Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6868/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı “X3 Kompani S.A.” tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-212/2021 saylı 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X3 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, “X3 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415537.32 m B 4477803.41 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X3 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-nə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X3 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişə əsasən ARDNŞ “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X3 Kompam S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Bülbülə qəs, S.Əliyev küç, 39 T 415537.32 m B 4477803.41 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda geyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İddiaçı “X3 Kompani S.A” Şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iddiasının təmin erilməsi barədə yeni qətnamə çıxarılmasanı xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, işə baxan məhkəmə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-212/2021 saylı 03.05.2021-ci il il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415537.32 m B 4477803.41 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi nümayəndəliyin istifadəsinə qaytarılmalı və ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən 100 kv.m sahədə özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlə və işin halları ilə təsdiq edilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh 21.05.2018-ci ildən Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və həmin vaxtdan sonra ölkəyə qayıtmamış, iddiaçı tərəfindən isə tikilinin aparılması və cavabdehə xəbərdarlıq edilməsi ilə bağlı 03.07.2019-cu il tarixdə akt tərtib olunmuşdur. Həmin sahədə tikili mövcud olsa da, həmin tikilinin cavabdeh tərəfindən aparılması absurddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəsini hüquqi cəhətdən əsaslandırmadan və işin faktiki hallarına düzgün qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Belə ki, işə əlavə edilmiş Bül-bülə Bələdiyyəsinin sədri və “X3 Kompam S.A.” şirkətinin əməkdaşları tərəfindən tərtib edilmiş 03.07.2019-cu il tarixli aktdan müəyyən olunur ki, 1 saylı neft və qazçıxarma sexin ərazisi olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, Panama ünvanında Cavabdeh məxsus 100 kv.m ölçüdə olan sahədə qanunsuz olan ev tikintisi aşkar olunmuş, bununla bağlı vətəndaş Cavabdeh tikilinin qeyri-qanuni olması barədə xəbərdarlıq edilmişdir. İşə baxan birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2021-ci il tarixli 10/4207 nömrəli rəyi 14.04.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, “X3 Kompam S.A.” şirkətinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşən mübahisəli tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığına görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarına əsasən tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olundu. Cavabdeh tikinti apardığı torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və tikili “X3 Kompam S.A.” şirkətinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 118 kv.m təşkil edir və Cavabdeh tikinti apardığı torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində olub, sənaye təyinatlı neft torpaqlarına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinindağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericilikdə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna icazələr almadan, və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Göründüyü kimi, iddiaçı tələ olunan yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə 100 kv.m ölçüdə tikinti aparmışdır. Həmin tikinti onların balansına veriləndən sonra edildiyinə görə qanunsuz hesab edilməli və sökülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənləri nəzərə almadan iddianı təmin etməməklə, birinci instansiya məhkəməis səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “X3 Kompam S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilsin. Suraxanı rayon Məhkəməsinin 2(010)-212/2021 saylı 03.05.2021-ci il il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “X3 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415537.32 m B 4477803.41 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili sayılaraq sökülsün. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi nümayəndəliyin istifadəsinə qaytarılsın və ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6868/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6868/2021
08.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver