Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6862/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili X2, Cavabdeh, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs qismində cəlb edilmiş X9) qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(010)-440/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “AB” y/s, ev 16, mənzil 171-ə onun və qızı X10 yaşayış hüququnun tanınması, onun və azyaşlı qızı X10 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “AB” y/s, ev 16, mənzil 171-ə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X13 ilə 01.09.1997-ci ildə rəsmi nikah bağlayaraq evlənmişdir. Nikahları dövründə üç uşaqları doğulmuşdur. 13.01.2006-cı il tarixdə doğulmuş X14 onun himayəsində yaşayır. İlk əvvəllər Sənan ilə aralarında mehriban ailə münasibətləri olmuşdur. Sonradan isə aralarında olan yaxşı münasibətlər pisləşməyə başlamışdır. Ona görə də nikahın ləğvi üçün Əkbərov Sənan məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsi ilə onun və cavabdeh X8 arasında 10.09.1997-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyəti başçısının Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuşdur. Birgə nikaha daxil olduqdan qısa bir müddət sonra birlikdə ünvan 1 ünvanında daşınmaz əmlak almışlar. Lakin sonradan ona məlum olmuşdur ki, həmin mənzil keçmiş həyat yoldaşının deyil, onun qardaşı Vəfanın adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq, o, bütün özünə məxsus əşyalarını da yerləşdirməklə qovulana qədər həmin mənzildə öz övladları ilə birlikdə yaşamışdır. Əkbərov Sənan ilə münasibətləri pozulduğu vaxtdan cavabdeh onu zorla həmin mənzildən qovmuşdur. O, indi hal-hazırda bir neçə vaxtdır ki, atası və yaxın qohumlarının (qardaşlarının) evində qalmalı olur. Ancaq onların evində onun yaşaması üçün daimi və normal şərait yoxdur. Buna görə də onun qalmağa yaşayır yeri yoxdur. Dəfələrlə yaşadığı evə getmək istəsə də cavabdeh buna imkan verməmişdir. Artıq valideynlərinin və yaxın qohumlarının qınaq obyektinə çevrilmişdir. Bütün bunlara görə də hesab edir ki, onun cavabdehlə birgə yaşadıqları evdə yaşayış hüququ var və həmin mənzildən istifadə qaydaları da məhkəmə tərəfindən müəyyən olunmalı və həmin mənzilə köçürülməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(010)-440/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində sübut etməyə çalışmışdır ki, guya onlar nə ailə üzvü olmuşlar, nə də onlar ailə üzvünə bərabər tutulan şəxslər sırasına da aid deyildirlər. Halbuki, işin təkzibedilməz hallarından görünür ki, onlar mülkiyyətçi (icarədar) olan Cavabdeh doğma qardaşı X8 ailə üzvləridirlər (arvadı və qızı) və onlar sözügedən mənzildə həmin mənzilin alındığı 17.07.1999-cu ildən qovulduğu 2019-cu ilin ortalarına kimi daimi, fasiləsiz və birlikdə yaşamışlar. Düşünür ki, 20 il bir mənzildə yaşaması nəyi sübut etməsini hamı dərk edir və bəyan etmək ki, onlar nə ailə üzvüdürlər, nə ailə üzvləri sırasına aiddirlər qərəzdən, qeyriobyektivlikdən və ədalətsizlikdən başqa bir şey deyil. Bir halı da bildirməyi borc bilir ki, sözügedən mənzil onlara alınmışdır, lakin, qaynı olan Cavabdeh adına rəsmiləşdirildiyindən sübut edə bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 m2, yaşayış sahəsi 38.6 m2 olan 3 otaqlı mənzil 17.07.1999-cu il tarixli müqavilə ilə Cavabdeh əldə etmişdir. 02.03.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 m2, yaşayış sahəsi 38.6 m2 olan 3 otaqlı mənzil Cavabdeh tərəfindən X1. Saatlı Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(055)-516/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X13 ilə cavabdeh İddiaçı arasında 10.09.1997ci il tarixdə Saatlı rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati dairəsi üzrə nümayəndəliyində bağlanmış 19 saylı nikah pozulmuş, tərəflərin birgə nikahından 13.01.2006-cı ildə anadan olmuş X14 adlı uşağın anası - cavabdeh İddiaçı yanında qalması müəyyən edilmiş, iddiaçı X6 13.01.2006-cı ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.07.2019-cu il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulub cavabdeh İddiaçı xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli, 2(010)-4403/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X11 və Cavabdeh qarşı “əmlak və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı Cavabdeh qardaşının arvadı olmuşdur və bu mənada iddiaçı cavabdehə (mənzilin mülkiyyətçisinə) münasibətdə ailə üzvü olmamışdır. Həmçinin, tərəflər heç vaxt ailə üzvü kimi birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. İddiaçı cavabdehlə 1-2 il birlikdə yaşadıqlarını bildirsə də o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə ailə üzvü kimi birlikdə yaşamaları ilə bağlı iddiaçının qeyd etdiklərini qəti şəkildə rədd etmiş, heç vaxt birlikdə yaşamadıqlarını qeyd etmişdir. Nəzərə alınmalıdır, bu hissədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Odur ki, iddiaçının bu mənzilə istifadə hüququ heç bir halda yaranmamışdır. Digər tərəfdən, İddiaçı cavabdehin qardaşı X8 həmin dövrdə ailə üzvü olsa da X13 bu mənzilin nə icarədarı (kirayəçisi), nə də mülkiyyətçisi olmuşdur. Eləcə də X13 cavabdehin qardaşı olsa da o, yuxarıda qeyd edilən ailə üzvləri kateqoriyasına daxil olmamışdır. Bu səbəbdən iddiaçı keçmiş ərini icarədar, özünü isə icarədarın ailə üzvü kimi qiymətləndirə, bu əsasla istifadə hüququnun tanınmasını tələb edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddianı keçmiş ərinə qarşı yox, mənzilin mülkiyyətçisi olan Cavabdeh qarşı qaldırmışdır. Bu səbəbdən də mübahisə məhz bu iki tərəfin münasibətləri baxımından qiymətləndirilməlidir. Bu münasibətlərin araşdırılması nəticəsində isə müəyyən edilmişdir ki, mübahisə tərəfləri aralarında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunun mənasına görə ailə üzvü münasibətləri olmamışdır. Bu səbəbdən hazırkı iş üzrə 2000-ci ilin sentyabr ayına qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tədbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-cü il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahatında iddiaçının mübahisəli evə 2003-cü ildə köçdüyünü bildirmişdir. İddiaçı isə iddiasında mübahisəli evə 1999-cu ildə köçməsinə istinad etsə də, həmin halı məhkəmə kollegiyasının iclasında sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı mm-in 228.5-ci maddəsinə nisbətdə həmin məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, mm-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Beləliklə məhkəmə kollegiyası iddiaçı cavabdehin ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alıb məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(010)-440/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(010)-440/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6862/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6862/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver