Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6868/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(005)-1411/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı ödənişinin gecikdirilməsinə görə kompensasiyanın tutulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən əmək haqqının gecikdirilməsinə görə 5280,00 manatın, əmək haqqının gecikdirilməsi nəticəsində dəymiş mühüm mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə cavabdehdən 5000,00 manatın, ümumilikdə isə 10280,00 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, xx xxxxxx 2017-ci il tarixindən etibarən Cavabdeh MMC-də (bundan sonra "İşəgötürən” adlandırılacaqdır) Baş hüquqşünas vəzifəsində işləmiş və işəgötürənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmiş, rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmiş, məhkəmə işlərinin nəticələrini öyrənmiş və ümumiləşdirmiş, müqavilələrin bağlanması və icra praktikasını analiz etmiş, iddialar, arayışlar, hesabatlar, izahatlar hazırlamış. xx xxxxxx 2017-ci il tarixdən iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən (bundan sonra “Bildiriş” adlandırılacaq) göründüyü kimi o əsas iş yeri üzrə işə qəbul edilmiş və əmək haqqı 400 (dörd yüz) manat müəyyən edilmişdir. İşəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrini yerinə yetirməyib. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 172-ci maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş qaydalara zidd olaraq əmək haqqını vaxtında ödəməyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 172-ci maddəsinin 4-cü hissəsinə görə “İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdeh ƏM-nin 172-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş qaydalara zidd olaraq əmək haqqını ödəməməklə qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrini yerinə yetirməmişdir. ƏM-nin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşəgötürən 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə əmək haqqını əsassız və qanunsuz olaraq vaxtında, yəni növbəti ayın ilk on günü ərzində ödəməyərək, yuxarıda göstərilən aylar üzrə əmək haqqını yalnız xx.xx.2019-cu il tarixində ödəmişdir. Hesab edir ki, əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizdən hesablanmaqla ona 5280,00 (beş min iki yüz səksən, 00) manat məbləğində ödənc verilməlidir (hesabat əlavə olunur) Əmək haqqının gecikdirilməsinə görə hesablanmış 5280,00 manat məbləğində vəsaitin ödənilməsi üçün cavabdehə xx xxxxxx 2020-ci il tarixdə tərəfindən mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilməsi məqsədilə rəsmi müraciət edilmişdir, lakin nəticəsiz qalmışdır. Həmin məktub bugünki günə qədər cavabsız qalmışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, işəgötürən tərəfindən maaşının vaxtında verilməməsi ilə əlaqədar mən, uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmiş, bu isə ona mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(005)- 1411/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini tətbiq edərkən iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etməmişdir. Əməkmünasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Əmək müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əmək haqqı ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti əməkmüqaviləsində əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, əmək haqqının ödənilməsi öhdəliyi İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər kimi qiymətləndirilməlidir, çünki burda konkret olaraq öhdəliklərin son icra müddəti göstərilməkdədir. Cavabdeh 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə əmək haqqını əsassız və qanunsuz olaraq vaxtında, yəni növbəti ayın ilk on günü ərzində ödəməyərək, yuxarıda göstərilən aylar üzrə əmək haqqını yalnız xx.xx.2019-cu il tarixində ödəmişdir. 2018-ci ilin dekabr ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti yanvar ayının 10-da, 2019-cu ilin yanvar ayı üzrə əməkhaqqının ödənilməsi üzrə icra müddəti fevral ayının 10-da, 2019-cu ilin fevral ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti mart ayının 10-da, 2019-cu ilin mart ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti aprel ayının 10-da, 2019-cu ilin aprel ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti may ayının 10-da, 2019-cu ilin may ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti iyun ayının 10-da, 2019-cu ilin iyun ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti iyul ayının 10-da, 2019-cu ilin iyul ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti avqust ayının 10-da, 2019- cu ilin avqust ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti sentyabr ayının 10-da və 2019-cu ilin sentyabr ayı üzrə əmək haqqının ödənilməsi üzrə icra müddəti oktyabr ayının 10-da bitir. Belə olan halda, MM-nin 377.2-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı cavabdehin əmək haqqının ödənilməsi üzrə öhdəliyini icra müddəti birdikdə başlanır. Lakin, məhkəmə bunu nəzərə almayaraq qətnaməsində iddia müddətinin ötürüldüyünü qeyd edir. Proses iştirakçılarının izahatları: Məhkmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Qənbərov apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyatorun şikayəti qətnamənin ləğvinə və iddianın təmin olunmasına yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh MMC tərəfindən xx.xx.2019- cu il tarixdə sonuncu dəfə 3525,36 manat ödəniş edilmişdir. İddiaçı isə onun əmək haqqının 2018-ci ilin dekabr ayı, 2019-cu ilin yanvar ayından sentyabr ayınadək ödənilmədiyini, hüquqlarının pozulduğunu qeyd edir. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin müəyyən edilmiş hallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə, 087/19-k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. xx.xx.2020-ci il tarixli “X5 Azərbaycan” QSC-nin məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018 tarixindən xx.xx.2020-ci il tarixədək İddiaçı AZ25KABA******************** saylı hesabına xx.xx.2019cu il tarixdə 3525,36 manat pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli “xxxxxxxxx” ASC-nin məktubundan görünür ki, Cavabdeh MMC-nin hesabından İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə 372 manat, xx.xx.2019-cu il tarixdə 372 manat, xx.xx.2019-cu il tarixdə 724,42 manat pul köçürülmüşdür. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsi etiraz təqdim edilmişdir. Cavabdeh həmin etirazla iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 172.5-ci maddəsinə əsasən, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172.6-cı maddəsinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işə götürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işə götürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, hazırkı iş iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini tətbiq edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə iddia müddəti yalnız iddiaçının tələbinin 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar ayı üçün tətbiq edilə bilər. İddiaçı məhkəməyə 2020-ci ilin fevral ayında müraciət etdiyindən, 2019-cu ilin fevral-mart, mart-aprel, aprel-may, may-iyun, iyun-iyul, iyul-avqust, avqust-sentyabr, sentyabr-oktyabr ayları üzrə vəsaitin tutulması ilə bağlı hissəsində iddia müddəti ötürülməmişdir. Kollegiya iddia tələbinin 2019-cu ilin fevral-mart, mart-aprel, aprel-may, may-iyun, iyun-iyul, iyul-avqust, avqust-sentyabr, sentyabr-oktyabr (oktyabr ayının 23-dək) ayları üzrə əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı pul vəsaitin tutulması hissəsində qeyd edir ki, işçilərə onların əmək haqları hər ayın 10-cu günü ödənilmişdir. İddiaçı da 2019-cu ilin fevral ayının 14-ü məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə iddia müddətini ötürülmədiyindən ona vaxtında ödənilməmiş əmək haqqı üzrə pul vəsaiti fevral ayının 10-dan oktyabr ayının 10-dək olan 8 aylıq dövrü əhatə edir. Bu günlər də 253 gün, yəni 8 ay x 30 gün və əlavə 13 gün təşkil edir (yəni 240 gün+13 gün (xx xxxxxxx 2019-cu il tarixədək) cəmi 253 gün). İddiaçının əmək haqqısı aylıq 400 manat məbləğində olduğundan, ona gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faiz məbləği (4 manat) həddində müəyyən edilməlidir. Belə olan halda fevral-mart (400 manat maaş x 1%) günə 4 manat x 253 gün = 1.012; mart-aprel (400 manat maaş x 1%) günə 4 manat x 223 gün = 892; aprel-may (400 manat maaş x 1%) günə 4 manat x 193 gün = 772; may-iyun (400 manat maaş x 1%) günə 4 manat x 163 gün = 652; iyun-iyul (400 manat maaş x 1%) günə 4 manat x 133 gün = 532; iyul-avqust (400 manat maaş x 1%) günə 4 manat x 103 gün = 412; avqustsentyabr (400 manat maaş x 1%) günə 4 manat x 73 gün= 292; sentyabr-oktyabr (400 manat maaş x 1%) günə 4 manat x 43 gün = 172; oktyabr ayının 13 günü (yəni 10-dan 23-dək) 4 x 13 = 52; cavabdeh tərəfindən ödənilməmiş cəmi 4788 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından və araşdırma zamanı həmin hallar öz təsdiqini tapmadığından mənəvi ziyanin ödənilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. Qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPMin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(005)-1411/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 4788 manat məbləğinə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384- 386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(005)- 1411/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin Cavabdeh MMC-dən 4788 manat məbləğinə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edislin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6868/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6868/2020
23.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver