Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6868/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(011)-87/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən ona düşən 5571,08 manat əlavə ödənclərin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 1416,69 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Xətai Rayon Məhkəməsinin e-2(011)- 87/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh qətnamədən yenə apellyasiya şikayəti vermiş, Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2024-cü il tarixli 2(103)- 2331/2024 saylı qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının verdiyi apellyasiya şikayətinin və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin qəbulu ilə bağlı müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar mülki iş Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli 22 aprel 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filalının nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qətnamədən yenidən şikayət vermiş, Xətai Rayon Məhkəməsinin e2(011)- 87/2023 nömrəli 24 may 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh qətnamədən apellyasiya şikayəti verərək buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2(011)-87/2023 saylı qərardadı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh, məhkəmənin 09 iyul 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e-2(011)- 87/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2(011)-87/2023 saylı qərardadından Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. 28 avqust 2024-cü il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2(011)-87/2023 saylı qərardadından şikayət vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli e-2(011)-87/2023 saylı qərardadı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ərizəsi təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü iltarixli e-2(011)-87/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü iltarixli e-2(011)-87/2023 saylı qərardadının ləğv edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli e-2(011)- 87/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli e-2(011)-87/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(011)-87/2023 saylı qərardadından verilmiş şikayət,həmin məhkəmənin 19noyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin nə qətnamədən, nə də qərardaddan verdiyi şikayət üzrlü sayıla bilməz və sırf süründürməçilik məqsədli verilmişdir. İlk öncə o qeyd edilməlidir ki, cavabdeh ilk dəfə qətnamədən şikayət verərkən MPM-in tələblərinə riayət etmədən şikayət verdiyi üçün şikayəti geri qaytarılmış və sonradan verdiyi şikayətdə isə müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Bütün bu kimi prosessual hərəkətlər arasında isə kifayət qədər müddət keçməsinə baxmayaraq müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi barədə qərardaddan şikayət verməməsi və müddəti ötürməsi tamamilə əsassız və üzrsüzdür. Müddətin bərpası barədə ərizəsinin təmin edilməməsindən xəbəri olan tərəfin qərardaddan şikayət verməməsi, sonradan qərardaddan da şikayət müddətinin bərpasını tələb etməsi hüquqdan istifadədən başqa bir şey deyil. Göründüyü kimi cavabdeh yalnız müddətin bərpası barədə qərardaddan şikayət verə biləcəyi və ərizəsinin təmin edilmədiyi barədə qüvvədə olan qərardad olduğu halda təkrar-təkrar ərizə vermişdir ki, məhkəmədə kobud pozuntuya yol verərək qüvvədə olan qərardadları nəzərə almadan yenidən müddəti bərpa edən qərardad qəbul etmişdir. Məhkəmə cavabdehin qərardaddan və qətnamədən şikayət müddətinin bərpa edilməsi barədə qərardad qəbul etməsi tamamilə qanunsuz və əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasıdır. Cavabdehin qətnamədən verdiyi şikayət Xətai Rayon Məhkəməsinin e-2(011) 87/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2024-cü il tarixli 2(103)-2331/2024 saylı qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli 22 aprel 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filalının nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin qətnamədən yenidən verdiyi şikayət Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli 24 may 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Beləliklə cavabdehin şikayətin geri qaytarılması barədə iki yəni, 22 aprel 2024-cü il tarixli və 24 may 2024-cü il tarixli qərardadı qüvvədə olduğu və şikayət verilmədiyi halda 09 iyul 2024-cü il tarixli qərardadı da müddətin bərpa edilməməsi ilə nəticələndiyi halda həmin qərardaddan da müddəti ötürmüş və həmin qərardaddan şikayət müddətinin bərpa edilməsi barədə ərizə vermiş məhkəmə isə qanunsuz süründürməçiliyə son qoymaq əvəzinə ərizəni təmin etmişdir. Halbuki eyni ərizəyə dəfələrlə baxılması belə tam qanunsuz və əsassızdır. Çünki qətnamədən şikayət müddətinin bərpa edilməməsi barədə bir neçə qərardad qəbul edilməsi belə yolverilməzdir. MPM-in tələbinə əsasən prosessual müddətin bərpası üzrlü səbəbdən ötürülmüş hesab edildikdə məhkəmə müddəti bərpa edir. Bu qərardaddan isə şikayət verilə bilər. Lakin məhkəmə MPM-in tələblərini kobudca pozaraq eyni ərizəyə dair qəbul edilmiş 3 qərardaddan ikisi qüvvədə ola-ola 3-cü qərardadla bir qərardadı ləğv etməsi tamamilə qanunsuzdur. Onu da qeyd etmək lazımdır ki, sədrlik edən hakimin dəyişməsi heç də elektron kabinetdə texniki problem yaratmır və yaratdığı halda bunu hər iki tərəf görməli idi. Lakin qəbul edilmiş bütün qərardadları bizim gördüyümüz halda cavabdehin görməmıəsi də mümkün deyil. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıbhesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(011)-87/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edərkən qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2(011)- 87/2023 saylı qərardadı 15 iyul 2024-cü il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan ilk dəfə cavabdeh tərəfindən 23 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, həmin şikayət qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Bu səbəbdən, müddətin buraxılması üzrlü hesab edilərək şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilməlidir. Məhkəmə iddiaçının vəkilinin etiraz ərizəsində qeyd etdiyi hallara münasibətdə bildirərək qeyd etmişdir ki, hazırkı mülki iş əvvəllər hakim Pərviz Zamanlının icraatında olduğundan, verilmiş şikayəti texniki problemlər ucbatından elektron sistem üzərində görmək mümkün olmamış, bu da öz növbəsində şikayətə qiymət verilməsində yubanmaya səbəb olmuşdur. Məhkəmə 09 iyul 2024-cü il tarixli qərardaddan verilmiş şikayətə münasibət bildirərək qeyd etmişdir ki, həmin qərardadla Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin 18 oktyabr 2023-cü il tarixli e-2(011)-87/2023 saylı qətnaməsi 13 noyabr 2023-cü il tarixdə tərəflərin elektron kabinetlərinə yerləşdirilmiş və bu barədə onlara elektron bildiriş göndərilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün sonuncu tarix 13 dekabr 2023-cü il olmuşdur. Cavabdeh tərəf ilk dəfə 12 dekabr 2023-cü il tarixdə - müddəti ötürmədən, lakin qanunvericiliklə müəyyən edilmiş formaya da əməl etmədən apellyasiya şikayəti vermiş, həmin şikayət Bakı şəhəri Xətai RayonMəhkəməsinin 13 dekabr 2023-cü il tarixli e-2(011)- 87/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh 21 dekabr 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə həmin ərizəyə qiymət vermək üçün müvafiq prosessual hərəkətləri yerinə yetirmədən apellyasiya şikayətini mümkün hesab edərək baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi də apellyasiya şikayətini qeyri-mümkün hesab edərək həmin ərizəyə qiymət verilməsi üçün iş materiallarını birinci instansiya məhkəməsinə qaytarmışdır. Yuxarıda qeyd edilənlərə istinadən məhkəmə hesab etmişdir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti vermə müddətində prosessual hərəkətlər etsə də (şikayəti vaxtında versə də), prosedur qaydaya riayət etmədiyindən, nəticə etibarilə müddət ötürülmüşdür. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2(011)-87/2023 saylı qərardadı ləğv edilməklə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək müddətin bərpası barədə ərizəsi də təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ərizəsi təmin edilməli, cavabdehin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e2(011)-87/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddət bərpa edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2(011)-87/2023 saylı qərardadı ləğv edilməli, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli e-2(011)-87/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməli, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməli, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli e-2(011)-87/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Hüseynovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X2rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(011)- 87/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6868/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6868/2024
16.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver