Məhkəmə qərarları › İş №2(103)-6859/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6859/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6859/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *7.11.2*24-cü il tarixli, e-2(**5)-261*/2*24 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11.*8.2*23-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.*8.2*24-cü il tarixli, 2(**5)- 261*/2*24 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia tələbi təmin olunmamışdır.

3. Həmin qətnamədən iddiaçı tərəfindən 21.1*.2*24-cü il tarixdə apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamənin elektron sistemə yerləşdirilməsindən məlumatları olmamışdır. Belə ki, təxmini 1 ay olar ki, Azərbaycan Respublikasında deyildi. Tərəflərindən həmin qətnamədən apellyasiya şikayəti verilməsini nəzərdə tutmuşdular. Ölkəyə gələn zaman vəkildən qətnamədən apellyasiya şikayəti verməyi xahiş edən zaman, o, hazırda apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüklərini bildirdi. Həmin ərəfələrdə ölkə xaricində olduğu üçün vəkil onunla əlaqə saxlaya bilməmiş və bu səbəbdən vəkillə də hüquqi xidmət müqaviləsi bağlaması qeyri-mümkün olmuşdur. Asan imzadan istifadə edə bilməmişlər. MMC olaraq özləri isə qətnaməni əldə edə bilməmişlər. Buna görə də apellyasiya şikayəti verilmək üçün nəzərdə tutulan müddətin nə zaman başladığından və nə zaman bitdiyindən məlumatları olmamışdır. Qeyd edilənlərə əsasən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüşdür. Bu səbəbdən də apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət bərpa edilməlidir.

5. Cavabdeh1 ASC ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı müddətin bərpası barədə ərizəsini ölkə hüdudlarından kənarda olması ilə əsaslandırmışdır. Halbuki, iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsindəki order, etibarnamə ilə apellyasiya şikayəti vermək hüququna malik idi və həm iddiaçının həmçinin də vəkilin elektron məhkəmə informasiya sistemində şəxsi kabinetləri mövcud olmuşdur. Bundan başqa iş materiallarında ölkə hüdudlarında kənarda olmasını təsdiq edən pasport çıxarışı (ölkəyə giriş-çıxışı təsdiq edən sənəd) əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən müddətin bərpasından imtina barədə qərardad çıxarılması, apellyasiya şikayətinin iddiaçıya geri qaytarılması xahiş edilmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *7.11.2*24-cü il tarixli, e-2(**5)- 261*/2*24 nömrəli qərardadı ilə həmin Məhkəmənin 28.*8.2*24-ci il tarixli, 2(**5)-261*/2*24 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin elektron sistemə yerləşdirilməsindən məlumatları olmamışdır. Belə ki, təxmini 1 ay olar ki, Azərbaycan Respublikasında deyildi. Tərəflərindən həmin qətnamədən apellyasiya şikayəti verilməsini nəzərdə tutmuşdular. Ölkəyə gələn zaman vəkildən qətnamədən apellyasiya şikayəti verməyi xahiş edən zaman, o, hazırda apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüklərini bildirdi. Həmin ərəfələrdə ölkə xaricində olduğu üçün vəkil onunla əlaqə saxlaya bilməmiş və bu səbəbdən vəkillə də hüquqi xidmət müqaviləsi bağlaması qeyri-mümkün olmuşdur. Asan imzadan istifadə edə bilməmişlər. MMC olaraq özləri isə qətnaməni əldə edə bilməmişlər. Buna görə də apellyasiya şikayəti verilmək üçün nəzərdə tutulan müddətin nə zaman başladığından və nə zaman bitdiyindən məlumatları olmamışdır. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüşdür. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin e-2(**5)-261*/2*24 saylı, *7.11.2*24-cü il tarixli qərardadı ləğv edilməli və prosessual müddətin bərpası barədə ərizələri təmin edilməli və iş üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2*24-cü il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 36*. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.*.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *7.11.2*24cü il tarixli, e-2(**5)-261*/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İş materiallarından aydın olur ki, məhkəmənin 28.*8.2*24-cü il tarixli qətnaməsi 12.*9.2*24-cü il tarixdə İddiaçı MMC-nin, habelə onun nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmiş, lakin apellyasiya şikayəti iddiaçı tərəfindən 21.1*.2*24-cü il tarixdə təqdim edilmişdir.

15. Kollegiya qeyd edir ki, qanunvericilikdə qətnamədən şikayət verilməsi üçün işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddət nəzərdə tutulmuş, hazırki apellyasiya şikayəti isə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra daxil olmuşdur.

16. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12*19/*8, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

18. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı prosessual müddətin ölkə xaricində olduğu səbəbindən vəkilinin onunla əlaqə saxlaya bilməməməsi ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *7.11.2*24-cü il tarixli, e-2(**5)- 261*/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar