olan hamilə vəziyyətdə olan işçinin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi; hamiləlik və doğuşa görə müavinətin 1500 manatdan hesablanaraq ödənilməmiş qalan hissəsinin ödənilməsi; işəgötürənin bütün bu qərəzli hərəkətləri nəticəsində dəymiş 18000 manat maddi ziyanın, iddiaçıya və onun ailəsinə dəymiş mənəvi zərərə görə 100 000 manat təzminatın ödənilməsi; məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin elektron sistemdə bərpa olunaraq işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Tələbdə göstərilir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək analıq məzuniyyətində olmuş, xx.xx.2022-ci il tarixdən isə üç yaşadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı “Avanqard N“ MMC-yə gedərək, müəssisənin direktoru Nümayəndə1 şifahi olaraq xx.xx.2023-cü il tarixdən qismən ödənişli sosial məzuniyyətini başa vuraraq öz iş yerinə qayıtmaq istədiyini bildirmişdir. Onlar razılaşsa da, xx.xx.2023-cü il tarixdə iddiaçı öz işinə başlamaq üçün müəssisəyə daxil olmaq istəyərkən, müəssisənin rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən mühafizə əməkdaşları tərəfindən müəssisənin ərazisinə buraxılmamış və kadrlar üzrə mütəxəssis Abbasov Bəşir tərəfindən rəhbərliyin göstərişi ilə yalnız xx.xx.2023-cü il tarixdən işə başlaya biləcəyi bildirilmiş və bu barədə ərizə yazmağı tələb edilmişdir. İddiaçı tələb olunan ərizəni yazmış, lakin qeyd olunan tarixdə o, işə başlamaq üçün müəssisəyə gəldikdə, yenidən şəxsən direktor Nümayəndə1 və onun göstərişi ilə kadrlar üzrə mütəxəssis Bəşir Abbasov və mühafizə rəisi Ramil Həsənov tərəfindən müəssisənin ərazisinə buraxılmamış və Nümayəndə1 tərəfindən təsisçi Elxan Bəşirovun göstərişinə əsasən iddiaçının daha həmin müəssisədə işləyə bilməyəcəyi bildirilmiş, işdən çıxarılacağı ilə hədələnmişdir. Onun 9 illik əmək fəaliyyəti olan bir müəssisənin ərazisinə buraxılmamağı digər əməkdaşların yanında alçalma hissi yaşatmış və psixoloji əzab, sarsıntı, narahatlıq, məyusluq hissləri keçirməyinə səbəb olmuşdur. Həmin gün təqribən saat 18:30 radələrində "Avanqard N” MMC tərəfindən kuryer vasitəsilə iddiaçının ünvanına xx.xx.2023-cü il tarixli 47/M saylı əmr və xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildiriş daxil olmuşdur. Əmrdə qeyd olunur ki - Sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyətini "Avanqard N” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin. İşçinin əmək müqaviləsi elektron sistemdə bərpa olunsun. İşçi xx.xx.2023cü il tarixdən işə başlasın və onun bir ay müddətində məsafədən (evdən) işləməyinə icazə verilsin. Bu əmr xx.xx.2023-cü il tarixdə tərtib olunsa da, xx.xx.2023-cü il tarixədək iddiaçı ilə tanış olunmayıb və onun 1 ay müddətində məsafədən işləməli olmağı qeyd olunan hissəsi barədə tərtib olunmuş heç bir qərar (sənəd) onunla tanış edilərək, razılaşdırılmayıb. Həmçinin bu əmr ümumilikdə şöbənin deyil yalnız iddiaçının məsafədən işləməyi barədə qərəzli şəkildə tərtib olunub. Bildirişdə isə xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının iş yerinin əmək müqaviləsində qeyd olunan və 9 il müddətində daimi fəaliyyət göstərdiyi ünvanı dəyişdirilərək, müəssisədən kənarda Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında yerləşən, ona məlum olmayan başqa bir ofisə göndəriləcəyi, bununla razılaşmadığı halda isə onu əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən işdən azad edəcəkləri bildirilmişdir. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 47/M saylı əmrin 1-ci bəndində - qismən ödənişli sosial məzuniyyətdən qayıdan İddiaçı "xxxx" MMC-nin kadrlar şöbəsinin müdiri vəzifəsi üzrə əmək fəaliyyəti 47/M saylı ilə bağlanmış xx.xx.2014cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə davam etdirsin qeyd olunduğu halda, eyni tarixdə tərtib olunan ANXO74/2023 nömrəli bildirişdə işəgötürən bu şərtləri birtərəfli qaydada pozaraq, bir-birinə zidd iki sənədlə çıxış etmişdir. Göründüyü kimi "xxxx" MMC əmək müqaviləsinə dəyişikliyi birtərəfli qaydada həyata keçirmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə evdən işləməyi üçün qərəzli formada əmr tərtib edilsə də (kirayədə yaşadığı üçün ev şəraiti əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olmadığı halda) və bu əmrin icrasına nəzarəti rəhbərlik üzərində saxladığı halda, əmr icra edilməmiş və onun evdə işləməyi üçün əvvəlcədən müəssisə tərəfindən heç bir tədbir görülməmiş, lazımi texniki və dəftərxana ləvazimatları ilə təmin olunmamış və işləməyi üçün ona heç bir tapşırıq verilməmişdir. İddiaçının müəssisənin sisteminə giriş üçün istifadəçi məlumatları və elektron poçt ünvanı bərpa olunmamışdır. İddiaçının himayəsində 8 aydır limfa ödəmindən əziyyət çəkən 1 yaşlı körpə uşağı və diz artrozu nəticəsində hərəkət məhdudiyyəti olan yaşlı anasının olduğunu bilərək (bu barədə işəgötürənə cavab məktubunda qeyd etmişdir), bundan əlavə müəssisədə bütün şöbələr və işçiləri rəhbərlik və hal-hazırda kadrlar şöbəsinin əməkdaşı Abbasov Bəşir müəssisədə əsas ofisdə əyani şəkildə fəaliyyət göstərdiyi halda, sırf iddiaçının məsafədən işləməyi barədə əmri və müəssisədəki kadrlarla mütəmadi əlaqədə olan bir şöbənin, müəssisənin əsas ofisindən kilometrlərlə kənarda yerləşdirilməsini və onun əmək müqaviləsində göstərilən fəaliyyət ünvanını bu ünvandan uzaq məsafədə yerləşən hər hansı ona məlum olmayan ofisə onunla razılaşdırmadan dəyişdirərək, onu öz iş yerindən kənarlaşdırmaqları barədə bildiriş sırf iddiaçıya qarşı qərəzli mövqedir. Bütün bu qərəzli mövqedən tərtib olunan əmr və bildirişlərin səbəbi müəssisədə apanlan ikili (rəsmi və qeyri rəsmi) əmək haqqı hesablanması nəticəsində, iddiaçıya hamiləliyə və doğuma görə müavinətin tam əmək haqqına uyğun şəkildə hesablanıb ödənilmədiyinə görə, daha öncə xx.xx.2022-ci il tarixdə müəssisədən X5 şikayətçi olmağı ilə əlaqədar təsisçi Elxan Bəşirovla və Nümayəndə1la aralarında yaranan mübahisədir. Bunu iddiaçıya rəhbərlik özü də şifahi formada etiraf etmişdir. Belə ki, iddiaçının əmək haqqısı faktiki 1500 manat təşkil etdiyi halda, işəgötürənin Azərbaycan Respublikasının Vergi qanunvericiliyini pozması nəticəsində 700 manat olaraq rəsmiləşdirilmişdir və bunun nəticəsində hamiləliyə və doğuma görə müavinət tam əmək haqqına uyğun şəkildə hesablanıb ödənilməmiş, əvəzində isə rəhbərlik 1500 manat əmək haqqına uyğun hesablanmış məbləği işdən öz xahişi ilə ərizə yazıb çıxmağı üçün qeyri rəsmi formada ödəyəcəyini təklif etmiş, lakin iddiaçının bundan imtina etdiyini gördükdə isə hamilə olduğuna görə qanuni güzəşt və imtiyazlardan istifadə etməyini qəbul etməyərək, onu əmək funksiyaları ilə bağlı özbaşınalıqla şərləyəcəyi ilə hədə qorxu gələrək, işdən azad olmağı üçün ərizə yazdırmağa çalışmışdır. İddiaçı bu barədə X5 müraciət ünvanladığında rəhbərlik onun əmək hüquqlarını birdaha pozaraq, onun müəssisənin elektron sisteminə daxil olmaq üçün verilmiş bütün istifadəçi məlumatlarını ləğv etmiş və müəssisəyə məxsus Elektron ünvan elektron poçt ünvanına girişi bağlamışdır. Bu səbəbdən də iddiaçı əmək haqqısının 1500 manat olması barədə qeyri-rəsmi sənədləri müfəttişə təqdim edə bilməmişdir . Şikayətindən sonra ona qarşı hüquq pozuntuları ilə əlaqədar olaraq, "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və iddiaçıya ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı “Avanqard N" MMC-nin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Buna baxmayaraq, həmin vəsait hələ də ödənilməmişdir. Cavabdeh "xxxx" MMC iddiaçının işlədiyi şöbəni Sabunçu rayonu, Binəqədi şossesi, 11B ünvanında yerləşən ofisə keçirməkləri barədə Qərar qəbul edildiyini məktubları ilə bildirsə də, hazırda kadrlar şöbəsinin digər əməkdaşı Bakı-Qazax şossesi 27 km ünvanında yerləşən ofisdə fəaliyyət göstərir. İddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən ofisə göndərilməsinin səbəbi cavabdehin onun hüquqlarının pozulması ilə bağlı sübutları əldə etməyindən qorxmasıdır. Çünki, cavabdeh iddiaçının işdə olduğu təqdirdə bütün rəsmiyyətdən kənar mühasibatlıq barədə yazışmalar və digər sənədləri ələ keçirib məhkəmə və prokurorluq orqanlarına təqdim etməyindən çəkinir. İddiaçının iş yerində bundan əvvəlki hamilə vəziyyətində keçirdiyi streslər, sarsıntılar, iztirablar onun səhhətinə mənfi təsir göstərmiş və sinir sistemində yaranmış pozuntu nəticəsində irəli dərəcədə karpal sinir sindromu diaqnozu qoyulmuş və bütün bunlar hamiləliyinin normal inkişafına mənfi təsir göstərdiyi üçün vaxtından əvvəl təcili doğuşla əlaqədar keysəriyyə əməliyyatı olunmuş və bununla bağlı övladına ağ ciyərin sağ payında anadangəlmə bronxopnevmaniya əlamətləri diaqnozu qoyulmuşdur. Bundan əlavə səhhətində olan problemlə əlaqədar süd verməyinə bağlı olaraq dərman müalicəsi qəbul edə bilməmiş, yalnız fiziki müalicə olunmuş və bu problemin uzun müddət davam etməsi nəticəsində övladına qulluq göstərə bilməmişdir. İddiaçı işəgötürənə bildirmişdir ki, ona qarşı olan bu qərəzli hərəkətləri ilə ona ciddi şəkildə mənəvi, maddi və fiziki ziyan vurur və yaşadığı bu streslər bir ana olaraq, onda ciddi şəkildə emosional gərginlik, psixoloji əzab, sıxıntı, narahatlıq, həyəcan, acizlik və sarsıntı, məyusluq, ədalətsizlik və uzunmüddətli qeyrimüəyyənlik hissləri yaratdığı üçün səhhətinə mənfi təsir göstərir və uşağın ana südü ilə bəslənməsinə mane olur və bu da övladının səhhətinə mənfi təsir göstərərək və eyni zamanda əlavə qidaya ehtiyac duyaraq ona maddi və mənəvi ziyan vurur, həmçinin körpəsinə mənəvi zərər yaradır. İddiaçı sosial məzuniyyətdə olduğu dövrdə bir müddət sonra işə başlayacağına əmin olaraq, özünün, anasının və uşağının müalicəsi və təyin olunmuş dərman vasitələrinin alınması üçün (iş yoldaşı Aysel Gülmalıyevanın zaminliyi ilə) X9 10000 manat kredit götürmüşdür və 10 aydır ki, bu krediti çox çətinliklə ödəyir. Onun işə başlamağında əsas məqsədi də borclarını ödəmək və çətin olan maddi durumunu nisbətən də olsa yaxşılaşdırmaqdır. Lakin işəgötürən onu iş yerinə buraxmamaqla ona bu müddət ərzində maddı və mənəvi zərər vurmuşdur. İddiaçının himayəsində bir yaşlı övladının olması ilə yanaşı o, həm də hamilə olmuş və bu vəziyyətdə işəgötürənin ona yaşatdığı stress, üzüntü, sarsıntı, iztirab, nigarançılıq, psixoloji gərginlik nəticəsində riskli hamiləlik keçirmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 nömrəli Qadın məsləhətxanası tərəfindən verilmiş 63 nömrəli arayış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hamilənin başqa işə keçirilməsi barədə xx.xx.2023 tarixli 64 nömrəli həkim rəyi (TQS No084) işəgötürənə təqdim edilmişdir. Arayışdan görünürdü ki, hamiləlik risk altında olduğu üçün, işəgötürən tərəfindən təyin olunmuş yeni iş yerinin uzaq məsafədə yerləşməsini nəzərə alaraq, uzun yol qət etməyə icazə verilməmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək düşük təhlükəsi diaqnozu də büllitendə olmuşdur və bu barədə bütün üzrlü sənədləri və SN 00008 №0077755 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsini müəssisəyə təqdim etmişdir. Buna baxmayaraq, işəgötürən öz qərəzli məktubları ilə yenədə onu işdən çıxaracağı ilə hədələyərək, onun riskli hamiləlik keçirdiyini bilə-bilə həmin vəziyyətdə ona stres, əsəb, sarsıntı iztirab yaşadaraq, səhhətinin pisləşməsinə birbaşa təsir göstərmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə riskli hamiləliklə bağlı sənədlərini sürətli poçt vasitəsilə müəssisəyə göndərdikdən bir neçə saat sonra, ona özünü müəssisənin hüquqşünası kimi təqdim edən Nümayəndə3 adlı şəxs zəng edərək, göndərdiyi sənədlərə məhəl qoymadıqlarını və onun məhkəmə öncəsi onlara göndərdiyi mediasiya təklifinə əsasən onları məhkəməyə vermək istədiyini anladıqlarını və əgər o, məhkəməyə müraciət etsə, onlar da guya onu hansısa sənədlərin səhv işlənməsi ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirərək, onu məhkəməyə müraciət etməkdən çəkindirmək üçün səhhəti ilə bağlı məlum vəziyyətini bildiyi halda ona hədə qorxu gəlmişdir. İddiaçı isə heç bir səhvə yol vermədiyini, öz hüquqlarını qanuni şəkildə bərpa etmək üçün məhkəməyə müraciət edəcəyini bir daha bildirmişdir. Bu dialoq nəticəsində üzüntü, sarsıntı və psixoloji gərginlik keçirdiyi üçun səhhəti pisləşmiş və təcili tibbi yardım göstərilmişdir. Bundan sonra yenidən xx.xx.2023-cü il tarixdə, iddiaçı ona göstərilən ünvanda işə çıxmayacağı təqdirdə 3 gün ərzində üzrlü səbəb təqdim etməzsə, işdən çıxarılacağı barədə işəgötürəndən növbəti məktub göndərilmişdir. Halbuki, o, 05.04 2023-cü il tarixdə üzrlü səbəbi müəssisəyə təqdim etmişdir. Bunun nəticəsində onun vəziyyəti yenidən pisləşmiş, təcili yardım vasitəsilə 4 nömrəli doğum evinə aparılaraq tibbi yardım göstərilmiş və orada hamiləliyinin riskli olması bır daha qeyd olunmuşdur. Nümayəndə3 hədə-qorxuları xx.xx.2023-cü il tarixdə keçirilən Mediasiya sessiyasında da təkrarlanmış və həmin gün iddiaçıya Qaradağ rayon prokurorluğunun müstəntiqi zəng edərək barəsində şikayət olması barədə məlumat verərək prokurorluğa dəvət etmiş və o, yenə üzüntü, sarsıntı və psixoloji gərginlik keçirərək həyacanlanmışdır. “Avanqard N" MMC-nin rəhbərliyi iddiaçının qanunla ona verilmiş haqlarını tələb etməyini həzm edə bilməyərək, Bakı şəhər Qaradağ rayon Prokurorluğuna yalan məlumatlar verərək, guya iddiaçının əsassız olaraq maaşını 500 manatdan 700 manata qədər özbaşına yüksəltməyi barədə haqsız şikayəti də onu hərtərəfli formada sıxışdırmaq niyyətini göstərir, onun haqlarını tapdalamağı azmış kımı, stres, üzüntü, sarsıntı və psixoloji gərginlik yaşadaraq ana bətnində olan uşağın sağlam formalaşmağına təsir etmişdir. Şikayət ərizəsində guya onun şirkətə 2800 manatdan çox ziyan vurmağı və bununla da onu özündən asılı vəziyyətə salmaq istəməsi də insanları özündən asılı kölə halına salmaq niyyətindən xəbər verir. İşəgötürən bu bərəkəti ilə eyni zamanda onun işgüzar nüfuzunu ləkələyir. İddiaçı “Avanqard N" MMC-yə məktub yazıb bütün üzrlü səbəblər barədə dəfələrlə məlumat versə də, işəgötürən hər dəfə ona məktublar yazaraq stress üzüntü, sarsıntı və psixoloji gərginlik keçirməsinə səbəb olmuş, yaşadığı bu hisslər nəticəsində hamiləliyində düşük təhlükəsi yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “Avanqard N MMC"-nin rəhbərliyinə məktub ünvanlayaraq bir daha aralarındaki əmək münasibətləri barədə yaranmış mübahisələr hüquqi müstəvidə oz həllini tapanadək, onun xx.xx.2023-cü il tarixdən öz iş yerində işə buraxılmağına icazə verilməsini xahiş etmiş və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə öz vəkili ilə birlikdə "xxxx" MMC-yə getmişdir. Vəkilin onunla birlikdə getməsində məqsəd əmək qanunvericiliyi barədə məlumatları bir daha işəgötürənə izah etmək, mübahisələr öz həllini tapanadək həmin ünvanda işləməyinə icazə verilməsini xahiş etmək və bəlkə bu söhbətlər əsnasında barışıq əldə etmək olmuşdur. Lakin həmin gün "Avanqard N” MMCnin ərazisinə nəinki işə başlamaq, heç söhbət etmək üçün belə buraxılmadığı üçün orada keçirdiyi stress, üzüntü, sarsıntı və psixoloji gərginlik nəticəsində vəziyyəti ağırlaşmış və düşüyün başlaması diaqnozu ilə təcili tibbi yardım vasitəsilə 4 saylı doğum evinə çaldırılmış, orada hamiləliyin 1-ci trimestrinin ultrasəs müayinə protokolunda retroxorial hematoma diaqnozu qoyulmuş və təcili abort məsləhət görülmüşdür. Sonra o, qeydiyyatda olduğu qadın məsləhətxanasına getmiş və həkimin verdiyi göndəriş vərəqəsi ilə Məlikov adına 6 saylı xəstəxanada həmin diaqnoz ilə abort əməliyyatı keçirmişdir. Həmin günü iddiaçı öz övladını itirmiş və bu onun həm səhhəti ilə bağlı fiziki əzab çəkməyinə, həm də sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Onun bu vəziyyəti ailə üzvlərinin, ən əsası anasının da səhhətinə mənfi təsir göstərdi, belə ki, bunu bilən anasının təzyiqinin yüksəlməsi nəticəsində vəziyyəti pisləşmiş və təcili yardım göstərilmişdir. Hər dəfə işəgötürən tərəfindən iddiaçının iş yerinə buraxılmamağı, onu işdən çıxarılacağı ilə hədələyərək ünvanına göndərilən məktublar, ona şər ataraq barəsində prokurorluğa edilən şikayət və buna görə prokurorluğa çağırılması xəstə, yaşlı anasının stres, sarsıntı və əzab çəkməsinə səbəb olmuş və bu hər dəfə anasının səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. İddiaçı hələ də bətnindəki övladını itirməklə yaşadığı sarsıntı və iztirab hisslərinin təsiri altında psixoloji gərginlik keçirir, artıq özünü öldürmək həddinə çatmışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqında 11 may 2023-cü il tarixli 203/k əmrinin ləğv edilməsi; İddiaçı kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişinin, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktların etibarsız hesab edilməsi; İddiaçı “Avanqard N" MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyətinin bərpa olunması və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməsi; İddiaçı hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsinin "xxxx" MMC-yə həvalə edilməsi; "xxxx" MMC-dən mənəvi zərərə görə 3.000 (üç min) manat tutularaq İddiaçı ödənilməsi; Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-yə işə qəbul olunmuş, 2016-cı il tarixdən kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmış, 2022-ci ildə övladı dünyaya gəlmişdir. Analıq məzuniyyətindən sonra ona iş yerinin Qaradağ rayonundan Sabunçu rayonuna keçirilməsi və vəzifəsinin həmin ünvanda yerləşən ofisdə davam etdirilməsi təklif edilmişdir. İddiaçı yeni uşağa hamilə olması və hamiləliyinin ağır keçməsi ilə bağlı həmin təklifdən imtina etmişdir. Cavabdeh MMC Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə tam əməl etmədən, yəni, iddiaçı iş yerinin dəyişdirilməsinə razılıq vermədiyindən əvvəlcə onu başqa vəzifəyə keçirməli olduğu halda bunu etməmiş və iddiaçının birbaşa əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Bundan əlavə, məhkəmə tərəfindən təklif edildikdən sonra cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə “Cəmiyyətin kadrla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında” "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 79/1K saylı əmri məhkəməyə təqdim edilmişdir. Həmin əmrdən görünür ki, MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şössesi ünvanda yerləşən zavod ərazisindəki “Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir. Əmrdən görünür ki, əmr “Cəmiyyətin kadrla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında” adlandırılmasına baxmayaraq əmrlə iş yeri Sabunçu rayonuna dəyişdirilmiş 10 işçi arasında kadrla iş şöbəsinin əməkdaşları yoxdur. Əmrin ikinci bəndi ilə kadrlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli bildirişində iddiaçının iş yerinin Sabunçu rayonuna dəyişdirilməsinin qərara alınması göstərilsə də, cavabdeh tərəfindən həmin bildirişdə, eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə həmin qərara və cavabdehin yuxarıda istinad olunan xx.xx.2023- cü il tarixli 79/1K saylı əmrinə istinad olunmamışdır. Bu hal isə belə bir qərarın mövcud olmaması, xx.xx.2023-cü il tarixli 79/1K saylı əmrin isə sonradan geri tarixlə tərtib edilməsini təsdiq edir. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi əsasları pozularaq xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə iddiası əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AN/X/O/74/2023 nömrəli bildirişi, Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi şossesi 11 B ünvanında digər ofisin təşkil edilməsi barədə Qərarın əmək müqaviləsinə birtərəfli şəkildə dəyişiklik edilərək, iddiaçının iş yerinin dəyişdirilməsi hissəsinin qanunsuz hesab edilməsi və bu qərardan iddiaçının iş yerinin dəyişdirilməsi barədə irəli gələn əmr və digər aktları etibarsız hesab edilməli və İddiaçı “Avanqard N" MMC-nin Bakı-Qazax Şossesi 27 ünvanında yerləşən inzibati binasında əmək fəaliyyəti bərpa olunmalı və onun iş yerində əmək fəaliyyətinə buraxılmağına icazə verilməlidir. Bundan əlavə, iddiaçının hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda işə cəlb olunması təsdiq edildiyindən və cavabdeh Əmək Müfəttişliyinin göstəriş məktubunun icra olunaraq iddiaçıya iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə əmək haqqının ödənilməsini təsdiq edən sübutları təqdim etmədiyindən iddiaçının hamilə vəziyyətdə iş vaxtından artıq vaxtda işə cəlb olunmasına görə əmək haqlarının hesablanaraq ödənilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi tələbi də əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, əmək haqqının tam hissəsinin (1500 Azn) rəsmi formada əmək haqqı kartına köçürülməsi, hamiləlik və doğuma görə müavinətin 1500 manatdan hesablanaraq ödənilməmiş qalan hissəsinin ödənilməsi tələbləri iddiaçının əmək haqqısının 1500 manat olmasına dair sübutlar, eyni zamanda 18000 manat maddi zərər tələbi bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının işsiz qalmasını, iddiaçının məcbur olaraq vəkilə və məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 3000 manat tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması xahiş edib şikayətində göstərir ki, birinci instansiya məhkəməsi “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” hüquqi anlayışını ümumiyyətlə düzgün qəbul edə bilməmiş, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə təklifi (bildirişin təqdim edilməsini) “əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi” kimi şərh etmişdir. Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, əmək müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi yolverilməz hesab edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər-hansı dəyişiklik edilməmişdir, onun hüquq və vəzifələri olduğu kimi qalır. İddiaçının sosial məzuniyyətdən qayıtmaqla işə başlamasına dair əmrdən də göründüyü kimi, onun əmək münasibətləri əmək müqaviləsində göstərilən eyni şərtlərlə davam etdirildiyi göstərilir. Yəni, iddiaçının vəzifəsi, iş funksiyaları, əmək haqqı və s. əmək müqaviləsində göstərilən hallar dəyişməz olaraq qalır. Eyni zamanda, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi Əmək Məcəlləsinin 56-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci bəndinə görə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci bəndində isə göstərilmişdir ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Qeyd olunan maddədən görünür ki, işəgötürən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hüququna malikdir. Lakin bu, yalnız Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində göstərilən zərurətdən irəli gəlməli, həmçinin işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işində dəyişikliyə səbəb olmamalıdır. "xxxx" MMCnin hüquqi ünvanı ünvan 9əşir. Cəmiyyət tikinti materiallarının istehslı ilə məşğul olmaqla, bir neçə istehsal və satış sahəsindən, eləcə də bir neçə ofis sahəsindən istifadə etməkdədir. İddiaçının işlədiyi və rəhbərlik etdiyi “kadrlar şöbəsi” əvvəllər "xxxx" MMC-nin zavodlarından biri olan Qaradağ rayonu ərazisindəki “Ağdağ” zavodunun ərazisindəki ofis sahəsində fəaliyyət göstərmişdir. Lakin son dövrlər “Ağdağ” zavodunun gücünün artırılması və genişləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Xüsusən də, Azərbaycan Respublikasının Prezidenti X8 iştirakı ilə “Yeni Ağdağ” zavodunun açılışından sonra zavodun fəaliyyəti ilə bağlı onlarla yeni işçi işə qəbul edilmişdir. Zavodun ərazisindəki ofis sahəsinin bütün işçilərin fəaliyyəti üçün kifayət etmədiyi nəzərə alınaraq yalnız bilavasitə zavodun cari fəaliyyətinə cəlb edilən işçilərin həmin ofis sahəsində saxlanılması, digər struktur bölmələrinin və onların işçilərin fəaliyyətinin isə Cəmiyyətin istifadəsində olan digər ofis sahələrində təşkil edilməsi qərara alınmışdır. O cümlədən, iddiaçının işlədiyi və rəhbərlik etdiyi şöbənin fəaliyyəti də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanında yerləşən ofisdə təşkil edilmişdir. Cəmiyyətin bir sıra digər struktur bölmələri də fərqli ünvanlardakı ofis sahələrində fəaliyyət göstərir və texnologiyanın hazırki inkişafından istifadə ilə struktur bölmələrinin fərqli ünvanlarda yerləşməsi müəssisənin fəaliyyəti üçün hər hansı problem yaratmır. Binəqədi rayonu, Binəqədi şossesi 11B ünvanı isə “Ağdağ” zavodu ərazisindən heç də çox uzaq məsafədə yerləşmir və Bakı şəhərinin ərazisi hüdudlarındadır. İddiaçı ərizəsində onun əmək şəraitinin şərtlərinin dəyişdirilməsini işəgötürənin qərəzli münasibəti kimi izah etməyə çalışmış və birinci instansiya məhkəməsi də bununla razılaşmışdır. İddiaçı və birinci instansiya məhkəməsi “qərəzi” işəgötürən tərəfindən işçinin yol verdiyi hərəkətlərə görə Qaradağ rayon prokurorluğuna şikayət edilməsi ilə “əsaslandırmağa” çalışmışlar. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə və hüquq mühafizə orqanlarına müraciət konstitusion hüquqdur və başqalarının hüquqlarını pozmadığı ölçüdə bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Hazırki iş üzrə iddiaçının əməlləri ilə bağlı işəgötürən tərəfindən Qaradağ rayon Polis İdarəsinə müraciət edilməsi və daha sonra İdarədə qəbul edilən qərardan Qaradağ rayon Prokurorluğuna şikayət verilməsi iddiaçıya qarşı qərəzli münasibətlə deyil, onun hərəkətləri nəticəsində dəymiş ziyanın aradan qaldırılması və hərəkətlərinə hüquqi qiymət verilməsi istəyi ilə bağlı olmuşdur və Qaradağ rayon prokurorluğunun “cinayət işi başlanmasnın rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 27 sentyabr 2023-ci il tarixli Qərarından da göründüyü kimi, haqlı olmuşdur. Əgər işəgötürən iddiaçıya qarşı qərəzli olsaydı, onun hər hansı bəhanə ilə intizam məsuliyyətinə cəlb edilməsini, işdən müvafiq maddələrlə azad edilməsini təşkil edərdi. Halbuki, bu iş üzrə işəgötürənin niyyəti iddiaçının işdən azad edilməsinə deyil, daha sağlam (istehsal zavodunun səs-küylü və daha çirkli ərazisindən) iş mühitində, yüksək təşkil edilmiş ofis şəraitində işini davam etdirməsi olmuş, lakin iddiaçı əsassız tərslik göstərərək heç bir ağlabatan səbəb olmadan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və əvvəlki iş otağından cəmi bir neçə kilometr aralıda, nəqliyyatın işlək olduğu (zavod ərazisinə heç bir ictimai nəqliyyat marşrutu getmir) ərazidəki ofisdə işləməkdən imtina etmişdir. İşəgötürənin atdığı bütün addımlar qanuna əsaslanmışdır. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin birinci hissəsinin tələblərinə əsasən, “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir”. Məcəllənin həmin maddəsinin 2-ci hissəsində göstərilir ki, “İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər”. Əmək Məcəlləsinin 79-cu maddəsindən göründüyü kimi, bu norma işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslarla ləğv edilməsini qadağan edir. Buradan göründüyü kimi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işəgötürənin təklifinin işçi tərəfindən etiraz edilməsi (yazılı etiraz və ya əmək şəraitinin yeni şərtlərinə uyğun işə başlamama ilə etiraz) onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilməsini, bu zaman işçiyə müvafiq müavinətin ödənilməsini nəzərdə tutur və Məcəllənin 79-cu maddəsində göstərilən məhdudiyyətlər əmək müqaviləsinin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam verilməsi hallarına şamil edilmir. Birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan, hətta iddiaçıya hansı mənəvi iztirabın və s. baş verməsinə dair bir cümlə də yazmadan cavabdehdən 3000 manat mənəvi ziyana görə iddiaçının xeyrinə tutlmasını qət etmişdir. Cəmiyyətin fəaliyyətində Əmək Məcəlləsində də nəzərdə tutulmuş iş vaxtından artıq işlərə cəlb etməyə yol verilən hallar kimi müəyyən edilmiş situasiyalar mövcud deyildir. Cəmiyyətin istehsal sahələrində iş ahənginin fasiləsiz təşkilinə ehtiyac yarandığı hallarda isə növbəli iş rejimi tətbiq edilir. İddiaçı kadrlarla iş üzrə şöbənin müdiri vəzifəsində işləmişdir və onun fəaliyyət göstərdiyi şöbənin və ya şəxsən özünün əlavə iş saatlarında işə cəlb edilməsinə hər-hansı ehtiyac yarana da bilməzdi. Müvafiq olaraq, iddiaçının iş vaxtlarından artıq işlərə cəlb edilməsi ilə bağlı hər-hansı əmr verilməmiş, şifahi tapşırıq verilməmişdir. Cəmiyyətdə işə cəlb etmə və s. ilə bağlı əmrlə işlədiyi dövrdə məhz elə iddiaçı tərəfindən hazırlanmış, iş vaxtının uçotu da onun tərəfindən aparılmış, uçot məlumatları onun tərəfindən hazırlanıb rəhbərliyə və mühasibatlığa təqdim edilmişdir. Həmin dövrdə onunla bağlı iş vaxtından artıq işlərə cəlb edilməmə ilə bağlı əmr olmadığı kimi, özü tərəfindən iş vaxtından artıq işlədiyinə dair rəhbərliyə heç bir qeyd təqdim edilməmişdir və bu xüsusat Əmək Müfəttişliyi tərəfindən tam şəkildə araşdırılmışdır. İddiaçının iş vaxtından artıq işlədiyinə görə iş materiallarına tərəfindən hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə ümumiyyətlə nəzərə almamışdır ki, "xxxx" MMC istehsal müəssisəsi kimi fərqli sahələrdə, ərazilərdə fəaliyyət göstərir və əməyin və istehsalatın təşkili baxımından, işçilərin bir ofis və ya istehsalat sahəsindən digərinə keçirilməsi bu cür müəssisələrdə xarakterik haldır və qanunidir. İşçilər də bunu bilirlər və onların əmək müqavilələrində əmək funksiyalarını hansı ünvanda icra edəcəkləri deyil, hansı struktur vahidində, hansı əmək vəzifələri üzrə icra edəcəkləri göstərilib. Müəssisənin Respublikaımın rayonlarında, məsələn, Goranboy rayonu ərazisində də fəaliyyəti vardır və iddiaçı hansısa regiondakı ofis sahəsinə deyil, Bakı şəhəri ərazisindəki ofis sahələrindən birində iş şəraiti ilə təmin edilmək istənilib. Birinci instansiya məhkəməsinin iddiaçını Qaradağ rayonu ərazisindəki zavodun ərazisində “işə bərpa” etməsinin hansı məntiqə əsaslanmasını müəyyən etmək sadəcə olaraq mümkün deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində onun əmək funksiyalarını həmin zavodun ərazisində icra edəcəyinə dair müddəa yoxdur. Birinci instansiya məhkəməsinin məntiqi ilə yanaşsa, iddiaçının cəmiyyətin hüquqi ünvanı olan ünvan 12 ünvanına “işə bərpası” daha əsaslı ola bilərdi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil Ələsgər qızı elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı yazılı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndələri X3 və Nümayəndə3 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Ələsgər qızı ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 54, 1-ci hissəsi. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılmasını təmin etməlidir. Maddə 54, 2-ci hissəsi. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 56, 1-ci hissəsi. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Maddə 56, 2-ci hissəsi. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Maddə 68, 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, 2-ci hissəsi, c bəndi. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 91, 1-ci hissəsi. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Maddə 92, 2-ci hissəsi. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Maddə 300, 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300, 3-ci hissəsi. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia mübahisələndirilən hissədə haqlı sayılırdı.

25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh Əmək Məcəlləsinin 56-cı maddəsinə istinad edərək göstərir ki, işəgötürən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hüququna malikdir. Həqiqətən qeyd olunan maddənin 1-ci hissəsində göstərilir ki, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Ancaq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün mütləq istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olmalıdır. Belə bir zəruriyyətin olması işəgötürən tərəfindən nəinki kifayət qədər əsaslandırılmamış, üstəlik sosial məzuniyyətdən qayıdan iddiaçının hər vəchlə əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirməsi üçün ona müxtəlif manelər yaradılmışdır.

26. Belə ki, iddiaçını əvvəlki iş yerinə buraxılmaması cavabdehin 01 mart 2023-cü il tarixli sosial məzuniyyətdən qayıdan işçinin əmək fəaliyyətini davam etdirməsi haqqında 47/M nömrəli əmrində, Cəmiyyətin kadrla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında 01 mart 2023-cü il tarixli 79/1K nömrəli əmrində və eyni tarixli iddiaçıya ünvanlanmış əmək şəraitinin şərtlərində baş vermiş dəyişikliyə dair Bildirişdə də açıq-aşkar sezilir. Çünki, 47/M nömrəli əmrdə iddiaçının 01 mart 2023cü il tarixli ərizəsinə müvafiq olaraq onun 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərlə 06 mart 2023-cü il tarixdən işə başlaması, MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq G. Müqbülovaya bir ay müddətində məsafədən(evdən) işləməyə icazə verilməsi, mühasibatlıq şöbəsinin bu əmrdən irəli gələn məsələləri təmin etməsi əmr edilmiş(bax.i.v.29); 01 mart 2023-cü il tarixli 79/1K nömrəli əmrində isə MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin yerləşdirilməsini nəzərə alaraq 10 işçinin iş yerinin 02 mart 2023-cü il tarixindən Cəmiyyətin Sabunçu rayonu, Binəqədi şosessi 11 B ünvanında yerləşən ofis sahəsində təşkil edilməsi əmr edilmişdir(bax.i.v.152-153). Lakin 79/1K nömrəli əmr “Cəmiyyətin kadrla iş şöbəsinin fəaliyyətinin təşkili haqqında” adlandırılmasına baxmayaraq əmrlə iş yeri Sabunçu rayonu ərazisinə dəyişdirilmiş, 10 işçi arasında kadrlar şöbəsinin əməkdaşları, o cümlədən iddiaçının adı yoxdur. Əmrin ikinci bəndi ilə kadrlar şöbəsinin əməkdaşlarına əmək şəraitinin şərtlərində baş verən dəyişikliklə bağlı bildiriş təqdim edilməsi əmr edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AN/X/O/74/2023 nömrəli Bildirişdə bildirilib ki, yeni istifadəyə verilmiş Alçıpan zavodunun texniki işçi və inzibati heyətinin sayının artması nəzərə alınaraq Sabunçu rayonu, Binəqədi şossesi 11B ünvanında yeni ofis götürülməsi və zavodun fəaliyyəti üçün texniki və inzibati işçi heyəti vacib olduğundan kadrlar şöbəsinin yuxarıda göstərilən ünvanda yerləşən ofisə keçirilməsi və kadrlar şöbəsinin müdiri kimi İddiaçı da əmək funksiyalarını həmin ünvanda davam etdirməsi qərara alınmışdır. Bildirişin 4 və 5-ci abzaslarında qeyd olunub ki, 1 ay ərzində baş vermiş bu dəyişikliyə razı olması və ya bundan imtina etməsi barədə yazılı məlumatı təqdim etməlidir və xx.xx.2023-cü il tarixdən kadrlarla iş şöbəsinin yeni ofisində işə çıxmadığı təqdirdə, bu əmək şəraitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəkdir.

27. Göründüyü kimi, hər iki əmrdə və Bildirişdə iddiaçının əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zəruriyyətinə əsas kimi kimi MMC-nin kadrlar şöbəsinin əvvəllər fəaliyyət göstərdiyi Qaradağ rayonu, Bakı-Salyan Şossesi ünvanda yerləşən zavod ərazisindəki (“Ağdağ Gips” zavodu) ofis sahəsinə yeni istifadəyə verilmiş Alçipan zavodunun texniki işçi və inzibati heyətinin sayının artması ilə əlaqədar yerləşdirilməsi göstərilmişdir. Ancaq 47/M nömrəli əmrdə iddiaçıya bir ay müddəimndə məsafədən(evdən) işləməsi üçün şərait yaradılmamış və icazə verilməmişdir(yaradılmışdırsa buna dair məhkəməyə heç bir sübut təqdim edilməmiş). 79/1K nömrəli əmrdə isə iş yeri Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşən ofis sahəsinə iş yeri dəyişdirilmiş 10 işçi arasında nə iddiaçının, nədə kadrlar şöbəsinin əməkdaşının adı və vəzifəsi qeyd edilməmişdir. Ancaq eyni tarixli Bildirişdə iddiaçıya əmək funksiyalarının yeni ünvanda, yəni Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşən ofis sahəsində davam etdirməyin qərara alındığı, 06 aprel 2023-cü ildən kadrlarla iş şöbəsinin yeni iş sahəsində(ofisində) işə çıxmadığı təqdirdə bunun əmək şəraitinin şərtlərinə etiraz kimi qiymətləndiriləcəyi göstərilmişdir. Lakin Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşən ofis sahəsinə dair, eləcə də, orada kadrlar şöbəsinin müdiri kimi iddiaçıya əmək funksiyasının həyata keçirmək üçün şəraitin yaradıldığına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Deməli, iddiaçınin əmək şəraitinin dəyişdirilməsi barədə eyni gündə 2 əmr və 1 Bildiriş tərtib edilsə də, hər üç sənədin məzmununda bir-birinə zidd məqamlar var. Bu hallar isə iddianın əsaslı olduğunu, şikayətin dəlillərinin isə açıq-aşkar əsassız olduğuna dəlalət edir.

28. Əksinə həm iddia ərizəsinin və işdə olan sənədlərin məzmunundan, həm də iddiaçının izahatlarından bəlli olur ki, cavabdeh müəssisənin qanunsuz hərəkətləri, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı aidiyyəti orqanlara məlumat verdiyi üçün iddiaçının barəsində ağır intizam tənbehi tətbiq edilmişdir. İddiaçı bu barədə X5 müraciət ünvanladığından onun əmək hüquqlarını pozaraq, müəssisənin elektron sisteminə daxil olmaq üçün verilmiş bütün istifadəçi məlumatlarını ləğv etmiş və müəssisəyə məxsus Elektron ünvan elektron poçt ünvanına girişi bağlamışdır. Bu səbəbdən də iddiaçı əmək haqqının 1500 manat olması barədə qeyri-rəsmi sənədləri müfəttişə təqdim edə bilməmişdir. Şikayətindən sonra ona qarşı hüquq pozuntuları ilə əlaqədar olaraq, "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və iddiaçıya ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı “Avanqard N" MMC-nin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Buna baxmayaraq, həmin vəsait hələ də ödənilməmişdir. Həmin vaxta qədər, iddiaçının heç bir intizam məsuliyyətinə cəlb edilməməsi də işdən də görünür. Deməli, cavabdeh qurum intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır(ƏM.m.187.4).Bu Əmək Məcəlləsinin imperativ tələbidir. Ancaq nə iş materiallarında, nədə cavabdeh tərəfin məlumatlarında bu məsələyə ümumiyyətlə münasibət bildirilmir. Demək ki, cavabdeh tərəf də bu faktı təkzib edə bilmir.

29. Bundan əlavə, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam versə də həmin Məcəllənin 56-cı maddəsinin 2-ci ihissəsinin tələblərini pozmaqla bunu həyata keçirmişdir. Çünki, həmin maddədə qeyd olunur ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. İddiaçının yeni əmək şəraiti ilə, yəni, Sabunçu rayonu Binəqədi şosesi 11 B ünvanında yerləşdiyi göstərilən ofis sahəsində işini davam etdirməyə razılıq vermədiyi bəlli olduğu halda, işəgötürən onun başqa vəzifəyə keçirilməli olduğuna əhəmiyyət verməmiş yaxud bunun mümkün olmadığına dair nə əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə, nədə digər hər hansı bir sənəddə münasibət bildirməmiş, eləcə də Əmək Məcəlləsinin bu tələbinə niyə əməl etmədiyinə dair heç bir arqument irəli sürməmişdir. Demək ki, işəgötürənin əmək qanunvericiliyinin bu tələblərinə əməl etməməsi əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün müstəqil əsas sayılır.

30. İddiaçı uzun illər əmək fəaliyyətini yerinə yetirdiyi iş yerinə yaxın ərazidə yaşaması və ailə vəziyyəti, o cümlədən himayəsində 1 yaşında uşağının olması işin mübahisəsiz halı sayılır. Qeyd olunduğu kimi cavabdeh iddiaçının əmək şəraitinin şərtlərini birtərəfli qaydada dəyşdirərək yaşadığı ərazidən xeyli aralıda yerləşən normal iş şəraitinin olması məlum olmayan ünvana dəyişməsində həqiqətən də xoş olmayan niyyətinin olmadığını bəyan edirsə buna dair ciddi arqumentlər göstərməlidir. Ancaq heç bir arqument göstərmir, göstərdiyi səbəb isə nəinki ciddi sayılmır, əksinə iddiaçıya qarşı qərəzli münasibəti işin halları ilə təsdiq olunur. Cavabdeh niyyətinin iddiaçının işdən azad edilməsinə deyil, daha sağlam (istehsal zavodunun səs-küylü və daha çirkli ərazisindən) iş mühitində, yüksək təşkil edilmiş ofis şəraitində işini davam etdirməsi olduğunu, lakin iddiaçının əsassız tərslik göstərərək heç bir ağlabatan səbəb olmadan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və əvvəlki iş otağından cəmi bir neçə kilometr aralıda, nəqliyyatın işlək olduğu (zavod ərazisinə heç bir ictimai nəqliyyat marşrutu getmir) ərazidəki ofisdə işləməkdən imtina etdiyini göstərir. Həqiqətən də cavabdehin niyyəti iddiaçını işdən azad edilməsinə nail olmaq olmamışdırsa, özünün təbirincə qeyd etdiyi daha sağlam istehsal zavodunun səs-küylü və daha çirkli ərazisindən kənar iş mühitində, yüksək təşkil edilmiş ofis şəraitində işini davam etdirməsi olmuşdursa, belə çıxır ki, iddiaçının özündən də çox onun qayğısına qalmağa çalışmış, lakin iddiaçının məhz əsassız tərslik göstərdiyi və nəqliyyatın işlək olduğu ərazidəki ofisdə işləməkdən imtina etdiyi üçün intizam məsuliyyətinə cəlb edərək əmək müqaviləsinə xitam vermişdir. Əlbətdə ki,cavabdeh tərəfin bu cür dəlillərdən istifadə etməklə nə dərəcədə dürüst və səmimi olmasına inanmaq o qədər də çətin deyil. Ən azından ona görə ki, bu cür dəlillərlə iddiaçı ilə olan əmək münasibətlərinə son verilməsinə dair nəticə qətiyyən bir-biri ilə uzlaşmır.

31. Birinci instansiya məhkəməsinin 3000 manat mənəvi ziyana görə iddiaçının xeyrinə tutmasını qət etməsi də əsassız olmamışdır. Ən azından ona görə ki, məhz cavabdeh müəssisənin 8 həftəlik hamilə olan iddiaçıya qarşı olan qərəzli münasibəti nəticəsində sonuncunun hamiləliyi pozulmuş və dölün uşqlıqda qalmaqla erkən ölümü baş vermişdir. Sual oluna bilər ki, bu hadisənin cavabdeh müəssisənin əməkdaşlarının hərəkət yaxud hərəkətsizliyi ilə səbəbli əlaqəsinin olması təsdiq olunmalıdır. Ancaq tərəflər arasında məhz qeyd olunan dövrdə gərgin münasibətlərin olması və cavabdehin iqtisadi gücündən istifadə etməklə iddiaçıya qarşı müxtəlif vasitələrlə qanunsuz təsir etməsi nəticəsində sonuncunun mənəvi sarsıntı keçirməsi açıq-aşkar təsdiq olunur. Ona görə də birinci instansiya məhkəməsinin bu hissədə də gəldiyi nəticə düzgün və ədalətli olmuşdur.

32. İddiaçının iş vaxtından artıq işlədiyinə görə iş materiallarına tərəfindən hər hansı sənəd əlavə edilməsə də bu fakt X4 iddiaçının müraciətinə cavab olaraq 05 mart 2022-ci il tarixli məktubu ilə də təsdiq olunur(bax.i.v.14-15). Qeyd olunan məlumatda Cavabdeh Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinin və 165-ci maddəsinin 1-ci hissəsinin pozulduğu aşkar olunduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ödənilməli olan iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqlarının hesablanaraq ödənilməsi ilə bağlı məktub ünvanlandığı göstərilir. Demək bu dəlil də təsdiq olunmadığından qeyd olunan hissədə də iddianın təmin edilməsi düzgün olmuşdur.

33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2796/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar