Məhkəmə qərarları › İş №2(103)-6861/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6861/2025

08.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6861/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Iddiaçı X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi IŞIN HALLARI

1. Iddiaçı X1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən işə bərpa edilməyi və işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının cavabdeh şirkət tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC iddiaçını qanunsuz şəkildə işdən azad etmişdir və onun həkimdən bir aylıq bülleten pulunu ödəməmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinə müraciət etmiş, lakin heç bir nəticə verməmişdir. Qeyd edir ki, X4 Xidməti tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əmək müfəttişliyinin iştirakı ilə Cavabdeh MMC-yə sorğu göndərmiş, sorğuya cavab verilməmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, müqavilə bitməmişdən öncə, işçiyə məlumat verilmişdir ki, müddəti bitdikdən sonra onunla müqavilə uzadılmayacaqdır. Tərəflərin əmək müqaviləsi üzrə münasibətləri ##.##.2023-cü il tarixindən başlamış və xitam məqamına 5 illik həddini keçməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da göstərilən kimi, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Qanunvericiliyin tələbinə əsasən əmək müqavilələri sərbəst surətdə bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənişləri edilirdi. Iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, cavabdeh onun həkimdən bir aylıq bülleten pulunu ödəməmişdir. Lakin nəzərə alınmaıdır ki, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə müvafiq olaraq, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Iş materiallarından görünür ki, 2024cü ilin aprel-may aylarında işçi, cavabdehin təqsiri olmadan, əmək qabiliyyətini müvəqqəti itirmişdir və 14 gün üçün işəgötürən-cavabdeh müvafiq ödənişləri etmişdir. Qalan müddət üçün müavinətin ödənilməsi üzrə işəgötürən vəzifə daşımadığından, bu hal onun məsuliyyət dairəsinə aid olunmur. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Konstitusiyasının 35, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 43, 45, 47, 68-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ ŞIKAYƏTƏ ETIRAZIN DƏLILLƏRI

5. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Məmmədov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR

7. Iş materiallarına əlavə edilən ##.##.2024 - ##.##.2024-cü il tarixləri əhatə edən X1 521367********** nömrəli əmək haqqı kartı üzrə çıxarışdan görünür ki, onun hesabına ##.##.2024-cü il tarixində 958.98 manat, ##.##.2024-cü il tarixində 229.85 manat əmək haqqı kimi Cavabdeh MMC tərəfindən ödənilmişdir.

8. Iş materiallarına əlavə edilən ##.##.2023 - ##.##.2024-cü il tarixləri əhatə edən X1 hesabdan çıxarışdan görünür ki, onun hesabına ##.##.2023-cü il tarixində 639.24 manat, ##.##.2023 – 150 manat, ##.##.2023 – 891.23 manat, ##.##.2023 – 50 manat, ##.##.2023 – 877.26 manat, ##.##.2023 – 877.26 manat, ##.##.2023 – 100 manat, ##.##.2023 – 877.26 manat, ##.##.2023 – 945.2 manat, ##.##.2023 – 915.6 manat, ##.##.2023 – 1021.93 manat, ##.##.2023 – 1123.93 manat, ##.##.2023 – 1031.93 manat, ##.##.2023 – 150 manat, ##.##.2023 – 300 manat, ##.##.2024 – 771.93 manat, ##.##.2024 – 703.55 manat, ##.##.2024 – 400 manat, ##.##.2024 – 499.94 manat, ##.##.2024 – 227.51 manat, ##.##.2024 – 728.84 manat, ##.##.2024 – 100 manat, ##.##.2024 – 1170 manat, ##.##.2024 – 100 manat, ##.##.2024 – 958,98 manat əmək haqqı kimi Cavabdeh MMC tərəfindən ödənilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilən Ambulator Kitabçadan (xəstəlik tarixindən) ****** nömrəli çıxarışdan görünür ki, X1 ##.##.2022-ci il tarixində xroniki sayıqlama pozuntusu xəstəliyi diaqnozu qoyulmuşdur.

10. Cavabdeh MMC tərəfindən verilən ##.##.2024-cü il tarixli, **-**/*x-**/**** nömrəli xəbərdarlıqdan görünür ki, X1 onunla Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsinin müddətinin ##.##.2024-cü il tarixində bitdiyi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq həmin müqavilənin uzadılmayacağı bildirilmişdir.

11. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər idarəsinin vətəndaş X1 ünvanladığı *-**-*/*-H-*****/**** saylı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, X1 ilə Cavabdeh MMC-nin işəgötürəninin arasında əmək müqaviləsinin bağlanması ilə bağlı ##.##.2023-cü il tarixli bildirişin ##.##.2024cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanaraq qüvvədən salındığı əmək haqqı bank çıxarışından 229.85 manat pul vəsaitinin əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur.

12. “Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin ** nömrəli Şəhər Poliklinikası tərəfindən verilən ******* nömrəli ##.##.2024-cü il tarixli Əmək Qabiliyyətinin olmaması vərəqəsi surətindən görünür ki, X1 müalicə ilə əlaqədar ##.##.2024- ##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024- ##.##.2024-cü il tarixlərdə işdən azad edilmişdir.

13. Cavabdeh MMC-nin Idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **-**/*-*-***/**** nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin Marşrut xətlərinin idarə edilməsi şöbəsinin avtobus sürücüsü X1 əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən xitam verilmiş, maliyyə və mühasibatlıq şöbəsinə X1 haqq-hesabı hesablanarkən ##.##.2024-##.##.2025-ci il iş ilinə görə istifadə edilməyən 6.13 gün məzuniyyət gününün hesabının ödənilməsinin təmin edilməsinin bildirilməsi əmr edilmişdir.

14. Cavabdeh MMC tərəfindən verilən əmək haqqı barədə arayışdan görünür ki, X1 verilmiş (ələ alınan) məbləğlər aşağıdakı kimidir: iyun 2023 – 977.26 manat, iyul 2023 – 945.2 manat, avqust 2023– 915.6 manat, sentyabr 2023 – 1021.93 manat, oktyabr 2023 – 1123.93 manat, noyabr 2023 – 1031.93 manat, dekabr 2023 - 1221.93 manat, yanvar 2024 – 1529.07 manat, fevral 2024 – 1030.77 manat, mart 2024 – 1270 manat, aprel 2024 – 1058.98, may 2024 – 229.85 manat.

15. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmrindən görünür ki, X1 əmək haqqından 22.66 manat ümumi ziyan məbləğindən 20 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir.

16. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmrindən görünür ki, X1 əmək haqqından 388.34 manat ümumi ziyan məbləğindən 100 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir.

17. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmrindən görünür ki, X1 əmək haqqından 127.79 manat ümumi ziyan məbləğindən 30 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir.

18. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmrindən görünür ki, X1 əmək haqqından 55.93 manat ümumi ziyan məbləğindən 20 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir.

19. Cavabdeh MMC-nin Baş icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qarayev Elnur tərəfindən verilmiş ##.##.2023-cü il tarixli əmrindən görünür ki, X1 əmək haqqından 158.42 manat ümumi ziyan məbləğindən 45 manat maddi ziyanın müvafiq qaydada tutulması əmr edilmişdir.

20. Iş materiallarında olan *** nömrəli ##.##.1971-ci il təvəllüdlü X1 məxsus əmək kitabçasından görünür ki, X1 ##.##.2023-cü ildə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, ##.##.2024-cü ildə müddətli əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsini, 35-ci maddəsinin İ-IV hissələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsini, 45, 47-ci maddəsinin “f” bəndini, 68.2-ci maddəsinin “b” bəndini və 73-cü maddəsini nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında tərəflərin razılığı müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilə bitməmiş öncə, işçiyə məlumat verilmişdir ki, müddəti bitdikdən sonra onunla müqavilə uzadılmayaqdır. Eyni zamanda, iş materiallarından da göründüyü kimi, tərəflərin əmək müqaviləsi üzrə münasibətləri ##.##.2023cü il tarixindən başlamış və xitam məqamına 5 illik həddini keçməmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da göstərilən kimi, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, **-**/*-*-***/**** nömrəli Əmr verilmiş və Cavabdeh MMC-nin Marşrut xətlərinin idarə edilməsi şöbəsinin avtobus sürücüsü X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən ##.##.2024cü il tarixindən xitam verilmişdir. Iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdeh Cavabdeh MMCnin işəgötürəni

23. tərəfindən qanunsuz şəkildə işdən azad edildiyini iddia edərək, məhkəmədən işə bərpa olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Məhkəmə kollegiyası qeyd edir ki, əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur.

25. Iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. 26.Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. 27.Iş materiallarından görünür ki, iddiaçının əmək fəaliyyəti dövründə, vəzifə təlimatından irəli gələn öhdəlikləri düzgün icra etmədiyinə və Cəmiyyətə vurduğu maddi ziyana görə X1 əmək haqqından müvafiq qaydada tutulmalar barədə əmrlər mövcuddur.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının onun işə qəbul edilməsi barədə əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir. 29.Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinə xitam qanunda nəzərdə tutulan əsasla, yəni müddətin bitməsi üzrə həyata keçirilmişdir, işəgötürənin müqaviləni uzatmaması onun müstəsna hüququdur və bu hüququn həyata keçirilməsi işçinin subyektiv etirazı ilə məhdudlaşdırıla bilməz, müddətli müqavilənin uzadılması hər hansı hüquqi öhdəlik deyil, işəgötürənin sərbəst qərarıdır. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürənin müqaviləni uzatmaması, yəni müddət bitdikdə müqaviləyə xitam verməsi normal və qanuni gözlənti çərçivəsindədir. Belə ki, işçinin avtomatik olaraq müqavilənin uzadılacağına dair qanuni gözlənti (legitimate expectation) adətən yaranmır. Odur ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin müddətinin başa çatması səbəbindən ona xitam verilməsi iddiaçıya münasibətdə mütənasiblik və ədalətli balans prinsiplərinin pozuntusu kimi qiymətləndirilməməlidir. 30.Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin digər hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə II. X10 X7

6. Sığortaolunanların X10 itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə X10 itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq X10 itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. X10 itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. X10 itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, X10 itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. X10 itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, X10 itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənişləri edilirdi. Iddia ərizəsinin əsaslandırma hissəsində iddiaçı qeyd etmişdir ki, cavabdeh onun həkimdən bir aylıq bülleten pulunu ödəməmişdir. Lakin nəzərə alınmaıdır ki, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə müvafiq olaraq, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Iş materiallarından görünür ki, 2024-cü ilin aprel-may aylarında işçi, cavabdehin təqsiri olmadan, əmək qabiliyyətini müvəqqəti itirmişdir və 14 gün üçün işəgötürən-cavabdeh müvafiq ödənişləri etmişdir. Qalan müddət üçün müavinətin ödənilməsi üzrə işəgötürən vəzifə daşımadığından, bu hal onun məsuliyyət dairəsinə aid olunmur.

31. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

32. Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar