Məhkəmə qərarları › İş №2(103)-6867/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6867/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6867/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1104/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən "istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 53–cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriyalı, xx.xx.2014–cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Oğlu X9 və Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar müvəqqəti olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşayıblar. X16 Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh iki uşağı ilə birlikdə ona məxsus olan evdə yaşayır. Onların orada yaşaması səbəbindən o, mülkiyyətindən istifadə edə bilmir, hazırda yaşamağa başqa yeri də yoxdur və kirayədə yaşayır. Mübahisəli ev cavabdehlə oğlu nikaha daxil olmamışdan öncə ona vərəsəlik qaydasında keçmişdir və onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Cavabdehin uşaqları ilə birlikdə onun mənzilindən istifadə etməsi Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və o, həmin hüququnu həyata keçirə bilmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1104/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 a ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1104/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə qətnaməsi haqqında xx xxxxxx 2005-ciil tarixli 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmənin qənaməsində qeyd olunur ki, ’’işin müəyyən edilən hallarından görünür ki, mülki iş üzə Cavabdeh iddiaçıya münasibətdə digər ailə üzvüdür. Belə olan halda xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013- cü il tarixli qərarına əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibələrinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə xx xxxxxxx 2009-cu il tarixdən sonra yaranan münasibətlərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh iddiaçı X3 oğlu X9 ilə xx.xx.2014-cü il tarixdə rəsmi olaraq nikaha daxıl olmaqla ailə qurmuşdur. Həmin nikahdan iki ovladı olmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Heybətqulu Məmmədbəyli küçəsi, 17a saylı evə köçərək bu günə kimi orada uşaqları ilə birlikdə yaşayır. İddiaçı X3 oğlu X9 ilə bağladığı nukah pozulmayıb, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməmişdir. Ona görə də onun mübahisəli evdən çıxarılmasının qanuna zidd olmasını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 xx.xx.2014-cü ildə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 88/2019 saylı, xx.xx.2019–cu il tarixli hökmü ilə X9 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi hökm edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Günay Elşən qızı ilə xx xxxxxxxx 2014-cü il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2511 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası Cavabdeh olan X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası Cavabdeh olan X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehünvan 4 ünvanında qeydiyyatdadır. Beləliklə, iş materiallarından müəyyən olundu ki, iddiaçının oğlu X9 və Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli evdə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. İddiaçının oğlu hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli evdə yaşayır. Cavabdeh və az yaşlı evladları həmin mənzildə qeydiyyatda deyillər. Mübahisəli ev xx.xx.2014-cü ildə İddiaçıadına rəsmiləşdirilmişdir. Bundan 4 ay sonra cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı mülkiyyətindədir. Həmçinin cavadeh Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2014-ci il tarixdə əmələ gəlmişdir. Tərəflər arasında hüquq münasibətləri 2014-cü il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində yer alan 89-cu maddəyə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İşin müəyyən edilən hallarından görünür ki, mülki iş üzrə cavadeh Cavabdeh iddiaçıya münasibətdə digər ailə üzvüdür. MM-in 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqlardan sui-istifadə olmasın. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh və onun uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçının ailə üzvü hesab edilmədiyindən, iddiaçı ilə birlikdə qeyd edilən mənzildən istifadə hüququna malik deyildirlər, o cümlədən Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına aid olmadığından iddia təmin edilməklə Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 a ünvanından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-1104/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar